Azerbaycan Dovlet Kamera Orkestri - Wikipedia
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri — 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən bu günədək orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir.
Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. Orkestrin repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunmuşdur. Son illərdə T.Göyçayevin təşəbbüsü və rəhbərliyi altında muğam ifaçıları ilə birgə konsert layihələri həyata keçirilir. Muğam dəstgahların xanəndə və muğam üçlüyü tərəfindən ənənəvi ifasından fərqli olaraq, rəng və təsniflər orkestrin müşayiəti ilə verilərək, maraqlı səslənmə yaradır. 2018 ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.
İstinadlar
redaktə Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |