Qedim Misir Tanrilari - Wikipedia
Qədim Misir tanrıları qədim Misirdə insanların ibadət etdikləri tanrıları olmuşdurlar.
Qədim Misir ənənəsində tanrılar
redaktəƏski Misir ənənəsində çoxlu sayda tanrılar olmuşdur. Günümüzdə bunları "ruhlar" ya da "tanrı gücləri" adlandırırlar. Onların sayı 2000-dən artıq olsa da, çoxusunun bir biri ilə bənzərlikləri olmuş, bütün ölkədə yayılmışdırlar. Bu çoxluğun səbəbi Misirin çoxlu bölgələrdən ibarət olduğunda idi. Onlara "nom"lar deyilir. Bir ölkə olmamışdan öncə onların hamısı müstəqil olmuşdurlar. Hər bir nomun öz xalqı və tanrıları olmuşdur. Öncə heyvanlar tanrılaşdırılıb, sonra isə insan görkəmini alırdılar. Buna görə bütün tanrıların iki cəhətləri olmuşdur. Onların arvadları, ərləri, uşaqları və həmkarları olmuş və bu tanrıları əsasən heyvan başlı və insan bədənli təsvir edirdilər. Beləliklə bu ölkədəki yırtıcı quşlar, timsahlar, ilanlar, tısbağalar qurbağalar, bunlardan başqa qoyunlar, itlər, pişiklər və başqa ev heyvanları hansısa tanrının, ya da tanrıcanın diri obrazlazları və insanların yaşadığı mühitin ayrılmaz hissəsi kimi dəyərləndirilirdilər. Çayların, ailələrin, çöllüklərin, yığıncaqların, sevginin, ümumiyyətlə bütün varlığın tanrıları olmuşdur. Çoxlu sayda olan tanrılar, zaman keçdikcə bir-birləri ilə çeşidli yollarla birləşdirilib eyniləşdirilirdilər. Onlardan bəziləri arı başı və hipopotam bədənli qeyri-adi formalarda olan tanrıcalar kimi təsvir olunurdular. Onların rəsmlərinə baxanda tanrıca olduqları ayaqlarının birlikdə bağlı olması ilə bilinir. Tanrılar isə hərəkətdə, addımlayan durumda təsvir olunurdular.
Çeşidli şəhərlər yalnız öz tanrılarını ölkənin baş tanrısı kimi görmək istəyirdilər. Bu da onların siyasi güclərinən asılı olmuşdur. Buna görə də günümüzə çoxlu sayda dini əfsanələr çatmışdır.
Geniş xalq kütlələri tanrılardan öz istəklərini yerinə yetirməyi tələb edirdilər, buna görə onlara ibadət edirdilər. Tanrılar onların istəklərinə uyğun olmayanda, insanlar onlara ibadət etmirdilər. Buna görə, illər keçdikcə çeşidli tanrılar dəbdə olmuş, sonra isə dəbdən düşmüşdürlər. İstisna yalnız qədimdən ən tanınmış və sayqılı olan tanrılar üçün edilirdi. Onlar doğum, sevgi, məhkəmə, ölümdən sonra dirilmə kimi həyat üçün vacib olan şeylərə sorumlu olmuşdurlar.
Tanrılar insana bənzər həyat sürürdülər. Beləliklə onlar insanlarla eyniləşirdi. Tanrılar da insanlar kimi sevirdilər, nifrət edirdilər, ova çıxırdılar, məhsul yığırdılar, yeyirdilər, içirdilər. Ancaq bütün bunları insanlardan daha yaxşı edirdilər.
Onların çoxu çeşidli geyim geyinmiş kişi və heyvan başlı qadın kimi təsvir olunurdur. Başqa sözlə, onlar bir çox yollarla təzahür oluna bilərdilər və bəzilərinin təsvirləri günümüzə elə yaxşı gündə çatmışdırlar ki, onları şərh edən yazılar olmasa belə o tanrıların kim olduğu bilinir.
