Yasar Imanov - Wikipedia
Yaşar Əbdülxaliq oğlu İmanov (21 mart 1933, Bakı – 26 oktyabr 2024[1]) — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü.[2]
Yaşar İmanov | |
---|---|
İmanov Yaşar Əbdülxaliq oğlu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 mart 1933 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bədii rəhbər[d] |
Fəaliyyət illəri | 1993-cü ildən |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəİmanov Yaşar Əbdülxaliq oğlu 1933-cü il Bakı şəhərində anadan olub.
Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimidir.
1954-cü ildə A. Zeynallı adına musiqi texnikomunun truba sinfini bitirib. Elə həmin ildə Moskva Konservatoriyasının dirijorluq kafedrasına daxil olub, 1958-ci ildə bitirib.
1958-ci ildə Gürcüstana, oradanda Suximi şəhərinə göndərilib. Dövlət Simfonik Orkestrində bədii rəhbər və baş dirijor vəzifəsində, eyni vaxtda Suxumi Musiqi Texnikomunda xor dirijorluq şəbəsinin müdiri vəzifəsində işləyib. Bakıya qayıtdıqdan sonra 1993-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında Opera hazırlığı kafedrasının dirijor vəzifəsində işləyib. Həmin ildən Niyazi adına simfonik orkestrinin radio-TV, bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.
1994-cü ildə Q. Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.
Yaşar İmanov Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan Respublikasının Prezident təqaüdçüsüdür.[3]
İstinadlar
redaktə- ↑ https://medeniyyet.az/page/news/76447/Xalq-artisti-Yasar-Imanov-vefat-edib.html?lang=az.
- ↑ "Yaşar İmanovun yaradacıllığı". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.
- ↑ "Yaşar İmanov". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.