I Mehmed - Wikipedia
I Mehmed ya da Çələbi Mehmed (Osmanlı türkcəsi: چلبی محمد - Mehmed-i evvel; 1386, Bursa[1] – 26 may 1421[2], Ədirnə) — 5. Osmanlı padşahıdır. Atası Sultan I Bəyazid, anası isə Gərmiyanoğulları bəyliyindən Dövlət Xatundur.
I Mehmed | |
---|---|
چلبی محمد | |
5 iyul 1413 – 26 may 1421 (ləqəbi: Çələbi Mehmed) | |
Əvvəlki | Çoxhakimiyyətlilik (1402 – 1413) I Bəyazid |
Sonrakı | II Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bursa, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Çələbi türbəsi |
Fəaliyyəti | rəhbər |
Atası | I Bəyazid |
Anası | Dövlət Xatun |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadəliyi
redaktəŞahzadə Mehmed 1381-ci ildə dünyaya gəlmişdir. Atası İldırım Bəyazid, anası Dövlət Xatundur. Bəzi mənbələrdə anasının Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatun olduğu qeyd olunsa da, bu məlumat yanlışdır. Şahzadə Mehmed uşaqlığından etibarən böyük alimlərdən dərs alıb. Dünyəvi və dini elmlərə yiyələnmişdir. 1393-cü ildə təcrübə qazanmaq üçün atası İldırım Bəyazid tərəfindən Amasya sancaqbəyi olaraq təyin edildi.
1393-1402-ci illər arasında Amasya sancaqbəyi olaraq fəaliyyət göstərdiyi müddətdə dövlət idarəçiliyini öyrəndi. Amasya o dövrdə Osmanlı dövlətinin şərqdəki uc nöqtəsi olaraq çox böyük önəmə sahib idi. Bu vəzifəni yerinə yetirdiyi müddətdə Amasya sancaqbəyi olaraq atasının Anadolu yürüşlərinə əyalət əsgərləri ilə birgə qatıldı. Bu yürüşlərdə əsasən ehtiyat qüvvələrə başçılıq edirdi. Əmir Teymur ilə Osmanlılar arasında baş verən Ankara döyüşündə də ehtiyat birliklərin komandanı olduğundan bu döyüşdən ən tez və ən az zərərlə çıxan məhz Şahzadə Mehmed oldu.
Fetrət dövrü
redaktəAtası Sultan İldırım Bəyazid Əmir Teymura məğlub olduqdan və əsir düşdükdən sonra Əmir Teymur tərəfindən yenidən Amasya hakimi olaraq təyin edildi və qardaşları İsa Çələbi, Süleyman Çələbi və Musa Çələbi ilə mübarizə aparmaq məcburiyətində qaldı. İsa Çələbinin öldürülməsindən sonra Çələbi Mehmed Anadoluda yalnız qaldı.
Bundan sonra onun güclənməsindən qorxan və Anadoluya gələn qardaşı Əmir Süleymanla mübarizə apardı. Əmir Süleymanı Musa Çələbinin köməkliyi ilə məğlub etdi.
Ona qatılan Serbiya hakimi və bəzi bəylərlə Dunaya tərəf çəkilməkdə olan Musa Çələbinn üzərinə getdi və Palçıqlı Dərbənd ətrafında baş verən döyüşdə Musa Çələbini məğlub etdi. Musa Çələbi yaralı olaraq qaçarkən tutuldu və boğularaq öldürüldü. Bursaya göndərilən cənazəsi digər qardaşları kimi atasının türbəsində dəfn edildi.
Qardaşların hamısını müxtəlif vaxtlarda məğlub etdikdən sonra özünü Ədirnədə bütün Osmanlı dövlətinin hökmdarı elan etdi və taxta oturdu.
