Alen Delon - Wikipedia
Alen Delon (fr. Alain Delon, 8 noyabr 1935[1][2][…], So[d][7][8][…] – 18 avqust 2024[3][4][…], Douchy-Montcorbon[d][9][6]) — fransız aktyoru[11].
Alen Delon | |
---|---|
fr. Alain Delon | |
Doğum adı | Alain Fabien Maurice Marcel Delon[6] |
Doğum tarixi | 8 noyabr 1935[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 2024[3][4][…] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | limfoma[10] |
Partnyorları |
|
Fəaliyyəti | ssenarist, kinorejissor, teatr aktyoru, kino aktyoru, film prodüseri, televiziya aktyoru, prodüser, müğənni, aktyor, rejissor, yazıçı |
Fəaliyyət illəri | 1957–2012 |
Boyu | 177 sm |
Mükafatları |
|
IMDb | ID0001128 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına baxmayaraq ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla – velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Çin-Hindistan müharibəsinə yola düşdü. Burada gördükləri, yaşadıqları yeniyetmənin həyatında dərin izlər buraxdı. O orduda da özünü sərbəst apardığına görə, rütbəsi üç dəfə endirib, amma sonradan bərpa edilmişdir.
Ölümü
redaktə18 avqust 2024-cü il tarixində "uzun sürən xəstəlik" nəticəsində vəfat edib.[12][13]
Ailəsi
redaktəKaryerasında yenicə məşhurlaşmağa başladığı dövrdə dönəmin məşhur aktrisalarından biri hesab edilən Rommi Şnayder onunla eyni filmdə "Kristina"da oynamağa razılıq verəndə Alen sənət aləmində tanınmırdı da. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də bu baş tutmadı.
Ümumiyyətlə, müxtəlif sevgi macəraları yaşayan Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmir. Ancaq məlumdur ki, Natali ilə olan evlilikdən onun Entoni adlı bir oğlu da var.
Karyerası
redaktə1956-cı ildə Alen Delon hərb ilə üzülüşdü və Parisə dönərək yaxın dostlarından biri ilə kirayə ev tutdu. Özünə bəyəndiyi bir iş tapa bilmədiyi üçün fərqinə varmadan hər bir sahədə çalışmağa başladı: qəzet payladı, ofisiantlıqla məşğul oldu, amma belə demək mümkünsə, tale onun üçün başqa yol seçdi. Həyat onu Hollivud üçün gənc istedad "ovuna" çıxan Harri Uilsonla qarşılaşdırdı. Kino mütəxəssisi gəncin daxilindəki aktyorluq istedadını hiss etdiyi üçün onu özü ilə aparmaq qərarına gəldi, amma bundan ötrü Alendən üç ay ərzində ingilis dilini öyrənmək tələb olunurdu. Bu hadisədən xəbər tutan fransız rejissoru Alleqre onu filmlərindən birində ikinci dərəcəli rola dəvət etdi. Artıq bu gənc Alen üçün həyatın sürprizi, şansı idi və o, Amerikaya getməkdən vaz keçdi, "Qadınlar işə qarışanda" filmində qanqster obrazını yaratmaqla özünün kino karyerasına başladı. Ardınca – 1958-ci ildə onun oynadığı "Gözəl ol, sus" ekran əsəri tamaşaçılar qarşısına çıxdı. Düzdür, bu rollarda Alen şedevrə imza atmasa da tamaşaçıların rəğbətini qazana bildi. Elə bu rəğbətə görə də həmin il növbəti təklif özünü çox gözlətmədi. "Kristina" filmində çəkildi və uğur qazandı. "Zəif qadın"dan sonra Azərbaycan tamaşaçılarına da yaxşı məlum olan "Rokki və qardaşları"nda rol aldı. Yaratdığı rəngarəng obrazlar aktyoru tamaşaçıların sevimlisinə çevirdi. Qısa müddət ərzində məşhurlaşan gənc aktyor fransız kinosunun şedevri sayılan Jan Qabenin də diqqətini çəkdi. Onların tanışlığı 1962-ci ildə ekranlaşdırılan "Zirzəmidən eşidilən melodiya" filmindən başladı və uzun müddət davam etdi. Həmin ekran əsəri qazandığı müvəffəqiyyətə görə "Qızıl qlobus" mükafatına təqdim olundu. 