Amrat Medeniyyeti - Wikipedia
Amrat mədəniyyəti və ya I Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 4000 və 3500 il əvvəl mövcud olmuş və enolit mərhələsinə aid edilir.
Amrat mədəniyyəti | |
---|---|
| |
Coğrafi region | Misir |
Lokallaşdırılması | Yuxarı, Aşağı Misir və Nubiya |
Başlama tarixi | e.ə. 4000 |
Bitmə tarixi | e.ə. 3500 |
Təmsil edən | qədim misirlilər |
Sonrakı | Gerzey mədəniyyəti |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəBu mədəniyyət adını ilk aşkar olunduğu yerdən, yəni tarixi Yuxarı Misir ərazisində yerləşən əl-Amradan götürmüşdür.
Naqada (Nakada) arxeoloji qazıntı arealında həm Amrat, həm də ondan sonrakı dövrdə mövcud olan Qerzey mədəniyyətinə aid olan artefaktlar tapılmışdır. Buna görə onlar həmçinin I Naqada və II Naqada adlandırılırlar.[1][2] Amrat insanları əkinçilik, maldarlıq və ovçuluqla məşğul olmuş, qonşularla ticarət aparmışlar.
Amratlılar qədim misirlilərin əcdadları hesab olunurlar.[3].
Arxeoloji abidələr
redaktəAparılan tədqiqatlar nəticəsində amrat kəndlərinidə gildən ev qalıqları tapılmışdır. Qerzek mədəniyyətində bu cür tikinti qaydası daha da inkişaf edəcəkdi.
Ən çox əldə edilən tapıntı saxsı qablar idi ki,onların üzərində naxışlara rast gəlinir. Ancaq bu işlər hələki ibtidai və sadə idi.
Qazıntılar zamanı tapılan amuletlər əhalinin dini inanclarından xəbər verir.
Qəbirlərdə tapılan heyvan sümükləri, yemək, silah, bəzək əşyaları, heykəlciklər insanların dəfn mədəniyyəti və axirət barədə görüşləri haqqında fikir bildirməyə imkan verir.
İstinadlar
redaktə- ↑ Gardiner, Alan. Egypt of the Pharaohs. Oxford: University Press. 1964. səh. 390.
- ↑ Newell, G.D. The relative chronology of PNC I. A new chronological synthesis for the Egyptian Predynastic. ex.cathedra Press. 2012.
- ↑ "Религия Древнего Египта". 2012-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-29.