Fin Uqor Xalqlari - Wikipedia
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi.
Fin-uqor dilli xalqların yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
~26,505,000 | ||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||||||||||
Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır.
RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir.
Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Etnik qruplar
redaktəİstinadlar
redaktə- ↑ Korhonen, Mikko: Uralin tällä ja tuolla puolen. In the book Laakso, Johanna (edit.): Uralilaiset kansat, p. 23.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Demoskop Weekly No 543-544 Arxiv surəti 12 oktyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 12, 2013, at the Wayback Machine
Mənbə
redaktə- Mile Nedeljković, Leksikon naroda sveta, Beograd, 2001.
- People of Volga and Uralic regions. Komi-Zyrians. Komi-Permyaks. Mari. Mordvins. Udmurts. Moscow, 2000. (rus. Народы Поволжья и Приуралья. Коми-зыряне. Коми-пермяки. Марийцы. Мордва. Удмурты. М., 2000.)
- Petrukhin, Vladimir. Myths of Finno-Ugric Peoples. Moscow, 2005. 463 p. (rus. Петрухин В. Я. Мифы финно-угров. М., 2005. 463 с.)
- World Outlook of Finno-Ugric People. Moscow, 1990. (rus. Мировоззрение финно-угорских народов. М., 1990.)
- "Early contacts (4000 BC – 1000AD) between Indo-European and Uralic speakers". Riho Grünthal, Volker Heyd, Mika Lavento, Johanna Nichols & Janne Saarikivi with the help of Satu Keinänen. Editing and layout by Bianca Preda. University of Helsinki.