1964-cü ildə İspaniyada çəkilən "Qara zanbaq" filmi ilə Delon bir daha tamaşaçıların ürəyini fəth etdi. Bir il sonra Alen Hollivuda dəvət alır. Aktyor burada bir neçə filmdə rol aldı, amma səmimiyyətlə demək olar ki, Alen Delonun Hollivuddakı filmlərini heç də uğurlu adlandırmaq olmaz. Bunu aktyorun özü də duyurdu. Bəlkə də elə buna görə də Alen yenidən vətəninə döndü və biri-birinin ardınca gözəl obrazlar yaratmağa nail oldu. Rober Enrikonun "Macəra axtaranlar" lentində çəkildiyi rolu tamaşaçılar böyük rəğbətlə, hərarətlə qarşıladılar. Ardınca "Samuray" və məşhur "Zorro" filmlərindəki oyunları ilə Alen bir daha sübut etdi ki, o, möhtəşəm aktyordur. Onun baş rol aldığı "Hovuz", "Bəbir", "Yatmış komissarı oyatmayın","Kazanovanın qayıdışı","2 nəfərə bir şans" və s. filmlər həmişə böyük maraqla izlənilib. "Bizim tariximiz"filmindəki ən yaxşı kişi roluna görə "Sezar" mükafatına da sahib olub.1980-ci ildə Sovet-Fransa-İspaniya-İsveçrənin birgə çəkdiyi "Tehran-43" filmindəki İnspektor Foş rolunu canlandırmış və tamaşaçıların dərin rəğbətini qazanmışdır. 2008-ci ildə "Asteriks Olimpiya dağların da" və 2012-ci ildə çəkilmiş"Analar, Yeni iliniz mübarək" filmləri ilə karyerasına son qoymuşdur.
Filmoqrafiya
redaktəİl | Film | Rol |
---|---|---|
2012 | Happy New Year, mothers! (С новым годом, мамы!) | |
2008 | Asteriks Olimpiya Oyunlarında | Yuli Sezar |
2006 | L'Instinct de mort | |
2004 | Frank Riva | Frank Riva |
2003 | Frank Riva | Frank Riva |
1999 | Les Acteurs | Özünü canlandırıb |
1997 | Une Chance sur deux | Julien Vignal |
1996 | Le Jour et la nuit | Alexandre |
1994 | Les Cent et une nuits | L'acteur d'un jour |
1993 | L'Ours en peluche | |
1992 | Un Crime | Maitre Charles Durand |
1990 | Nouvelle vague | L'homme |
1990 | Dancing machine | Alan Wolf |
1988 | Ne réveillez pas un flic qui dort | commissaire Eugène Grindel |
1985 | Parole de flic | Daniel Pratt |
1984 | Notre histoire | Robert Avranche |
1984 | Le Passage | Jean Diaz |
1983 | Le Battant | Jacques Darnay |
1983 | Swann in Love | Baron de Charlus |
1982 | Le Choc | Martin Terrier |
1981 | Pour la peau d'un flic | Choucas |
1980 | Trois hommes à abattre | Michel Gerfaut |
1980 | Tehran-43 (Teheran 43. Nid d'espions) | Georges Foche |
1979 | Le Toubib | Jean-Marie Desprès |
1979 | The Concorde: Airport '79 | Paul Metrand |
1978 | Attention, les enfants regardent | L'homme |
1977 | Le Gang | Robert le Dingue |
1977 | Mort d'un pourri | Xavier Maréchal |
1976 | Monsieur Klein | Robert Klein |
1976 | Armaguedon | Dr. Michel Ambrose |
1976 | Comme un boomerang | Jacques Batkin |
1976 | L'Homme pressé | Pierre Niox |
1975 | Flic Story | Roger Borniche |
1975 | Le Gitan | Le Gitan |
1974 | Zorro | Diego/Zorro |
