Ramiz Mustafayev Bestekar - Wikipedia
Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad – 10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2001).
Ramiz Mustafayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 10 aprel 2008 (81 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, bəstəkar, musiqiçi |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRamiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.[1]
2002-ci ildən prezident təqaüdçüsü olub.[2]
10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.
- Anası Nabat xanım Əzim qızı görkəmli şair Seyid Əzim Şirvaninin nəslindəndir.[3]
- Rəssam Güllü Mustafayevanın və dirijor Faiq Mustafayevin qardaşıdır.
- Musiqişünas Zemfira Qafarovanın dayısıdır.[4]
Əsərləri
redaktə- Operalar
- "Şirin" (1957) — diplom işi[3]
- "Vaqif" (1960)
- "Xan və əkinçi" (1962)
- "Tərs keçi" (1964) — Teymur Elçinin librettosu əsasında birpərdəli uşaq operası
- "Polad" (1964) — Ənvər Əlibəylinin əsəri əsasında radio-opera
- "Aydın"
- Musiqili komediyalar, operettalar
- "Xəsis" (1958) — bəstəkar Vasif Adıgözəlovla birgə, Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası əsasında
- "Axırı yaxşı olar" (1967) — libretto: Rəfiq Zəka Xəndan
- "Qonşumuzda bir oğlan var" — libretto: Məhərrəm Əlizadə
- "Məsmə xanım dayımdır" (2001) – libretto: C. Məmmədov
- Digər vokal əsərləri
- "Salatın" oratoriyası (1990) – sözləri: Nəbi Xəzri
- "Bu qan yerdə qalan deyil" vokal-simfonik poeması (1991) – sözləri: Məmməd İsmayıl
- "Nədən yarandın" vokal-simfonik poeması (1993) – sözləri: Əhməd Cavad
- "Haqq sənlədir, Azərbaycan!" kantatası (1992) – sözləri: Hikmət Ziya
- "Füzuli" vokal-simfonik poeması (1993) – sözləri: Məhəmməd Füzuli və Hikmət Ziya
- "Məhəmməd və Leyla" oratoriyası (2000) – sözləri: Bəxtiyar Vahabzadə
- Eləcə də Məhəmməd Füzuli, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Aslan Aslanov, Mirvarid Dilbazi, Hamlet İsaxanlı, Zəlimxan Yaqub, İ. Etibar, H. Sözlü, B. Orucoğlu, M. Daşqın, D. Nəbiqızı və b. şairlərin sözlərinə mahnı və romanslar (1990 – 2001) bəstələyib.
- Vasif Adıgözəlovla birlikdə Xəzər Universitetinin himninin müəllifidir – (sözləri Hamlet İsaxanlınındır)
- Uşaqlar üçün
- "Ana və qız" — Sözləri[5]: Tofiq Mütəllibov
- "Bahar gəlir" — Sözləri[6]: Yusif Həsənbəy
- "Layla" — Sözləri[7]: Sərdar Əsəd
- "Qızıl gül" — Sözləri[8]: Sərdar Əsəd
- 45 uşaq mahnısı məcmuəsi (2001) – (mahnıların sözləri D. Nəbiqızı, Mirvarid Dilbazi, Məmməd Aslan, B. Orucoğlu, Ə. Ağayevindir)
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Muğam Ensiklopediyasında Ramiz Mustafayev". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
- ↑ 1 2 Земфира Кафарова — Артист театра вступает на стезю композиторского искусства.
- ↑ "Səadət Seyidova — Yeniliyin ehtiraslı müdafiəçisi (Zemfira Qafarova haqqda). "Musiqi dünyası" jurnalı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "Azərbaycan uşaq ədəbiyyatı — Mahnılar". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.