Kirakos Qandzaketsi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Gəncəli Kirakos (təq. 1200[1], Gəncə – 1271[1], Qazaka) — Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri.
Gəncəli Kirakos | |
---|---|
erm. Կիրակոս Գանձակեցի | |
Doğum tarixi | təq. 1200[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1271[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKirakos Gəncəli 1201-ci ildə Gəncədə (Qandzax) anadan olmuş, 1271-ci ildə vəfat etmiş alban tarixçisi və rahibi. Mənbələr onu Aravelsi, yəni Şərqli, həmçinin Nor Qetik monastrının adı ilə əlaqədar olaraq Qetisi də adlandırırlar. O həmin monastrda Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil görmüş və ömrünün böyük bir hissəsini orada keçirmişdir. Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilirmiş. Kirakos Gəncəli Qafqaz Albaniyası tarixinə dair ən qiymətli mənbələrdən biri olan "Tarix" əsərinin müəllifidir. Bu əsərdə Albaniyaya və Xaçın bölgəsinə aid xüsusi bölmə ayrılmışdır. Gəncəli Kirakos bu əsərində Albaniyanın katolikosları, knyazları, həmçinin ölkədə kilsə tikintiləri və ayrı-ayrı məbədlər haqqında, o cümlədən Amaras məbədi haqqında məlumat verir. Monqolların Azərbaycana hücumu, onların daxili və xarici siyasətindən bəhs edir.
Mənbə
redaktə- Fəridə Məmmədova. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993,
- Arif Məmmədov. "Amaras-Ağoğlan". Bakı, 1975.
- Süleyman Əliyarlı "Azərbaycan tarixi üzrə qaynaqlar"
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.