Qedim Misir - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar.
Tarixi
redaktəDövlətin tarixi 6 hissəyə bölünür:
- Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800)
- Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr. 2250)
- Orta padşahlıq (e.ə. təqr. 2050 – e.ə. təqr. 1750)
- Yeni padşahlıq (e.ə. təqr. 1580 – e.ə. təqr. 1070)
- Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 – e.ə. təqr. 332)
- Yunan Roma dövrü (e.ə. 332 – e.ə 395).
Misirin ərazisində qədim insanlar suvarma sistemlərini yaratmış, daş və misdən düzəldilmiş əmək alətlərindən istifadə etmişdirlər. Əmək fəaliyyətinin nəticəsində orada yüksək mədəniyyətin yaranması mümkün olmuşdur. Bütün işlərin görülməsində qul əməyindən geniş istifadə olunurdu. Qədim misirlilər başqa Afrika, Avropa və Asiya xalqları ilə qarışması faktları da tarixdə olmuşdur.
E.ə. V–IV minilliklərdə, ibtidai icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət qurumları yaranmışdır. Şumerdə olduğu kimi, hər bir vilayət müstəqil ərazi olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdurlar və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və ölkə ikiyə — yuxarı (Şimal) və aşağı (Cənub) hissəyə bölünmüşdür. Bu hissələrin çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün cəhdlər etmişdirlər. Bu dövrə Misirin "sülalələr öncəsi dövrü" deyilir. E.ə. III minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal çarlarının siyahısı verilmişdir. Ancaq ola bilsin ki, onlar çarlar deyil, tayfa və ya şəhər başçıları olmuşdurlar.
Ümumiyyətlə o dövrlər haqqında bilgilər çox azdır və "sülalələr öncəsi dövrü" nə vaxta qədər davam edib, demək çətindir. Hər halda artıq e.ə. III minillikdə vahid dövlət mövcud olmuşdur və burada 2 çar sülaləsi olmuşdur və bu tarixdən Misir dövlətinin tarixi başlanır. Misir çarlarını "firon"lar adlandırırlar. Hesab olunur ki Misirin 30-a yaxın çar sülalələri olmuşdur.
Misirin qədim tarixi eramızdan əvvəl IV–III əsrlərdə yaşamış Manefon (yunanca Manethon) adlı tarixçi tərəfindən qələmə almışdır. O Heliopolis şəhərinin kahini olmuşdur. Onun tarix əsəri bizim zamanəmizə qismən, başqa müəlliflərin əsərləri vasitəsilə çatmışdır. Məhz Manefon Misir tarixini 30 firon sülalələri ilə vermiş və bu bölgü tarix elmində qəbul olunmuşdur. Manefon qələmə aldığı hadisələrin şahidi olmasa da, çox etibarlı qaynaqlarla, sənədlərlə, qədim tarixçilərin əsərləri ilə işləmiş və onlara istinad etmişdir.
Manefonun təsnifatına görə qədim Misir tarixi bir neçə dövrə bölünür: ən qədim, qədim, orta, yeni və ən yeni.
Ən qədim zamanlardan başlayaraq, Misir dünya mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Orada Manefonun bölgüsünə görə hələ 1-ci sülalənin hakimiyyəti dövrünə aid olan misdən və başqa növ metallardan düzəldilmiş əmək alətlərindən (baltalar, bıçaqlar, mismarlar, çəkiclər, iynələr və s.) istifadə edirdilər. Bunlar arxeoloji qazıntılar zamanı məzarların birində tapılmışdır. Məsələ burasındadır ki, misirlilər ölənlərin dirilməsinə və bu əşyalardan istifadə etməsinə inanırdılar. Onları ölülərlə birlikdə məzarlara qoyurdular. Eyni zamanda, həmin dövrdə onlar daş alətlərindən də istifadə etmişdirlər. Bunlardan başqa, məzarlarda kətan parçasınin qalıqları və iplər də tapılmışdır. Deməli o zaman Misirdə parça tikilişi də olmuşdur.
Həmən dövrlərdən başlayaraq, Misirdə Nil çayı boyu şəhər və qəsəbələr salınmışdır. Tikinti zamanı kərpicdən və taxtadan istifadə edilmişdir. Misirlilər artıq taxta məmulatlarından, mis, gil və saxsı qablardan da məişətdə geniş istifadə edirdilər. Əkinlərinin suvarılması üçun misirlilər kanallar qazıb, Nil çayının sularını uzun məsafələrə apara bilmişdirlər. Əkin sahələrində müxtəlif yeməli bitki növləri, o cümlədən buğda, üzüm əkilirdi. Misirlilər xırda və iri buynuzlu heyvanları, eşşəkləri, atları saxlayıb, otarırdılar. Buna dəlil kimi qədim qablar üzərində olan rəsmləri gətirmək olar. Ölkədə bütün ağır işləri kölələr görürdülər. Aramsız savaşlar nəticəsində Misirə minlərlə hərbi əsir gətirilirdi. Onların hamısı kölə olub, müxtəlif sahələrdə işləyirdilər.
İlk yazı nümunələri də o vaxtlar yaranmışdır. Yazarlar "papirus" (yun. pápyros) adlanan bitkinin gövdəsindən emal edilmiş lülə halında bükülmüş kağızlardan istifadə edirdilər. Papiruslar sonra bütün antik dünyada istifadə edilirdi. Yazılarda misirlilər əlifbadan deyil, heroqliflərdən istifadə edirdilər. Heroqliflər sözlərin, cümlələrin və müxtəlif mənaların işarəli ifadəsi olmuşdur.
Vahid dövlətin yaranması (I-II sülalələr, e.ə. 3000–2778 illər)
redaktəMisirin şimal və cənubu birləşəndən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunurdu. Onlar çox vaxt tanrılaşdırılmış və Qor (Hor, Horus)tanrısının təcəssümü kimi təsəvvür edilirdilər. Fironların ölkənin hər iki hissəsini simvolizə edən ağ və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar.
Rəvayətlərə görə, ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdir. Bəlkə də o 1-ci sülalənin yaradıcısı olmuşdur. Ancaq başqa rəvayətlərə görə, hələ 1-ci sulalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, 1-ci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa etmişdir. Ancaq qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də Menesi həm də Narmer çağırırdılar. Hər halda bu məsələ aydın deyil.
II sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə edirdilər. Bu sülalənin sonuncu fironları isə hər iki tanrını öz himayədarları kimi qəbul etmişdirlər.
Qədim tarix (III–VI sülalələr, e.ə. 2778–2263 illər)
redaktəMisirdə vahid dövlət yaranandan sonra, fironlar öz hakimiyyətlərini genişləndirməyə, nüfuzlarını artırmağa çalışmışdırlar. Bunlara nail olmaq üçün onlar qonşuları ilə savaşlar aparmışdırlar. III sülalədən olan firon Coserin (e.ə. 2635–2611) dövründə Misir çox güclənmişdir. O mis və filizi ilə zəngin olan Sinay yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu savaşlar apararaq o əraziləri öz ölkəsinə qatmış və oranı idarə etmək üçün canişinini təyin etmişdir. Cənubda isə o həbəşləri məğlub edə bilmişdir. Rəvayətlərə görə Coser müxtəlif tanrıların kahinlərini razı salaraq, onlara böyük ərazilər və əmlak hədiyyə etmişdir.
Coserin yardımçısı məşhur vəziri İmhotep olmuşdur. O həm də Misirin baş kahini olaraq, ölümündən sonra tanrılaşdırılmışdır. Məhz İmhotep fironların dəfn olunan yeri kimi məşhur Misir piramidalarının inşa edilməsi təşəbüsü ilə çıxış etmiş və onların layihəsini təklif etmişdir. İlk piramida firon Coser üçün inşa edilmiş və bu gün də Qahirənin yaxınlığında yerləşən Saqqara kəndində tarixi abidə kimi qalmaqdadır.
Bu kimi nəhəng tikililərin qurulması üçün savaşlar zamanı kölələrin əməyindən istifadə olunurdu. Minlərlə kölələr bu ağır və əzablı işə cəlb olunmuşdur və onların canları bahasına piramidalar ucaldırılmışdır. Onlar tikinti üçün lazım olan nəhəng daşları və başqa materialları uzaqlardan gətirirdilər. Herodot[1] hətta yüz minlərlə qulların bu işdə iştirak etməsi və gecə-gündüz işləməsi haqqında məlumat vermişdir.
IV sülalənin fironları (məsələn firon Sinefru) da şimal və cənubda qonşuları ilə savaşlar aparmış və uğurlar əldə edə bilmişdirlər. Onların dövründə Nil çayında gəmiçilik inkişaf etmişdir.
V sülaləsinin hökmdarları əslən Heliopolis şəhərindən idilər. Buna görə də bu şəhərin baş (günəş) tanrısı Ranın kultunu dövlət səviyyəsinə ucaltmışdırlar. Bu kult gələcəkdə Misir tarixində çox əhəmiyyətli rol oynamışdır və fironlar özlərini günəş tanrısı Ranın oğulları kimi tanıdırdılar.
VI sülalənin ən tanınmış fironları I Pepi və onun oğlu II Pepi (e.ə. 2278–2184) olmuşdurlar. Onların fironluğu dövründə böyük uğurlar əldə edilmiş, ölkə möhkəmlənmişdir.
II Pepi hakimiyyətə 6 yaşında gəlmiş və 94 il Misiri idarə etmişdir. Onun hakimiyyəti dünya tarixində ən uzun sürən hakimiyyət sayılır. II Pepinin qoşun başçısı Hirhuf hətta Afrikanın ekvatorial hissəsinə qədər yürüş etmiş və oradan çoxlu sayda qara dərili kölələr gətirmişdir. Lakin bu uğurlara baxmayaraq, sonda vilayət canişinlərinin nüfuzu artmağa başlamışdır və bu proses II Pepinin varislərinin fironluğu zamanı ölkənin parçalanması ilə başa çatmışdır.
Birinci keçid dövrü (VII- Х sülalələr, e.ə. 2263–2160 illər)
redaktəVII sülalənin hakimiyyəti dövründən başlayaraq Misirdə mədəniyyət və dövlətçilik sahələrində geriləmə prosesləri baş verirdi. Ölkə dağınıq vəziyyətdə olmuşdur və hətta xarici basqınlara məruz qalırdı. Bəzi fironlar yenə də ölkəni birləşdirmək və güvvətləndirmək istəsələr də, buna nail ola bilməmişdirlər. Bu zaman fironlar öz iqamətgahlarını Memfisdən Herakliopolisə keçirmişdirlər.
Orta dövr tarixi (XI- XII sülalələr, e.ə. 2160–1785 illər)
redaktəQədim Misirin orta dövr tarixi Tebes şəhərinin hökmdarının (XI sülalə) güclənməsi ilə başlamışdır. Onlar cənub vilayətləri öz hakimiyyəti altında birləşdirə bilmişdirlər. Sonra Tebes hökmdarı Mentuhotep Helliopolisdəki zəifləmiş firon sülalısini devirmişdir və özünü firon elan etmişdir. Sonra isə onun vəziri Amenemtah hakimiyyəti ələ keçirmiş və bu hadisə ilə ХII-ci sülalənin hakimiyyəti başlanmışdır. Çox vaxt bu sülaləni "Amenemtah"lar və ya "Senustret"lər (e.ə. 1991 − 1783 illər) sülasəsi adlandırırlar. Firon III Senustret Misiri yenə də hərbi, mədəni və iqtisadi cəhətdən qüdrətli dövlətə çevirə bilmişdir. O dövrdə fironlar başqa xalqlara qarşı qərbi yürüşlər həyata keçirmişdirlər. Cənubda, Nubya (müasir Sudan) ölkəsi fəth edilib, orada qızıl mədənləri kəşf edilmişdir. İstilalar zamanı Misirə böyük miqdarda maddi sərvət və qullar gətirilirdi. Bunun nəticəsi olaraq, ölkədə irimiqyaslı inşaat işləri görülüb, yollar çəkilib, suvarma kanalları qazılmışdır. Misirin Aralıq dənizi hövzəsində də nüfuzu artmış, qonşu xalqlar misirlilərlə hesablaşmaq məcburiyyətində qalmışdırlar. Krit və Kipr adaları, Yunanıstan və İtaliya şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələri qurulmuşdur. Beləliklə Misir o dövrdə Yaxın Şərqin ən güclü olkələrindən biri olmuşdur.
İkinci keçid dövrü (XIII-XVII sülalələr, e.ə. 1785–1580 illər)
redaktəAncaq, bu uğurlara baxmayaraq, yüksəliş dövrünü yaşayan Misirdə istibdad və ədalətsizlik halları artmış, ətrafda yaşayan xalqlar isə qarət olunurdu. Buna görə Misirdə ədalətsizlikdən bezən xalq üsyana qalxmış və fironları devirmişdir. Bundan sonra ölkə parçalanmış və e.ə. 1640-cı ildə şərqdən gələn "hiksos" (qədim misir dilində "heka-şasu") adlanan tayfalar tərəfindən istila edilmişdir. Bu tayfaların mənşəyi bilinmir. Bəzi alimlər onların sami, başqaları isə hurri, hitti, mitannili, hətta elamlı olduqlarını iddia edirlər. Bəlkə də onlar bu xalqların qarışması nəticəsində yaranan bir tayfalar olmuşdurlar.
Bundan sonra hiksosların başçıları özlərini firon elan etmişdirlər və yüz ilə yaxın ölkəni idarə etmişdirlər (XV və XVI sülalələr hiksos sülalələri olmuşdur). Onlar Avaris şəhərini baş şəhər edərək, Misirin bir çox vilayətlərini ələ keçirə bilsələr də, misirliləri tam məğlub edə bilməmişdirlər. Tebes şəhərinin hokmdarları qüvvələrini toplayaraq, hiksoslara qarşı böyük savaşa qalxmışdırlar. Bu savaş misirlilərin qələbəsi və hiksosların ölkədən qovulması ilə başa catmışdır. Hiksoslara sonuncu sarsıdıcı zərbəni endirən və Avarisi ələ keşirən I Ahmos’dan başlayaraq Misiri növbəti, XVII-ci sülalə idarə etmişdir.
Yeni çarlıq (XVIII-XXXIII sülalələr, e.ə. 1580–1085 illər)
redaktəYeni çarlıq dövründə yenə də Misiri mədəni, iqtisadi və hərbi cəhətdən güclü və inkişaf etmiş bir dövlətə çevrilmişdir. Hiksoslardan alınmış cəng arabalarından istifadə edilməsi, Misir ordusunu regionun ən güclü ordusuna çevirmişdir. Eyni zamanda elm və mədəniyyət həyatında intibah dövrü yaşanırdı. O zaman ölkəni Amenhoteplər, Tutmoslar, Ramseslər, Ehnaton, çariça Hatşepsut kimi bacarıqlı hökmdarlar idarə etmişdirlər. Fironlar III Amenofis və III Tutmos hakimiyyəti dövrü Misir qüdrəti zirvə nöqtəsinə çatmışdır. Şimalda Misir orduları Suriyani işğal edərək, Mesopotamiyaya qədər irəliləmişdirlər. Cənubda isə ölkə sərhədləri Nubiyanın Kerma və Nalata məntəqələrinə qədər genişlənmişdir. Firon I Tutmosun qoşunu Suriya, Fələstin və Fərat çayının sahillərinə qədər irəliləyə bilmişdirlər.
Bundan sonra istila siyasəti dayandırılmışdır. Növbəti firon II Tutmosun az müddətli hakimiyyətindən sonra, hakimiyyətə onun kənizindən olan azyaşlı oğlu III Tutmos gəlmişdir. Ona görə əslində ölkəni II Tutmosun həyat yoldaşı Hatşepsut idarə etmişdir. Sonra bu qadın özünü firon elan etmişdir. Eyni zamanda III Tutmos da formal olaraq bu adı daşıyırdı və hakimiyyətdən getmək niyyəti olmamışdır. Öz hakim mövqeyini saxlamaq üçün Hatşepsut hiləgər siyasət aparmışdır, bir çox saray xadimlarini və kahinləri müxtəlif yollarla öz tərəfinə çəkə bilmişdir. Öz hakimiyyəti dövründə Hatşepsut Aton tanrısının məbədlərini inşa etmişdir, onun kahinlərini himayə edirdi. Lakin başqa tanrıların kultlarına da ehtiram edirdi.
Hatşepsutun ölümündən sonra III Tutmos hakimiyyəti ələ almış və onun tərəfdarlarını məhv etmişdir. Sonra o, uğurlu savaşlar aparmış, Suriya ilə Fələstini istila etmişdir. III Tutmos qonşularına qarşı 17 uğurlu hərbi yürüş təşkil etmişdir.
Yenə də bu cür istilalar ətraf xalqların qarət olunmasına və külli miqdarda sərvətlərin Misirin mərkəzlərinə axmasına gətirib çıxarmışdır. Bunun nəticəsində nəhəng inşaat nümunələrinin ucaldılması işləri davam etdirilmişdir. Luksor, Abidos, Tebes, Əbu Simbeldə yeni piramidalar və başqa tikililər ucaldılmışdır.
Daha sonra hakimiyyətə gəlmiş IV Amenofis baş şəhəri Ahetaton’a (müasir El-Amarna) keçirmiş və ölkədə dini islahat aparmışdır. Onun dövründə Aton Misirin tək və şəriksiz tanrısı elan edilmiş, firon isə özünü Ehnaton adlandırmışdır. Ancaq bu islahatlar müvəqqəti xarakter daşımışdır və artıq Ehnatonun varisləri ənənəvi Amon kultunu (günəş tanrısıdır) bərpa edib, baş şəhər statusunu yenə də Tebesə qaytarmışdırlar.
Daha sonra Misir hittilərlə uğursuz savaşlar aparmışdır. Ancaq hitti qoşununun arasında yayilmış hansısa yoluxucu xəstəlik onlara ölkəni işğal etməyə imkan verməmişdir. Bu zaman firon I Seti (e.ə. 1312–1298 illər) əks hücuma keçə bilmişdir.
Setinin oğlu II Ramses Misiri 66 il ərzində idarə etmişdir. Onun xarici siyasətində bəzi uğursuzluqlara baxmayaraq, ölkə daxilində irimiqyaslı quruculuq işləri aparmışdır. Onun yeni baş səhəri Nilin deltasında yerləşən Per-Ramses (Tanis) şəhəri olmuşdur. Ancaq onun varislərinin dövründə Misirin daxili və xarici problemləri artmışdır. Ölkədə rüşvətxorluq, korrursiya, kahinlərin həddən artıq artmış nüfuzu böyuk narazılıqlara səbəb olmuşdur. Xalq hətta çörək qıtlığı problemi ilə üzləşmişdir. Eyni zamanda şimaldan müxtəlif tayfalar Misirə basqınlar edirdilər. Firon XI Ramsesin hakimiyyəti dövrundə (e.ə. 1085 ildə) ölkədə vətəndaş savaşı başlanmışdır və bunun nəticəsində firon sülaləsi devrilmişdir. Faktiki olaraq hakimiyyət Amon tanrısının kahinlərinin əlinə keçmişdir.
Ən yeni dövr (XXII-XXXIII-cu sülalələr, e.ə. 950–30 illər)
redaktəRamseslərin sonuncu numayəndələrinin fironluğu zamanı Misirin siyasi və iqtisadi vəziyyəti ağırlaşmışdır. Mərkəzi hakimiyyət öz keçmiş nüfuzunu itirmiş və faktiki olaraq parçalanmışdır. Cənub vilayətlər Karnak şəhərində yerləşən Amon tanrısının məbədinin kahini Herihor tərəfindən idarə olunurdu. Şimalda isə hakimiyyəti ‘Delta’da yerləşən Tanis şəhərinin hökmdarı Smendes ələ keçirmişdir. Sonra Tanisin başqa hömdarı Nesubanebced XXI-ci sülalənin yaradıcısı olmuşdur.
Liviya fironlarının hakimiyyəti
redaktəDaha sonra Misir əslən Liviyalı olan XXII-ci sülalənin fironları tərəfindən idarə olunurdu. Liviyalılar uzun müddət ərzində Misirə köç etmişdirlər, bir hissəsi isə savaşlar zamanı kölə edilmişdir. Onlar əsasən Delta’da məskunlaşırdılar. Misir qoşununda əsgərlərin çoxu liviyalı olmuşdur. Liviya sülaləsinin yaradıcısı Şeşonk, XXI-ci sülalin sonuncu fironunun sərkərdəsi olmuş, sonra isə hakimiyyəti ələ almışdır. Sonra o öz oğlunu Tebesdə Amon-Ra tanrısının baş kahini elan etmişdir və baş şəhəri Tanis’dən Bubastis’ə keçirmişdir. Daha sonra ölkə bir qədər möhkəmlənmişdir. Şeşonkun qoşunu Fələstin istiqamətində hücuma keşmişdir. O ərəfədə Yerusəlim (Qüds) onlar tərəfindən alınmış və qarət etmişdir. Həmən dövrdən başlayaraq, Assur imperiyası da genişlənmiş və bir müddət sonra Misirin ciddi rəqibinə çevrilmişdir.
Ancaq sonra liviyalıların hakimiyyəti zəifləməyə başlamışdır. Cənubda, Nubyanın Napata şəhərində yeni bir hakimiyyət qurulmuşdur. E.ə. 750-ci ildə onlar Tebesi alaraq, şimala doğru hərəkətə keçmişdirlər. Gərgin savaşlar nəticəsində nubyalılar Memfisi və Delta’nı ələ keçirərək, liviyalıların hakimiyyətinə son qoya bilmişdirlər. Öz hakimiyyətləri dövründə, onlar çoxlu inşaat işləri aarmış, yeni piramidalar ucaltmışdırlar. Firon Şabaka ölkəni yenə birləşdirə bilmişdir.
Assuriya istilası
redaktəNubyalı fironlar dövründə Misirin, Fələstini və Suriyanı ələ keçirməyə cəhd edən Assur imperiyası ilə ixtilafları başlanmışdır. Şabaka assurlularla yaxşı münasibət qura bilsə də, ondan sonra hakimiyyəti ələ almış Taharka Fələstin və Suriya hökmdarlarını Assura qarşı üsyana qalxmağa təhrik edə bilmişdir. Getdikcə tərəflərin qarşıdurması gərginləşmiş və e.ə. 671-ci ildə Assuriya qoşunu misirliləri məğlub edərək, Sinay yarımadasını, sonra isə irəliləyərək, Memfisi ələ keçirə bilmişdir. Beləliklə, şimali Misirdə nubyalıların hakimiyyətinə son qoyulmuşdur və bu ərazilər Assuriyanın tərkibinə qatılmışdır.
Misirin cənubu isə Assuriya hakimiyyətini qəbul etməmişdir. Orada sığınacaq tapan Taharka bir qədər sonra xalqı Assuriyaya qarşı üsyana qaldıraraq, e.ə. 669-cu ildə Memfisi ələ keçirə bilmişdir. Ancaq e.ə. 666-cı ildə Assur çarı Aşşurbanipal’ın qoşunu yenidən Memfisi işğal etmişdir. Taharka isə Tebes şəhərinə qaçmış, oranı ölənə qədər idarə etmişdir. Onun ölümündən sonra assurlular cənuba doğru daha bir neçə yürüş təşkil edərək, Misirdə nubiyalıların hakimiyyətinə son qoya bilmişdirlər.
Müstəqilliyin bərpası
redaktəBuna baxmayaraq, Assur istilasına qarşı müqavimət davam edirdi. Bu dəfə Deltada yerləşən Sais şəhərinin hökmdarı, əslən liviyalı olan, I Psamatik (e.ə. 647–665 illər) (XXVI sülalə) bir sıra xarici dövlətlərdən yardım alaraq assurlulara qarşı savaşa başlamış və onları ölkədən qova bilmişdir. Sonra onun oğlu II Nexo (e.ə. 609–594 illər) e.ə. VII əsrin sonunda Assuriya imperiyasının dağılması zamanı qısa müddətə Fələstini və Suriyanı ələ keçirmişdir. Ancaq sonra Babil çarı Nəbukadnəzara məğlub olandan sonra, geriyə çəkilmək məcburiyyətində qalmışdır.
Sonra Nexo Aralıq dənizini Qırmızı dənizlə birləşdirmək fikrinə düşmüşdür. Bu kanalın qazılması 120 000 yaxın qulun həyatı bahasına başa qəlməsinə baxmayaraq, işlər yalnız 150 ildən sonra, iranlıların istilasından sonra başa çatmışdır.
550-ci ildə yunanlar Misirdə Navkratis adlanan ilk polislərini yaratmışdırlar.
Əhəmənilərin hakimiyyəti dövrü
redaktəE.ə. 527–525-ci illərdə isə Misir Əhəməni (İran) şahları tərəfindən istila edilmişdir və İran imperiyasının vilayətinə çevrilmişdir. Şahlar özlərini həm də fironlar kimi təqdim edirdilər. Misirlilər onlara qarşı dəfələrlə üsyana qalxsalar da, bunların heç bir nəticəsi olmamışdır.
İki əsr davam edən İran hökmranlığından sonra, e.ə. V əsrin əvvəllərində misirlilər işğalçıları ölkədən qova bilmişdirlər, Lakin e.ə. 343-cü ildə onlar yenə də İran şahı III Artakserksə məğlub oldular. Ancaq bu dəfə fars hakimiyyətin dövrü uzun olmamışdır.
Ellinizm dövrü
redaktəE.ə. 323-cü ildə Misirə makedoniyalı İskəndərin qoşunu daxil olaraq İran hakimiyyətinə son qoymuşdur. O, Aralıq dənizinin sahillərində İskəndəriyyə (Alexandria) şəhərinin inşasına başlamışdır.
İsgəndərin ölümündən az sonra Misir onun sərkərdələrindən biri olan Ptolemey (Soter’in) və onun varisləri tərəfindən idarə olunmuşdur. Beləliklə, e.ə. IV–I əsrlərdə ölkə yunan sülaləsi tərəfindən idarə olunurdu. Əvvəl Ptolemeylər sülaləsinin nümayəndələri müdrik və uzaqgörən siyasət aparırdılar. Onlar qədim məbədləri bərpa edib, yenilərini inşa edirdilər. Ptolemeylərin dövründə yazıları papirus uzərində deyil, perqamentdə yazırdılar. Eyni zamanda onlar Suriyanın başqa bir yunan əsilli hökmdarları (Selevkilərlə) uzun sürən savaşlar aparmışdırlar.
İskəndəriyyə şəhəri ölkənin yeni baş şərəri olmuşdur. O zaman dənizdə məşhur İskəndəriyyə mayakı inşa edilmişdir. Bu mayak o qədər nəhəng tikili olmuşdur ki, onu yunanlar o dövrün mücüzələrindən biri hesab edirdirlər. Ümumiyyətlə İskəndəriyyə o zaman dünyanın ən inkişaf etmiş mədəni və ticarət mərkəzlərindən biri olmuşdur. Burada məşhur kitabxana inşa edilmişdir. O qədim dünyanın ən böyük kitabxanası olmuşdur. Ptolemeylər alimlərə, incəsənət xadimlərinə, yazarlara, rəssamlara himayəçilik etmişdilər. Məhz İsgəndəriyyədə Əhdi-Ətiq ilk dəfə yunan dilinə tərcümə edilmiş və "Septuaginta" adlanmış. Ancaq sonra bu intibah dövrü başa çatmışdır və ölkədə böhran başlamışdır. Saray çevrilişləri, fitnəkarlıq Misirdə adi hal almış, Selevkoslarla qanlı savaşların sonu görsənmirdi. Hakimiyyətə gəlməyə can atan IV Ptolemey, buna nail olmaq üçün öz anasını, bacısını və qardaşını qətlə yetirmişdir.
E.ə. I əsrdə hakimiyyətə 10 yaşlı XIII Ptolemey Filopator gətirilmişdir. Onun bacısı və eyni zamanda arvadı 17 yaşlı VII Kleopatra Filopator onu hakimiyyətdən uzaqlaşdırmışdır. Ancaq sonra saray xadimləri qardaşını yenidən çar elan etdilər. Kleopatra Suriyaya qaçmış və orada qoşun yığaraq, qardaşına qarşı yürüşə başlamışdır. Sonra o kömək üçün romalı sərkərdə və siyasi xadim Qney Pompey (Gnaeus Pompeius) müraciət etmişdir. Ancaq Romada gedən daxili qarşıdurma zamanı Pompey Qay Yuli Sezara (Gaius Iulius Caesar) məğlub olmuş və İsgəndəriyyəyə qaçmışdır. Burada e.ə. 47-ci ildə misirlilər onu qətlə yetirdilər. Bu hadisələr zamanı şəhərdə döyüşlər olmuş və məşhur İsgəndəriyyə kitabxanası yandırılmışdır.
Qədim Misir tarixinin sonu
redaktəBundan sonra Sezar qoşunu ilə Misirə gəlmiş və Kleopatraya dəstək verərək, onu hakimiyyətə gətirmiş, sonra onunla evlənmişdir. 13 yaşlı XIII Ptolemey Filopator o hadisələr zamanı həlak olmuşdur. Ancaq e.ə. 44-cü ildə Sezar Romada süiqəsd nəticəsində öldürülmüşdür və Kleopatra İsgəndəriyyəyə qayıtmaq məcburiyyətində qalmışdır. Sonra Romada davam edən vətəndaş savaşı zamanı imperiyanın şərq vilayətlərini Mark Antonio (Marcus Antonius) ələ keçirmiş və rəqibi Oktavian Avqust (Octavianus Augustus) mübarizə aparmışdır. O İsgəndəriyyəyə gəlmiş və Kleopatranın sevgilisi olmuşdur. Lakin e.ə. 31-ci ildə, Antonio və Kleopatranın donanması Oktaviana məğlub olmuşdur. Bundan sonra Antonio və Kleopatra intihar etmişdirlər. Qalib gəlmiş Oktavian isə Sezarın və Kleopatranın oğlu Sezarionu (Caesarion) edam etmişdir. Belələklə qədim Misirin sonuncu XXXIII sülaləsi tarixi səhnədən silinib getdi. Bundan sonra Misirin müstəqilliyinə son qoyulmuş və ölkə Roma imperiyasının vilayətinə çevrilmişdir. Bundan sonra qədim Misirin tarixi bitmiş olur. Ölkə çeşidli imperiyaların tərkibində olmuş və yalmız yeni tarixdə müstəqil olmuşdur.
Xarici siyasəti
redaktəMisir-Babilistan münasibətləri
redaktəDövrü səciyyələndirən yazılı kitabələrin, müxtəlif xarakterli sənədlərin təhlili göstərir ki, Babil-Misir əlaqələrinin ən zəngin dövrü Misirdə yeni şahlıq dövrünə təsadüf edir. Məhz bu zaman iki dövlət arasında müqavilə bağlanmış və hökmdarlar müəyyən edilmiş sərhədlərin pozulmamasına and içmişlər.
E.ə. XV əsrin ortalarından Babilistan yenidən Ön Asiyanın qüdrətli dövlətləri sırasına çıxır, onun qonşu ölkələrə mədəni- siyası təsiri güclənir. Kassi- Babil şahı I Karaindaşın hakimiyyəti dövründə Babilistan Misirlə diplomatik əlaqələr yaradır və sonralar bu əlaqələr daha da genişlənir. Babilistan Misir əlaqələri haqqında XIX əsrin sonlarında Misirdə Ell-Amarn arxivindən tapılmış diplamatik məktublar ətraflı məlumat verirlər. Amarn arxivində firon III Amenxotepin Babil şahı Kadaşman -Enlilə (e.ə.1374–1360) iki məktubu və Kadaşman-Enlilin ona üç cavab məktubu II Burna-buriaşın (e.ə.1359–1333) III Amenxotepe bir, IV Amenxotepə (Exnaton) beş məktubu, Babilistandan Misirə və Misirdən Babilistana göndərilən hədiyyələrin siyahısı qorunub saxlanmışdır.
Göründüyü kimi, Babil-Misir yazışmaları e.ə. XIV əsrin təxminən 30–40 illik bir dövrünü əhatə edir. Lakin məktublardakı bəzi qeydlər Babilistan- Misir əlaqələrinin əsasının e.ə XV əsrin ikinci yarısında, kassi şahı I Karaindaşın dövründə qoyulduğunun göstərir. Məsələn, kassi şahı II Burna-buruaşın Exnatona yazdığı bir məktubda göstərilirdi: "Karaindaşın dövründən, sənin əcdadlarının səfirləri mənim əcdadlarımın yanına gələn vaxtdan indiyə qədər onlar (II Burna-buruaş və Exnatonun əcdadları) dost olmuşlar." Buradan aydın olur ki, Misir fironu birinci olaraq Babilistana səfirlər göndərmiş və onunla dostluq əlaqələri yaratmağa cəhd göstərmişdir. Bu şübhəsiz ki, I Karaindaşın dövründə Babilistanın beynəlxalq nüfuzunun olduqca artdığını göstərir.
II Burna-buruaşın başqa bir məktubundan aydın olur ki, kassi şahı I Kuriqalzu (e.ə. XIV əsrin əvvəlləri) qədim Fələstin və Suriyanın Misir əleyhinə ittifaq bağlamaq təklifini rədd etmiş və Misir fironun özünün müttəfiqi adlandırmışdı. Yenə II Burna-buruaşın Exnatona yazdığı bir məktubda I Kuriqalzunın Misirdən çoxlu qızıl aldığı göstərilirdi.
Ümumiyyətlə, Babilin Misirdən aldığı mallar içərisində qızıl əsas yer tuturdu. I Kuriqalzunun dövründən başlayaraq ölkədə inşaat işlərinin geniş miqyas alması bu qiymətli metala ehtiyacı xeyli artırmışdı. Təsədüfu deyil ki, istər Kadaşman — Enlil, istərsə də II Burna-buruaş Misir fironlarından qızıl göndərmələrini xahiş edərkən onun inşaat işləri üçün lazım olduğunu xüsusi qeyd edirlər. Kadaşman Enlil III Amenxotepə yazırdı: "haqqında sənə yazdığım qızıla gəldikdə isə, nə qədər mümkünsə çoxlu qızıl göndər, sənin səfirlərinin mənim yanıma gəlməsindən də tez göndər. Onu indi nə qədər mümkünsə tez, bu biçim vaxtı, ya Duzu (iyun-iyul), ya da Ab (iyul-avqust) ayında göndər ki, mən gördüyüm işi başa çatdıra bilim.
Əgər sən bu biçim vaxtı — Duzu və ya Ab ayında mənim yazdığım qızılı göndərsən, onda mən qızımı sənə verərəm. Və əgər sən Duzu və Ab aylarında qızılı göndərməsən və beləliklə, mən gördüyüm işi başa çatdırmasam, ondan sonra göndərməyinin nə mənası var? Mən işi qurtardıqdan sonra qızıl mənim nəyimə lazımdır? Əgər sən onda mənə üç min talant qızıl göndərsən də, mən qəbul etməyib geri qaytaracam və qızımı sənə ərə verməyəcəm."
Kadaşman Enlilin bu "ultimatumu" tezliklə öz təsirini göstərir və II Amenxotep Kadaşman Enlilin yeni evi üçün qiymətli ağac növlərindən olan, qızıl və fil sümüyü ib haşiyələnmiş çarpayılar, taxtlar, kürsülər və s. göndərir.
Hədiyyələrin siyahısından sonra adətən onların bəzəyini təmsil edən qızıl, gümüş və başqa qiymətli metalların ümumi çəkisi göstərilirdi. III Amenxotepin Kadaşman Enlilə göndərdiyi hədiyyələrin tərkibində 4 kq dan çox qızıl, 600 qr-a yaxın gümüş var idi.
Tikinti ilə bağlı qızıl sifariş verilməsinə II Burna-buruaşın Exnatona məktublarında da rast gəlirik: "Mən tikinti işinə başlamışam və bu haqda qardaşıma yazmışam, qoy qardaşım mənə çoxlu yaxşı qızıl göndərsin və mən öz işimi başa çatdırım." Başqa bir məktubunda II Burna-buruaş fironun ona yalnız iki minə (yəni 1 kq) qızıl göndərməsindən narazı qaldığını bildirərək yazırdı:
"Mənim əcdadlarımla sənin əcdadların dostluq əlaqələri yaradandan bir-birinə zəngin hədiyyələr göndərmiş və heç vaxt bir-birinin ədalətli xahişini rədd etməmişlər. İndi isə qardaşım hədiyyə kimi mənə yalnız iki mina qızıl göndərmişdir, əgər qızıl çoxdursa sən də atanın göndərdiyi qədər göndər. Əgər o kifayət qədər deyilsə, onda heç olmasa, atan göndərdiyinin yarısını göndər. Nə üçün sən yalnız iki mina qızıl göndərmisən? İndi allahın evində (məbəddə işim çoxdur və tezliklə onu başa çatdırmaq istəyirəm. Ona görə də çoxlu qızıl göndər."
Qızılın əsasən insaat işlərinə sərf edilməsi haqqında Durr-Kuriqalzudan tapılmış və e.ə XIII əsrə aid olan sənədlər daha ətraflı məlumat verirlər, bu sənədlərin xeyli hissəsi Durr- Kuriqalzudan tikilən iki sarayın müxtəlif hissələrini bəzəmək, mebelləri haşiyələmək, bəzək əşyaları hazırlamaq və s. üçün sənətkarlara verilən qızıl, gümüş, qiymətli və yarımqiymətli daşların qəbzləridir. Qeyd etmək lazımdır ki, Babil şahdarının adətən, Misirə "yaxşı qızıl" sifariş vermələrinə baxmayaraq alınan qızılın keyfiyyəti həmişə yüksək olmurdu. Mənbələrə görə XVIII sülalənin sonlarından Misirdə bəzən qızılın əyarlılığını süni şəkildə aşağı salmaq təcrübədən keçirdilirdi. Tarixi dəqiq müəyyən olmayan bir üzüyün təhlili onun tərkibində 75 faiz mis, 25 faiz isə qızıl olduğunu göstərmişdir. El-Amarn məktublarında Misirdən göndərilən qızılın keyfiyyətindən narazılığına tez-tez rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil məktublarının birində Misir fironunun göndərdiyi 30 minə (15 kq) qızılın gümüşə bənzədiyini göstərirdi.
II Burna-buruaş Exnatondan xahiş edirdi ki, o, göndərəcəyi qızılı məmurlarına etibar etməsin və yalnız özü görəndən sonra onu möhürləyib yola salsın. Daha sonra o yazırdı: "Qardaşım əvvəl göndərdiyi qızılı özü görməmiş və onu qardaşımın məmuru möhürləyib göndərmişdir. Ona görə də onun gətirdiyi 40 mina qızılı kürəyə qoyduqdan sonra onun çəkisi düz gəlməmişdir. II Burna-buruaşın xahişinə baxmayaraq, Misir yenə də keyfiyyətsiz qızıl göndərməkdə davam edirdi. "Sənin göndərdiyin səfirə gəldikdə isə, onun gətirdiyi 20 mina qızılın çəkisi düz olmamışdır və onu kürəyə qoyduqdan sonra heç 15 mina da qızıl alınmamışdır."
Qaynaqların təhlili göstərir ki, Babilistanla Misir arasında vaxtaşırı baş verən düşmənçiliyə baxmayaraq, nəinki ticarət-iqtisadi, habelə siyasi əlaqələr də heç zaman kəsilməmiş, ayrı-ayrı hökmdarların dövründə isə "nikah diplomatiyasından" da istifadə edilmşidir.
El-Amarn məktublarında qızılla yanaşı, Babil şahlarının başqa sifarişlərinə də rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil və II Burna-buruaş Misir fironlarından "umamu" adlanan heyvanın canlıya bənzər müqəvvasını göndərmələrini xahiş edirdilər. II Burna-buruaşın məktubunda onların həm suda, həm də quruda yaşayan heyvanlar olduğu göstərilirdi. Görünür, burada Babilistanın heyvanat aləminə yad olan timsah və begemot nəzərdə tutulurdu. Ola bilsin ki, Babil şahları bu qəribə heyvanlar haqqında eşitmiş və onlara öz saraylarında nümayiş etdirmək istəmişdilər.
Bunlarla yanaşı Babilistan Misirdən çoxlu məişət əşyaları, bəzək şeyləri, paltarlar və b. mallar alırdı. Babilistanın Misirdən aldığı malların çeşidini öyrənmək baxımından Exnatonun II Burna-buruaşa göndərdiyi hədiyyələrin siyahısı böyük maraq doğurur. Dörd sütundan və 307 sətirdən ibarət bu siyahıda qızıl, gümüş tunc və b. materiallardan onlarca nəfıs əşyanın adı göstərilir. Qızıldan müxtəlif qablar, onlarla qızıl üzük, qolbağı, boyunbağı, Pamassu (hami-allah) allahının qızıl heykəlləri, daş qablar, fil sümüyündən müxtəlif əşyalar və b. -Exnatonun II burna-buruaş göndərdiyi hədiyyələrin tam olmayan siyahısı bunlardır.
Göstərilən əşyaların tərkibindəki qızılın çəkisi 1200 minadan çox (təxm.600 kq), gümüşün çəkisi 293 mina 3 şəkəl (təxm. 146kq), tuncun çəkisi ilə 860 mina 20 şekel təxm. 430 kq idi.
Babilistanla Misir arasında ticarət əlaqələri hər iki ölkəyə iqtisadi mənfəət verməklə yanaşı, siyasi, əlaqələrin möhkəmləndirilməsi üçün də zəruri idi. Təsadüfi deyil ki, II Burna-buruaş məktublarda bunu dəfələrlə qeyd edirdi. Hələ ilk məktublarının birində o, III Amenxatepe yazırdı. "Sənin atanla mənim atam əvvəllər bir-biri ilə dost olduqları kimi, gəl indi biz də bir-birimizlə dost olaq və qoy bizim aramızda bədxah sözlər deyilməsin".
Başqa bir məktubda II Burna-buruaş Exnatona bildirildi ki, "şahlar arasında qardaşlıq, dostluq, ittifaq və başqa əlaqələr o zaman ola bilər ki, qiymətli daşlar ağır gəlsin, gümüş ağır gəlsin, qızıl ağır gəlsin.
Göründüyü kimi, ölkələr arasında hər cür münasibətlərin inkişafı ticarət əlaqələrinin miqyasından asılı idi. Bu əlaqələr isə, qeyd edildiyi kimi, hər iki ölkə üçün faydalı idi. Babilistana zəruri mallar göndərən Misir əvəzində özü üçün eyni dərəcədə zəruri olan mallar alırdı. Amarn məktubları Babilistanın Misirə göndərdiyi mallar haqqında da aydın təsəvvür yaradır. Bu malların içərisində lazurit üstünlük təşkil edirdi.
Qeyd etmək lazımdır ki, hələ III Tutmosun salnaməsində Misirin Mesopotamiyadan lazurit aldığı göstərilirdi. Kadaşman-Enlil və II Burna-buruaşın Misirə göndərdiyi hədiyyələrin içərisində demək olar ki, həmişə lazuritə və ya lazuritdən hazırlanmış əşyalara rast gəlmək olur. Məsələn II Burna-buruaş Exnatona ümumiyyətlə, 8 mina lazurit (4kq) və lazuritdən bir sıra qiymətli əşyalar göndərmişdi.
Məlum olduğu kimi, Mesopotamiyada lazurit və b. qiymətli və yarımqiymətli daşlar yox idi vəən qədim zamanlardan Mesopotamiya dövlətləri bu qiymətli malları xaricdən alırdılar. Mənbələrdə lazuritin Mesopotamiyaya müasir Əfqanıstanın Bədəxşan rayonundan və ya Urmiya gölü zonasından gətirildiyi göstərilir.
Şübhə yoxdur ki, kassilər dövründə Babilistan şərqlə sıx ticarət əlaqələri saxlamış və oradan çoxlu miqdarda dazurit və başqa mallar almışlar. Bu dövrdə Babilistanda dekorativ tətbiqi sənətdə lazurit və başqa qiymətli və yarımqiymətli geniş istifadə edilməsi, habelə onların geri ixracı bunu sübut edir.
Lazuritb yanaşı, Misirə daha çox və çənk arabası göndərilirdi. II Burna-buruaş Exnatona 10 cüt at, 5 çənk arabası göndərmişdi. Amarna məktublarında Babilistanın Misirə göndərdiyi bir sıra başqa malların da da adı çəkilir. Məsələn, II Burna-buruaşın dövründə Misirə çoxlu qiymətli əşya göndərilmişdi. Bunlar əsasən lazurit, gümüş, qızıl, tunc fil sümüyündən bəzəklər və məişət şeylərindən ibarət idi.
İstər Babilistan, istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları bir-birinə hədiyyə göndərdiklərini yazmalarına baxmayaraq, bunun əslində mübadilə məqsədi güddüyü və iqtisadi ehtiyacla bağlılığı açıq göstərilirdi. Amarn məktublarından yuxarıda gətirdiyimiz misallar bunu aydın sübut edir. Xarici ticarəti öz əllərinə alan bu və ya digər ölkənin hökmdarı qarşı tərəfə hədiyyələr göndərərkən onların əvəzində layiqli cavab hədiyyəsi gözləyirdi və daha doğrusu, nə gözlədiyini açıq yazırdı: Deməli, Amarna məktublarında söhbət adı hədiyyə mübadiləsindən deyil, iki böyük dövlət arasında müntəzəm ticarət əlaqələrindən gedir. Təbiidir ki, bu əlaqələr müəyyən beynəlxalq normalara, bir-birinin hüquq bərabərliyini tanımağı tələb edirdi. Ehtimal ki, bu münasibətlər iki dövlət arasında bağlanmış müqavilə ilə tənzim olunurdu. Amarna məktublarında belə bir müqavilənin mövcudluğuna işarə olunurdu.
Müəyyən olunmuş normaların hər hansı şəkildə pozulması cavab tədbirləri ilə qarşılanırdı. II burnaburuaşın məktubundan gətirdiyimiz aşağıdakı sətirlər bizcə, məhz bu mənada başa düşülməlidir: "Sənin səfirlərin üç dəfə mənim yanıma gəlmiş, lakin sən onlarla məmə heç bir qiymətli hədiyyə göndərməmisən. Ona görə mən də sənə heç bir qiymətli hədiyyə göndərməmişəm. Nə sən qiymətli bir şey əldə etdin, nə də mən".
Exnatona yazdığı bütün məktublarında öz şərəfini və dövlətin mənafeyini uca tutan II burna-buruaşın narazılığının əsas səbəbi bizcə aşağıdakı sətirlərdə aydınlaşır: "Sonra o (II Burna-buruaşın səfıri) dedi ki, mənim qardaşımın ölkəsində hər şey vardır və onun heç bir şeyə ehtiyacı yoxdur (Sənə bildirirəm ki,) mənim də ölkəmdə hər şey vardır və mən də hər bir şeyə ehtiyac hiss etmirəm. Yaxşı münasibətlər bizəşahlardan qalmışdır və bizdə bir-birimizə firavanlıq arzulamışıq. Qoy, bizim aramışdakı bu əlaqələr daha da möhkəm olsun."
Bununla II Burna-buruaş özünün Misir fironu ilə bərabər səviyyəli hökmdar olduğunu qabarıq şəkildə nəzərə çarpdırır. II Burna-buruaş Exnatona yenə kiçik hədiyyə 4 mina lazurit və 5 cür at göndərir və çoxlu yaxşı hədiyyələr göndərə bilməməsini yolun çətinliyi ilə su təchizatının pisliyi, havanın istiliyi izah edir. Elə buradaca o, Exnatondan çoxlu yaxşı qızıl göndərməsini xahiş edir.
Ticarət əlaqələrinin normal inkişafına mane olan səbəblər təkcə bunlar deyildi. Daha təhlükəli maneə Babilistandan gedən karvanların yolda qarət edilməsi, tacirlərin isə öldürülməsi idi. Belə qarətləri əsasən Misirin nüfuz dairəsində olan Şərqi Aralıq dənizi ölkələrinin hökümdarları edirdilər. Bu da təsadüfi deyildi. Məlum olduğu kimi, Exnaton ölkədə kəskin daxili çəkişmələr şəraitində özünün məşhur dini islahatını həyata keçirirdi. Bu çəkişmələr Misirin hərbi potensialını xeyli zəiflətmişdi. Başı islahata və öz rəqibləri ilə mübarizəyə qarışan Exnaton fəal xarici siyasət yeritmirdi vəəslində Misirdən asılı olan Şərqi Aralıq dənizi dövlətlərini başlı-başına buraxmışdı. Bu dövlətlər arasında daimi ixtilaflar və daxili çəkişmələr hökm sürürdü. Onlar Misir fironuna birbirindən şikayət edir. Hər biri öz qonşusunu Misirə xəyanətdə təqsirləndirirdi. Misir hökmdarı bu şikayətlərə qibtə ediləcək dərəcədə səbirlə yanaşır və adətən heç bir tədbir görmürdü.
II Burna-buruaşın sonrakı məktubunda Babilistan tacirlərinin ölümü ilə nəticələnənə daha ağır qarətin xatırlanması fironun öz nüfuz dairəsinə daxil olan ərazilərdə karvan yollarının təhlükəsizliyini təmin etmək üçün ciddi tədbir görə bilmədiyini göstərir və bu, Exnatonun dövründə Misirin beynəlxalq vəziyyətinin mürəkkəbliyini bir daha sübut edir. II Burna-buruaş yazırdı: "mənim Ahu-tabu ilə səfərə çıxan tacirlərim ticarət işləri ilə əlaqədar Kinahiddə ləngimişdilər. Ahu-tabu oradan qardaşımın yanına yola düşdükdən sonra Balumemenin oğlu Şumadda və Akkolu Şaratunun oğlu Şutatna öz adamlarını göndərərək Kinahiddəki Hinnatuni şəhərində mənim tacirlərimi öldürmüş və pullarmı ələ keçirmişlər. Buna görə mən Azzanı (?) sənin yanına göndərmişəm. Ondan soruş və o hər şeyi sənə desin. Kinahhi sənin ölkəndir və onun şahları sənin qullarındır. Mən sənin ölkəndə zorakılığa məruz qalmışam. Onların qarşısını al və qarət etdikləri pulları ödə". Məktubda daha sonra deyilirdi: "Mənim qullarını öldürən adamları isə edam et və onların qanının intiqamını al. Əgər sən bu adamları öldürməsən, onlar yenidən bu işə qayıdacaq. Ya mənim karvanlarımı, ya da sənin səfirlərini öldürəcəklər. Belə olduqda bizim aramızda səfirlərin gediş gəlişi kəsilər vəəgər belə olsa, onda onlar sənə qarşı çıxarlar. "
Göründüyü kimi, Exnatonun hakimiyyəti illərində Şərqi Aralıq dənizi ölkələrində Misirin mövqeyinin zəifləməsi Babilistan-Misir ticarət əlaqələrini xeyli çətinləşdirmişdi. Babilistan ticarət karvanlarının qarətində Suriya və Fələstin hakimlərinin iştirakı, onların Ön Asiya ticarətində öz müstəqilliklərini bərpa etmək, Misirin Babilistan və başqa dövlətlərə birbaşa ticarət əlaqələrinə mane olmaq cəhdlərindən irəli gəlirdi. Ehtimal ki, Misirin Babilistanla əlaqələri bu ölkələr üçün daha təhlükəli idi. Hananeylərin Misirdən ayrıla biləcəyini açıqca qeyd edir. Bu məsələ ilə bağlı bir faktı da xatırlatmaq yerinə düşərdi. Hanandılar Misirə qarşı çıxış etmək istərkən kömək üçün məhz Babilistana müraciət etmiş, lakin Kuriqalzudan rədd cavabı almışdılar. Bu Şərqi Aralıq dənizində ağalıq üçün Misirin Babilistanla ittifaqının mühüm əhəmiyyətə malik olduğunu göstərir.
E.ə. XVI yüzillikdə Mitanni və Babilistandan asılı vəziyyətə düşən Assuriya XV yüzillikdən başlayaraq, Misirləəlaqələri genişləndirməyə və öz keçmiş qüdrətini bərpa etməyə çalışırdı. Exnatonun müasiri olan I Aşşur Uballitin (e.ə.1365–1330) dövründə Assuriya Mitanni və Babilistanın təhlükəli düşməninə çevrilir. İstər Mitanni, istərsə də Babilistan şahları Misir-Assuriya yaxınlaşmasının və Assuriyanın yüksəlişinin təhlükəli nəticələrini yaxşı görürdülər və ona görə də bu ittifaqa mane olmağa çalışırdılar. II Burna-buruaş Exnatona məktubunda assuriyalıları öz təbəələri adlandırır və tələb edir ki, firon onunla heç bir əlaqə saxlamasın.
Tarixi şəraitin mürəkkəbliyinə baxmayaraq, Babilistanla Misir arasında ticarət əlaqələri kəsilmirdi və hətta bu "nikah diplomatiyası" — qohumluq əlaqələri ilə möhkəmləndirilirdi. Amarn yazılarından məlum olduğu kimi, Kadaşman Enlilin bacısı və qızı, habelə II Burna-buruaşın qızı müvafiq olaraq III Amenxotep və Emxatona ərə vermişdilər. Digər tərəfdən Kadaşman-Enlilin III Amenxotepin qızını almaq arzusuna Misir fironuna rədd cavabı vermişdi. Bu fakt əksər hallarda Misir fironunun Babil şahına etinasız münasibəti, ona yuxarıdan aşağı baxmağı ilə izah olunur. Əslində isə bu qədim Misir taxt-tacı varisliyi adəti ilə bağlı idi. Bu adətə görə "taxt-tac yalnız qadın xətti ilə keçirdi. Firon arvadı taxt-tac varisi hesab olunurdu. Taxt-taca istənilən mənşəli adam iddia edə bilərdi. Vəəgər o məlikəyə evlənirdisə, dərhal şah taxtına çıxırdı. Məlikə öz mənşəyinə görə məlikə idi, şah isə ona evləndikdən sonra şah olurdu."
Amarna dövründən sonra Babilistanla Misir arasında ticarət əlaqələri zəifləyir, lakin tamamilə kəsilmir. II Ramzesin hakimiyyəti illərində iki ölkə arasında daha bir diplomatik qohumluq əlaqəsinin yarandığı güman edilir. XIX sülalə dövrünə aid sənədlərdə Misirin Babilistandan müxtəlif mallar, xüsusilə at, gümüş, qiymətli daşlar, sürtgü yağı idxal etdiyi göstərilir.
E.ə. XIII əsrin başlanğıcında Babilistanla Xett dövləti arasında əlaqələr genişlənir. Misirə və Assuriyaya qarşı hər iki dövlətinin mövqeyini möhkəmlətmək məqsədilə Xett şahı III Xattusili Babil şahı Kadaşman-Turqu (e.ə.1281–1264) ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə bağlayır. Müttəfiqlik borcunun yerinə yetirən Kadaşman-Turqu Misirləəlaqəni kəsmiş və Xett şahına Misirlə müharibə edərsə, piyada qohumlar və cənk arabaların ilə kömək edəcəyini vəd etmişdi.
Mesopotamiya-Misir münasibətləri
redaktəMitanni e.ə. XVI–XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi.
Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə əlaqələr saxlayırdı. Ell-Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi.
Mitanni əhalisi mənşəyinə görə, əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də onlardan o qədər seçilmədiyini göstərir.
Bizə məlum olan ilk Mitanni şahı I Şuttatnadır e.ə. XVI əsrin sonunda, I Şuttatnadan sonra isə Parattarna şahlıq etmişdir. Mənbələrdən bizə məlum olan Mitanni şahlarının ən qüdrətlisi Saussadattar olmuşdur. Bizə qədər onun yazılı möhürü gəlib çatmışdır: "Saussadattar Parsadattapın oğlu Mitanni şahı".
Saussadattar Misir fironlarının XVIII sülaləsinin Asiya yürüşləri dövründəşahlıq etmişdir. Buna baxmayaraq, Mitanninin nüfuzu dairəsinə yuxarı Fəratdan Kilikiyaya, Şimali Suriyadan Assuriya, Nineviya, Arabxah, Kadmuq, İsuv və Alziyə qədər geniş bir ərazi daxil idi. Bu dövrdə Ön Asiyanın siyasi həyatında Misirdən sonra əsas rolu Mitanni oynayırdı. Lakin qüdrətinə və sərvətinə görə Mitanni Misirdən çox geri qalırdı.
Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin ən yüksək zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və Fələstinə işğalçı yürüşlər təşkil edir, lakin hər dəfə də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı və bu sülh firon IV Tutmosun Mitanni şahzadəsi ilə nikahına əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amenxotepə məktubunda deyilir:
"III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan sonra o, (Artadama) qızını verdi."
Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi ərazisi uğrunda illərlə davam edən mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenxotep Mitanni şahı II Şuttarnaşm qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi.
Mitanni dövlətinin Xet şahı I Suppiliuma ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna birinci məktubunu yazır: "Misir şahına, qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım KelluXebeyə, sənin evinə, sənin arvadlarına, oğullarına, əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə əmin-amanlıq arzulayıram.
Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna görə də o, mənim bacımı sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı.
Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən 1 oğlan və 1 qız göndərmişəm. Qardaşıma isə hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl boyunbağı, bir cüt qızıl sırğa vəətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə və Tunibivrini göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam gətirsinlər və mən bunu eşidim."
Ell-Amarndakı məktubdan məlum olur ki, III Aminxotep öz səfirini Mitanniyə göndərmiş və Turşattanın qızı Tadu-xebanı istəmişdir.
Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: "böyük şaha, Misir şahına, mənim qardaşıma. Turşatta, böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi. Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın ürəyini kədərləndirmədim və dedim: "Mən razıyam." qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane onu görən kimi çox xoşhal oldu".
Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl — bəzək əşyalarından, bürünc, parça — paltar, ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nikah III Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu.
Misir taxt-tacına IV Aminxotep sahib olandan sonra Turşatta hədiyyə olaraq ona qiymətli əşyalar göndərdi və xatırlatdı ki, o, Mütaniyə hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və hətta qızıl heykəlciklərin yerinə ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi.
Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepəərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba, sonra onun oğlu III Aminxotepin arvadı oldu.
III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş hərəmin xidmətçiləri idilər. Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən əcnəbi şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə lazım olan siyasi istiqamətlərdə fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq fironunun arvadları deyildilər.
Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan mərkənin əsil-nəcabətli xidmətçilərinin varisi oldu. Turşatta onu yenə də yeni fironun "arvadı" hesab edirdi, amma Misir mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən belə bir nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar.
Misir-Assuriya əlaqələri
redaktəMisirin diplomatik əlaqələr saxladığı Ön Asiya dövlətlərindən biri də Assuriya idi. E.ə. XV əsrdə və XIV əsrin birinci yarısında Assuriya Mitanni və Babildən asılı vəziyyətdə idi. Yuxarıda qeyd edildiyi kimi, e.ə. 360-cı ildə Xet hökümdarı Suppiluliumas Mitanniyə ağır zərbə endirmişdir. Elə bu dövrdən başlayaraq Assuriya tədricən güclənir və Ön Asiya siyasətində mühüm rol oynamağa başlayır.
Assuriya şahı I Aşşuruballit (e.ə.1365–1333-cü illər) Misirlə diplomatik əlaqələr yaradır. Amarna arxivində onun Misir fironu IV Amenxotepə göndərdiyi bir neçə məktub qalmışdır. Məktubların birində o yazırdı: "Səni görmək üçün yanına göndərdiyim elçimi mehriban qarşıla. Qoy o, səni görsün və geri qayıtsın. Qoy o, sənin və sənin ölkənin arzusunu öyrənsin".
I Aşşuruballit IV Amenxotepə göndərdiyi başqa bir məktubunda onun elçisinin Misirdə ləngidilməsi ehtimalı ilə bağlı olaraq yazırdı: Qoy mənim elçilərim sənin ölkəndə ləngidilməsinlər. Nə üçün elçilər yad torpaqda qalmalıdırlar. Əgər onlar yad torpaqda qalarsa vəşah bundan fayda görürsə, onda qoy qalsınlar və orada ölsünlər. Əgər şah bundan fayda götürmürsə onda nə üçün bizim göndərdiyimiz elçilər yad torpaqda ölməlidirlər?"
İstər Mitanni şahı, istərsə də Babil şahı assuriyalıları öz təbəələri hesab edirdilər və Misir fironunun Assuriya elçilərini qəbul etməsinə etirazlarını bildirmişdilər. Lakin Xet dövləti ilə ziddiyyətlərin tədricən kəskinləşdiyi bir dövrdə Misirin Ön Assuriyada yeni müttəfiqə ehtiyacı var idi. Buna görə də Misir fironu göstərilən etirazlara baxmayaraq Assuriya ilə müstəqil əlaqələr yaratmışdı. Tezliklə Assuriya dövləti Xet şahlığı ilə birlikdə Ön Assuriyada Misirin ən güclü rəqiblərindən biri olan Mitanni dövlətinin varlığına son qoydu və onun torpaqlarmı öz aralarında böldülər. Beləliklə, Şərqi Aralıq dənizi rayonları uğrunda mübarizədə Misir Het dövləti ilə üzbəüz qaldı
Misir-Xet (Het) əlaqələri
redaktəYeni Şahlıq dövründə Xet dövləti xeyli yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik Asiyada öz mövqelərini möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və Simali Suriyada böyük nəticələr əldə edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən istifadə edən Mitanni Fəratdan qərbdə, əsasən də Şimali Suriyada müvəffəqiyyət qazanmışdır. Xet şahı I Suppiluliumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları yuxarı Fəratdan keçərək kiçik hürri şahlıqlarmı məğlub edir və Mitanninin paytaxtı Başşkanini darmadağın edirdi(Daha ətraflı MİTANİ məqaləsində). Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri nəticəsində Mitanni Fəratdan qərbdəki torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada Hetlərin uzunmüddətli ağalığı başlayır.
Supiiluliumasın dövründə Xet dövləti ilə Misir arasında münasibətlər yaxşı idi. Buna əsasən Supiiluliumasın firon Exnatona taxt-taca çıxması münasibətilə yazdığı təbrik məktubunu göstərmək olar. Lakin xetlərin Suriyada apardığı siyasət onların Misir ilə toqquşmasına gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini cənuba doğru genişləndirməkdə davam etdirdi.
Gənc firon Tutanxamon isə Misirin düşmənləri ilə yalnız əcnəbi tələbələrin şikayəti dözülməz olduqda müharibə aparırdı. Gənc Firon məişət əşyalarının üzərində suriyalı və efiopiyalı əsirlərin, onlar üzərində qələbənin təsvirlərini çəkdirməyi sevirdi. Lakin onun qələbələrinin nə dərəcədə olduğunu demək çətindir.
Tutanxamonun keçmiş ənənələrinin bərpa edilməsinə həsr edilmiş təntənəli yazısında deyilir: "Ordu Suriya Fələstinə Misirin sərhədlərini genişləndirmək üçün göndərilirdisə də heç bir müvəffəqiyyət əldə edilmirdi". Əslində söhbət sərhədlərin genişləndirilməsindən və ya əvvəlki sərhədlərin qorunmasından yox, Het dövləti tərəfindən hələ tutulmamış Suriya — Fələstin torpaqlarının qorunmasından gedirdi.
Tutanxamon təxminən on səkkiz yaşında ikən vəfat etdi. Tutanxamonun dul qalmış arvadı Anxesenpaamunun bu zaman 17–16 yaşı vardı. Öz təbəələrindən heç biri ilə evlənmək istəməyən Anxesenpaamun Het şahı Suppiluliuması, oğlunun ona ər olmaq üçün verməsi haqqında müraciət edir.
Anxesenpaamunun Suppiluliumasa iki məktubu Het tarixi xronikasında, onun oğlu II Mursilis tərəfindən söylənən "Suppiluliumasm əməlləri"ndə göstərilir. "Suppiluliumasm əməlləri" boğazgöydə, gil lövhələr üzərindəki mixi yazılı mətinlərdə tapılmışdır. Burada Anxesenpaamunun məktubları haqqında yazılır: "Mənim atam aşağıda, Karkəmiş ölkəsində olan zaman Lupakkas və Tarhuntasalması irəliyə, Amka ölkəsinə göndərdi. Onlar Amka ölkəsinə hücum etmək üçün getmişdilər və onlar əsirləri, öküzləri və qoyunları mənim yanıma gətirmişdilər. Misirlilər Amkaya hücumu eşidəndə çox qorxdular. Elə bu vaxt onların ağası Nibhururias (Tutanxamon) vəfat etdi və buna görə də Misirin məlikəsi Dahamunaus (Anxesenpaamun) mənim atama qasidlə məktub göndərdi.
Məktubda o, yazırdı: "Mənim ərim vəfat edib, oğlum isə yoxdur. Deyillər ki, sənin çoxlu oğulların var. Əgər sən onlardan birini mənə versən o mənim ərim olar. Mən heç vaxt öz nökərimi seçib özümə ər etməyəcəm. Mən belə biabırçılıqdan qorxuram". Mənim atam bunu eşidəndə böyük əyanları məşvərətə çağırdı və ona belə dedi: "Bütün həyatım boyu mənim başıma heç vaxt belə hadisə gəlməmişdir". Bundan sonra mənim atam saray işlərini idarə edən Hattusasitisi belə bir əmirlə Misirə göndərdi: "Get, bu xəbərin həqiqi olub-olmadığı haqqında mənə xəbər gətir". Yazda Hattusatisis Misir qasidi səfir Hani ilə birlikdə Misirdən qayıtdı.
Misir məlikəsi atamın sorğusuna cavab olaraq belə yazırdı: "Nə üçün sən deyirsən ki, bu işdə onlar məni aldadırlar. Əgər mənim oğlum olsaydı, mən özümün və öz ölkəmin düşdüyü biabırçılıq haqqında yad ölkəyə yazardımı? Sən Mənə inanmadın və hətta bunu belə dedin. Mənim ərim vəfat etmişdir, oğlum isə yoxdur. Mən heç vaxt öz xidmətçimə ərə getmərəm. Mən başqa heç bir ölkəyə yazmamışam. Mən yalnız sənə yazmışam. Deyilənlərə görə, sənin çoxlu oğlanların var onlardan birini mənə ver. O, mənim üçün ər, Misirdə isə şah olacaq". Beləliklə, mənim atam açıqürəkli olduğu üçün o, qadına güzəştə getdi və oğlunun işi haqqında düşünməyə başladı. Hata sonra Suppihıliumas Misir səfiri Haniyə dedi: "Mən sizə qarşı dost münasibəti bəsləyirdim. Lakin gözlənilmədən siz mənə pislik etdiniz. Siz misirlilər mənim hürri şahımdan azad etdiyim Kinza (Kade) adamlarına hücum etdiniz. Mən bunu eşitdikdə qəzəbləndim və öz şəxsi dəstələrimi və kənd arabalarımı irəli göndərdim. Onlar sizin ərazinizə Amkaya hücum etdilər. Mən sizin ölkə Amkaya hücum etdiyim vaxt görünür, siz qorxuya düşürdünüz və mənim oğlum haqqında xahişlə mənə müraciət etdiniz. O, beləliklə, girov olacaqdı və siz onu şah etməyəcəksiniz".
Cavabında o mənim atama dedi: "Ey mənim atam, bu bizim ölkə üçün biabırçılıqdır. Əgər şahın oğlu olsaydı, məgər bir özgə ölkəyə gəlib özümüz üçün ağa xahiş edərdiniz? Nəzərə al ki, biz heç bir başqa ölkəyə getməmişik. Biz yalnız sənin ölkənə gəlmişik. İndi isə, bizim ağamız, öz oğlunu bizə ver". Daha sonra mənim atam keçmişdə Tufan allahı Teşubun Hatti övladlarını Misirə aparıb çıxarması və onları misirli etməsi, Misir və Hatti ölkəsi arasında müqavilə bağlanması və sonralar onların həmişə bir-biri ilə dost olması haqqında müqavilənin mətni olan lövhəni gətirməyi xahiş etdi. Həmin mətni bərkdən onun qarşısında oxuduqdan sonra mənim atam belə dedi: "Ən qədim vaxtlardan hatti ölkəsi və Misir dost olmuşlar və indi də bu bizim mənafeyə uyğundur".
Mətnin sonundakı sözlərdən məlum olur ki, Suppiluliumas oğlunu Misirə göndərməyə razılıq verir.
Lakin, Suppiluliumasın oğlu Sanlansas Misir sarayında bir qrup əyan tərəfindən qəsd yolu ilə öldürülür. Bununla da Anxesenpaamunun Xet şahzadəsini özünə ər və firon etmə cəhdi boşa çıxır.
Məlum olduğu kimi, Xet dövlətinin Suriyaya işğalçılıq yürüşləri firon Exnatonun dövrünə təsadüf edir. Exnatonun islahatlara başı qarışması və xarici siyasətdəki səhvləri Misirin Suriya -Fələstin torpaqlarının Xet dövləti tərəfindən tutulmasına gətirib çıxartmışdı və Misirlə Xet arasında toqquşma baş vermişdi.
Şahzadə Sanpansas öldürüldükdən sonra Suriyada hərbi əməliyyatlar yenidən başlandı. Suppiluliumasın oğlu Arpuvandasın başçılığı ilə Xet dəstələri yenidən Amka ölkəsinə soxuldular. Bir müddət sonra Xet ordusunda Misir əsirlərindən yayılmış taun epidemiyası baş vergi, və Xet ordusu hücumu dayandırmağa məcbur oldu. Tezliklə Suppiluliumas özü də taun xəstəliyindən öldü. Bu hadisələrdən üç il sonra Misir taxt-tacına Xoremxeb sahib oldu.
Xoremxebin şahlığı dövründə Misirin beynəlxalq mövqeləri xeyli möhkəmləndi. Onun müharibələri haqqında məlumat o qədər də çox deyil. O, Efiopiya və Suriyaya yürüşlər etmişdir. Suriyaya girərkən firon Xet şahlığı ilə toqquşmaya bilməzdi. Fironun məğlub etdiyi şəhərlərin və ölkələrin siyahısında Fələstin və Suriya şəhərləri, Şimali Finikiyada Uqarit və nəhayət, Xet şahlığı və Cənubi Anadoluda Artsava ölkəsinin adı vardır. Lakin firon şimalda öz uğurlarmı möhkəmlədə bilmədi.
Suriyada Misir hökmranlığını bərpa etmək XIX sülalənin üzərinə düşdü. Bu sülalənin ilk fironu Xoremxebin varisi I Ramses sonra isə I Seti oldu. I Seti şahlığının əvvəllərində Suriya -Fələstinə yürüşə başlayır. I Setinin yürüşünün bilavasitə məqsədi Fələstinin sakitləşdirilməsi idi. Misirin şimal torpaqları olan Fələstində hərcmərclik hökm sürürdü və bunun başlıca səbəbkarı köçəri tayfalar idilər. Onlar firona qarşı qiyama səbəb olur, bir-biri ilə müharibə aparır və ölkədə nizamsızlıq yaradırdılar. Fələstin məsələsində Setinin siyasəti III və IV Amenxoteplərdən fərqli olaraq uzaqgörənliklə həyata keçirilirdi.
Arxada sakitləşdirilməmiş Fələstin ola-ola Xet şahlığı ilə mübarizə aparmaq qorxulu idi və buna görə də firon Fələstini susdurdu. Buna baxmayaraq, Fələstinin sakitləşdirilməsi hələ XVIII sülalənin "dünyəvi" dövlətinin bərpa edilməsi demək deyildir. Növbədə Suriyada ağalıq edən Xet şahlığı və ondan asılı vəziyyətdə olan Amuru dururdu.
I Setinin Xet dövləti ilə müharibəsi həm də ondan asılı vəziyyətdə olan Suriya şahlıqları ilə müharibə idi. Fironun qələbə yazılarında onun Xet torpağından qiyamçı ölkələri məhv edib suriyalıları qıraraq qayıtmasından danışırlar. Firon Xet şahlığının hakimiyyətində olan və Suriya şəhərlərindən ən başlıcası Amurrun darmadağın edəndən sonra Kadeş şəhərini tutdu.
Het dövləti və onun müttəfiqləri ilə müharibə Misir üçün uğurlu oldu. Fiv şəhəri şahın Amon silahına hədiyyə kimi gətirdiyi Anadolu və Suriya əsirləri və müxtəlif növ qiymətli əşyalarla doludur. Fironun məğlub etdiyi xalqlar və tutduğu şəhərlər arasında Fələstin və Cənubi Finikiya şəhərləri, orta Suriyada Kadeş, Kata, Ullaza, Nahrima, Tunib var idi. Xet mixi yazılı mənbələrindən məlum olur ki, Suriyadakı Amuru şahlığı Misirin tərkibinə daxil edilmişdir, yəqin ki, müəyyən vaxt Misir dövlətinin tərkibinə Oroit çayı üzərindəki Kadeş şəhəri də daxil edilmişdi. Onun oğlu və varisi II Ramses bütün qələbələrinə baxmayaraq özündən əvvəlki şahlığının sərhədlərinin şimal hissəsini saxlaya bilmədi.
Misirlə Xet şahlığının müharibəsi II Ramsesin hakimiyyətinin 5-ci ili (e.ə. 1300-cü il) başlandı. Bu ilin hərbi əməliyyatlarmı firon özünün "ikinci qalibiyyətli yürüşü" hesab edirdi.
Misir yazılarının birində deyilir ki, şimal xalqları əlahəzrətin "sərhədlərinə hücum etmək üçün" gəlmişdilər. Hər halda onu Xet dövlətinin fitnələri məcbur etsələr də hücum edən tərəf firon özü olmuşdur. Bütün hadisələr Kadeş yaxınlığında baş vermişdi. Yadımıza salaq ki, I Setilin vaxtında Kadeş Misir dövlətinin tərkibinə daxil edilmişdir, Ramsesin hakimiyyətinin 5-ci ili onun Misirə düşmən ittifaqın tərkibində olması bu ərəfədə onun Misirdən qoparıldığını göstərir.
Xet şahı Muvattalis Misir ordusu ilə açıq döyüşdən çəkinirdi. Onun ordusu o dövrə görə çoxsaylı (28 min döyüşçü və 6 mindən çox at) olsa da, nizamsız idi və əsasən muzdlulardan ibarət idi. Ordunun əsasını Xet dövlətinin döyüşçüləri təşkil edirdilər. Lakin onlardan başqa orduda öz qala bütün Anadolu və Suriya şahlarının nümayəndələri var idi: Artsava, Luka, Kussuvadna, Aravana, Fəpətboyu, Suriya, Kapkemiş, Amino, Uqarit, Nuxaşik, Kadeş köçəri tayfalar və s. Bu müttəfiqlərin hər biri öz hökmdarlarının başçılığı ilə hərəkət edirdi və bu orduya rəhbərlik etmək Muvattalist üçün çox çətin idi.
Belə nizamsız ordu ilə mütəşəkkil Misir ordusuna qalib gəlmək çox çətin idi. Sonrakı 16 illik mübarizə göstərdi ki, Xet ordusu açıq döyüşdən çəkinir daha çox Suriya qalalarında otururdu. Hətta Kadeş yaxınlığındakı döyüşün də gedişi göstərirdi ki, Xet şahlığı hərbi gücdən çox hiylə ilə qalib gəlməyə ümid bəsləyirdi.
Mənbələrdən məlum olur ki, Ramses Kadeş şəhərini tuta bilmir. Rəqiblər bir-birinə güc gələ bilmədilər və gözlənildiyi kimi, Xet şahı Muvatalis firona sülh təklif etdi. Bu haqda Kadeş yaxınlığındakı döyüş haqqında yazılmış povestdə məlumat vardır. Burada Xet nümayəndələrinin məktubla Ramsesin yanına gəlməsi, misirlilərin hərbi müşavirəsi və fironun düşmənin xahişinə "xeyirxahlıqla mərhəmət" göstərməsi haqqında yazılır.
Ramsesin şahlığının 8-ci ili Misir ordusu yenidən Suriya — Fələstinə yürüş edir. Misir ordusunun zərbələri altında Fələstin qalaları və tayfaları məğlub olurdular. Ramsesin qələbə abidələrində cənubda Aşkelon, Ölü dənizdən şərqdə Moav, Finikiyada Akka, Livanın cənub sərhədi yaxınlığında yaxınlığında İenam və onlarla naməlum torpaqlar göstərilir.
Müharibə Xet dövlətinin ərazisində keçdi və firon Amuru ölkəsindəki Dapur qalasına yaxınlaşdı. Firon qalanın alınmasında şəxsən iştirak etdi və Xet qoşunu məğlub edildi. Mixi yazılı mənbələrdəki məlumata görə, nəticədə yenə də Şimali Suriya və hətta Amuru şahlığı Xet şahlığının əlində qaldı.
II Ramsesin hakimiyyətinin 21-ci ili sülh bağlanmasının mümkünlüyünü misirlilər düşmən qüvvələrinin tamamilə gücdən düşməsi ilə izah edirdilər. Misirin güzəştə getməsi haqqında isə belə bir fərziyyə irəli sürmək olar. Yeni Şahlıq fıronları Suriya-Fələstin təbəələrindən xərac alırdılar. Xəracın ağırlığı həmişə qiyamçı əfvalruhiyyəyə səbəb olurdu. Suriya -Fələstin torpaqlarına uzaqdan — uzağa sahiblik etmək orada güclü rəqib olmadığı halda mümkün idi. Misirin belə bir rəqibi güclənmiş Het dövləti oldu.
II Ramses dövründə Misirin Xet şahlığı ilə münasibətləri III Tutmos dövrünün Misirin Mitanni ilə münasibətlərini xatırladırdı. Fərq bunda idi ki, Xet şahlığı Mitannidən xeyli güclü idi. Mitanni şahını öz ölkəsində məğlub etmək olardı və Suriyadan əl çəkməyə məcbur etmək olardı. Xet dövlətini məğlub etməyə isə Misirin gücü çatmadı və 16 illik üzücü mübarizədən sonra Ramses başa düşdü ki, Fələstin və Suriyanın bir hissəsinə yalnız şimaldakı işğallardan imtina etdikdən sonra yiyələnmək olar.
Mənbələrin məlumatına görə, Misirlə Xet çarlığı arasında sülh müqaviləsi II Ramzesin çarlığının 17-ci ilində — e.ə. 1280-ci ildə imzalanmışdır. Müxtəlif ədəbiyyatlarda fərqli tarixə də rast gəlmək mümkündür.
Sülh müqaviləsi II Ramses ilə Muvatallisin varisi III Hattusilis tərəfindən bağlandı. Bu müqavilə sülh, qardaşlıq, xarici təcavüzün və daxili siyasi konfiliktlərin dəf edilməsindəəməkdaşlıq haqqında məlum olan ən qədim müqavilələrdən biridir.
II Ramsesin şahlığının 21-ci ilin qışın əvvəlində Xattusilisin səfiri, misirli tərcüməçinin müşayiəti ilə fironun paytaxtı Per — Ramses şəhərinə gəldi və Misir şahına öz hökmdarı adından üzərində müqavilənin mixi yazılı mətni olan gümüş lövhəciyi təqdim etdi. Bu lövhəcikdən müqavilə Misir dilənə tərcümə edildi və sonradan Misir heroqrifləri ilə daş üzərinə həkk edildi. Müqavilənin qısa mətni belədir: "Qoy gələcəkdə, əbədiyyətə qədər tanrı Misirin böyük hökmdarı və Xet ölkəsinin böyük hökmdarı arasında bu müqaviləyə uyğun olaraq düşmənçilik yaranmasına imkan verməsin. Qoy Het ölkəsinin böyük hökmdarının övladları Misirin böyük hökmdarı Ramses Meriamunun övladları ilə qardaş olsunlar və sülh şəraitində yaşasınlar. Qoy Misirin böyük hökmdarı Ramses hər hansı bir yeri tutmaq məqsədilə heç vaxt Xet ölkəsinə hücum etməsin". Müqavilənin mətnində daha sonra deyilirdi: Əgər hər hansı bir düşmən Misirin böyük hökmdarı Ramsesin torpaqlarına hücum edərsə və o, Xet ölkəsinin böyük hökmdarına "Mənimlə düşmənə qarşı qalibiyyətli qoşununla birgə çıxış et deyə müraciət edərsə, Xet ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək. Və əgər Xet ölkəsinin böyük hökmdarı şəxsən özü gəlmək istəməsə, o, ləngimədən öz piyada və cəng arabalarından ibarət qoşunu göndərəcək və onlar onun düşmənlərini darmadağın edəcək.
Əgər Misirin böyük hökmdarı Ramses Meriamun öz xidmətçilərinə qəzəblənərsə və ya onlar Ramsesə qarşı hər hansı bir çıxış edərlərsə və o, onları darmadağın enmək istəyərsə Xet ölkəsinin hökmdarı onunla birlikdə olacaq və Ramsesin qəzəblənməsinə səbəb olanların hamısını məhv edəcək.
Əgər hər hansı bir düşmən Xetin böyük hökmdarının torpaqlarına hücum edərsə və o, Misir ölkəsinin böyük hökmdarına müraciət edərsə, Misir ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək.
Əgər böyük Xet hökmdarının qulluqçuları ona qarşı qalxarlarsa, onda, Ramses Meriamun da müqaviləyə uyğun olaraq onunla birlikdə olacaq. Vəəgər Xet ölkəsinin hökmdarı "Mən öldükdən sonra qoy, Ramses Meriamun böyük Xet hökmdarının varisinə köməyə gəlsin, " — deyərsə onda, o gəlsin.
Əgər hansı bir əyan Misir torpağından Xet ölkəsinin hökmdarının yanına qaçarsa və yaxud Ramses Meriamuna tabe olan Asiyadakı hər hansı bir şəhər ondan ayrılarsa və o, Xet hökmdarına müraciət edərsə qoy, böyük Xet hökmdarı onları qəbul etməsin vəəmr etsin ki, onları ağaları Ramses Meriamuna qaytarsınlar. Və əgər hər hansı bir əyan Xet ölkəsindən qaçaraq böyük Misir hökmdarı Ramsesin yanına gələrsə yaxud hər hansı bir şəhərli, hər hansı bir kəndli… Ramsesin yanına gələrsə, qoy, Ramses onları qəbul etməsin vəəmr etsin ki, onları Xet hökmdarına qaytarsınlar.
Əgər Misir torpaqlarından I, 2 və ya 3 adam qaçarlarsa, və Xet hökmdarın yanma gələrlərsə, qoy, Xet hökmdarı onları tutsun və böyük Misir hökmdarına qaytarmağı əmr etsin. Ramses Meriamuna qaytarılacaq adama gəldikdə isə qoy, ona qarşı bu cinayətlə bağlı heç bir iş qaldırılmasın. Qoy, onun evini, arvad və uşaqlarını məhv etməsinlər, qoy, onun özünü öldürməsinlər. Qoy onun gözlərinə, qulaqlarına, ayaqlarına xətər yetirməsinlər. Qoy ona qarşı hər hansı cinayətə görə də iş qaldırmasınlar. Eyni qaydada Xet ölkəsindən adamlar, fərdi yoxdur, I, 2 və ya 3 nəfər olsun, qaçıb böyük Misir hökmdarının yanına gələrlərsə, qoy böyük Misir hökmdarı Ramses onları tutsun və böyük Xet hökmdarına qaytarmağı əmr etsin və qoy böyük Xet hökmdarı da onların cinayətləri ilə bağlı heç bir iş qaldırmasın, evlərini, arvad və uşaqlarını məhv etməsin, özünü öldürməsin, qulaqlarına, ağzına, ayaqlarına heç bir xətər gətirməsin, ona qarşı başqa bir cinayət işi qaldırmasın".
Müqaviləni nəzərdən keçirdikdə görürük ki, heç bir bənddə Misirlə Xet şahlığının sərhədindən danışılmır. Amma bütün məlumatlara görə aydın olur ki, II Ramses Misirin Asiya torpaqlarını genişləndirə bilmədi. Suriya və Finikiyanın çox hissəsi xetlərin, yalnız Cənubi Finikiya, Cənubi Suriya və Fələstin Misirin nüfuz dairəsində qaldı.
İqtisadiyyat
redaktəBir çox dillərdə işlənən "Eqipet" sözü Misir dövlətinin qədim paytaxtı Xikupta şəhərinin (Xet-Ka-Ptax — "Ka-Ptaxın evi", yun. — Memfis) adından götürülmüşdür. Yunan dilinə bu söz "Ayqyuptos" kimi daxil olmuş, oradan isə digər Avropa dillərinə keçmişdir. Misirlilər özləri ölkələrini "Ta Kemet" – "Qara torpaq" adlandırırdılar. Herodota görə, "Misir Nilin töhfəsidir". Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri-mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vilayətlərdən gətirilirdi; Sinay yarımadasından mis, Nilə Qırmızı dəniz arasındakı səhradan qızıl, Qırmızı dənizin sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş və dəmir isə Kiçik Asiyadan gətirilirdi.
Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki, bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.
Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə aparmışlar. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bunlardan əlavə arıçılıq, maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır. Misir fironların – padşahların hakimiyyəti altına düşdü. Padşahlardan biri Misirin şimalını – bütün deltanı, digəri isə ölkənin cənubunu – Nil çayının vadisini özünə tabe etmişdi.
Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi. Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira edilmişdir.
Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin, gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa xalqlara keçməsinə imkan vermişdir.
