Gence Zelzelesi 1139 - Wikipedia
Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da Gəncə şəhərində baş vermiş zəlzələ.[1] Zəlzələ Gəncədən 50 km cənubda baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.[2]
Gəncə zəlzələsi | |
---|---|
| |
Tarix |
|
Maqnituda | 9 bal |
Episentrin yeri | |
Xəritədə yeri | |
|
Tarixi
redaktəGəncə zəlzələsi Səlcuq hökmranlığı zamanı, 1139-cu il sentyabr ayının 30-da baş vermişdir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı".[3]
Gəncədə zəlzələ zamanı həlak olanların sayı dəqiq məlum deyil. İbn əl-Əsirə görə həlak olanların sayı 230 min nəfər[4], Əl-Bundariyə görə isə 300 min nəfərdir. Təbii fəlakətdən istifadə edərək, çar Demetre və baş komandan İvane Mxarqrdzelinin başçılığı ilə gürcü qoşunları şəhərə hücum etdilər.[5] Mxitar Qoş bu haqda yazır: "rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər [satırdılar]. Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarışmasını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə [camaata] zəlzələnin özündən daha çox əzab verirdilər". Mənbələrin məlumatına görə gürcülər özləri ilə birlikdə Gəncənin şəhər darvazalarını da apardılar.[3][6]
Səlcuq sultanının canişini Qara Sunqur öz qoşunları ilə Gəncəyə yollanaraq və Gəncə yaxınlığındakı döyüşdə gürcüləri məğlub etdi şəhərdən uzaqlaşdırdıl. Həmçinin Qara Sunqurun başçılığı ilə şəhərin yenidən bərpasına başlanıldı.[3]
Nizami Gəncəvi həmin zəlzələ haqqında "İsgəndərnamə" də məlumat vermişdir:[7]
Qopdu bir zəlzələ, göyü oynatdı,
|
Zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb.[2] Bu haqda Gəncəli Kirakos yazırdı: "Dağ və düzü duman, buludlar bürüdü, dəhşətli zəlzələ baş verdi. Gəncə dağıldı. Nəticədə Kəpəz dağı uçdu və təpələrdən axan xırda çayların qarşısını kəsərək göl əmələ gətirdi".[8]
İstinadlar
redaktə- ↑ Fuad Sultanov, Z. Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.21
- ↑ 1 2 fhn.gov.az. "Tarixdə baş vermiş qəza və fəlakətlər" (az.). 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
- ↑ 1 2 3 Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) (PDF). Bakı: "Şərq-Qərb". 2007. səh. 168-169. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-18.
- ↑ Ибн ал-Асир. Тарих-ал-камиль. О победе султана Махмуда над курджами. Перевод П. К. Жузе. Текст воспроизведен по изданию: Материалы по истории Азербайджана из Тарих-ал-камиль (полного свода истории) Ибн-ал-Асира. Баку. АзФан. 1940.
- ↑ Киракос Гандзакеци. Краткое изложение истории страны Агванк (пер. Л. А. Ханларян). Текст воспроизведен по изданиям: Киракос Гандзакеци. История Армении. М. Наука. 1976
- ↑ president.az. "İlham Əliyev Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ilə tanış olmuşdur" (az.). 2014-01-21. 2014-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
- ↑ Bayram Apoyev. Nizami Gəncəvi irsindən pedaqoji prosesdə istifadə işinin sistemi (Dərs vəsaiti) (PDF). Bakı: "Mütərcim". 2012. səh. 51. 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-18.
- ↑ kepeztv.az. "Gəncə" (az.). 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.