Qarabag Ateskes Beyanati 2020 - Wikipedia
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı[1]) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı.
Qarabağ atəşkəs bəyanatı | |
---|---|
Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin bəyanatı | |
| |
Müqavilənin tipi | atəşkəs |
İmzalanma tarixi | 9 noyabr 2020 |
İmzalanma yeri | |
Qüvvəyə minməsi | 10 noyabr 2020 |
İmzalayanlar |
İlham Əliyev Nikol Paşinyan Vladimir Putin |
Tərəflər |
Azərbaycan Ermənistan |
Dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev,[2] Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan[3] və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin[4] tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır.[5] Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir.
Zəmin
redaktəİkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi.[6]
10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı.[7]
18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu.[8]
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı.[9]
22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.[10] Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev isə Paşinyanın bəyanatını "məsuliyyətsiz" adlandıraraq, sözügedən fikirlərin Vaşinqtonda baş tutuacaq görüşlərdən əvvəl ifadə edildiyinə diqqət çəkdi.[10]
Azərbaycan və Ermənistan xarici işlər nazirləri 23 oktyabrda ABŞ dövlət katibi Mayk Pompeo ilə, 24 oktyabrda isə dövlət katibinin müavini Stefen Biqanla görüşdülər.[11][12] Tərəflər 25 oktyabrda birgə bəyanatla çıxış edərək, 26 oktyabr saat 8:00-dan etibarən başlanacaq humanitar atəşkəsə dair razılaşdırdıqlarını bildirdilər.[12] Hadisədən sonra ABŞ prezident Donald Tramp özünün rəsmi Twitter və Facebook səhifələrində paylaşım edərək Azərbaycan və Ermənistan dövlət başçılarını təbrik etdi.[12]
10 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev,[2] Ermənistanın baş naziri Nikol Paşinyan[3] və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin[4] tərəfindən Ermənistanın təslim olmasınının ardınca videokonfrans formatında üçtərəfli atəşkəs bəyanat imzalanmışdır.[5]
Bəyanatın məzmunu
redaktə10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalanır. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.
Bəyanatın bəndləri
redaktə- Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsdən və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycan və Ermənistan öz mövqelərində dayanırlar.
- Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılır.
- Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.
- Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.
- Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı mərkəz yerləşdirilir.
- Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarərinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir.
- Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.
- Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.
- Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
10 noyabr 2020-ci il tarixində yayımlanan ilk bəyanatın mətni (son versiyadan olan fərqlər qalın hərflərlə yazılıb.):
- 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00: 00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərində qalırlar.
- Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır.
- Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti 1,960 atıcı silahlı hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilir.
- Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır.
- Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı mərkəz yerləşdirilir.
- Ermənistan Respublikası, Kəlbəcər rayonunu 15 noyabr 2020-ci ilədək, Laçın rayonunu isə 1 dekabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytaracaqdır. Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərini əhatə etməyəcək Laçın dəhlizini (eni 5 km) nəzarətində saxalyacaq.
- Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir.
- Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.
- Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.
- Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
Bəyanatın şərtlərinin pozulması
redaktəBəyanatın 6-cı maddəsinə əsasən Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonununu Azərbaycan Respublikasına qaytarmalı olur. Lakin 15 noyabr tarixində bu müddətin daha 10 gün uzadıldığı məlum olur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev brifinqdəki çıxışı zamanı Ermənistanın tərəfinin müraciəti ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verilib.[13] Bundan bir gün öncə isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı baş tutur.[14]
Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko sözlərinə görə rus qoşunları Vəngdə iki post yerləşdirəcəklər. Postlardan biri ərazinin girişində, digəri isə Xudavəng monastrının özündə olacaqdır.[15]
2020-ci ilin 26 noyabrında işğaldan azad olunmuş Xocavənd rayonunun Sor kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanır.[16] 8 dekabrda Hadrud kəndi yaxınlığında bir əsgər şəhid oldu və bir Azercell əməkdaşı isə rabitə və ötürmə avadanlığı quraşdırarkən ağır yaralanmışdır.[16]
Dekabrın 10-da Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan ordusunun əsgərlərinə və mülki şəxslərə hücum etdilər. Nəticədə insanlar öldürülür və yaralanır.[17] Bundan sonra rus sülhməramlıları kəndlərə daxil olur. Rus sülhməramlıları kəndlərə nəzarət etməyə başlayır. Bu 10 noyabrda imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatı ilk maddəsini pozur.[17]
2020-ci ilin 27 dekabr saat 15.30 radələrində Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə Azərbaycan Ordusunun bir nəfər hərbi qulluqçusu şəhid olmuş, daha bir əsgər isə yaralanmışdır. Cavab tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilmişdir.[18]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatı ilə bağlı mətbuata məlumat verib. Məlumatda "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib" deyə vurğulanır. Azərbaycan hüuqu mühafizə orqanlarının verdiyi məlumata görə istintaq zamanı erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.[19]