1974 | Les Seins de glace | Marc Rilsen |
1974 | Borsalino & Co. | Roch Siffredi |
1973 | Deux hommes dans la ville | Gino Strabliggi |
1973 | La Race des seigneurs | Julien Dandieu |
1973 | Les Granges brûlées | Larcher |
1973 | Scorpio | Jean Laurier, alias Scorpio |
1973 | Les Grands fusils | Tony Arzenta |
1972 | Traitement de choc | Devillers |
1972 | Il était une fois un flic | Rodriguezi axtaran adam |
1972 | Le Professeur | Daniele Dominici |
1971 | Un Flic | Coleman |
1971 | La Veuve Couderc | Jean |
1971 | Soleil Rouge | Gauche |
1971 | Fantasia chez les ploucs | A caïd |
1971 | The Assassination of Trotsky | Frank Jackson |
1970 | Le Cercle rouge | Corey |
1970 | Borsalino | Rocco Siffredi |
1970 | Doucement les basses | Simon |
1969 | Le Clan des Siciliens | Roger Sartet |
1969 | Madly | Julian |
1969 | Jeff | Laurent |
1968 | La Piscine | Jean-Paul |
1968 | La Motocyclette | Daniel |
1968 | Adieu l'ami | Dino Barran |
1968 | Şeytanın Qurbanları (Histoires Extraordinaires) | William Wilson |
1967 | Le Samouraï | Jef Costello |
1967 | Diaboliquement vôtre | Pierre |
1966 | Les Aventuriers | Manu |
1966 | Les Centurions | Philippe Esclavier |
1966 | Texas nous voilà | Don Andrea |
1965 | Paris brûle-t-il ? | Jacques Chaban-Delmas |
1965 | Once a Thief | Eddie Pedak |
1965 | The Yellow Rolls-Royce | Stefano |
1964 | L'Insoumis | Thomas |
1963 | La Tulipe noire | Count de Saint Preux |
1963 | Il gattopardo (Leopar) | Tancredi |
1963 | Mélodie en sous-sol | Francis |
1963 | Les Félins | Marc |
1962 | Le Diable et les Dix Commandements | Pierre Messager |
1962 | Carambolages | Lambert |
1962 | Batan Günəş (L'eclisse) | Piero |
1962 | L'Amour à la mer | Film oyunçusu |
1961 | Les Amours celebres | Prince Albert |
1961 | Quelle joie de vivre | Ulysse |
1960 | Kızgın Güneş (Plein Soleil) | Tom Ripley |
1960 | Rokko və qardaşları | Rocco Parondi |
1959 | Le chemin des écoliers | Antoine Michaud |
1959 | Faibles femmes | Julien Fenal |
1958 | Christine | Franz Lobheiner |
1957 | Quand la femme s'en mêle | Jo |
1957 | Sois belle et tais-toi | Loulou |
İstinadlar
redaktə- ↑ 1 2 Alain Delon // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Alain Delon // filmportal.de. 2005.
- ↑ 1 2 C. L. Mort de l'acteur français Alain Delon (fr.). BFM TV, 2024.
- ↑ 1 2 Alain Delon, dernier monstre sacré du cinéma français, est mort. 2024.
- ↑ RKDartists (nid.).
- ↑ 1 2 3 Fichier des personnes décédées mirror.
- ↑ 1 2 Bell A. Alain Delon // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
- ↑ 1 2 C. L. Mort de l'acteur français Alain Delon. BFMTV, 2024.
- ↑ Mort d'Alain Delon : le douloureux crépuscule d'une légende du cinéma (fr.). 2024.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 451. ISBN 978-9952-441-11-6.
- ↑ "Alen Delon vəfat etdi". Oxu.az (az.). 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-18.
- ↑ "Alen Delonun övladları atalarının ölüm səbəbini açıqladılar". Oxu.az (az.). 2024-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-18.