Heceti - Wikipedia
Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd.
Tarixi Zəngəzur mahalı əraziləri | |
Həçəti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə |
Mərz: Sünik mərzi Rayon: Qafan rayonu (1930-1995) |
İnzibati mərkəz | Qafan |
İndiki adı | Voçeti (erm. Ոչեթի) |
Əhalisi | o[1] (2001) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır.
Adı
redaktəKəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (<haça) sözünə -tı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir.[2]
Tarixi
redaktəKənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir.
1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi Zəngəzur dağlarını aşaraq Naxçıvana pənah aparmışlar. 1919-cu ildən kəndə qayıdan Həçəti camaatı həmin ilin payızında erməni hərbi qüvvələrinin kəndə yenidən basqını nəticəsində təkrarən öz yurd-yuvalarından didərgin dümüş, bu dəfə Zəngilan rayonuna sığınmışlar. Sovet hökuməti qurulduqdan sonra, Həçəti camaatının yalnız kiçik bir hissəsi yenidən geriyə qayıdaraq, kəndlərini bərpa etmişlər.
Ermənilər Sovet hökuməti illərində də, Həçəti camaatını rahat qoymamış, 1939-cu ildə əhalini Gığıya köçürmüş, kəndi isə söküb-dağıtmışlar. Həçətililər 1946-cı ildə yenidən öz kəndlərini bərpa etmiş və 1988-ci ilə qədər doğma torpaqlarında yaşamışlar. 1988-ci ilin payızında bölgənin digər azərbaycanlı kəndləri kimi Həçəti kəndi də, ermənilər tərəfindən boşaldılmış, kənd camaatı isə Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna pənah aparmışlar.
Kolxoz dövrü
redaktəHəçəti kəndində kolxoz 1931-ci ildə qurulmuşdur. 30 ildən çox fəaliyyət göstərən Həçəti kolxozu 1965-ci ildə bölgənin digər azərbaycanlı kəndlərinin təsərrüfatları kimi, Gığı sovxozunun tərkibinə daxil edilmişdir.
Kənddə X əsrə aid alban kilsəsinin qalıqları var.
Əhalisi
redaktəKənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 41 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 71 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə isə kənddə 30 ev, 160 nəfər əhali var idi. Hal-hazırda isə kənddə yaşayış yoxdur.
Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1897-ci il | 1922-ci il | 1926-cı il | 1931-ci il | 1988-ci il | 2001-ci il[1] | |||||||
Həçəti | 30 | 41 | 51 | 71 | 160 | 0 |
Kəndin toponimləri
redaktə- Vana bulağı
- Sarı çeşmə
- Vana yurdu
- Mədət yurdu
- Arpalıq dərəsi
- Çiçəkli dərə
- Söyüdlük
Görkəmli şəxsləri
redaktə- Məmmədov İbrahim Behbud oğlu ("20 Yanvar Şəhidi" fəxri adı)
Mənbə
redaktə- Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005.
- Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994.
- İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002.
- Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti». Bakı, "Oğuz eli", 1998.
- Sabir Əsədov, «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası», Bakı, "Gənclik", 1995.
- Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002.
- Zəngəzur Cəmiyyətləri Birliyi: Qafan Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il siyahıyaalmasının yekunlarına dair hesabatı" (PDF). 2020-06-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-06-06.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2