Carlz Bronson - Wikipedia
Çarlz Bronson və ya Çarlz Dennis Buçinski (d. 3 noyabr 1921 – 30 avqust 2003) — Litva tatarı kökənli amerikalı aktyor. O, tez-tez intiqam motivlərinə əsaslanan senarilərə malik filmlərdə polis məmuru, silahlı döyüşçü rollarında oynamışdır. Uzun müddət film direktorları olan Maykl Vinner və Li Tomsonla birlikdə çalışmış və ikinci həyat yoldaşı Jill İrlandla birlikdə 15 filmə çəkilmişdir.[6]
Çarlz Bronson | |
---|---|
ing. Charles Bronson və ya Charles Dennis Buchinsky | |
Doğum adı | Çarlz Dennis Buçinski |
Doğum tarixi | 3 noyabr 1921[1][2] |
Vəfat tarixi | 30 avqust 2003[3][4][…] (81 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı, Altsheymer xəstəliyi |
Uşağı | 4 |
Atası | Valter Buçinski |
Anası | Meri Buçinski |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1950-1999 |
Boyu | 174 sm |
Mükafatları | |
IMDb | ID0000314 |
charlesbronson.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Öz şöhrətinin zirvəsinə 1970-ci illərin əvvəllərində çatmışdır. Bu dövrdə o, bir filmə çəkilmək üçün qonarar kimi 1 milyon dollar qazanmışdır.
Həyatı
redaktə15 auşaqlı ailədə 11-ci uşaq olaraq Pensilvaniyada dünyaya gəlmişdir. Həm ana, həm də ata tərəfdən Litva kökənlidir. Hətta evlərində ancaq Litva dili və rusca danışıldığı üçün ingilis dilini yalnız gənclik illərində öyrənə bilmişdir.[7][8][9] Kasıb ailənin övladı olan Branson atasını gənc yaşlarında itirdikdən sonra çox fərqli işlərdə çalışmağa məcbur olmuşdur.[10] II Dünya müharibəsində ABŞ ordusunda xidmət etmişdir. Bronsonun Xiroşimaya atılan nüvə bombasından əvvəl edilən hava bombardman hücumunda B-29 mexaniki silahında tüfəngçilik etdiyi məlumdur.[11]
1968-ci ildə evləndiyi aktrisa Cill İrlanddan 1 qızı oldu. Katrina və Ceyson adlı iki uşağı övladlığa götürdülər. Ceyson 27 yaşındaykən yüksək dozada uyuşdurucu qəbul etdiyinə görə həyatını itirdi. 1990-da həyat yoldaşı Cillin sinə xərçənginə görə zamansız olumu Bronsona dərindən təsir elədi. 1990-cı illərin sonlarına doğru altsheymer xəstəliyi kimi sağlamlıq problemləri yarandı.
Bronson 1 sentyabr 2003-də həftələrcə müalicə aldığı tibb mərkəzində 81 yaşında vəfat etdi. Bronsonun reklam və xalqla əlaqə əlaqələr üzrə səlahiyyətli şəxsi lori Conas məşhur aktyorun ağciyər iltihabından vəfat etdiyini bildirmişdir.
Karyerası
redaktəMüharibədən sonra yenə müvəqqəti işlərdə çalışmağa başlayan aktyorun bir teatr qrupuna daxil olduqdan sonra həyatı dəyişmişdir. 1951-ci ildən etibarən filmlərə çəkilməyə başlamışdır. İlk əsas rolunu 1958-ci ildəki "Maşın-gun Kelly" filmində oynamışdır.