Başqa sözlə misirlilərin inanclarında tanrılar çoxlu yollarla təzahür edirlər. Bundan başqa, onların çoxu o qədər bir-birinə bənzər təsvir edilmişdirlər ki, onları şərh edən yazı olmadan ayırmaq olmur. Tanrıların geyindiyi geyimi ya da daşıdıqları vəzifələrini təyin etmək heç də hər zaman mümkün olmur, çünki onların bir-birlərindən alınma özəllikləri çox olmuşdur. Onların adlarına gəldikdə, bu günə qədər Ra, Ptah, Amon kimi orijinal Misir adları ilə birlikdə, İsis, Osiris, Horus kimi onların yunan formalarısı da işlənilir.
Misirlilər çox inanan olmuş, tanrılara qulluq edirdilər. Ancaq əski dönəmlərdə məbədlərin sayının nə qədər olması məsələsində Misir üzrə araşdırmaçılar çətinlik çəkirlər. Tanrıların ilk tapınaqlarının nə zaman ucaldılması da bilinməməkdədir.
Məbədlər
redaktəMisir Nil çayı boyu ikiyə (yuxarı və aşağı Misirə) bölündükdən sonra, hər iki bölgədə inşaat işləri başlamışdır. Bu da bəlli qədər ölkənin dini durumunun və siyasətinin göstəricisi olmuş, onun milli mənliyinin hissəsi idi. Ola bilsin, zamanımızda tapılmış, gil və qamışdan tikilmiş tikililər mahiyyəncə Nil boyumisirlilərin tapındıqları iki məbəd ucaldılmışdır. Onların üzərində fərqli yazıların mənşəyi çox yüngül oxunulur. Çünki bu yazılar ilkin çağlardan heroqlifik işarələr sisteminə daxil olmuşdur. Məbədlərin birinin adı Per-wer (Böyük ev) olmuşdur. O Yuxarı Misirdə ucaldılmışdır. Aşağı Misirdə isə Per-nu (Od evi) adlanan ikinci məbəd durmuşdur. O gümbəzlə ortüklü idi. Onların ikisi də 1-ci çarlıqdan olan firon Ahanın hakimiyyəti zamanı tikilmişdir. Vaxt keçdikcə məbədlər yalnız ən tanınmış Misir tanrıları üçün daşdan ucaldırdılar. Kiçik tanrılara isə evlərdə tapınırdılar.
Tanrıların geyimləri
redaktəTanrılarla tanrıcalar insan kimi təsvir ediləndə, onlar bir-birindən geyimlərinə görə, o qədərdə fərqlənmirdilər. Onlar yalnız sayı beşə yaxın olan geyim çeşidində təsvir olunurdular. Öncə onların hamısı ağ ya da bir neçə başqa rəngli geyimdə olmuşdurlar. Bu baxış yavaş-yavaş illər boyu dəyişmiş, təsvirlərdə yeni boyalar və naxışlar işlənmişdir. Yunan-Roma çağlarında isə boyanmanın çeşidləri daha da çoxalmış və tanrıların geyimləri teatrdakı aktyorların geyimlərinə bənzəyirdilər.
|
Burada fikir verilməlidir ki, uzun qollu geyimlər Misir və Yaxış Şərq bölgələrində yayılmamışdır. Onları ancaq yuxarı zümrələrdən olanlar öz yaşadıqları və yerləşdikləri yerlərdə geyinirdilər.
Tanrıların baş örtükləri
redaktəTanrıların çoxusunun başlarına geyiləcək baş örtükləri olmuşdur. Rəssamlar və heykəl yapanlar onların bədənlərinin görkəmini bir-birlərinə bənzər sadə görkəmdə çəksələrdə, başlarına olduqca çox önəm verirdilər. Görükür, bunu fironun özü, ya da onun kahinləri tanrılarına inamın göclənməsi üçün dəstəkləmişdirlər. Çeşidli taclar Tanrıların haradan gəldiyini bildirə bilər. Bütün ölkədə tanınan taclar, o tanrıların nə qədər güdrətli olduqlarının göstəricisidirlər. Tacları gözə çarpan etmək üçün bütün taclar və baş örtüklərinin üzərində olan lələklər, buynuzlar, ilanlar və başqa şeylər parlaq boyalarla boyadılırdı. Bu fantaziyalar və ixtiralarla dolu olan Yunan-Roma dönəmində daha yayqın olmuşdur.