Anadoludakı mübarizəsi
redaktəÇələbi Mehmed Rumelidə olduğu müddətdə Qaramanoğlu Mehmed bəy Bursanı mühasirəyə almış, Musa Çələbinin cənazəsinin gətirildiyini eşidəndə şəhəri yandırıb geri qayıtmışdı. Aydınoğlu Cüneyd bəydə bu vaxt Ohridən qaçıb Aydına gəlmiş və Ayasluqu mühasirəyə alıb sancaqbəyini öldürmüşdü. Bu səbəbdən Çələbi Mehmed Anadoluya qayıdan kimi öncə Cüneyd bəyin üstünə getmiş Çandarlının əli ilə Mənəmən, Qayacıq və Nif qalalarını ələ keçirmişdi. Bundan başqa İzmiri də ələ keçirmişdi. Çələbi Mehmed Cüneyd bəyin anasının xahişi ilə onu bağışladı və 1414-cü ildə Niqbolu sancaqbəyliyini ona verdi. Bu şəkildə işləri yoluna qoyan Çələbi Mehmed həmin il Bursaya gələrək Qaraman səfərinə çıxdı. Akşehir, Beyşehir və Seydişehiri aldı və Mehmed bəyi məğlub etdi. Daha sonra Konyanı mühasirəyə alsa da, qış fəslinin yaxınlaşması səbəbilə mühasirəni dayandırmalı oldu və Qaramanoğulları ilə sülh müqaviləsi bağlayıb geri qayıtdı. Sülh danışıqları zamanı Mehmed bəy paltarının içinə göyərçin qoyaraq and içdiyi və Sultan Mehmedin yanından çıxarkən bu quşu azad edərək andın əsassız olduğun iddia eləmişdir.[3] Mehmed bəyin yenidən Beyşehir və Seydişehirə hücum etməsi səbəbilə ikinci dəfə Qaramanoğullarının üstünə getdi və Konya ovasında baş verən döyüşdə Mehmed bəyi məğlub etdi.
Qaramanoğlu səfərindən qayıtdıqdan sonra Ankarada xəstələnən I Mehmed burada Gərmiyanoğlu Yaqub bəyin şəxsi həkimi Mövlana Sinan tərifindən müalicə olunmuşdur. Buna görə də Mövlana Sinan I Mehmed tərəfindən mükafatlandırılmışdır. Mövlana Sinan bu mükafatın əvəzində başından keçənləri və müalicəni Xarnamə adlı məsnəvidə rəvayət eləmişdir.[3]
Rumelidəki mübarizəsi
redaktəAnadoluda işləri qaydasına qoyan I Mehmed Ədirnəyə getdi və 1416-cı ildə Rumeli səfərinə çıxdı. Albaniyanın yerli əsilzadələri Fetrət dövründə burada olan Osmanılı qarnizonunu şəhərdən çıxartmışdılar. Buradakı vəziyyəti ələ almaq üçün I Mehmed sahildə yerləşən Avloniya (indiki Vlore) və dənizdən içəridə yerləşən indiki Kloje qalalarını ələ keçirdi. Moraya axınçılar göndərdi. Musa Çələbiyə yardım etmiş Valaxiya hakimi Mirçanın üstünə qoşun göndərdi. Dunay çayını aşaraq Orta Macarıstan bölgəsinə nəzarət edən Valaxiya şəhərinə yeni bir qala inşa etdirdi, bunun nəticəsində Valaxiya İldırım Bəyazidin vaxtında olduğu kimi yenidən Osmanlıların nəzarətinə keçdi.[4] Dobrucanın tamamilə ələ keçirilməsinə şərait yaratdı. Buralara göz dikən Macar Krallığına göz dağı vermək üçün Transilvaniya və Macarıstana axınçılar göndərdi. Bosniyaya hər il axıncılar göndərdi və Bosniya əsilzadələrinə Osmanlılardan asılılığı qəbul etdirdi və sonunda Bosniya kralı II Tvrtko Osmanlılardan asılılığı rəsmən qəbul elədi.
Buradan təkrar Anadoluya keçib Candarlıların hakimiyəti altında olan Samsuna getdi. Candaroğulları Teymurdan Kastamonu, Safranbolu və ətrafındakı əraziləri almış, Qaramanoğulları ilə Osmanlılar əleyhinə ittifaq qurmuşdular. Mehmed bu bölgələri və Samsunu geri ala bildi. Teymurla bura gəlmiş tatarları və türkmənləri Filib ətrafında Tatar bazarı adlanan bölgəyə köçürdü.
Sultan I Mehmedin hakimiyəti dövründə Geliboluda ilk dəfə Osmanlı donanması quruldu. Bu yeni qurulan donanmanın başına Çalı bəy gətirildi və Egey dənizindəki Osmanlı ticarət gəmilərini qarət eliyən Naksos çarına qarşı göndərildi. Lakin bu donanma qəfildən istiqamətini dəyişdirdi və Trabzondan əmtəə ilə qayıdan Venesiya gəmisini təqib etməyə başladı. Venesiya gəmisi Egey dənizində yerləşən Əyriboğaz limanına qaçmağı bacardı. Osmanlı donanması bu limana bir neçə dəfə hücüm etsə də, bir nəticəsi olmadı və geri qayıtdılar. Bu zaman limanın yaxınlığında olan Pyotr Loredanın rəhbərliyindəki Venesiya hərbi donanması Osmanlı donanmasını Geliboluya qədər təqib etməyə başladı. 29 may tarixində Çanaqqala yaxınlığında qarşılaşan iki donanma bu dövlətlər arasında baş verən ilk dəniz döyüşünü başlatdılar. Döyüş günorta saat ikiyə qədər davam etdi və Venesiya donanmasının qalibiyəti ilə başa çatdı. Venesiyalılar Osmanlıların bütün donanmasını darmadağın etdilər. Osmanlıların yalnız altı qalyot və doqquz karavellası Venesiyalılara təslim oldu. Venesiyalılar Çalı bəy başda olmaqla bütün ələ keçən əsirləri müsəlman və ya xristian olmağına baxmayaraq öldürdülər. Bu döyüşlər Osmanlılar və Venesiyalılar arasında sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Bu müqavilənin imzalanması üçün Venesiyaya göndərilən Osmanlı elçiləri Venesiya sarayında çox yaxşı qarşılandı və bahalı hədiyyələr verildi.[5]
Şeyx Bədrəddin üsyanı
redaktəI Mehmed dövrünün ən vacib hadisəsi Şeyx Bədrəddin üsyanıdır. Şeyx Bədrəddin Musa Çələbi zamanında qazılığa təyin edilmişdi. Lakin I Mehmedin taxta çıxmağından sonra aylıq min axca ilə təqaüdə çıxarılmış və ailəsi ilə birlikdə İznikə sürgün edilmişdi. Şeyx Bədrəddin Ədirnədə və İznikdə əsər yazmaqla məşğul olub onu ziyarət etməyə gələnlərə öz fikirlərini təbliğ edirdi. Ədirnəyə gəlməmişdən əvvəl Anadoluda şöhrət qazanmışdı. İznikdə də boş dayanmayan Şeyx adamlarından Börklücə Mustafanı Aydın ətrafına göndərərək təbliğat aparırdı. Bundan başqa Torlaq Kamal adındakı adamı daha əvvəl Manisa ətrafında fəaliyətə başlamışdı. Şeyx Bədrəddin Börklücə Mustafa hərəkatının genişləməsi səbəbilə həccə getmək adı ilə əvvəlcə Sinopa, ordan Kufəyə və axırda əvvəlcədən tanış olduğu Valaxiya hakimi Mixailin yanına gedərək pul və ordu dəstəyi aldıqdan sonra Dəliorman tərəflərə keçdi. Burada da əksəriyəti şiə olan könüllülərdən ordu topladı. Nəticədə ilk üsyan 1418-ci ildə Qaraburunda başladı və sonradan özünü Manisada da göstərdi. Qısa zamanda genişlənən Börklücə Mustafa üsyanı Amasya hakimi Şahzadə Murad və Bəyazid Paşa tərəfindən qanlı şəkildə yatırıldı. Belə ki, Bəyazid Paşa Börklücəni məğlub edərkən, Şahzadə Murad isə Torlaq Kamalı məğlub etdi. Börklücə tutularaq işgəncə ilə öldürüldü. Torlaq Kamal da həmin aqibətlə rastlaşdı. Şeyx Bədrəddin Bəyazid Paşa tərəfindən tutularaq Serezdə olan padşahın hüzuruna gətirildi. Şeyxin cinayətləri üləma tərəfindən tədqiq olunduqdan sonra İslam dininə zidd olan hərəkətlərə yol verdiyinə və cəmiyyətin nizamını pozduğuna görə günahkar sayılaraq, Sadəddin Taftzaninin şagirdlərindən Heratlı Molla Heydərin fətvası ilə Serez meydan bazarında asıldı və mirası varislərinə verildi.
Anadoludakı növbəti mübarizəsi
redaktəŞeyx Bədrəddin üsyanından sonra I Mehmed diqqətini yenidən Anadoluya yönəltdi. I Mehmed 1415-ci ildə Saruhan və 1416-cı ildə Məntəşə bəyliklərini Osmanlı dövlətinin tərkibinə qatmışdı. Növbə Antalya tərəflərində mövcud olan Təkəoğulları bəylərinə gəlmişdi və I Mehmed bu bəyliyi də qısa müddət ərzində Osmanlı dövlətinin tərkibinə qatdı. Anadoluda müstəqil olaraq yalnız Osmanlılara hər zaman yardım etmiş Gərmiyanoğulları qalmışdı. Bu bəylik də özünə məxsus olan Afyonkarahisar və Kütahya şəhərlərini Osmanlılara verdi.[6]
Düzməcə Mustafa üsyanı
redaktəBu zaman Osmanlıların sonuncu problemi Ankara döyüşündən sonra itkin düşmüş qardaşı Mustafa Çələbi olduğunu iddia edən bir nəfərin 18 il sonra meydana çıxmasıydı. Bəzi tarixçilərə görə həqiqətən Şahzadə Mustafa olan bu adam dövrün Osmanlı tarixində Düzməcə Mustafa olaraq adlandırılmışdır. Mustafa 1418-ci ildə Venesiyalıların köməkliyi ilə Fesseliya və Selanikdə özünü sultan elan etdi. I Mehmedin Anadoluda olmağı və Sədrəzəm Bəyazid Paşanın Şeyx Bədrəddin ilə mübarizə aparmağı səbəbilə Mustafa sürətli şəkildə Ədirnəyə doğru irəlilədi. Lakin Sultan I Mehmed sürətli şəkildə Trakyaya keçib Mustafanın ordusunu darmadağın etdi və Mustafanın özü isə qaçaraq Bizansa sığındı.
Ölümü
redaktəSultan I Mehmed Ədirnədə olarkən çıxdığı ovda iflic keçirdi və at belindən düşərək yaralandı. Bundan xilas ola bilməyəcəyini başa düşən Sultan vəzirlərindən Bəyazid, İbrahim və Hacı İvaz Paşanı dəvət edərək böyük oğlu Amasya hakimi Muradın tez paytaxta gətirilməyini istəyərək belə dedi:
Tez oğlum Muradı gətirin. Mən bu yataqdan qalxa bilmərəm. Murad gəlmədən ölsəm fitnə çıxar. Tədbir görün, ölümümü gizlədin. |
Qısa çəkən xəstəlikdən sonra 1421-ci ilin iyun ayında I Mehmed vəfat etdi. Çələbi Mehmedin vəfatı çox gizli saxlandı. Bunun əsas səbəbi isə o zaman Selanikdə olan Mustafa idi. Cəsədi təhnik (mumiya) edilərək sarayda saxlandı. Şahzadə Muradın paytaxta gəlişinə qədər 40-42 gün padşahın vəfatı gizli saxlanıldı. Ölümü gizlədilən ilk Osmanlı padşahı oldu. Ölümündən şübhələnən əsgərlərin üsyan qaldırmamaqları üçün mumiyalanmış cəsədinə paltar geyindirilib, başına əmmamə qoyulub saray eyvanından əsgərlərin qarşısında əllərinin hərəkət etdirildiyi rəvayət olunur.[3] Muradın Bursaya gəlib taxta çıxmağından sonra I Mehmedin cəsədi Bursaya gətirilərək Yaşıl Türbədə dəfn olundu.
Ailəsi
redaktəHərəmxanası
redaktə- Qumru Xatun — Amasyalı Şadgəldi Əhməd Paşanın qızıdır.
- Əminə Xatun[7]
Oğlan uşaqları
redaktə- Mehmed Çələbi (ö. 1402)
- Əhməd Çələbi (ö. 1402)
- Qasım Çələbi (d. 1405 - ö. 12 yanvar 1407)
- II Murad
- Mustafa Çələbi
- Mahmud Çələbi (d. 1413 - ö. avqust 1429)
- Yusif Çələbi (d. 1414 - ö. avqust 1429)
- Əhməd Çələbi (d. 1416 - ö. 1420)
- Orxan Çələbi
Qız uşaqları
redaktə- İnci Xatun
- Səlcuq Xatun
- Sultan Xatun
- Xədicə Xatun (d. 1408) — 1423-cü ilin yanvarında Qaraca Paşayla (ö. 10 noyabr 1444) evləndi.
- Fatma Xatun (d. 1409) — 1423-cü ilin yanvarında Timurtaş Paşanın oğlu Oruc Paşayla (ö. 1426) evləndi.
- Hafsa Xatun (d. 1410 - ö. 1445, Məkkə) — 1425-ci ilin yanvarında Çandarlı İbrahim Paşanın oğlu Mahmud bəylə (ö. yanvar 1444) evləndi. Cənazəsi atasının Bursadakı türbəsinə dəfn edilmişdir.
- İlaldi Xatun (d. 1412 - ö. 1471) — 1426-cı ildə Qaramanoğlu Nəsrəddin Mehmed bəyin oğlu II İbrahim bəylə evləndirildi.
- Şahzadə Xatun — 1427-ci ildə Sənan Paşayla (ö. 1442) nigahlandı.
- ... Xatun (d. 1413) — 1426-cı ildə Qaramanoğlu Nəsrəddin Mehmed bəyin oğlu İsa bəylə (ö. 1437) evləndi.
- Ayşə Xatun (d. 1414 - ö. 1469) — 1426-cı ildə Qaramanoğlu Nəsrəddin Mehmed bəyin oğlu Bəngi Əli bəylə evləndi.
- ... Xatun — 1425-ci ildə Gərmiyanoğlu II Yaqub bəylə (ö. fevral 1429) evləndi.
İstinadlar
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #124832911 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Mehmet I // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 3 Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları. say. 63-68 ISBN 978-975-329-300-6 say.63
- ↑ Bu hisara Yerkökü adını verilmişti ve kale gerçekten bu yerlere kök salmayı kolaylaştıracaktı. Zamanla 'Yerkökü' adı 'Yerköy'e dönüşmüştür.
- ↑ Norwich, John Julius (1982) A History of Venice, Londra:Penguin ISBN 0-14-101383-4 (İngilizce) say. 193-194
- ↑ Germiyanoğulları beyliğinin resmen ortadan kaldırılması ancak 1428d'e son beyin öldüğü zaman beyliğini Osmanlılara miras olarak vermesi ile mümkün oldu..
- ↑ "The Imperial House of Osman -3". 2006-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-02.
Xarici keçidlər
redaktəI Mehmed Doğum: 1382 Vəfat: 26 May 1421
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri İldırım Bəyazid (Fetrət dövrü) |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 1413-26 Mayıs 1421 |
Xələfləri II Murad |