Din
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Tarix II, 124–125
Ədəbiyyat
redaktəRus dilində
- И. С. Кацнельсон. Войны и рабовладение в Египте. — ВДИ, 1951
- Военная история древнего Египта
- Том II Москва Издательство академии наук СССР,1959
- Глебкин В.В. Мир в зеркале культуры. Ч.1. История древнего мира. - М.: Добросвет, 2000.
- История древнего мира / Под редакцией И. М. Дьяконова, В. Д. Нероновой, И. С. Свенцицкой. — М.: Главная редакция восточной литературы издательства «Наука».История древнего мира. — Т. 1. Ранняя древность . — С. 97.
- Египет Древний // Советская военная энциклопедия / под ред. Н. В. Огаркова. — М.: Воениздат, 1979. — Т. 3. — 678 с. — (в 8-ми т). — 105 000 экз.
- Брэстед Дж. История Египта с древнейших времен до персидского завоевания. — М., 1915.
- Древние цивилизации. — М., 1989, Глава III 37.
- Котрелл Л. Во времена фараонов. — М., 1982.
- Масперо Г. Египет. — М., 1915.
- Нуреев Р. М. Глава 1. Древний Египет // Всемирная история экономической мысли: В 6 томах / Гл. ред. В. Н. Черковец. — М.: Мысль, 1987. — Т. I. От зарождения экономической мысли до первых теоретических систем политической жизни. — С. 35-50. — 606 с. — 20 000 экз. — ISBN 5-244-00038-1.
- Перепелкин Ю. Я. История Древнего Египта .— СПб.: «Летний сад», 2000. ISBN 5-89740-011-3
- Рэй Дж. Д. Египет в период с 525 до 404 г. до н. э. // Кембриджская история древнего мира. Т. IV: Персия, Греция и Западное Средиземноморье ок. 525—479 гг. до н. э. М., 2011. С. 309—346. ISBN 978-5-86218-496-9
- Солкин В. В. Египет: вселенная фараонов. — М., 2001.
- Томсинов В. А. Государство и право Древнего Египта. М.: Зерцало-М, 2011. — 512 с.
- Тураев Б. А. История древнего Востока. Т. II. — Л., 1935.
- Шоу Я. Древний Египет. — М., 2006. ISBN 5-17-031742-5
- Богословский Е. С. Статуэтка дворцового служителя времени Тутанхамона (Stat. Louvre I 852). // ВДИ. 1990. 2.
- Геродот. История в девяти книгах. / Перевод и комментарии Г. А. Стратановского. — М., 2002. ISBN 5-17-005085-2
- Густерин П. В. Египетский музей. История создания // Мир музея. 2011, № 6.
- Коростовцев М. А. Путешествие Ун-Амуна в Библ . — М., 1960.
- Коростовцев М. А. Египетский иератический папирус № 167 Государственного Музея Изобразительных Искусств им. А. С. Пушкина в Москве. // Древний Египет / Сб. статей. — М., 1960.
- Лирика древнего Египта. — М., 1965.
- Максимов Е. Н. Папирус № 1115 из собрания государственного Эрмитажа. (Перевод и некоторые замечания). // Древний Египет и древняя Африка. — М., 1967.
- Повесть Петеисе III. Древнеегипетская проза. / Пер. М. А. Коростовцева. — М., 1978.
- Рубинштейн Р. И. Поучение гераклеопольского царя своему сыну (Эрмитажный папирус № 1116 А). // ВДИ. 1948. 4.
- Савельева Т. Н. Надписи из гробницы Мечена (Перевод и комментарий). // Древний Египет и древняя Африка. — М., 1967.
- Сказки и повести древнего Египта. / Пер. и комм. И. Г. Лившица. — СПб., 2004. ISBN 5-02-026987-5
- Сказки древнего Египта. / Сост. Беловой Г. А., Шерковой Т. А. — М., 1998.
- Струве В. В. Речение Ипувера. Лейденский папирус № 344. Социальный переворот в Египте в конце Среднего царства. — М.; Л., 1935.
- Хрестоматия по истории древнего мира. / Под ред. В. В. Струве. — М., 1951. Том I.
- Древний Египет. Энциклопедия / Сост. и науч. ред. В. В. Солкин. — М.: «АРТ-РОДНИК», 2008. — 3 000 экз. — ISBN 978-5-9794-0100-3.
İngilis dilində
- Encyclopedia of Archaeology / Editor-in-chief Deborah M. Pearsall. — «Elsevier Inc.», 2008. — 2233 p. — ISBN 978-0-12-373962-9.
- Encyclopedia of Archaeology of Ancient Egypt / Edited by Kathryn A. Bard. — «Routledge», 1999. — 1227 p. — ISBN 978-0-415-18589-9
- Aldred, Cyril Akhenaten, King of Egypt. — London, England: Thames and Hudson, 1988. — ISBN 0-500-05048-1.
- Allen, James P. Middle Egyptian: An Introduction to the Language and Culture of Hieroglyphs. — Cambridge, UK: Cambridge University Press, 2000. — ISBN 0-521-77483-7.
- Badawy Alexander A History of Egyptian Architecture. Vol III. — Berkeley, California: University of California Press, 1968. — ISBN 0-520-00057-9.
- Billard Jules B. Ancient Egypt: Discovering its Splendors. — Washington D.C.: National Geographic Society, 1978.
- Cerny J Egypt from the Death of Ramesses III to the End of the Twenty-First Dynasty' in The Middle East and the Aegean Region c.1380–1000 BC. — Cambridge, UK: Cambridge University Press, 1975. — ISBN 0-521-08691-4.
- Clarke Somers Ancient Egyptian Construction and Architecture. — New York, New York: Dover Publications, Unabridged Dover reprint of Ancient Egyptian Masonry: The Building Craft originally published by Oxford University Press/Humphrey Milford, London, (1930), 1990. — ISBN 0-486-26485-8.
- Clayton Peter A. Chronicle of the Pharaohs. — London, England: Thames and Hudson, 1994. — ISBN 0-500-05074-0.
- Cline, Eric H.; O'Connor, David Kevin Amenhotep III: Perspectives on His Reign. — Ann Arbor, Michigan: University of Michigan Press, 2001. — P. 273. — ISBN 0-472-08833-5.
- Dodson Aidan Egyptian Rock Cut Tombs. — Buckinghamshire, UK: Shire Publications Ltd, 1991. — ISBN 0-7478-0128-2.
- Dodson, Aidan The Complete Royal Families of Ancient Egypt. — London, England: Thames & Hudson, 2004. — ISBN 0-500-05128-3.
- El-Daly Okasha Egyptology: The Missing Millennium. — London, England: UCL Press, 2005. — ISBN 1-84472-062-4.
- Filer, Joyce Disease. — Austin, Texas: University of Texas Press, 1996. — ISBN 0-292-72498-5.
- Gardiner Sir Alan Egyptian Grammar: Being an Introduction to the Study of Hieroglyphs. — Oxford, England: Griffith Institute, 1957. — ISBN 0-900416-35-1.
- Hayes, W. C. (October 1964). «Most Ancient Egypt: Chapter III. The Neolithic and Chalcolithic Communities of Northern Egypt». JNES 23: 217–272.
- Imhausen Annette The Mathematics of Egypt, Mesopotamia, China, India, and Islam: A Sourcebook. — Princeton: Princeton University Press, 2007. — ISBN 0-691-11485-4.
- James T.G.H. The British Museum Concise Introduction to Ancient Egypt. — Ann Arbor, Michigan: University of Michigan Press, 2005. — ISBN 0-472-03137-6.
- Kemp, Barry Ancient Egypt: Anatomy of a Civilization. — London, England: Routledge, 1991. — ISBN 0-415-06346-9.
- Lichtheim Miriam Ancient Egyptian Literature, vol 1. — London, England: University of California Press, 1975. — ISBN 0-520-02899-6.
- Lichtheim Miriam Ancient Egyptian Literature, A Book of Readings. Vol III: The Late Period. — Berkeley, California: University of California Press, 1980.
- Loprieno Antonio Ancient Egyptian: A linguistic introduction. — Cambridge, UK: Cambridge University Press, 1995a. — ISBN 0-521-44849-2.
- Loprieno Antonio Civilizations of the Ancient Near East. — Charles Scribner, 1995b. — Vol. 4. — P. 2137–2150. — ISBN 1-56563-607-4.
- Loprieno Antonio The Cambridge Encyclopedia of the World's Ancient Languages. — Cambridge University Press, 2004. — P. 160–192. — ISBN 0-521-56256-2.
- Lucas Alfred Ancient Egyptian Materials and Industries, 4th Ed. — London, England: Edward Arnold Publishers, 1962. — ISBN 1-85417-046-5.
- Mallory-Greenough, Leanne M. (2002). «The Geographical, Spatial, and Temporal Distribution of Predynastic and First Dynasty Basalt Vessels». The Journal of Egyptian Archaeology (Egypt Exploration Society) 88: 67–93. DOI:10.2307/3822337 .
- Manuelian, Peter Der Egypt: The World of the Pharaohs. — Bonner Straße, Cologne Germany: Könemann Verlagsgesellschaft mbH, 1998. — ISBN 3-89508-913-3.
- McDowell, A. G. Village life in ancient Egypt: laundry lists and love songs. — Oxford, England: Oxford University Press, 1999. — ISBN 0-19-814998-0.
- Meskell, Lynn Object Worlds in Ancient Egypt: Material Biographies Past and Present (Materializing Culture). — Oxford, England: Berg Publishers, 2004. — ISBN 1-85973-867-2.
- Midant-Reynes Béatrix The Prehistory of Egypt: From the First Egyptians to the First Pharaohs. — Oxford, England: Blackwell Publishers, 2000. — ISBN 0-631-21787-8.
- Nicholson Paul T. Ancient Egyptian Materials and Technology. — Cambridge, UK: Cambridge University Press, 2000. — ISBN 0-521-45257-0.
- Oakes, Lorna Ancient Egypt: An Illustrated Reference to the Myths, Religions, Pyramids and Temples of the Land of the Pharaohs. — New York, New York: Barnes & Noble, 2003. — ISBN 0-7607-4943-4.
- Robins Gay The Art of Ancient Egypt. — Cambridge, Massachusetts: Harvard University Press, 2000. — ISBN 0-674-00376-4.
- Kim Ryholt The Political Situation in Egypt During the Second Intermediate Period. — Copenhagen, Denmark: Museum Tusculanum, 1997. — ISBN 87-7289-421-0.
- Scheel Bernd Egyptian Metalworking and Tools. — Haverfordwest, Great Britain: Shire Publications Ltd, 1989. — ISBN 0-7478-0001-4.
- Shaw Ian The Oxford History of Ancient Egypt. — Oxford, England: Oxford University Press, 2003. — ISBN 0-19-280458-8.
- Siliotti, Alberto The Discovery of Ancient Egypt. — Edison, New Jersey: Book Sales, Inc, 1998. — ISBN 0-7858-1360-8.
- Strouhal Eugen Life in Ancient Egypt. — Norman, Oklahoma: University of Oklahoma Press, 1989. — ISBN 0-8061-2475-X.
- Tyldesley, Joyce A. Ramesses: Egypt's greatest pharaoh. — Harmondsworth, England: Penguin, 2001. — P. 76–77. — ISBN 0-14-028097-9.
- Vittman, G. (1991). «Zum koptischen Sprachgut im Ägyptisch-Arabisch». Wiener Zeitschrift für die Kunde des Morgenlandes (Institut für Orientalistik, Vienna University) 81: 197–227.
- Walbank, Frank William The Cambridge ancient history. — Cambridge, UK: Cambridge University Press, 1984. — ISBN 0-521-23445-X.
- Wasserman, James; Faulkner, Raymond Oliver; Goelet, Ogden; Von Dassow, Eva The Egyptian Book of the dead, the Book of going forth by day: being the Papyrus of Ani. — San Francisco, California: Chronicle Books, 1994. — ISBN 0-8118-0767-3.
- Wilkinson R. H. The Complete Temples of Ancient Egypt. — London, England: Thames and Hudson, 2000. — ISBN 0-500-05100-3.
Mənbələr
redaktəAydın Əlizadə. Qədim Misirin qısa tarixi icmalı Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine // Dövlət və Din ictimai fikir toplusu. — 2009. — N 6. — S. 160–169. (1. "Tarix" fəslinin mənbəyi).
Xarici keçidlər
redaktə- Ancient Egypt // The British Museum
- BBC — History: Egyptians