Ortadunay Duzenliyi - Wikipedia
Ortadunay çökəkliyi, həmçinin Ortadunay düzənliyi, Orta Dunay ovalığı,[1] Tiso-Dunay çökəkliyi, Pannon düzənliyi (xorv. Panonska nizina, çex. Panonská pánev, mac. Kárpát-medence, slovak. Panónska panva, alm. Pannonische Tiefebene, rum. Câmpia Panonică, ukr. Тисо-Дунайська низовина, serb. Панонска низија, sloven. Panonska nižina, bosn. Panonska nizija) — Düzəlik Dunay çayının orta axarları boyunca, Macarıstan (böyük hissəsi), Slovakiya, Serbiya, Rumıniya, Xorvatiya və Avstriya ərazisində yerləşir. Ukraynanın şimal-şərq hissəsində Zakarpat vilayəti ərazisinin bir hissəsi Ortadunay düzənliyində yerləşir. Düzənliyin sahəsi təxmini olaraq 200 min. km² təşkil edir.
İri dağ arası düzənlik, tektonik xüsusiyyəti daşıyır. Karpat, Alp dağları, Dinar dağları və Şərqi Sibir dağları arasında qərarlaşır. Düzənliyin hündürlüyü 100–200 metr arasında dəyişir. Səthi əsasən düzəndir. Təpəli ərazilər olduqca azdır. Ortadunay düzənliyi ərazisində həmçinin cənub hissədə Sava və Drava çaylarının axarı boyunca yerləşən düxənliklərdə vardır. Ortadunay düzənliyində yerləşən ən böyük göl Balatondur.
Düzənlik ərazisi zəngin təbii ehtiyatlara malikdir. Burada boksit, neft, qaz və qonur kömür çıxarılır. İqlimi mülayim kontinentaldır. Yanvar ayının orta temperaturu −1 °C −2 °C, iyul ayının isə 20–22°С təşkil edir. Bölgədə orta illik temperatur 500–600 mm-dir. Düzənliyin dağlara yaxın ərazilərdə yerləşən bölgələrində isə yağıntının miqdarı 900 mm-dir. Şərqi nisbətən quraqdır. Əsasən qara torpaqdan ibarətdir. Şərq hissəsində topaqların bir hissəsi şorandır. Düzənlik ərazisinin 70–80 % əkinə yönəldilir. Burada üzüm, qarğıdalı və taxıl əkilir. Bağ sahələri belə geniş sahə turur. Əsasən dağ ətəyi bölgələr meşələrlə örtülüdür. Dezənlik sıx məskunlaşılmışdır. Burada bölgə dövlətlərinin iri şəhərləri yerləşir: Budapeşt (Macarıstan), Zaqreb (Xorvatiya), Bratislava (Slovakiya), Timişoara (Rumıniya), Novi Sad (Serbiya).
Pannon dənizi
redaktəOrtadunay düzənliyi tarixən mövcud olmuş Pannon dənizinin dibi olmuşdur. Pannon dənizi Pliosen dövrü zamanı mövcud olmuşdur. Tektonik qalxmalar zamamı səthə çıxaraq düzənlik meydana gəlmişdir. Haxırda düzənlikdə mövcud olan bəzi dağlar keçmiş adalardır. Buna misal kimi Sebiyada mövcud olan Fruşka-Qora dağını göstərmək olar.
İstinadlar
redaktə- ↑ Австрија. Тәбиәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 57.
Əlavə ədəbiyyat
redaktə- Eldridge M. Moores, Rhodes Whitmore Fairbridge. Encyclopedia of European and Asian Regional Geology. Springer. 1997. ISBN 978-0-412-74040-4.
- Adami Jordan, Peter Jordan, Milan Orožen Adamič. Exonyms and the International Standardisation of Geographical Names: Approaches Towards the Resolution of an Apparent Contradiction. LIT Verlag Berlin-Hamburg-Münster. 2007. 240. ISBN 978-3-8258-0035-2.
- George Walter Hoffman, Christopher Shane Davies. A Geography of Europe: Problems and Prospects. Wiley. 1983. 647. ISBN 978-0-471-89708-8.
- {{cite book
- |last= George Walter Hoffman, Nels August Bengtson |first=
- |title= A Geography of Europe|publisher= Ronald Press Co.
- |year= 1953 |pages=757|isbn=
- }}