1960-cı ildə "Yeddi samuray" filminin amerika versiyası olan "Möhtəşəm yeddili" filmində rol almışdır. Bu illərdə daha çox vertern filmlərində rol alan Bronsonun ən mühüm işləri 1967-ci il istehsalı "The Dirty Dozen" və 1968-ci il istehsalı Sergio Leone filmi Bir zamanlar Qərbdə idi.[12] Bu dövrdə daha çox Avropa şirkətləri ilə çalışmışdır. 1974-cü ildə "Death Wish" filmində baş rolda oynamış və bu filmdə oynadığı Paul Kersey çox məşhurlaşdı. İrəliləyən illərdə filmin 4 seriyası daha çəkildi və hamısında Bronson oynadı. 1980-ci illərdə aşağı səviyyəli macəra filmlərində oynaması səbəbilə yavaş-yavaş gözdən düşdü.[13]
Fimləri
redaktə- You're in the Navy Now (1951)
- The People Against O'Hara (1951)
- The Mob (1951)
- The Marrying Kind (1952)
- My Six Convicts (1952)
- Pat and Mike (1952) (as Charles Buchinsky)
- Red Skies of Montana (1952)
- Diplomatic Courier (1952)
- Bloodhounds of Broadway (1952))
- The Clown (1952) (uncredited)
- Battle Zone (1952)
- Off Limits (1953) (uncredited)
- Torpedo Alley (1953) (uncredited)
- House of Wax (1953) (as Charles Buchinsky)
- Miss Sadie Thompson (1953) (as Charles Buchinsky)
- Crime Wave (1954) (as Charles Buchinsky)
- Tennessee Champ (1954) (as Charles Buchinsky)
- Riding Shotgun (1954) (as Charles Buchinsky)
- Apache (1954) (as Charles Buchinsky)
- Vera Cruz (1954) (as Charles Buchinsky)
- Drumbeat (1954)
- Big House USA (1955)
- Target Zero (1955)
- Jubal (1956)
- Run of the Arrow (1957)
- Gang War (1958)
- Machine-Gun Kelly (1958)
- Showdown At Boot Hill (1958)
- When Hell Broke Loose (1958)
- Never So Few (1959)
- The Magnificent Seven (1960)
- Master of the World (1961)
- A Thunder of Drums (1961)
- X-15 (1961)
- Kid Galahad (1962)
- The Great Escape (1963)
- 4 for Texas (1963)
- Battle of the Bulge (1965)
- The Sandpiper (1965)
- This Property Is Condemned (1966)
- The Dirty Dozen (1967)
- La Bataille de San Sebastian (1967)
- Honor Among Thieves (1968)
- Villa Rides (1968)
- Once Upon a Time in the West (1968)
- Lola (1969) (aynı zamanda Twinky olarak bilinir)
- Rider on the Rain (1969)
- You Can't Win 'Em All (1970)
- Violent City (1970)
- De la part des copains (Cold Sweat), (Gece Misafirleri) (1970)
- Someone Behind the Door (1971)
- Red Sun (1971)
- Chato's Land (1971)
- The Valachi Papers (1972)
- The Mechanic (1972)
- The Stone Killer (1973)
- Valdez Horses (1973)
- Mr. Majestyk (1974)
- Death Wish (1974)
- Breakout (1975)
- Breakheart Pass (1975)
- Hard Times (1975)
- From Noon Till Three (1975)
- St. Ives (1976)
- Raid On Entebbe (1976)
- Telefon (1977)
- The White Buffalo (1977)
- Love and Bullets (1978)
- Caboblanco (1979)
- Borderline (1980)
- Death Hunt (1981)
- Death Wish II (1982)
- 10 to Midnight (1983)
- The Evil That Men Do (1984)
- Death Wish 3 (1985)
- Act of Vengeance (1985) (TV)
- Murphy's Law (1986)
- Assassination (1987)
- Death Wish 4: The Crackdown (1987)
- Messenger of Death (1988)
- Kinjite: Forbidden Subjects (1988)
- The Indian Runner (1991)
- Death Wish V: The Face of Death (1994)
TV serialları
redaktə- This Rugged Land (1962)
- Guns of Diablo (1964)
- Luke and The Tenderfoot (1965)
- The Meanest Men in the West (1967)
- The Bull of the West (1971)
- Raid On Entebbe (1976)
- Act of Vengeance (1985)
- Yes Virginia, There Is a Santa Claus (1991)
- Donato and Daughter (1993)
- The Sea Wolf (1993)
- A Family of Cops (1995)
- Breach of Faith: A Family of Cops 2 (1997)
- Family of Cops 3 (1999)
İstinadlar
redaktə- ↑ Charles Bronson // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Charles Bronson // Munzinger Personen (alm.).
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Charles Bronson // Encyclopædia Britannica (ing.).
- ↑ Deutsche Nationalbibliothek Record #122937090 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Lardine, Bob. "Big Bad Bronson". The Miami Herald. New York News Service. March 18, 1973. 1H. İstifadə tarixi: February 10, 2020 – Newspapers.com vasitəsilə.
- ↑ "Movie Star Charles Bronson (1921-2003) - Son of a Lithuanian coal miner". vilnews.com. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
American actor Charles Bronson claimed to have spoken no English at home during his childhood in Pennsylvania.
- ↑ "Charles Bronson". IMDb. August 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2019.
Spoke fluent Russian, Lithuanian and Greek.
- ↑ Ebert, Roger. "Charles Bronson: "It's just that I don't like to talk very much."". Roger Ebert Interviews. August 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 10, 2013.
- ↑ Richard Severo. "Charles Bronson, 81, Dies; Muscular Movie Tough Guy". The New York Times. September 1, 2003. 2008-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
- ↑ "Together We Served - Sgt Charles Dennis Bronson". Airforce.togetherweserved.com. 2015-08-18. İstifadə tarixi: 2015-08-18.
- ↑ Young Gun, ctva.biz, 2012-05-04 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: December 22, 2012
- ↑ Pitts, Michael R. Charles Bronson: The 95 Films and the 156 Television Appearances. McFarland & Company. 1999. səh. 313. ISBN 0-7864-0601-1.