Rusiya Turkiye Birge Monitorinq Merkezi - Wikipedia
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi.[1]
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 30 yanvar 2021 |
Ləğv edilib | 26 aprel 2024 |
Ştat sayı | 120 nəfər (60 Türkiyə, 60 Rusiya) |
Baş qərargah | Ağdam şəhəri |
Vikianbarda əlaqəli mediafayllar |
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu.[2]
Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar.[3] Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər.[4] Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi.[5] Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi.[4][6] Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlamışdır.[7]
Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.[8]
Tarixi
redaktə2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Azərbaycan və Ermənistan tərəfləri işğal etdikləri mövqelərdə dayanacaq və bölgədə rus sülhməramlıları yerləşdiriləcək. Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzinin yaradılması barədə memorandum Hulusi Akarla Rusiya Müdafiə Naziri Sergey Şoyqu arasındakı video əlaqə yolu ilə aparılan danışıqların nəticələrinin ardından noyabrın 11-də imzalanmışdır.[1][3] Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər.[4]
Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi.[5] Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi.[4][9] Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.
Açılışı
redaktəAğdamda açılan atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlamışdır.[10][11]
Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında yüksək çinli rəsmilər iştirak etmişdilər. Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin öz ölkələrini təmsil ediblər. Zakir Həsənov, Yunus Əmrə Qaraosmanoğlu və Aleksandr Fomin əvvəlcə Mərkəzin önündəki rəmzi qırmızı lenti kəsiblər. Sonra Azərbaycan, Türkiyə və Rusiyanın dövlət himnləri səsləndirilib. Sonra şəxsi heyətlə və ərazi ilə tanışlıq həyata keçirilib.[12]
Açılış tədbiri Azərbaycan, Türkiyə və Rusiya rəsmilərinin ağacəkmə mərasimi ilə yekunlaşıb.[12]
Mərkəzdə şərait
redaktəTürkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.
Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb.
Şəxsi heyət
redaktəAçılış mərasimindən sonra Rusiya və Türkiyə hərbçiləri paritet əsasla Mərkəzdə fəaliyyətə davam etdirirlər.[13]
Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.[14] Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək. Monitorinq Mərkəzi Qarabağda atəşkəs rejiminin monitorinqini pilotsuz aparatalar vasitəsilə həyata keçirəcək.[15] Monitorinq mərkəzi açılanda ilk vaxtda Türkiyə tərəfdən bir general və 38 hərbçinin xidmət edəcəyi bəlli olmuşdur.[15]
Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.[16]
İstinadlar
redaktə- ↑ 1 2 "Türkiyə və Rusiya Qarabağda atəşkəsə nəzarət edəcəklər". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
- ↑ "Заявление Президента Российской Федерации". 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
- ↑ 1 2 "Turkey, Russia to set up joint center to watch Nagorno-Karabakh peace". Hurriyet Daily News. 2020-11-11. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
- ↑ 1 2 3 4 Fraser, Suzan. "Turkish parliament approves peacekeepers for Azerbaijan". Associated Press. 2020-11-18. 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
- ↑ 1 2 "Turkey seeks approval to deploy peacekeepers in Azerbaijan". Al Jazeera. 2020-11-16. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
- ↑ "Turkey Approves Sending Troops To Joint Russian Monitoring Center In Azerbaijan". Radio Free Europe/Radio Liberty. 2020-11-17. 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
- ↑ "Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzinin açılışı olub". Azeri Press Agency (az.). 30 January 2021. 30 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2021.
- ↑ Azertag.az. "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib" (az.). Azertag.az. 26.04.2024. 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2024.
- ↑ "Turkey Approves Sending Troops To Joint Russian Monitoring Center In Azerbaijan". Radio Liberty. 2020-11-17. 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
- ↑ "Polkovnik Vaqif Dərgahlı: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır VİDEO". Azerbaijan State News Agency (az.). 30 January 2021. 30 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2021.
- ↑ "Российско-турецкий центр по Карабаху приступит к работе 30 января" [Russian-Turkish Center for Karabakh to start working on January 30]. TASS (rus). 29 January 2021. 30 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2021.
- ↑ 1 2 "Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzinin açılışı olub". [Azeri Press Agency (az.). 30 January 2021. 30 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2021.
- ↑ "Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi bu tarixdə AÇILIR". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
- ↑ "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsini Azərbaycan Ordusu həyata keçirəcək". Report Information Agency (az.). 30 January 2021. 30 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2021.
- ↑ 1 2 "Хулуси Акар: Турецкие генерал и офицеры приступают к службе в Карабахе". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
- ↑ "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində şəxsi heyətə rəhbərlik edəcək şəxslərin adları açıqlanıb". Report Information Agency (az.). 30 January 2021. 30 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2021.