Musa Urud - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist.
Musa Urud | |
---|---|
Musa İsa oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, şair |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMusa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir.
1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir.
Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Ailəsi
redaktəAiləlidir, 3 övladı var.[1]
Siyasi fəaliyyəti
redaktəYeni Azərbaycan Partiyasının birinci qurultayında partiyanın siyasi şurasının üzvü seçilən Musa Quliyev YAP-ın bütün konfrans və qurultaylarının iştirakçısı olmuşdur. YAP-ın 04 mart 2021-ci ildə keçirilən VII qurultayında Musa Quliyev YAP İdarə Heyətinin üzvü seçilmişdir.
Musa Quliyev 2000-ci ildə YAP-ın proporsional seçki siyahısı üzrə II çağırış Milli Məclisə deputat seçilmiş, Milli Məclisin Sosial siyasət daimi komissiyasının və İntizam komissiyasının üzvü olmuşdur.
Gəncə şəhəri 40 saylı seçki dairəsi üzrə 2005-ci il III çağırış, 2010-cu il IV dördüncü çağırış, 2015-ci il V çağırış, 2020-ci il VI çağırış Milli Məclisin deputatı seçilmişdir.
2005–2015-ci illərdə Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, 2015–2020-ci illərdə Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, 2020-ci ildən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir.
2010-cu ildən hal-hazıradək Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür.
Səhiyyə və sosial müdafiə sahəsində 12 Qanun layihəsinin müəllifi, 15 Qanun layihəsinin hazırlanmasında işçi qrupunun rəhbəri olmuşdur.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]
Beynəlxalq fəaliyyəti
redaktə- 2000–2005-ci illərdə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, 2005-ci ildən hal-hazıradək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
- 2013–2015-ci illərdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında komitəsi sədri, 2015-ci ildə iki il müddətinə vitse-prezident seçilmişdir.
- 2021-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri seçilmişdir.
- Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
- Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
- Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Kitabları
redaktə- Nuh gəmisinə götür bizi (şeirlər). Bakı: Gənclik, 1994, 54 səh.
- Tanrı şam yandırıb (şeirlər). Bakı: Azərbaycan Dövlət kitab palatası, 1995, 64 səh.
- Ömürdən 101 şeir (şeirlər). Bakı: Azərbaycan Dövlət kitab palatası, 1997, 88 səh.
- Üzü haqqa gedirəm (şeirlər və poema). Bakı: Yeni nəşrlər evi, 1999, 80 səh.
- Urud (bədii publisistika). Bakı: Araz, 2000, 431 səh.
- Haqqın var yaşamağa (siyasi publisistika). Bakı: Araz, 2001, 292 səh.
- Vətən and yerimiz (uşaq şeirləri, sinifdən xaric oxu vəsaiti). Bakı: Avropa, 2004, 112 səh.
- Zəngəzur (elmi-publisistik nəşr). Bakı: Nurlar, 2005, 503 səh.
- Uruda iki səfər (bədii publisistika). Bakı: Adiloğlu, 2008, 124 səh.
- Hər nə varsa (şeirlər və poemalar). Bakı: Avropa, 2008, 304 səh.
- Uruda iki səfər (azərbaycan, ingilis və fransız dillərində) – Bakı: İlay MMC mətbəəsi, 2009, 120 səh.
- Zəngəzur toponimləri – Bakı: Nurlar, 2013, 400 səh.
- Şeir vaxtı (səsli kitab) – Bakı: Təhsil, 2014. Disk, 39 səsli şeir.
- Tənha ağac – Təbriz: 2016, 88 səh.
- Zəngəzur (elmi monoqrafiya) – Bakı: Nurlar, 2016, 480 səh.
- Adına oxşayan adam – Bakı: Nurlar, 2018, -----səh.
- Çin səfəri – Bakı: Nurlar, 2019, 167 səh.
- The Way To Love ("Sevgiyə aparan yol") – Bakı: Mütərcim nəşriyyatı, 2019, 50 səh
- Payız küləyi (şeirlər). Bakı: Nurlar, 2021, 336 səh.
- Alma ağaçı (şeirlər). Bakı: Nurlar, 2021, 168 səh.
- Зангезур: из далекого прошлого до наших дней (научная монография). Баку:AVE Print, 2024, 504с.
Mükafatları
redaktə- Beynəlxalq sahədə ictimai-siyasi fəaliyyətinə görə BMT-nin 1-ci dərəcəli "Hippokrat" Ordeni və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının "Gümüş medalı" ilə təltif edilmişdir.
- Ədəbi və publisist fəaliyyətinə görə Prezident təqaüdünə layiq görülmüşdür.
- "Nizami Aydın", "Araz", "Yusif Məmmədəliyev", "Şahmar Əkbərzadə" ədəbi mükafatlar laureatıdır.
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professorudur.
- Azərbaycan Prezidenti İlham Əliyevin 24.11.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa İsa oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edildi.[3]
- Azərbaycan Respublikasının 100 illiyi” medalı, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının “МПА СНГ 30 лет” medalı və Qırğızıstan Respublikasının Joqorku Keneşin “Fəxri Fərmanı” ilə təltif edilmişdir.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ "M.İ.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 24.11.2021. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.11.2021.