Qilman Imanli - Wikipedia
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010),[1] Prezident təqaüdçüsü (2010).
Qılman İman | |
---|---|
Qılman İman оğlu Həsənli | |
| |
Doğum adı | Qılman |
Təxəllüsü | İman |
Doğum tarixi | 15 fevral 1986 (38 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Aqil İman |
Anası | Tamara Hacıyeva |
Təhsili |
|
İxtisası | jurnalistika |
Fəaliyyəti | şair, jurnalist |
Fəaliyyət illəri | 1997–indi |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | şeir, publisistika |
Janr | poeziya |
İlk əsəri | Səni aхtarırdım, özümü tapdım |
Tanınmış əsəri |
|
Üzvlüyü |
|
Mükafatları | Prezident təqaüdü (2010) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir[2].
1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir.
2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir[3].
2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır[4].
2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir[5][6].
İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur[7].
2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
2008–2010-cu illərdə Gənc Ədiblər Məktəbinin üzvü olmuşdur.[8] 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və prezident təqaüdçüsüdür[9].
Əsərləri bir sıra dillərə tərcümə olunmuşdur.
Azərbaycan radiosunda redaktor vəzifəsində çalışmış. "Söz-sözü çəkər" adlı ədəbi-bədii verilişin aparıcısı və müəllifi olmuşdur..
"Ulduz" jurnalının redaksiya heyətinin üzvüdür.
23 dekabr 2017-ci ildən "goyce.az" saytının təsisçisi və baş redaktorudur.
Kitabları
redaktə- "Səni axtarırdım, özümü tapdım" Bakı, "Nurlan" 2004, səh. 88, 500 nüs.
- "Hardan düşdün yadıma sən…" Bakı, "Zərdabi LTD" MMC, 2008. səh. 264, 500 nüs.
İstinadlar
redaktə- ↑ Elmin Nuri. "Gənc şair: "Mənim istedadım şeir boydadır" - MÜSAHİBƏ" (az.). modern.az. 16.01.2015. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- ↑ Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.185.
- ↑ "Nə yaxşı çox şeyi bilmir adamlar". 2013-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-24.
- ↑ Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
- ↑ "Durna qatarı-II", (toplayıb tərtib edəni: Məhəmməd Ələkbərli), Bakı, "Nurlan", 2006. səh. 89–94.
- ↑ Əli Vəkil, "Ot kökü üstə bitər". "Ekspress" qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il
- ↑ Nigar İsfəndiyarqızı. Belə olmaya da bilərdi… Kaspi.az Arxivləşdirilib 2013-08-01 at the Wayback Machine (az.)
- ↑ ""Aqşin Yeniseydən sonra şair adı çəkmək üçün bir xeyli fikirləşib, qış yuxusuna getməli olursan"". 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
- ↑ Şəhriyar del Gerani. ""50 manat verdilər ki, postmodernizmdən danışmayım" MÜSAHİBƏ" (az.). kulis.az. 2014-06-01. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.
Xarici keçidlər
redaktə- Qılman İman "Duyğulu könüllər" verilişində Arxivləşdirilib 2019-12-29 at the Wayback Machine
- Qılman İman-Yeridi dokkuziklim.net saytı [ölü keçid]
- Qılman İman — Şeirlər Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — kultur.az saytı
- "Kim bizə bağlar Allahı?". 1937.az (az.). 1937.az. 07 Avqust 2014 [13:56]. 2014-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.