Keypesin - Wikipedia
Keypəşin — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən azərbaycanlılar yaşamış kənd.[3]
Tarixi Zəngəzur əraziləri | |
Gığı dərəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə |
Mərz: Sünik mərzi Rayon: Qafan rayonu (1930-1995) |
İnzibati mərkəz | Qafan |
Ləğv edilib | 1937 |
İndiki adı |
Kefaşen (erm. կեֆաշեն) Astğaberd (erm. Աստղաբերդ) |
Əhalisi |
200[1] nəfər (1988) 57[2] (Pəyhanla birlikdə) (2011) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
1930–1995-ci illər aralığında Qafan rayonuna daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Gığıçayın yuxarı axarında, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m[4] yüksəklikdə yerləşir.[5]
Kənd hal-hazırda Ermənistan Respublikası Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisi daxilindədir. Bir neçə evi çıxmaq şərtilə kənd ərazisində yaşayış yoxdur, kənd dağıdılmışdır.
Tarixi
redaktəKeypəşin kəndi bir nəslin, yəni Məliklilər tayfasının məskunlaşdığı məkan olub. Tarixi mənbələrə görə, Məlikli tayfası Cənubi Azərbaycandan Qaradağ mahalından köç edib Bərgüşad ərazisində məskunlaşmış, sonradan isə yaylaq yerlərinə çıxmaq məqsədilə Keypəşini seçmişdir.[3]
1727-ci ildə Osmanlı Dövləti tərəfindən tərtib edilmiş "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Keypəşin kəndinin sakinlərinin Xocahandan olduqları qeyd edilmişdir.[6][qeyd 1] Hal-hazırda Qubadlı rayonu ərazisində yerləşən Xocahan kəndi Səfəvi və Osmanlılar dövründə Bərgüşad adlı mahal, liva kimi inzibati ərazi vahidləri tərkibində idi.
Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarındakı bir çox kənd kimi Xocahan kəndinin də Gığı dərəsində öz adına yaylağı olub.[7]
Keypəşin camaatının Qubadlı və Zəngilan rayonunun əhalisi ilə çox sıx əlaqələri olmuşdur. Kənd əhalisi mal-qoyunlarını qışda Qubadlı ərazisində saxlayardılar. Keypəşinin yaylaq yerləri çox olduğundan yay aylarında Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının camaatı həm özləri istirahətə gələr, həm də təsərrüfatlarını dağlara gətirərdilər.[1][3]
Adı
redaktəBəzi mənbələrdə Kepəşen şəklində işlənən toponim Azərbaycan dilində "pilləli qaya" mənasında işlənən "kəp" sözü ilə türk dilində yaşayış məntəqəsi, oba mənası bildirən şenlik sözünün fonetik forması olan "şen" topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[8][9]
"Şen" topoformantı erməni dilində də eyni mənada oba, kiçik yaşayış məntəqəsi mənasında işlənir.
Coğrafiyası
redaktəKeypəşin kəndi Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m yüksəklikdə,[4] Gığı dərəsində mənzərəli meşə ətəyində yerləşir. Bir tərəfdən Ordubadın, digər tərəfdən Sisiyanın azərbaycanlılar yaşamış əraziləri ilə sərhəddə idi.[3] Əriməz (3200 m) və Sarımsaxlı dağları kəndin ən uca yüksəklikləridir.[1]
Keypəşin kəndinə ən yaxın, qonşu kənd Pəyhan kəndidir. Keypəşin Gığıçay sahilində Pəyhan və Mahmudlu (Çaykənd) kəndləri arasında yerləşir.
Əhalisi
redaktəKeypəşin kəndində 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 136 nəfər, 1956-cı ildə 372 nəfər (?) yaşamışdır.[9][10]
1918-ci il hadisələri vaxtı kəndi tərk etməli olan azərbaycanlıların geri qayıdışı Ermənistanda sovet hökumətinin qurulmasından sonra — 1922-ci ildə baş tutur.
8 dekabr 1988-ci il tarixində Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyası zamanı bölgənin digər azərbaycanlı əhalisi kimi sonuncu 200 nəfər keypəşinli də kəndi tərk etməli olur.[1] Onlar əsasən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində məskunlaşırlar.[3]
Hal-hazırda Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisində yerləşən kənddə bir neçə evi çıxmaq şərtilə yaşayış yoxdur, kənd tamamilə dağıdılmışdır.
Siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən Keypəşin kəndində əhalinin sayı | ||||||
---|---|---|---|---|---|---|
illər | 1897[9][10] | 1922[9][10] | 1926[9][10] | 1931[9][10] | 1959[5] | 1988[1] |
say | 68 | 45 | 85 | 136 | 372 (?) | 200 |
Tayfaları
redaktə- Mirimli tayfası
- Əsəduşağı
- Nəsiruşağı
- İbrahim uşağı
- Qasım uşağı
- Əmirulla uşağı
- Cəfər-Qəfərli tayfası
- Mahmuduşağı tayfası
Qeydlər
redaktə- ↑ Cümləyə istinad göstərilən Çingiz Salmanovun "Qubadlının yer-yurd adları (Mononimləri)" Arxivləşdirilib 2018-12-22 at the Wayback Machine adlı kitabında "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"nin 1772-ci ildə tərtib olunduğu yazılsa da, sözügedən "müfəssəl dəftər" Osmanlı Dövləti tərəfindən 1727-ci ildə tərtib olunub. Görünür "1772" yazılması texniki səhvdir, rəqəmlərin yeri dəyişik salınıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Musa Urud. «Zəngəzur», Bakı, Nurlar nəşriyyatı, 2005. səh. 503. «Düzəliş - Əlavə» hissəsi (az.)
- ↑ Ermənistan Respublikası Milli Statistika Xidməti (ERMSTAT). "Report of the Results of the 2011 Armenian Census" Arxivləşdirilib 2017-02-05 at the Wayback Machine (PDF) (erm.)
- ↑ 1 2 3 4 5 Akif Muradverdiyev. "Zəngəzur. Tariximizin yaddaşı" Arxivləşdirilib 2021-12-05 at the Wayback Machine, Bakı, "Xəzər" nəşriyyatı, 2007. səh. 415–419. (az.)
- ↑ 1 2 "Get a Map". "Asia/Armenia (Yerevan)/Syunik/K'efashen" (ingilis). www.getamap.net. Archived from the original on 2017-10-30. İstifadə tarixi: 30/10/2017. (#apostrophe_markup) (ing.)
- ↑ 1 2 Sabir Əsədov. "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" (kiril əlif. "Ермәнистан азәрбајҹанлыларынын тарихи ҹоғрафијасы"), Bakı, "Gənclik" nəşriyyatı, 1995. səh. 146. ISBN 5-8020-0852-0 (az.)
- ↑ Çingiz Salmanov. "Qubadlının yer-yurd adları (Mononimləri)" Arxivləşdirilib 2018-12-22 at the Wayback Machine (PDF), Sumqayıt, "Azəri" nəşriyyatı, 2015. səh. 82. (az.)Orijinal mətn (az.)
Qafanın Keypəşin kəndinin sakinləri xocahanlıların törəmələrindəndir. Bununla bağlı 1772-ci ildə [qeyd 1] tərtib edilmiş Gəncə-Qarabağ müfəssəl dəftərlərində göstərilmişdir. «Qubadlının yer-yurd adları (Mononimləri)», Çingiz Salmanov. səh. 82. (Sumqayıt, 2015) - ↑ Səməd Qarayev. "Qazangöl həsrəti", Bakı, "Azərbaycan nəşriyyatı", 2002. səh. 17. (az.)Orijinal mətn (az.)
Son zamanlar ermənilər qadağa etsələr də, Cəbrayılın Hovuslu, Horavlı, Şahvəlili, Qovşud, Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gələrdilər. Qubadlı rayonunun Xanlıq, Zilanlı, Marfuzlu, Xocaxan, Məmər, Hal, Qazyan, Qarağac, Çərəli, Göyyal, Fərican kəndlərinin hər birinin öz adına yaylaqları vardı.
Zəngilan rayonunun Məmmədbəyli, Ağalı, Zərnəli, Alıbəyli, Hüseynbəyli, Hacalı, Yeməzli, Ağbis, Qaraqoyunlu, Seyidlər və b. öz kəndlərinin adı ilə adlanan yaylaqları vardı. Bu yaylaqların əksəriyyətində qəbiristanlıq da vardı, yaylaq vaxtı dünyadan gedənləri orada dəfn edərmişlər.
«Qazangöl həsrəti», Səməd Qarayev. səh. 17. (Bakı, 2002) - ↑ Rəmzi Yüzbaşov. "Azərbaycan coğrafiya terminləri (tədqiqlər)", Bakı, "Elm" nəşriyyatı, 1966. səh. 19, 125. (az.)
- ↑ 1 2 3 4 5 6 İbrahim Bayramov. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 186. ISBN 5-8066-1452-2 (az.) Arxivləşdirilib
- ↑ 1 2 3 4 5 Zaven Korkotyan (erm. Զավեն Կորկոտյան, rus. Завен Коркотян). "Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931)" Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine (erm. «Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931)», rus. «Население Советской Армении за последние сто лет (1831-1931)»), İrəvan, "Melkonyan Fond" nəşriyyatı (erm. "Մելքոնյան ֆոնդի" հրատ, rus. Издательство «Мелконян фонд»), 1932. səh. 62–63, 136–137. (erm.)