Emil Zukerkandl - Wikipedia
Emil Zukerkandl (1 sentyabr 1849, Györ, Avstriya imperiyası — 28 may 1910, Vyana, Avstriya-Macarıstan) — Macar əsilli Avstriya anatomiyaçısı, antropoloqu və alimi.
Emil Zukerkandl | |
---|---|
alm. Emil Zuckerkandl | |
Doğum tarixi | |
Doğum yeri | Györ, Avstriya imperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Vyana, Avstriya-Macarıstan |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Avstriya imperiyası→ Avstriya-Macarıstan |
Milliyyəti | Macar, Avstriyalı |
Elm sahəsi | Anatomiya |
Elmi dərəcəsi | Aspirantura |
İş yerləri |
Utrext Universiteti Vyana Universiteti Qrats Universiteti |
Təhsili | Vyana Universiteti |
Elmi rəhbərləri |
Karl von Rokitanski Karl Lanqer İosif Hırtl |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri və təhsili
redaktəEmil Zukerkandl, 1 sentyabr 1849-cu il tarixində Avstriya imperiyasının Györ şəhərində yəhudi bir ailədə anadan olmuşdur. Sənayeçi Viktor Zukerkandl və urologiya mütəxəssisi Otto Zukerkandl olmaqla iki qardaşı var idi.
Tibb sahəsinə marağı səbəbiylə 1867-ci ildə Vyana Universitetinin tibb fakultəsinə qəbul edilmişdir. Sinifin ən yaxşı və ağıllı tələbəsi olmuşdur. Diqqət çəkici müşahidə və təhlil bacarıqları ilə Vyana Anatomiya Məktəbində anatomiyaçı və professor olan İosif Hırtlın ən sevimli tələbəsi olmuşdur. Zukerkandl, Hırtlın rəhbərliyində qabağa getdi və 1870-ci ilə qədər Hırtlın yanında laborant olaraq işləyirdi. 1874-cü ildə Tibb Fakültəsindən məzun oldu. Aspiranturasını eyni universitetdə Karl von Rokitanski və Karl Lanqerın nəzarətində tamamlamışdır.
Karyera
redaktəİosif Hırtlın karyerasını Amsterdamdakı Utrext Universitetində davam etdirməsi istiqamətində məsləhətinə riayət edərək Vyanadan ayrılmışdır. 1875-ci və 1879-ci illər arasında Utrext Universitetində anatomiya üzrə privatdozent olaraq mütəxəssisləşmişdi. 1879-cu ildə Avstriyaya geri qayıtmış və Vyana Universitetində köməkçi dosent olaraq işləməyə başlamışdır. Həmin il professor olduqdan sonra 1882-ci ildə Qrats Universitetində professor təyin edilmişdir. 1888-ci ildə Vyanaya geri qayıtdı və Vyana Universitetində təsviri və topoqrafik anatomiya üzrə professor olaraq işləməyə davam etmişdir. Həmçinin, Vyana Anatomiya Məktəbinin birinci prezidenti olaraq təyin edilmişdir.[1]
Səlahiyyət müddəti ərzində Zukerkandl, burun boşluğu, viscerocranium (üz skeleti), eşitmə orqanları, dişlər, qan damarları, beyin və xromaffin üzvlər kimi morfologiyanın demək olarki, bütün sahələrinə girən müxtəlif orqanları araşdırdı. Xəstə qayğısına anatomiya tətbiqi mövzusundakı düşüncəsi, otorinolarenqologiya və urologiya daxil olmaqla müxtəlif cərrahi ekspertizaların yaradılması və yüksəlməsi ilə ardıcıl olaraq inkişaf etmişdir. Zukerkandl anatomiyanı, "Bir həkimin cərrahiyyə əməliyyatları üçün müharibə xəritəsi" olaraq təyin etmişdir.[1]
Ölümünə qədər 164-dən çox kitab və tibbi jurnallarda nəşr olunan bir çox məqalə yazmışdır.[2] Həmçinin, 600-dən çox çapa sahib olan və 2 cildlik əhəmiyyətli bir istinad olan "Atlas der topographischen Anatomie des Menschen" (azərb. İnsanın Təyinləyici Anatomiyasının Atlası) əsərini yenidən işləmişdir. Zukerkandlın əsrlər əvvəl kəşf etdikləri, hələ də cərrahı əməliyyatların təməlini meydana gətirməkdədir.[1]
