Emine Xatun - Wikipedia
Əminə_Xatun - Haqqında Məlumat
Əminə Xatun (1398, Əlbistan – 1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı olan Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəyin qızıdır.
Əminə Xatun | |
---|---|
Doğum tarixi | 1398 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bursa |
Həyat yoldaşı | I Mehmed |
Uşağı | II Murad |
Atası | Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəy |
Milliyyəti | Türk |
Fəaliyyəti | əsilzadə |
İldırım Bəyazidin oğlu Çələbi I Mehmed ilə 1403-cü ildə evlənmişdir. II Muradın anası və beləliklə, Fateh Sultan Mehmedin nənəsidir. Oğlunun səltənəti dövrünü görmüş və Validə sultan olmuş olsa da, o dövr üçün validə sultanların saray daxilində çox da gücləri yox idi. Bu səbəbdən güclü saray qadını olmamışdır. 1449 tarixində, oğlundan iki il əvvəl vəfat etmiş, cənazəsi Muradiyə Məscidindəki Xatuniyə türbəsinə dəfn edilmişdir.