Qirmizi Gunes - Wikipedia
"Qırmızı günəş" (ing. Red Sun) — rejissor Terens Yanqın filmi.
Qırmızı günəş | |
---|---|
ing. Red Sun | |
Janr |
döyüş triller vestern |
Rejissor | Terens Yanq |
Prodüser | Ted Riçmond |
Əsərin müəllifi | Lerd Köniq |
Ssenari müəllifləri |
Denni Bart Petitkler Uilyam Roberts Lourens Roman |
Baş rollarda |
Çarlz Bronson Ursula Andress Toşiro Mifune Alen Delon |
Operator | Anri Alekan |
Bəstəkar | Moris Jarr |
İstehsalçılar |
National General Pictures (ABŞ) Les Films Corona (Fransa) |
Distribütor | Netflix |
İlk baxış tarixi |
15 sentyabr 1971, Fransa 15 oktyabr 1971, Almaniya 26 oktyabr 1971, İtaliya 26 noyabr 1971, Yaponiya 17 dekabr 1971, Finlandiya 20 dekabr 1971, İspaniya 25 fevral 1972, Danimarka 5 mart 1972, İsveç 9 iyun 1972, ABŞ 31 iyul 1972, Norveç 6 oktyabr 1984, Filippin |
Filmin növü | bədii film |
Müddət | 112 dəqiqə |
Ölkələr |
Fransa İtaliya İspaniya[1] |
Dil | ingilis dili[1] |
İl | 1971 |
Rəng | rəngli |
IMDb | ID0067770 |
Məzmun
redaktəYapon samurayı Kuroda Zübey diplomatik heyətin tərkibində ABŞ-nin qərb sahillərinə gəlir. Səfir imperatorunun qiymətli hədiyyəsi olan təntənəli qılıncı Amerika prezidentinə aparır. Qılınc təmiz qızılla işlənmişdir. Səfər vaxtı onların getdiyi qatara Qoşun rəhbərliyi altında quldur dəstəsi soxulur. Qoş pullarla yanaşı, qılıncı da götürür. Diplomatik heyətin başçısı Kurodaya yeddi gün ərzində əmanəti qaytarmaq əmri verir.
Qatarın qarətindən sonra Kuroda keçmiş quldur Link Stüartla birlikdə Qoşu axtarmağa gedirlər. Əgər samuray onu lazım olan vaxta qədər tapmasa, harakiri edəcək. O, tapşırığa yollananda Qoşu dərhal öldürməyi qərara almışdı. Lakin iş elə gətirir ki, samuray Linkə Qoşdan pullarla dolu xəlvəti yeri öyrənməyə imkan yaradacağına söz verir.
Kuroda və Link təyin edilmiş yerə gəlib çatırlar. Onlar burada özlərini hinduların hücumundan müdafiə etməli olurlar. Bütün toqquşmalar bitəndən sonra Kuroda Linkin işarəsilə qarşısında olan yaralı Qoşu öldürməyə cəhd edir. Lakin Qoş cəld tərpənərək çevrilir və samuraya atəş açır. Bunu görən Link həmin dəqiqə dostunun qisasını almağı düşünür və Qoşu öldürür.
Ölümcül halda olan Kurodaya qılıncı səfirə qaytarmağı söz verir. O, Qoşun rəfiqəsi Kristinanı da özü ilə aparır. Dəmiryol xəttinə səfirlə görüşməyə qayıdan Link Kurodaya verdiyi vədə əməl edir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Lerd Köniq
- Ssenari müəllifləri : Denni Bart Petitkler, Uilyam Roberts, Lourens Roman
- Rejissor : Terens Yanq
- Operator : Anri Alekan
- Bəstəkar : Moris Jarr
- Prodüser : Ted Riçmond
Rollarda
redaktə- Çarlz Bronson – Link Stüart
- Ursula Andress – Kristina
- Toşiro Mifune – Kuroda Zübey
- Alen Delon – Qoş
- Kapuçine – Pepita
- Bart Berri – Pako
- Li Börton
- Toni Douson
- Con Hamilton
- Corc Layken
- Lük Merenda
- Satoşi Nakamura
- Co Nieto
- Jül Penya
- Monika Randall
- Hiroşi Tanaka – Muroda
- Con B. Vermont
- Nakamura Tesu – yapon səfiri
İstinadlar
redaktə- ↑ 1 2 "Soleil Rouge". British Film Institute. London. 2009-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2016.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.