Lorenzo Bartolini - Wikipedia
Lorenzo Bartolini (it. Lorenzo Bartolini; 7 yanvar 1777[2][3][…] – 20 yanvar 1850[4][2][…], Florensiya[1]) — neoklassisizmi sentimental dindarlıq yükü və təbii incəliklərdən ilhamlanan italyan heykəltaraşdır. Florensiyalı çağdaşlarından fərqli olaraq Antonio Kanovadan yox İtalyan İntibah dövrü heykəllərindən ilhamlanmışdır.
Lorenzo Bartolini | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Vernio, Prato, Toskana |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş |
Stil | Neoklassisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLorenzo Bartolini Toskana regionunun Prato şəhəri yaxınlığındakı Vernioda anadan olub.
Florensiya Akademiyasında təhsilini başa vurduqdan sonra öz bacarığını inkişaf etdirmək və alebastır modelləşdirmədə nüfuzunu artırmaq məqsədilə 1797-ci ildə Parisə getdi. Parisdə o, Frederik Demaraisdən rəssamlıq daha sonra isə Fransua Frederik Lemotdan heykəltaraşlıq dərsləri almışdır.
Yaradıcılığı
redaktəCleobis və Biton divar qabartması 1803-cü ildə Bartoliniyə Akademiyanın ikincisi mükafatını qazandırdı. Heykəltaraş kimi şöhrətinin artması ona bir çox nüfuzlu havadarlar qazandırdı. Battle of Austerlitz adlı divar qabartması Vendom Ərazisində sütunlarda qurulmuş qabartmalar arasındadır. O həmçinin opera bəstəkarları Etyen Mehul və Kerubini Luidjun büstlərinin yanında Vivan Denon üçün kiçik hissələrlə iş görmüşdür. Onun ən böyük havadarı nəhəng bir büst hazırladığı Napoleon Bonapart olmuşdu. Müxalif mövqeli olmasına baxmayaraq Napoleon bacısı Eliza Bonapartın tövsiyəsi ilə onu Berqamoda Karrar Akademiyasına heykəltaraşlığa rəhbərlik etməyə göndərmişdi. Burada o, Napoleonun devrilməsinə qədər yarı-rəsmi portret heykəltaraşı kimi işləmişdi. 1833-cü ildə Bartolini Milli Dizayn Akademiyasının fəxri üzvü seçilmişdi. Ömrünün sonuna kimi Florensiyada yaşamışdı.[5]
Florensiyada Bonapart əlaqələri və Kanovan klassisizmindən üz döndərməsi onun Akademiyada dərs deməsinə mane olmuşdur.[6] Onun təbii və bir qədər sentimental mərmərdən işlənilmiş L'Ammostatore (1820) əsəri Andrea Verokio kimi layiq olduğu qiyməti almamış Quattrocento Florentine heykəltaraşlarından ilham almışdır. Yoxsullaşdığı dövrlərdə əcnəbilərdən dəstəkləyici sifarişlər alıb. Florensiyanın Vestminster abbatlığında, Santa Kruzda Şahzadə Sofiya Zamoyski Czartoriski üçün hazırladığı məzar abidəsi naturalizm üçün anti-klassik açıqlamadır. Santa Kruzda Bartolinin hazırladığı digər iki xatirə abidəsi bununla müqayisə oluna bilər. Capella Giugni abidəsini Karlotta Bonapartın xatirəsinə hazırlamışdı, lakin Leone Battista Alberti üçün hazırladığı abidədə olduğu kimi daha formal yanaşma tələb olunduğundan nəticə təsirsiz olmuşdu. 1830-cu ildə rus şahzadəsi Nikolay Demidovun Florensiyada təqaüdə çıxmış oğulları tərəfindən Bartoliniyə böyük bir sifariş gəldi. Sifariş əsasında hazırladığı Piazza Demidov əsəri hələ də Florensiyadadır. Sifarişdə yer alan çox sayda xırda hissələr Bartolinin ömrünün sonlarında forma alırdı, bu abidə Bartolinin köməkçisi Pasquale Romanelli tərəfindən tamamlanmışdır.
1843-1844-cü illərdə işlədiyi Nimfa və Hörümçək 1845-ci ildə Paris Salonunda nümayiş etdirilib.[7]
Fəaliyyəti əhatəlidir və bir çox portret, büst daxildir. Əsərləri arasında ən yaxşıları kimi, Charity (Xeyirxahlıq) (1824), The Hercules and Lichas (Herkules və Liças) və Cüzeppe Poldi Pezzolinin dul arvadı tərəfindən sifariş olunan Faith in God (Tanrı inancı) (1834-1835) əsərlərinin adı çəkilir. Onun portret büstü olan Makiavelli Uffizinin boş eksteryer taxçaları üçün Florensiyalı tarixi şəxslərin uzun silsilələri arasında yeganə sifarişdir.
-
Amur stolu, Metropoliten muzeyi.
-
Mariya Quriyeva, Metropoliten muzeyi.
-
Əyirici, Metropoliten muzeyi.
-
Napoléone-Elisa Baciocchi və iti, Renn İncəsənət Muzeyi, Fransa.
-
I Napoleonun büstü, Luvr muzeyi, Fransa.
-
Dircé, Renn İncəsənət Muzeyi, Luvr muzeyi.
İstinadlar
redaktə- ↑ 1 2 Union List of Artist Names (ing.). 2011.
- ↑ 1 2 Lorenzo Bartolini (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ Spalletti E. Lorenzo Bartolini // Bartolini, Lorenzo (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T006592
- ↑ RKDartists (nid.).
- ↑ Chisholm, 1911
- ↑ TCI Firenze e Dintorni (1964:30) characterized most Florentine neoclassical sculptors as canoviani di modesto valore ("Canovans of modest worth"); the Florentine Galleria d'Arte Moderna used to begin with a gallery with Canova's bust of Napoleon in the center of a gallery that was surrounded by portrait busts, in which Bartolini's Bust of Carlo Ludovico di Borbone, duca di Lucca could be directly compared with busts by Bartolini's contemporaries.
- ↑ "Lorenzo Bartolini: Scultore del bello naturale". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
Xarici keçidlər
redaktə- La Scultura Italiana: Lorenzo Bartolini Arxivləşdirilib 2007-06-29 at the Wayback Machine (İtalyan dilində)
- Lorenzo Bartolini — IMDb səhifəsi