Seudiyyeliler - Wikipedia
Səudiyyəlilər (ərəb. سعودي — sa’udi, ərəb. سعوديون — sa’udiyyun) — Səudiyyə Ərəbistanı ərazisində yaşayan ərəb xalqı. Son hesablamalara görə onların ümumi sayı 26 milyon nəfərdir[1]. 50 min səudiyyə ərəbi isə Küveyt ərazisində yaşayır. Səudiyyələliər ərəb dilinin özlərinə məxsus dialektində danışırlar. Onların böyük əksəriyyəti sünnilər, ölkənin şimal-qərbində isə az bir qismi şiələrdir. Səudiyyə Ərəbistanı tam olaraq bir teokratik monarxiyadır. Ölkəni kral idarə edir[2]
Ümumi sayı | |||
---|---|---|---|
26 000 000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Din
redaktəSəudiyyəlilərin böyük qismi müsəlmanlardır. Üstəlik sonuncu haq din olan islam dininin peyğəmbəri Məhəmməd burada anadan olmuşdur. Onların böyük qismi islam dinin sünni məzhəbində etiqad edirlər. Az bir qismi isə şiədir.
Tarixi
redaktəB.e.əminillikdə Səudiyyə Ərəbistanının ərazisini köçəri ərəb tayfaları tutmuşdur. V—VI əsrlərdə isə Mərkəzi Ərəbistan vahid halda birləşdirilmişdir. VII əsrdə islamış doğuşu ilə ərəblər arasında mədəni dirçəliş başlayır. Əməvilər və Abbasilər xilafətləri dönəmində isə onların təsir dairəsi artır. XVI əsrdən Hicaz Osmanlı dövlətinin tabeliyində olsa da, Cənub-şərqi Ərəbistan və Nəcd ərazisi demək olar ki, müstəqil ərazi olaraq qalırdı.
XIX əsrin əvvəllərində Ərəbistanın böyük qismi Səudların nəslindən olan sələfilər tərəfindən birləşdirilmişdir. Bu dövlət XX əsrin əvvəllərinə qədər mövcud olmuşdur. 1932-ci ildən Səudiyyə Ərəbistanı olaraq tanınır. Səudiyyə nəslinin kralları islam dininin iki əsas mərkəzi olan Məkkə və Mədinənin hamiləri elan edilmişlər.
Əsas məşğuliyyət
redaktəSəudiyyəlilərin böyük əksəriyyəti kənd təsərrüfatı, ticarət vəı neft sənayesi sahələrində çalışırlar. Məhsullar dənli bitkilər, xurma, bağça və bostan bitkiləri, texnoloji bitkilər yetişdirirlər. Burada xına və digər təbii kosmetik vastələr istehsal edilir. Köçəri qəbilələr toxuculuqla yanaşı müxtəlif növ sənətkarlıqla məşğul olurlar - dəri aşılama, zərgərlik, mirvarı taoplama və s. Dəvə yetişdirmə böhranı səbəbiylə köçəri bədəvilər iri və xırda mal-qara yetişdirməyə məcbur olmuşlar. Neft hasilatı bu gündə ölkədə iqtisadiyyatın sütunlarını təşkil edir. Əgər 1938-cu ildə illik neft hasilatı 0.5 mln barel idisə artıq bu rəqəm XX əsrin 70-ci illərində 2772,7 mln barelə çatdırılmışdır.
Sosial-iqtisadi institutun əsasları
redaktəƏhali hələ də qəbilə ənənələrinə sadiq şəkildə yaşayır. Çoxarvadlılıq qanunidir. Ölkədə heç kimin kral və onun ailəsindən başqa hakimiyyətdə təmsil olunmaq haqqı yoxdur. Üstəlik siyasi partiyalar qadağandır.
İqtisadiyyat və milli həyat
redaktəYaşayış yerləri müxtəlif formalar və materiallardan ibarətdir. Palçıq qalalar, saraylar memarlıq abidələri kimi qorunur. Köçərilər ənənəvi çadırlarında yaşayırlar.
Qida olaraq qoyun südü, çörək, kofe və çaydan istifadə edirlər.
Poetik və musiqi folkloru baxımından zəngindirlər. Çoxlu sayda milli musiqi alətlərinə sahibdirlər[3].
İstinadlar
redaktə- ↑ [https://web.archive.org/web/20200421172734/http://esa.un.org/unpp/p2k0data.asp Arxivləşdirilib 2020-04-21 at the Wayback Machine BMT 2010-cu il hesabatına görə
- ↑ Большая Энциклопедия Кирилла и Мефодия, Саудовская Аравия.
- ↑ "Dünya xalqları ensiklopediyası. Səudiyyəlilər". 2011-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.