Letif Esedov - Wikipedia
Lətif Əsədov (tam adı: Lətif Hacı Frunze oğlu Əsədov; 2 yanvar 1960, Daşkənd, Basarkeçər rayonu – 15 sentyabr 2012, Bakı) — texniki elmlər namizədi, pedaqoq, xeyriyyəçi.
Lətif Əsədov | |
---|---|
Lətif Hаcı Frunzе оğlu Əsədоv | |
| |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Göyçə, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ağ ciyər xərçəngi xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Vüqar (1988), Aytən (1999) |
Atası | Hacı Frunze (1937-2016) |
Anası | Suyatel Babış qızı |
Təhsili |
|
Mükafatları | "H.Z.Tağıyev" mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏsədov Lətif Hacı Frunze oğlu 2 yanvar 1960-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur[1].
1967-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş, 1974–1976-cı illərdə daha yaxşı təhsil almaq üçün VIII–IX sinifləri Bərdə rayonundakı Yeni Daşkənd kənd orta məktəbində oxumuş, 1977-ci ildə Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirmişdir. 1977–1979-cu illərdə Bərdə rayonundakı Kəndtikinti İdarəsində işləmişdir.
24 iyun 1979-cu ildən 16 oktyabr 1981-ci ilə qədər Murmansk şəhərində hərbi xidmət keçən Lətif Əsədovun Kommunist Partiyasına namizədliyi verilmiş, baş serjant rütbəsi ilə xidmətini başa vurmuşdur. O, 1982–1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur[2].
Lətif Əsədov 1 dekabr 1981-ci ildə S.Аğamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə, 1982-ci ildə isə həmin institutun "Kənd Təsərrüfatının Mехanikləşdirilməsi" ixtisasına rus dili üzrə qəbul olmuşdur. Oxuduğu müddətdə qrup nümayəndəsi kimi institututda keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. 1987-ci ildə ona mühəndis-mexanik ixtisası və leytenant rütbəsi verilmiş, institutu fərqlənmə diplomu ilə başa vurmuşdur[3].
1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda aspiranturaya qəbul olmuşdur. Bundan sonra Lətif müəllim bir müddət müxtəlif ali məktəblərin auditoriyalarında və elmi seminarlarda mühazirələr oxumuşdur. O, Azərbaycan Elmi Tədqiqat "Aqromexanika" İnstitutunda "Dənəvər olmayan toxumların səpilməsi üçün vibrasion səpici aparatın parametrlərinin əsaslandırılması və iş rejimi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və texniki elmlər namizədi alimlik dərəcəsi almışdır.
1987-ci ildən təyinatla Ağdam şəhərindəki 50 saylı Texniki Peşə Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.[4]
1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı məcburən yaşayış yerini tərk etmiş, bir müddət Bərdədə yaşadıqdan sonra Bakı şəhərinə köçmüşdür.
Lətif müəllim "Brillant" ("Original"), "Capsella", "Moonlight" pərdə-tül mərkəzləri, "Tom&Jerry" mebel mağazası və "Zəngin süfrə" restoranı kimi tanınmış firmaların rəhbəri idi[5]. O həm də xeyriyyəçi kimi böyük şöhrət qazanmışdır. Mir Mövsüm ağa ziyarətgahının, Balaxanı Cümə Məscidinin təmirinə köməklik etmiş, hər il Ramazan bayramında Bilgəhdəki Qocalar evini bayram sovqatı ilə ziyarət etmişdir. 2008-ci il dekabrın 11-də Bərdə rayonunun Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbində olmuş, öz yardım əlini uzadaraq məktəbin istilik sistemini əsaslı təmir etdirmişdir.
Lətif Əsədov həmçinin aşıq yaradıcılığının təbliğində də yaxından iştirak etmiş, bir çox aşıq və el şairlərinin kitablarını çap etdirmişdir. Xeyriyyəçilik işlərinə görə "H. Z. Tağıyev" mükafatı ilə təltif edilmişdir[6].
Lətif Əsədov Azərbaycan Poverliftinq Fedarasiyasının I vitse-prezidenti, 2010-cu ildən "Real faktlar" ictimai-siyasi hüquq qəzeti redaksiyasının fəxri üzvü, 15 fevral 2007-ci ildən isə "Azərbaycan torpaq mülkiyyətçilərin hüquqlarının müdafiəsi cəmiyyəti"nin həqiqi üzvü idi.
Gözəl ailə başçısı, tanınmış ziyalı, xeyriyyəçi Lətif Əsədov 15 sentyabr 2012-ci ildə 52 yaşında vəfat etmiş, sentyabrın 16-da Bakı şəhərində dəfn edilmişdir.
Ailəsi
redaktəLətif Əsədov 1988-ci ildə görkəmli mühəndis Yaqub Hacıyevin qızı Rəfiqə Hacıyeva ilə ailə həyatı qurub. Onların 1988-ci ildə Vüqar adlı bir oğlu və 1999-cu ildə isə Aytən adlı bir qızları dünyaya gəlmişdir.
Lətif Əsədovun 2009-cu ildə Lətif və 2011-ci ildə Aylin adlı nəvələri də doğulmuşdur.
Xatirəsi
redaktə2008-ci ildə Sərraf Şiruyə Lətif Əsədov haqqında "Göyçədən gələn səslər" (Bakı, "Nurlan", 2008) adlı kitab yazmışdır. İkihissəli ("Yurd yeri", "Səxa sahibi") poemadan ibarət kitabda Lətif müəllimin doğulduğu Göyçə mahalı, mənsub olduğu nəsil haqqında kifayət qədər məlumat öz əksini tapmışdır.
