Tanri Inanci Bartolini - Wikipedia
"Tanrı inancı" (it. La Fiducia in Dio) - neoklassik üslubda işləmiş italyan heykəltəraşı Lorenzo Bartolininin ən məşhur əsərlərindən biridir. Ağ mərmərdən yonulmuş əsərin üç əsas nüsxəsi vardır ki, onlar da Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitajda və Milandakı Muzey Poldi-Pezzolidə saxlanılır.
Tanrı inancı | |
---|---|
La Fiducia in Dio | |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Memarlıq üslubu | Neoklassisizm |
Heykəltaraş | Lorenzo Bartolini |
Sifarişçi | Roza Trivulzio Poldi Pezzoli |
Tikilib | 1833 |
Hündürlüyü | 98x49x64,5 sm[1] |
Material | ağ mərmər |
Saxlanıldığı yer |
Azərbaycan Azərbaycan Milli İncəsənət Muzeyi İtaliya Muzey Poldi-Pezzoli Rusiya Ermitaj |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəƏsər Can Cakomonun anası Roza Trivulzio Poldi Pezzoli tərəfindən sifariş edilmişdir. 1833-cü ildə həyat yoldaşını itirdikdən sonra dul Roza Bartolinidən, onun inancını əks etdirən, ev üçün təsəlliverici bir heykəl işləməsini xahiş etmişdir. Bartolini tənha qadının hisslərini oturaraq əllərini dizlərinin üstündə birləşdirmiş çılpaq qadın fiqurunda təcəssüm etdirmişdir.
Etik və dini dəyərlərin təsviri olan heykəlin hazırlanmasında sənətkarın nümayiş etdirdiyi nəfis mərmər işləmə bacarığı heykəlin böyük uğur qazanmasına səbəb olmuş və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Sifarişçiyə təslim edilməmişdən əvvəl heykəl Florensiya, Parma və 1837-ci ildə Milanda Brera Akademiyasında sərgilənmişdir.[2]
Təsviri
redaktəƏsərdə diz çökərək oturmuş orta yaşlı çılpaq qadın təsvir edilmişdir. Orta çəkili bədən quruluşuna malik olan qadın əllərini dizinin üstündə birləşdirmişdir. Onun ortadan səliqə ilə ayrılmış saçları başının arxasında səliqə ilə yumrulanmışdır. Başını bir qədər sağa əyən qadın gözlərini səmaya zilləyərək ibadət edir.
Bartolini bu əsərində öz ənənəvi neoklassisizmini dini setimentalizm hissləri və realistik detal təsvirləri ilə birləşdirmişdir ki, bu da onun İntibah dövrü Florensiya heykəltəraşlarının əsərlərindən ilhamlanmasını və dövrün ən güclü sənətkarı olmaqla bütün florensiyalı həmkarlarına təsir edən Antonio Kanovanın əhatəsindən uzaq qalmasını göstərir.[3]
-
Tanrı inancı, Azərbaycan Milli İncəsənət Muzeyi.
-
Tanrı inancı, Ermitaj.
-
Muzey Poldi-Pezzoli. Foto Paolo Monti, 1968
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli İncəsənət Muzeyi, Lorenzo Bartolini - Tanrı inancı Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine
- ↑ Museo Poldi-Pezzoli, Lorenzo Bartolini (1777-1850) Trust in God Arxivləşdirilib 2014-07-11 at the Wayback Machine.
- ↑ Trust in God by Italian sculptor Lorenzo Bartolini 1833[ölü keçid]