Şəxsi həyatı
redaktə1889-ci ildə Galisiyalı-Avstriyalı yazıçı, jurnalist və tənqidçi Berta Szeps ilə evlənmişdir.[3] Cütlüyün evi, heykəltaraş Ogüst Rodin, rəssam Qustav Klimt, memar Otto Vaqner, yazıçı Herman Bahr, tamaça yazıçısı Artur Şnitzler və bəstəkar Qustav Maler kimi sənət və elm sahəsində qabaqcıl olan bir çox intellektual üçün məşhur bir görüş yeri kimi olaraq istifadə edilmişdir. 1898-ci ildə Avstriya Elmlər Akademiyası üzvü olmuşdur.[4]
Ölümü
redaktəEmil Zukerkandl, 28 may 1910-cu il tarixində koronar dövriyyəsi xəstəliyi sonrası yaranan fəsadlar səbəbiylə Avstriya-Macarıstan imperiyasının paytaxtı olan Vyana şəhərində, 60 yaşında vəfat etmişdir. Döblinqer Qəbiristanlığında dəfn edilmişdir.
İşləri
redaktəKitablar
redaktə- Zukerkandl, Emil (1909). Uber den Jacobson'schen Knorpel und die Ossifikation des Pflugscharbeines . s. 55
- Zukerkandl, Emil (1904). Atlas der topographischen Anatomie des Menschen (azərb. İnsanın Təyinləyici Anatomiyasının Atlası). W. Braumüller. s. 845.
- Zukerkandl, Emil (1877). Zur Morphologie des Gesichtsschädels (azərb. Üz Sümüklərinin Morfologiyası). Enke. s. 135.
Mükafatlar
redaktə- 1898: Avstriya Elmlər Akademiyasının tam üzvü olaraq təyin edildi.
- 1914: Anatomiya İnstitutunda bir abidənin açılışı (28 May).
- 1924: Anton Hanak tərəfindən Vyana Universitenin həyətində bir heykelin açılışı.
- 1925: Zuckerkandlgasse-in Vyana-Pötzleinsdorf-da təyin olunması (1925-1938 ve 1947-ci ildən etibarən).
Mənbə:[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 Lih Vayner, Panxuri Ciha, Skott V. Covan, Çarlz Y. Yeo, Skott D. Goldstayn. "Emil Zukerkandl, M.D. (1849-1910): Bridging Anatomic Study and the Operating Room Table."(azərb. "Emil Zukerkandl, M.D. (1849-1910): Anatomik Öyrənilmə və Əməliyyat Otağı Stolu Arasında Körpu Salmaq."). Tomas Cefferson Universiteti. 5 Aprel 2017 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin aprel ayının 4-də alındı.
- ↑ "Emil Zuckerkandl (1849-1910): anatomist and pathologist" (azərb. "Emil Zukerkandl (1849-1910): anatomiyaçı və patoloq"). Annals of Anatomy (azərb. Anatomiyanın Salnaməsi) 190: 33-36. 2008. DOI:10.1016/j.aanat.2007.09.001. PMID 18342140 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
- ↑ "Emil Zukerkandl". whonamedit.com. 3 Mart 2016 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin Mart ayının 26-da alındı.
- ↑ Books, LLC (2010). Austrian Academy of Sciences: Members of the Austrian Academy of Sciences, Leopold Vietoris, Konrad Lorenz, Hans Mommsen, Karl Dietrich Bracher Arxivləşdirilib 2017-03-28 at the Wayback Machine (azərb. Avstriya Elmlər Akademiyası: Avstriya Elmlər Akademiyası üzvləri, Leyopold Viyetoris, Konrad Lorenz, Hans Mommsen, Karl Diyetrix Brançer). General Books LLC. səhifə 120. ISBN 9781158191444.
- ↑ Almanca Vikipediyadakı ekvivalent bir məqalənin tərcüməsinə əsasən mükafatların siyahısı.