2013-cü ildə şair, istedadlı tele-jurnalist Avdı Qoşqar tərəfindən Lətif Əsədovun ölməz ruhuna həsr olunmuş "Bitməyən ömür" adlı film çəkilmiş, tədqiqatçı Araz Yaquboğlunun müəllifliyi ilə "Bitməyən ömür" (Bakı, "Nurlar", 2013) adlı kitab yazılmışdır.[7]
Elmi məqalələri
redaktə- "Колебательное движение вибрационного аппарата в горизонтальном и вертикальном плоскости", "Azərbaycan aqrar elmi" jurnalı, № 1–6, 2002-ci il. səh.178–181. (Ziyad Abbasovla ortaqlı)
Mükafatları
redaktə- 2006. "Mir Mövsüm Ağa" fəxri mükafatı
- 2007. "Jurnalistlərin dostu" fəxri diplomu
- 2007. "Qızıl Əllər"fəxri mükafatı
- 2007. "Fəxri fərman"
- 2008. "Şöhrət" diplomu
- 2008. "Şərəf və şöhrət" diplomu
- 2008. "İnam və İlham" media mükafatı
- 2008. "Fəxri Diplom", "Bizim Lider" qəzeti
- 2009. "Fəxri Diplom", "Sahibkar Hüquqları" qəzeti
- 2009. "Qızıl ulduz" diplomu
- 2009. "Jurnalistlərin Dostu" fəxri media diplomu
- 2009. "İlin Vətənpərvər oğlu" fəxri media mükafatı
- 2010. "Hacı Zeynalabdin Tağıyev" media mükafatı
- 2010. "Xalq və Azərbaycan" mükafatı
- 2010. "Mərhəmət" media mükafatı
- 2011. "Vətən" media mükafatı
- 2011. "Kamil Şəxsiyyət" media mükafatı
- 2011. "Qafqaz" mükafatı
- 2011. "Yurd və Millət Fədaisi" diplomu
Çap etdirdiyi kitablar
redaktə- Azad Mirzəcanzadə, Qurbanxan Müslümov, Xanbaba Hüseynov. "Həkimlik və təbabət haqqında etüdlər". Bakı, "Ozan", 2005, 224 səh., 500 nüsxə.
- Alqayıt, "Yaralı qartal", Bakı, "Hərbi nəşriyyat", 2006, 560 səh., 1000 tiraj.
- Alqayıt, "Seyid Bayram ocağı" (2007),
- Sərraf Şiruyə, "Könlüm Göyçəni istər", Bakı, "Nurlan", 2006, 192 səh., 1000 nüs.
- Sərraf Şiruyə, "Hər görüş bir xatirədir", Bakı, "Nurlan", 2007, 248 səh., 500 tiraj.
- Sərraf Şiruyə, "Göyçədən gələn səslər", Bakı, "Nurlan", 2008, (164+20) səh., 200 tiraj.
- Qılman İmanlı, "Hardan düşdün yadıma sən" Bakı, "Zərdabi LTD" MMC, 2008. səh.264, 500 nüs.
- Firdovsi Xəlilov, "Bu ayrılıq əbədidir…" Bakı, "Zərdabi LTD" MMC, 2008. 208 səh. 300 tiraj.
- Aşıq Hacı Göyçəli, "Mənim sazlı, sözlü dünyam". Bakı, "Zərdabi LTD" MMC, 2008. 168 səh. 500 tiraj.
- Mələk Quliyeva, "Evdarlıq" (cehizlik kitab), Bakı, "Hərbi nəşriyyat", 2010, 292 səh., 300 tiraj.
- "Məhəmməd peyğəmbərin (s.ə.s.) son dövrədək məlum olmayan kəlamları", Bakı, "Adiloğlu", 2011. 56 səh., 100 tiraj.
- "Məhəmməd peyğəmbərin (s.ə.s.) son dövrədək məlum olmayan kəlamları", Bakı, "Nurlan", 2011. 40 səh., 200 tiraj.
- Fəxrəddin Mustafayev. "Mübarizlər yolu". Bakı, "Hərbi nəşriyyat", 2011. 88 səh., 200 nüsxə.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "ƏSƏDOV LƏTİF". 2012-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.
- ↑ Araz Yaquboğlu, "Eldən gedən oğul", Bütöv Azərbaycan qəzeti, № 37(169), 24–31 oktyabr 2012-ci il.
- ↑ Araz Yaquboğlu, "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. səh.231.(azərb.)
- ↑ Orxan Zakiroğlu (Baharlı). Ağdamda təhsil (1883–1993). Bakı, "Ecoprint", 2018, səh. 475–476.
- ↑ Pünhan Şükür, "Yaxşılıq bütün kamilliklərin mərkəzində durur", "Xalqın İnamı" qəzeti, 1 oktyabr 2012-ci il
- ↑ Sənubər Fəziqızı. "Zamanın axarına tərk edilənlər", Respublika gəncləri qəzeti. 3 oktyabr 2008-ci il. № 25(281)
- ↑ Mütəllim Həsənov, "Bitməyən ömür", "Laçın yurdu" jurnalı, № 4(11), Bakı: 2013. səh.81–82
Həmçinin bax
redaktə- Bitməyən ömür (kitab)
- Bitməyən ömür (film, 2013)