Ivane Mxarqrdzeli - Wikipedia
İvane Mxarqrdzeli və ya İvane Zakaryan və ya Atabəy İvane — kürd əsilli[2][3][4][5][6], gürcüləşmiş, erməniləşmiş Mxarqrdzeli-Zakaryan nəslindən olan feodal, sərkərdə. Bəzi qaynaqlarda bu ailənin qıpçaq əsilli olması da göstərilir.[7][8]
İvane Mxarqrdzeli | |
---|---|
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | 1227[1] |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d], rəhbər, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mxarqrdzelilərin ailə əfsanəsinə görə onların kökü Əhəmənilər sülaləsindən, II Darın oğlu II Artakserksin soyundan gəlir. Buna səbəb II Artakserksin ləqəbinin "Qoluuzun" olması və Mxarqrdzeli sözünün gürcücə "qoluzun" mənasına gəlməyi olmuşdur.
Gürcü çarı Böyük Tamaranın dövründə Gürcü hakimiyyətində etimad qazanaraq amirspasalar rütbəsinə qədər yüksələn, Sarqis Zakaryanın oğlu İvane, Ani (Qars) basqını, Şəmkir döyüşü və Ərdəbil basqınlarıyla məşhurdur.
1195-ci ildə Eldəgizlərin zəifləməsindən istifadə edən gürcülər, Şəmkir yaxınlığında Eldəniz Atabəyi Əbu-Bəkrin qoşunlarına qarşı hücuma keçdilər. Bu döyüşdə İvane Mxarqrdzeli bir hərbçi kimi özünü göstərmişdir.
Səlcuqlular arasındakı başıpozuqluqdan yararlanaraq Ərzurumdakı Saltuk bəyliyini öz təsiri altında salan Böyük Tamara ilə səlcuqlu qüvvələrini birləşdirməyi bacaran Sultan II Süleyman Şahın arası türklərin Ərzurumu tutaraq ilhaq etməsindən sonra kəskin şəkildə pozulmuşdu. II Süleymanın Kars və Ərzurumda möhkəmləndikdən sonra Gürcüstana səfər edəcəyini anlayan Böyük Tamara cəld şəkildə əri David Soslanın başçılığı altında əks-hücuma keçərək Basiani döyüşündə türkləri məğlub etdi (1202). Həmin döyüşün əsas qəhrəmanlarından biri də İvane və qardaşı Zəkəriyya Mxarqrdzelilər idi.
1225-ci ildə, Xarəzmşah Cəlaləddin Mənguberdi ilə Gərni döyüşündə öz qoşunlarını aktiv döyüşə salmayaraq gürcü ordusunun məğlubiyyətində əsas pay sahibi olmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Alexei Lidov, 1991, The mural paintings of Akhtala, p. 14, Nauka Publishers, Central Dept. of Oriental Literature, University of Michigan, ISBN 5-02-017569-2, ISBN 978-5-02-017569-3, It is clear from the account of these Armenian historians that Ivane's great grandfather broke away from the Kurdish tribe of Babir
- ↑ Vladimir Minorsky, 1953, Studies in Caucasian History, p. 102, CUP Archive, ISBN 0-521-05735-3, ISBN 978-0-521-05735-6, According to a tradition which has every reason to be true, their ancestors were Mesopotamian Kurds of the tribe (xel) Babirakan.
- ↑ Richard Barrie Dobson, 2000, Encyclopedia of the Middle Ages: A-J, p. 107, Editions du Cerf, University of Michigan, ISBN 0-227-67931-8, ISBN 978-0-227-67931-9, under the Christianized Kurdish dynasty of Zak'arids they tried to re-establish nazarar system…
- ↑ William Edward David Allen, 1932, A History of the Georgian People: From the Beginning Down to the Russian Conquest in the Nineteenth Century, p. 104, Taylor & Francis, ISBN 0-7100-6959-6, ISBN 978-0-7100-6959-7, She retained and leant upon the numerous relatives of Sargis Mkhargrdzeli, an aznauri of Kurdish origin
- ↑ "Arxivlənmiş surət". 2012-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- ↑ Kırzıoğlu, Kıpçaklar, s. 139
- ↑ ''Bu komandan qıpçaq olub xristianlığı qəbul etmişdir. Onun əsl adı Qoluuzunoğludur. Buna görə də gürcü qaynaqlarında onun adını gürcücəyə tərcümə edib "Mharqradzeli" yazılmışdır. Gürcü tarixində Qoluuzunoğulları çox məşhur bir ailə olmuş, ən məşhurları ordu baş komandanları Şalve və İvane qardaşları ilə Zakarya Qoluzunoğulu olmuşdur.'' Əkbər Nəcəf, SƏLCUQLU DÖVLƏTLƏRİ VƏ ATABƏYLƏRİ TARİXİ , s.40