Rauf Adigozelov - Wikipedia
Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; d. 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ. – ö. 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skripkaçı, müğәnni, professor, Əməkdar incəsənət xadimi (1991). Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar.[1][2]
Rauf Adıgözəlov | |
---|---|
Rauf Zülfüqar oğlu Adıgözəlov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Zülfü Adıgözəlov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1965–2002 |
Musiqi aləti | skripka |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəRauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olmuşdur.[1] Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf, uşaqlıqdan musiqiyə həvəs göstərmişdir.[1] Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu.[1] Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak etdi.[1] Təhsilini daha da mükəmməlləşdirmək üçün Rauf, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasını da bitirdi.[1] Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışdı.[1]
Məlahətli səsə malik olan Rauf Adıgözəlov, mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəmədi.[1] O, həm orkestrdə çalışır, kamera ansamblında işləyir, digər tərəfdən bəstəkar mahnıları və romanslarda skripka ilə ifa edirdi.[1] Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə ifa edirdi.[1] Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrlarında yetişməsində də böyük kömək göstərmişdi.[1] O, burada dosentlikdən professora qədər yüksəlmişdi.[1]
Daha çox vokal və skripka ifaçısı kimi məşhur olan Rauf Adıgözəlov, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edirdi.[1] O, 1996-cı ildə Misir Musiqi Akademiyasına professor kimi dəvət almışdı.[1] O, bir neçə ildən sonra Bakıya gəlmiş və 2002-ci il iyunun 29-da vəfat etmişdi.[1]
Ailəsi
redaktəAtası muğam xanəndəsi Zülfü Adıgözəlovdur.[1] Böyük qardaşı bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Vasif Adıgözəlovdur.[1][3] Dirijor, xalq artisti Yalçın Adıgözəlovun əmisidir.[1]
İrsi
redaktə2003-cü il noyabrın 25-də Bakı Musiqi Akademiyasında Rauf Adıgözəlovun xatirə gecəsi keçirilmişdir.[2] Tədbirdə Adıgözəlovun Azərbaycanı kənarda ölkələrdə də ləyaqətlə təmsil etdiyi vurğulanmışdır.[2] Tədbirin sonunda Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir.[2][3]
Həmçinin 2005-ci ilin yanvar ayında Azərbaycan Bəstəkarlar İttifaqının 70 illiyi münasibətilə Kamera musiqisi festivalı keçirildi.[4] Tədbirdə I hissədə Rauf Adıgözəlovun xatirəsinə həsr olunmuş 11 saylı sonatası səsləndi.[4] Sonatanın ifaçıları Lalə Həsənova (violino) və Fəridə Əhmədbəyova (piano) idi.[4]
Təltif və mükafatları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 F.Xəlilzadə. Axşamlar günəş batsa da, səhərlər dan yeri ağarır. Şuşanın işğalından 20 il ötür.-Azərbaycan.-2012.-8 may.-S. 10.
- ↑ 1 2 3 4 5 "MƏRHUM SƏNƏTKAR RAUF ADIGÖZƏLOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR". Mədəniyyət (az.). Azertag.az. 21 noyabr 2003. 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2018.
- ↑ 1 2 3 "MÜĞƏNNİNİN XATİRƏ GECƏSİ". Mədəniyyət (az.). Azertag.az. 26 noyabr 2003. İstifadə tarixi: 18 avqust 2018.
- ↑ 1 2 3 Sevda Əliqızı, Lalə Hüseynova. "BƏSTƏKARLAR ITTIFAQININ 70 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ KAMERA MUSIQISI FESTIVALI". Azərbaycan Bəstəkarlar İttifaqı (az.). Musigi-dunya.az. 30 yanvar 2005. 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2018.