Monqol Imperiyasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası[1] — XIII əsrdə yaranmış Monqol imperiyası.
Xaqanlıq | |||
Monqol imperiyası | |||
---|---|---|---|
Их Монгол Улс | |||
|
|||
Paytaxt |
Avarqa (1206-1235), Qaraqorum (1235-1260), Xanbalıq (1271-1368) |
||
Ən böyük şəhər | Səmərqənd , Xanbalıq, Bağdad | ||
Rəsmi dilləri | Monqol dili , türk dilləri, Çin dili, fars dili | ||
Dövlət dini |
buddizm, şamanizm, Tenqriçilik, İslam, xristianlıq |
||
Ərazisi | 24.000.000 km² | ||
Əhalisi | Monqollar, Farslar, Türklər, Çinlilər, Ərəblər | ||
İdarəetmə forması | Seçkili Monarxiya | ||
Sülalə | Çingizlilər | ||
Xan, xaqan, kağan | |||
• 1206-1227 | Çingiz xan | ||
• 1227-1241 | Ögedey xan | ||
• 1241-1248 | Güyük xan | ||
• 1248-1259 | Münke xan | ||
• 1259-1264 | Arıqbuka xan | ||
• 1264-1271 | Xubilay xan | ||
Sələfi və xələfi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-cı ildə Kiyev və Volın şəhərlərini də tutdu. 1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.
XII əsrin axırlarında Xubilay xanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.
Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.
1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. İşğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti — Qızıl Orda Azərbaycan ərazisinə yürüş etdi.
Cuci xanın dövlətindən törəyən ölkələr
redaktə- Qızıl Orda xanlığı
- Toğa Teymur xan sülalesi
- Krım xanlığı
- Qazan xanlığı
- Həştərxan xanlığı
- Qazax xanlığı
- Noğay Orda — Cuci ailəsinə xidmət edən mangitlər
- Sufi sülaləsi — Cuci ailəsinə xidmət edən kongiratlar
- Şeyban xan sülaləsi
Cığatayın dövlətindən törəyən ölkələr
- Cığatay xanlığı
- Qərbi Cığatay xanlığı
- Monqolustan xanlığı — Çığatayın sülaləsindən Tuğluk Timurun oğulları
- Qaşgar xanlığı — Monqolustan xanının sülaləsindən
- Qərbi Çağatay xanlığı
- Böyük Teymur İmperiyası — Cığatay ailəsinə xidmət edən barlaslar
- Qərbi Cığatay xanlığı
Tulunun dövlətindən törəyən ölkələr
- Yuan sülaləsi \ Şimali Yuan — Tulunun ikinci oğlu Kubilayın oğulları
- Elxanilər dövləti — Tulunun üçüncü oğlu Hülakünun oğulları
- Cəlayırlar sülaləsi — Tulunun ailəsinə xidmət edən cəlayırlar
Monqol İmperiyasının hökmdarları
redaktə- Çingiz xan (1205–1227)
- Ögedey xan (1229–1241)
- Güyük xan (1246–1248)
- Möngke xan (1251–1259)
- Arıq Buğa xan (1259–1264)
- Kubilay xan (1260 (de-fakto — 1264)-1294)
Qalereya
redaktə-
Xaqanlığın yaranması, çiçəklənməsi və parçalanması
-
İmperiyanın ən geniş sərhədləri
-
Münke xaqan dövründə Monqol İmperiyası
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Монгол феодал империјасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 44.