Oman Sultanligi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oman və ya Ümman[3][4], rəsmi adı Oman Sultanlığı (ərəb. سلطنة عمان) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2, əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-cı il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oman | |||||
---|---|---|---|---|---|
سلطنة عمان Salṭanat ʻUmān | |||||
| |||||
Beauty has an address, Mae gan Brydferthwch Gyfeiriad | |||||
Himn: نشيد السلام السلطاني "as-Salām as-Sultānī" "Sultanic Salutation" |
|||||
Tarixi | |||||
• Əsası qoyulub | 23 İyul 1970 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Maskat | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Sultan | Heysəm ibn Tariq | ||||
Baş nazir | Heysəm ibn Tariq | ||||
Baş nazir köməkçisi | Fəhd ibn Mahmud Əl Səid | ||||
Baş müfti | Əhməd əl-Xəlili | ||||
Sahəsi | Dünyada 70-ci | ||||
• Ümumi | 309500 km² | ||||
Əhalisi | |||||
• Əhali | 4 572 949 nəfər (135-ci) | ||||
• Siyahıyaalma (2010) | 2,773,479 nəf. | ||||
• Sıxlıq | 13 nəf./km² (216-cı) | ||||
• Ümumi | 88.191.977.373 $[2], 114.667.360.208 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 173,073 milyard dollar | ||||
• Adambaşına | 43,737 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2016) | 59,675 milyard dollar | ||||
• Adambaşına | 15,080 dollar | ||||
İİİ (2014) | 0.793 (artış; 52-ci) | ||||
Valyuta | Oman rialı | ||||
İnternet domeni | .om | ||||
ISO kodu | OM | ||||
BOK kodu | OMA | ||||
Telefon kodu | +968 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
redaktəOman — irsi monarxiya sultanlığıdır. 1970-ci ildə hazırkı Sultan Qabus bin Səid Əl Səid atasını devirdikdən sonra ölkənin sosial-iqtisadi inkişafına təkan vermiş və Sultan Qabusun həyata keçirdiyi islahatlar nəticəsində xarici investisiyaların ölkəyə axını başlamışdır. Müstəqil Omanın ilk Konstitusiyası 1996-cı il noyabrın 6-da qəbul edilmişdir. Konstitusiyaya əsasən, dövlət başçısı Sultandır. Qanunvericilik və icraedici hakimiyyət Sultana məxsusdur. Sultan hökumət başçısı vəzifəsi ilə yanaşı Xarici İşlər, Müdafiə və Maliyyə Naziri vəzifələrini icra edir. Hökumət Sultan Kabusun şəxsi nümayəndəsi (Baş nazirin müavini) daxil olmaqla 25 nazirdən ibarətdir. Konstitusiyaya əsasən, aşağı palatası- Şura Məclisi (84 üzv) və yuxarı palatası-Dövlət Şurasından (58 üzv) ibarət İkipalatalı Məşvərətçi Orqan — Oman Şurasıdır. Şura Məclisinin üzvləri ümumxalq səsvermə yolu ilə 4 il müddətinə seçilir. Dövlət Şurasının üzvləri Sultan tərəfindən üç il müddətinə təyin olunurlar. Dövlət Şurası yalnız məsləhətçi səlahiyyətlərə, Şura Məclisi isə, sosial və iqtisadi sahələrə dair qanunların baxılmasına məsləhət vermək, habelə Nazirlərin sorğu edilməsi hüququna malikdir. Şura Məclisinə son seçkilər 2007-ci ilin 27 oktyabr tarixində keçirilmiş və seçkilərdə namizədliyini irəli sürmüş 21 qadın namizəddən heç biri qanunverici orqanda yer qazana bilməmişdir. Hökumətin göstərişinə əsasən, yalnız 388 min omanlı səsvermə hüququna malikdir.
İqtisadiyyatı
redaktəOmanın iqtisadi durumu əsasən 2000-ci ildə dünya bazarlarında neftin qiymətinin qalxmasından sonra yaxşılaşmışdır. Hökumətin siyasəti özəl sektorun genişlənməsinə, eləcə də xarici sərmayənin cəlb olunması məqsədilə ticarət sahəsində qanunların təkmilləşdirilməsinə yönəlmişdir. Bazarın liberallaşması davam edir. Ölkədə işsizliyin aradan qaldırılması və xarici işçi qüvvəsindən asılılığın azaldılması məqsədilə, hökumət xarici işçi qüvvəsinin yerli işçilərlə əvəz edilməsi prosesini təşviq etməyə başlamışdır. 2000-ci ilin noyabr ayında Oman Ümumdünya Ticarət Təşkilatının üzvlüyünə qəbul edilmişdir. Həmin ildə ümumdaxili məhsulun istehsalı 19,6 milyard ABŞ dolları təşkil etmişdir. Hazırda Oman ölkənin sənaye, informasiya texnologiyaları, turizm və təhsil sahələrinə xarici investorların cəlb edilməsində maraqlıdır. Ölkənin gəlirinin 80%-i neft sektorunun payına düşür. 1982-ci ildə ölkədə ilk neftayırma zavodu istismara verilmişdir. 1997-ci ildən etibarən gündə 120 min ton neft ixrac olunur. Ölkənin şimal rayonlarında mis, xrom istehsal olunur. Tikinti, metallurgiya, sement sənayesi inkişaf etməkdədir. Bunula yanaşı, qida sənayesi, o cümlədən balıq məhsullarının emalı və qorunması sənayesi fəaliyyət göstərir.
Pul vahidi
redaktəDini vəziyyət
redaktəOmanda demək olar ki, bütün əhali müsəlmandır. Müsəlmanların əksəriyyəti islamın ibaziyyə təriqətinə mənsubdur. Əhalinin dörddə bir hissəsindən çoxu sünnülərdir. Sünnülər arasında hənbəlilər, sələfilər və şafiilər vardır. Şəhərlərdə farslar, bəzi ərəblər, pakistanlılar və hindlilər arasında şiəlik yayılmışdır. Ölkədə yaşayan hindistanlıların bir hissəsi induistdir. Omanda yaşayan portuqaliyalı və ingilislər xristiandırlar.
Etnik qruplar
redaktəƏrəblər, pakistanlılar, hindlilər, bəluçilər, banqladeşlilər. Ölkə əhalisinin 577.293 nəfərini mühacirlər təşkil edir
İstifadə edilən dillər
redaktəƏrəb (rəsmi), ingilis, bəluçi, urdu, hindu
İstinadlar
redaktə- ↑ 3 // Constitution of Oman.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ Bütün dünya dövlətləri; Bakı, 1930
- ↑ Kapitalist ölkələrinin coğrafiyası; Bakı, 1933