Bəyanatın mətnində edilən dəyişiklik
redaktə10 noyabr tarixində Rusiya Federasiyası Prezidentinin saytında yayımlanan bəyanatın mətnində Paşinyan tərəfindən əvvəllər sitat gətirilən bəyanatda yer alan Azərbaycanın Qazax rayonundakı erməni qüvvələri tərəfindən işğal olunan ərazilərin Azərbaycana təhvil verilməsi ilə bağlı ifadə yoxdur. Ayrıca erməni tərəfinin Laçın dəhlizini nəzarətdə saxlaması ifadəsi orijinal versiyasından çıxarılır, bunun əvəzinə Laçın dəhlizi sülhməramlı qüvvələrin nəzarəti altına keçir kimi yazılmışdır. Üçüncü dəyişiklik Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında nəqliyyat əlaqələrindəki ifadələrə aiddir. Son versiyada isə yalnız Ermənistandan gələn təhlükəsizlik zəmanətlərindən bəhs edilir. Orijinal versiya isə bəzi erməni siyasətçiləri tərəfindən Naxçıvana nəqliyyat dəhlizinə xüsusi (əslində, xarici ərazi) status verilmək kimi yozulur. Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov diqqəti Kremlin veb saytında dərc olunan versiyaya yönəltməyə çağırmışdır.[20][21]
Reaksiyalar
redaktəAzərbaycanda
redaktəErmənistanda
redaktəBeynəlxalq
redaktə- — Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili atəşkəslə bağlı hər iki ölkəni təbrik edib və Cənubi Qafqazda yeni eranın başlamasına ümidli olduğunu bildirib.[22]
- — İran İslam Respublikasının Xarici işlər nazirliyi yaydığı bəyanatda əldə olunan razılaşmanı xoş qarşılayıb və tərəflər arasında sülhün saxlanılması üçün son mərhələ olacağına ümidini ifadə edib.[23]
- — Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, vitse-prezidenti Fuad Oqtay və parlament spikeri Mustafa Şəntop Azərbaycanı təbrik edib.[24]
- — Birləşmiş Krallığın xarici işlər naziri Dominik Raab razılaşmanı alqışlamış və hər iki tərəfi mübahisənin qalıcı həllinə çalışmağa davam etməyə çağırmışdır.[25]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". president.az (az.). 10 noyabr 2020. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fev 2022.
- ↑ 1 2 "Президент Алиев: в урегулировании нагорно-карабахского конфликта поставлена точка". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
- ↑ 1 2 "Война будет приостановлена: Пашинян сообщил о трудном для него решении". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
- ↑ 1 2 "Заявление Президента Российской Федерации". 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
- ↑ 1 2 "Ermenistan teslim mi oldu? Paşinyan açıkladı! Karabağ Azerbaycan son durum!". cnnturk.com (türk). CNN Turk. 10.11.2020. 23 fev 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fev 2022.
- ↑ "Press Statement by the Co-Chairs of the OSCE Minsk Group". osce.org (ingilis). ATƏT. 25 oktyabr 2020. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fev 2022.
- ↑ Melimopoulos, Elizabeth; Alsaafin, Linah. "Nagorno-Karabakh truce frays as both sides allege attacks: Live" (ingilis). Al Jazeera. 11 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Nagorno-Karabakh: Armenia and Azerbaijan agree to ceasefire". theguardian.com (ingilis). The Guardian. 10 oktyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fev 2022.
- ↑ "Путин высоко оценил действия Пашиняна в критической для Армении ситуации". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-28.
- ↑ 1 2 "Paşinyan bütün Ermənistanı silaha sarılmağa çağırır". azadliq.org (az.). Azadlıq Radiosu. 22 oktyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fev 2022.
- ↑ "Ceyhun Bayramov Vaşinqtonda Mayk Pompeo ilə görüşüb - YENİLƏNİB". apa.az (az.). Azəri Press Agentliyi. 23 oktyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fev 2022.
- ↑ 1 2 3 "Rəsmi Vaşinqton: 26 oktyabrda humanitar atəşkəs qüvvəyə minəcək, Prezident Tramp Əliyevi və Paşinyanı təbrik etdi". amerikaninsesi.org (az.). Amerikanın səsi. 26 oktyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fev 2022.
- ↑ "Ermənistanın xahişi ilə Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verilib, Ağdam və Laçının boşaldılması üçün verilən vaxt isə qüvvəsində qalır". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
- ↑ "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
- ↑ "Kəlbəcərdəki monastrı ruslar qoruyacaq". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.
- ↑ 1 2 Ermənilərin hücumu zamanı 4 hərbçimiz şəhid olub [ölü keçid]
- ↑ 1 2 "Карта игры российских миротворцев в Карабахе". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-13.
- ↑ "Müdafiə Nazirliyi: Düşmən Xocavənddə Azərbaycan Ordusuna hücum etdi". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- ↑ "XİN: 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndərilib". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
- ↑ "Заявление Президента Азербайджанской Республики, Премьер-министра Республики Армения и Президента Российской Федерации". 2020-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
- ↑ "Соглашение по Карабаху. Что получают и теряют стороны Почему в Ереване недовольны условиями и кому согласованные условия выгодны". 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
- ↑ "Georgian President on Nagorno-Karabakh Deal: New Era Starts in the Caucasus". georgiatoday.ge (ingilis). Georgia Today. 10 noyabr 2020. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2022.
- ↑ "Iran Welcomes Cessation of Hostilities in Karabakh". ifpnews.com (ingilis). Iran Front Page. 10 noyabr 2020. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2022.
- ↑ "Ermenistan teslim oldu". milliyet.com.tr (türk). Milliyet. 11 noyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2022.
- ↑ "UK welcomes Azerbaijan, Armenia deal over Karabakh". aa.com.tr (ingilis). Anadolu Ajansı. 10 noyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2022.