Omanlilar - Wikipedia
Omanlılar (ərəb. لشعب العماني) — Oman Sultanlığı ərazisində yaşayan ərəb xalqı, Oman vətəndaşları. Omanlılar hal-hazırda Oman olaraq bilinən ərazidə min illərdir ki, yaşayırlar. VIII əsrdə Maskat şəhərində tacirlər və hakimlər arasında formalaşan ittifaq şəhəri İran körfəzinin ən böyük limanlarından birinə çevirmişdir. Omanlılar etnik baxımdan müxtəlifdirlər. Onların əksəriyyəti ərəb mənşəli olsa da, onlar arasında çoxlu bəluclar, lurlar, farslar var. Omanda Pakistan, Hindistan və Şri-Lankadan gəlmə şəxslər də yaşayır.[1]
Nizvа şəhərində omanlılar | ||||||||||||||||||||||||||||||||||||||||||
Özünüadlandırma | ||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ərəb. لشعب العماني | ||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||||||||||||||||||||
təx. 2,500,000 | ||||||||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||||||||||||||||
İrqi | ||||||||||||||||||||||||||||||||||||||||||
Avropoid | ||||||||||||||||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||||||||||||||||
Daxildir | ||||||||||||||||||||||||||||||||||||||||||
Samilər | ||||||||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||||||||||||||||
Omanlıların Omanın ümumi əhalisinin əksəriyyətini təşkil edir. Bir milyon yarımdan çox omanlı Orta Şərqin digər bölgələrində və Suahili sahili ərazisində yaşayır.
Din
redaktəDemək olar ki, omanlıların əksəriyyəti müsəlmandır, fəqət onlar İslamın üç fərqli məzhəbinə bölünürlər – ibadilər (Omanın dövlət dini), sünnilər və şiələr. Omanlıların əksəriyyətidi ibadidir. Onlar əsasən Omanın dağlıq regionlarında yaşayırlar. Sünnilər ölkənin sahillərində yaşayırlar. Omanın bir neçə minlik şiə əhalisi Muskat və Sohar şəhərlərində yaşayırlar.
İqtisadiyyat
redaktəƏksər omanlılar kəndlərdə, qəsəbələrdə və şəhərlərdə yaşayırlar. Onların həyat tərzində fərqli-fərqli peşələr, güclü ailədaxili əlaqə və münasib qadın hüquqları var. Onlar qonaqpərvər hesab edilirlər. Onların əksəriyyəti köhnə ağ rəngli evlərdə qalır, dövlət işçisi, fəhlə, tacir və dənizçi olaraq işləyirlər. Onların bir hissəsi neft sənayesində işləyir. 1970-ci ildə Omanın yeni sultanı ölkənin müasirləşmə prosesini sürətləndirmək üçün bir neçə inkişaf proqramı yaratmışdır. Bunlara neft sənayesinin inkişafı, yeni yolların çəkilməsi, yeni xəstəxanaların və məktəblərin tikilməsi və yetkinlər üçün savadlılıq proqramlarının hazırlanması aiddir.
Kənd təsərrüfatı
redaktəOmanlıların əksəriyyəti ferma kəndlərində yaşayır. Bu kəndlər Omanın məhsular vadilərində və ya şərq sahillərində yerləşir. Vadilərdə yerləşən ferma kəndlərində meyvələr və buğdalar, sahilyanı ərazilərdə yerləşən ferma kəndləri isə daha çox balıqçılıqla məşğul olurlar. Kənd evləri adətən betondan, kərpicdən və ya taxtadan hazırlanır. Şəhərətrafı ərazilərdə kişilər ağ xalatlar, çalmalar geyinirlər.
Cəmiyyət
redaktəOmanlıların ailə strukturu müasirdir. Onların cəmiyyəti patriarxal və kişi dominantlıdır.
Suahili sahili
redaktəSuahili sahilində omanlıların yaşaması Nəbhanilər dövründə başlamışdır.[2] Oman imamı I Saif ibn Sultan XI əsrdə portuqaliyalıları Mombasada məğlub etdikdən sonra Zənzibar Omanın xarici mülklərindən birinə çevrilmişdir.[3] Xeyli sayda omanlı Suahili sahilinə köçmüşdür. 1832-ci ildə Oman sultanı Səid ibn Sultan öz sarayını Zənzibara köçürəndən sonra regiondakı omanlıların sayı qat-qat artmışdır. Region omanlılar üçün iqtisadi fürsət idi. Regiona köçən omanlılar iqtisadi uğur yaşayırdılar.[4] XX əsrin ortalarında omanlılar Zənzibara köçməyi buraxdılar. Bunun səbəbi 1964-cü ildə baş verən Zənzibar inqilabı idi. Oman-əsilli Zənzibar sultanı Cəmşid ibn Abdulla devrilmiş və minlərlə omanlı qətlə yetirilmişdi. İnqilabdan sonra omanlıların çoxu Zanzibarı tərk etdi. Onların çoxu Omana geri qayıtmış, digərləri isə Suahili sahili ərazisində qalmışdır.[5]
İstinadlar
redaktə- ↑ Şarma, Aşutoş. "Oman's players of Pakistan origin caught in visa mix-up". Hindustan Times. 25 fevral 2016. 25 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2018.
- ↑ Nəbhan, Geri Pol. Arab/American: Landscape, Culture, and Cuisine in Two Great Deserts. The University of Arizona Press. 2008. səh. 78. ISBN 978-0-8165-2658-1. İstifadə tarixi: 1 noyabr 2018.
- ↑ Tomas, Gevin. The Rough Guide to Oman. Penguin. 1 noyabr 2011. ISBN 978-1-4053-8935-8.
- ↑ "THE OMANI ASCENDANCY". http://www.britannica.com/. 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2018.
- ↑ Əs-Salam, Dar. "Regime Banishes Sultan". 14 yanvar 1964. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.