Cerrahiyye - Wikipedia
Cərrahiyyə (cərrahlıq) — tibbdə xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elmində mövcud xəstəliklərin əməliyyat yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi.
Etimologiya
redaktəBəzi dilçilər[1] "cərrah" sözünün ərəb dilindən gəldiyini və ərəbcə "cırma, yırtma, kəsmə" anlamına gəldiyini yazır. Ancaq "cır- / yar- / yırt-" kökü bütün türk dillərində də mövcuddur.[2]
Tarix
redaktəAzərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V. İ. Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25–30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922–1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B. Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B. Finkelşteyn) birinci assistent azərbaycanlı M. Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir. Aparılan əməliyyatlar əsasən xroniki və kəskin kor bağırsağına və yırtıqlara görə olmuşdur. Mədə və öd yollarında icra edilən əməliyyatlar isə palliativ xarakter daşımışdır.
1930-cu ildə müstəqil Tibb İnstitutu və Bakı kliniki xəstəxanaların cərrahiyyə şöbələrinin yaradılması, onların cərrahiyyə kafedralarından kliniki bazalar kimi istifadə olunması bu sahənin inkişafına təkan verdi. Həmin dövrdə M. Mirqasımov və M. Topçubaşov artıq tibb elmləri doktorları idilər. İstər M. Mirqasımov, istərsə də M. Topçubaşov Azərbaycanda cərrahiyyənin inkişaf tarixində böyük xidmətləri olan alim-cərrahlardırlar.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və nevrologiya kafedralarının müdiri, akademik M. Cavadzadənin, ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri akademik B. Ağayevin, Moskva Stomatoloji İnstitutunun Travmatologiya kafedrasının müdiri professor A. İmaməliyevin cərrahiyyədə ilk praktik fəaliyyətə başlamaları da institutun qeyd olunan Hospital cərrahiyyə kafedrasında olmuşdur.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranır və onun ilk prezidenti professor Mirəsədulla Mirqasımov seçilir. M. Topçubaşov isə akademiyanın 16 həqiqi üzvündən biri olur. Azərbaycan Tibb İnstitutunun 2 professor-cərrahının respublika Elmlər Akademiyasına prezident və həqiqi üzv seçilmələri o dövrdə tibbin, habelə cərrahiyyənin yüksək səviyyədə olmasının göstəricisi idi.
1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı.[3]
Cərrahiyə bölmələri
redaktəCərrahiyyənin 12 əsas istiqaməti var:
İstinadlar
redaktə- ↑ Sevan Nişanyan. Çağdaş Türkçenin etimolojik sözlüğü — Cerrah Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine
- ↑ "Севортян Э. В., Левитская Л. С. Этимологический словарь тюркских языков: Общетюркские и межтюркские основы на буквы "Җ", "Ж", "Й" / Авт. сл. статей Э. В. Севортян, Л. С. Левитская. М., 1989. Bax: səh. 203-204". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-30. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Azerbaijans.com Milli Virtual Ensiklopediya — Səhiyyənin tarixi". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
redaktə- World Society of Emergency Surgery Arxivləşdirilib 2013-01-17 at the Wayback Machine
- International Association for Trauma Surgery and Intensive Care
- European Society for Trauma & Emergency Surgery
- European Society for Sugery of the Shoulder and the Elbow
- European Rheumatism and Arthritis Surgical Society
- European Society of Sport traumatology, Knee Surgery and Arthroscopy Arxivləşdirilib 2013-07-01 at the Wayback Machine
- European Foot and Ankle Society
- International Society for Minimal Intervention in Spinal Surgery
- European Association of Neurosurgical Societies Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine
- European Society for Cardiovascular and Endovascular Surgery
- European Society of Surgical Oncology Arxivləşdirilib 2013-07-26 at the Wayback Machine
- European Digestive Surgery
- European Federation International Society for Digestive Surgery Arxivləşdirilib 2013-05-26 at the Wayback Machine
- European Hernia Society [ölü keçid]
- European Association of Transluminal Surgery
- European Association of Endoscopic Surgery Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- European Computer Assisted Liver Surgery Society
- European Academy of Facial Plastic Surgery
- European Society for Laser Aesthetic Surgery
- European Society of Hair Restauration Surgery
- International Society for Computer Assisted Orthopaedic Surgery
- Society of Robotic Surgery
Həmçinin bax
redaktə- Cərrahiyyə əməliyyatı
- Operativ cərrahiyyə
- Debridement
- Cərrahi kəsiklər
- İrinli cərrahiyyə
- Oftalmik cərrahiyyə
- Torakal cərrahiyyə
- Bariatrik cərrahiyyə
- Kolorektal cərrahiyyə
- Regenerativ cərrahiyyə
- Hərbi cərrahiyyə
- Neyroplastik cərrahiyyə
- Reduksiya (ortopedik cərrahiyyə)
- Hipnoz cərrahiyyə
- Nəzəri cərrahiyyə
- Abdominal cərrahiyyə
- Rekonstruktiv cərrahi
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |