Sarixanogullari Beyliyi - Wikipedia
Sarıxanoğulları bəyliyi (türk. Saruhanoğulları Beyliği) — paytaxtı Manisa şəhəri olan Anadolu bəyliyi. Bəyliyin əsasını Sarıxanoğulları sülaləsi qoymuş və 1300-1415-ci illərdə bəyliyə rəhbərlik etmişdir. Bəyliyin banisi səlcuqlu sərkərdəsi Sarıxan bəy olmuşdur.
Sarıxanoğulları bəyliyi | |
---|---|
türk. Saruhanoğulları Beyliği | |
Rəsmi dilləri | |
Paytaxt | Manisa |
İdarəetmə forması | feodal monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Bəylik Qərbi Anadoluda yerləşirdi və Egey dənizinə çıxışa sahib idi. Bəyliyin ərazisinə Aydınoğulları və Karəsi bəylikləri arasındakı, izmirdən şimala doğru olan torpaqlar daxil idi. Müasir Manisa, Mənəmən, Kamalpaşa və Foça şəhərlərinin yerləşdiyi bölgələr Sarıxanoğulları bəyliyinin ərazisi sərhədləri içində idi. Bəyliyin donanması Bizans, Genuya və Venesiyanın Şərqi Aralıq dənizi bölgəsindəki əraziləri üçün böyük təhdid təşkil edirdi. Bəylik osmanlılar tərəfindən ilk dəfə 1390-cı ildə işğal olunmuş, 1415-ci ildə isə onun ərazisi birdəfəlik Osmanlı İmperiyası torpaqlarına qatılmışdır.