Zuvand Qarasengi - Wikipedia
Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Zuvand qaraşəngi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Zuvand qaraşəngi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qısa morfoloji təsviri
redaktəİkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır. Qutucuq 3–4 mm uzunluğunda, kürəkvari, kasacıqdan uzundur. Toxumlar 1mm uzunluğunda, uzunsov, qaradır.[3][4]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi (may) iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında quru, daşlı yamaclarda və töküntülərdə, çağıl daşlarının üstündə bitir.[4]
Yayılması
redaktəDiabardır.[4]
Sayı və tendensiyası
redaktəPopulyasiyanın ehtiyatı məhddudur və azalmağa meyl göstərir.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen təsirlərdir (tapdalanma).
Mühafizə tədbirləri
redaktəAntropogen təsiri azaltmaq və yeni yayılma yerlərinin axtarılması təklif olunur.