Agcabedi Seheri - Wikipedia
Bu məqalə Ağcabədi şəhəri haqqındadır. Ağcabədi rayonu üçün Ağcabədi rayonu səhifəsinə baxın. |
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağcabədi şəhər inzibati ərazi dairəsində şəhər.[2] Ağcabədi rayonunun inzibati mərkəzi.
Şəhər | |
Ağcabədi | |
---|---|
40°02′56″ şm. e. 47°27′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1593 |
Mərkəzin hündürlüyü | 16 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 40 946[1] nəfər (2024) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodları | 04, 99 |
Digər | |
agcabedi-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAğcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur.
Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Etimologiyası
redaktəAğcabədi toponimi bəzi mənbələrdə ağca (burada "ağımtıl", "bozumtul", "boz") və bədi (ərəbcə, badiyə sözünün təhrif forması olub, "düzənlik", "düzən" deməkdir) sözlərindən ibarət olub, "bozumtul yer", "ağca düz" kimi açıqlanır. 1933-cü ildə Cəlilabad rayonunun ərazisində Ağcabədi adlı kənd qeydə alınmışdır. Əslində ağca (bozumtul, əkilməmiş) və bədi (türk dillərində bət/bet/bəd "dağ yamacı" mənasını ifadə edir) sözlərindən düzəlib, "əkilməmiş dağ yamacı" deməkdir. Ərazinin coğrafi mövqeyi bunu bir daha sübut edir.
Foto məlumat
redaktəMədəniyyəti
redaktəMuğanlı kəndində eramızdan əvvələ aid tarixi abidələr aşkar edilmişdir.
Əhalisi
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Tanınmış şəxsləri
redaktə- Üzeyir Hacıbəyov — tanınmış bəstəkar.
- Vilayət Quliyev — 1999–2004-cü illərdə Azərbaycanın Xarici İşlər Naziri.
- Tofiq Bəhramov — Azərbaycanlı futbol hakimi.
- Aqil Abbas — Milli Məclisin Deputatı.
- Mansur Piriyev — Jurnalist, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri
İqtisadiyyatı
redaktəAğcabədi şəhərində 3 yeni açılmış süd emalı zavodu və bir neçə bankın filialı yerləşir.
Qardaş şəhərlər
redaktəQalereya
redaktə-
Ağcabədi Asan xidmət mərkəzi
-
Ağcabədi Olimpiya-İdman mərkəzi
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
- ↑ http://agcabedi-ih.gov.az/page/12.html.
- ↑ http://agcabedi-ih.gov.az/az/ehalisi.html.
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |