Xeqani Memmedov Tarixci - Wikipedia
Xəqani Məmməd oğlu Məmmədov (18 iyun 1954, Ağcabədi) — tarix elmləri doktoru,professor.
Xəqani Məmməd oğlu Məmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan Respublikası,Ağcabədi şəhəri |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | ADPU |
Mükafatları | "Qızıl qələm" media mükafatı (2008) |
Həyatı
redaktəXəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Azərbaycan Respublikasının Ağcabədi şəhərində anadan olmuşdur.
1960-cı ildə Ağcabədi rayonu Hüsülü kənd orta məktəbinin I sinfinə qəbul olunub.1968-ci ildə ÜİLKGİ sıralarına qəbul edilmişdir.1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur.1975-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.[1]
Elmi-pedaqoji fəaliyyəti
redaktə1977-ci ildə göndərişlə Ağcabədi şəhər 7 saylı səkkizillik məktəbə tarix müəllimi təyin edilir.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasının əyani şöbəsinə qəbul olunduğu üçün Ağcabədi şəhər 1 saylı orta məktəbin müəllimi vəzifəsindən azad olunur.
1982-ci ildə aspiranturanı başa çatdırır və АDU-nun tarix fakültəsinə müəllim vəzifəsinə təyin edilir.
1985-ci ildə "Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi" sahəsində fəaliyyəti (1976–1980-ci illər) mövzusunda müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
1987-ci ildə müsabiqə yolu ilə "Sov. IKP tarixi" kafedrasına baş müəllim təyin edilir.
1989-ci ildə müsabiqədən keçdiyinə görə "Siyasi tarix" kafedrasının Təbiət fakültələri üzrə dosent vəzifəsinə seçilir.
1994-cü ildə Təbiət fakültələri üzrə "Siyasi tarix kafedrasının dosenti vəzifəsini tutur.
1995–2003-cü illərdə Bakı Biznes Universitetinin prorektoru və Humanitar elmlər kafedrasının müdiri vəzifələrini icra etmişdir.
1998-ci ildə "Azərbaycanda maarifçilik və milli hərəkat" (XIX yüzilliyin sonları -XX yüzilliyin əvvəlləri) mövzusunda müdafiə edərək tarix elmləri doktoru,alimlik dərəcəsi almışdır.
1999-cu ildə "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasına dosent vəzifəsinə kеçirilir.
1999-cu ildə "Aydınlarımızın istiqlal mücadiləsi" adlı kitabı nəşr edilmişdir.
2000-ci ildə Müsabiqə yolu ilə "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasının professor əvəzi vəzifəsini tutur.
2001-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul olunur.
2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdаfiə Şurasının yanında Elmi seminarın sədri təyin edilmişdir.
2005-ci ildə "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında 0.5 ştat əvəzçiliklə qalmaqla başqa işə keçdiyi üçün tutduğu vəzifədən azad edilir.
2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasında "Rəhbər kadrların ixtisasının artırılması" fakültəsinin dekanı vəzifəsinə təyin edilir.
2007-ci ildə Azərbaycan Müəllimlər Institutunun Ağcabədi filialına direktor təyin edilmişdir.
2015-ci ildə-Azərbaycan Kooperasiya Universitetində professor müəllim fəaliyyatinə başlamışdır.
Hal-hazırda ADPU-nun Azərbaycan tarixi kafedrasının professorudur.
Əsərləri (nəşr olunmuş kitabları)
redaktə- 1991-"XX əsrin siyasi tarixi" (I hissə,mühazirə kursu,dərslik,həmmüəllif).
- 1995-"XX əsrin siyasi tarixi" (I hissə,mühazirə kursu,dərslik,həmmüəllif).
- 1995-"XX əsrin siyasi tarixi" (II hissə,mühazirə kursu,dərslik,həmmüəllif).
- 1996-"Azərbaycan milli hərəkatı",1875–1918-ci illər, (mоnоqrаfiyа).
- 1999-"Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyəti" (1918–1920-ci illər),(kitab,həmmüəllif).
- 2000-"Azərbaycan tarixi",Ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik (həmmüəllif).
- 2005-"Azərbaycan xalqının milli istiqlal mübarizəsi"(XIX yüzilliyin sonları -XX yüzilliyin əvvəlləri),dərslik.
- 2006-"Türkiyədə və Azərbaycanda erməni millətçilərinin cinayətləri",(həmmüəllif).
- 2008-"Erməni iddiaları və azərbaycanlıların soyqırımı"(həmmüəllif).
- 2014-"Azərbaycan tarixi",Ali məktəblər üçün dərslik-Bakı Dövlət Universiteti (1-ci nəşr).
- 2015-"Azərbaycan tarixi", Ali məktəblər üçün dərslik-Bakı Dövlət Universiteti (2-ci nəşr).
Üzv olduğu qurumlar və mükafatları
redaktə2000–2013-cü illərdə Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, Belarusiya, Polşa, Almaniya, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanda elmi ezamiyyətlərdə olmuşdur.
2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda və Bakı Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şuralarının üzvü olmuşdur.
2003-cü ildə Səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq Respublika Təhsil Nazirliyinin "Fəxri fərman"ı ilə təltif оlunur.
2008-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
2009-cu ildə "İlin nüfuzlu ziyalısı" fəxri adını alır.
2013-cü ildə Nyu-Yorkda Beynəlxalq Elmi Konfransda "Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir" Mövzusunda Elmi Məruzə ilə çıxışı.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Professor Xəqani Məmmədov Tərtibçi və müəllif Əlizadə Nəcəfov