Misir tacları
redaktəQırmızılar aşağı, ağlar isə yuxarı Misirdəndirlər. Qarışıq rənglilər isə bütün ölkədə yayılmışdır. Atef tacını Osiris geyinirdi. Buynuzlu və günəş diskli çeşidləri isə Ra-Horakte və başqa tanrılar daşıyırılar. Mavi dəbilgəyə bənzər çeşid isə 18-ci sülalənin dönəmindən bilinməkdədir, onları fironlar və tanrı Amon daşıyırdı.
Kral taclardan başqa tanrıların başlarının üstündə çoxlu başqa şeylər və simvolları olmuşdur. Onlar tanrıların bir-birindən seçilməsi üçün istifadə edilirdilər. Çünki çox vaxt tanrıların görkəmi bir-birinə bənzər olmuşdur. Heroqliflərin oxunuşunda çətinliklər olanda, aşağıdakı simvollarlın vasitəsilə hansı tanrıdan söhbətin getdiyi bilinir. Aşağıdakı tanrılarla tanrıcaların başlarının üstündə bu kimi simvollar vardır:
- Neit — kəsişən oxlar;
- İsis (İsida) — taxt;
- Maat — dəvəquşu lələyi;
- Neftis — qədəhlərə bənzər obyektlər;
- Nut — küpə;
- Selkhet — əğrəb;
- Seşat — müqəddəs perseya ağacı və onun üzərində iki buynuz;
- Anat — inək balalığı;
- Hathor — bir çox obyektlər. Onlardan bəziləri inək buynuzları, günəşin diski, musiqi alətləri.
Reqaliyalar (hakimiyyət simvolları)
redaktəMisirdə tapılmış bütün şəkillərdə, heykəllərdə və relyeflərdə ənənəvi səhnələr yer almışdır. Onlar zaman keçdikcə çox az dəyişmişdir. Bəzi özəlliklər heç dədişməmiş, 3000 il öncəki kimi qalmışdır. Insanların, təsviri dəyişməyən incəsənət üslubu olmuşdur. Bədənlərin, bir qayda olaraq, (torsu çıxmaq şərti ilə) profiləri təsvir olunurdu. Tors isə öndən çəkilirdi ki, o tanrı daha aydın görsənsin. Çox nadir hallarda tanrılar əli boş göstərilmişdirlər. Daha çox şəkillərdə onlar nəyisə əllərində aparmışdırlar. O şeylərin bəzilərinin təsvirləri bu günə kimi misirşünaslar üçün aydın deyildir.
Tanrıların əllərində çox vaxt həyat anlamını daşıyan xac kimi görsənən "ankh" simvolu olur. Bu da həyandan həzz almaq mənası kimi yozulur. Misir dini özlərini bu dünyada xeyir işlər görənlər üçün əbədi həyat vəd etdiyinə görə, ankh həm də axirət dünyasının rəmzidir. Ola bilsin ki, hər ikisinin.
Hökmdar əsasının saxlanılması da böyük əhəmiyyət kəsb edir və onların da çeşidləri vardır. Tanrıcaların çox rəngli əsaları olmuşdur, ancaq tanrılarda belə olmamışdır. Hakimiyyət əsaları ümümi də xüsusi də olur. Məsələr Ptahın və Osirisin öz əsaları olmuşdur.
Mənbə
redaktə- Aydın Əlizadə. Əski Misir tanrıları // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri — (The Spirits of Nature. Religion of the Egyptians məqaləsinin əsasında tərtib edilmişdir.)