Aleksandr Qrossheym - Wikipedia
Aleksandr Qrossheym (rus. Александр Альфонсович Гроссгейм) — sovet botaniki, biologiya elmləri doktoru (1935), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Elmlər Akademiyasının akademiki (1946), SSRİ Dövlət mükafatı laureatı (1948).[3]
Aleksandr Qrossheym | |
---|---|
rus. Александр Альфонсович Гроссгейм | |
Doğum tarixi | 23 fevral (6 mart) 1888 |
Vəfat tarixi | 4 dekabr 1948[1][2] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | botanika, Filogenetika |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
redaktəAleksandr Qrossheym 6 mart 1888-ci ildə Yekaterinoslavski quberniyasının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. Ali təhsilini Moskva Dövlət Universitetinin Təbiət fakültəsinin Biologiya bölməsində almışdır.
Əmək fəaliyyəti
redaktəAleksandr Qrossheym 1913-1926-cı illərdə Tbilisi Botanika Bağında botanik-florist kimi çalışmışdır. 1917-ci ildə Tiflis Politexnik İnstitutunun Botanika kafedrasında assistent və dosent vəzifələrində işləmişdir. Elmi -pedaqoji fəaliyyətini 1927-ci ildən Bakıda davam etdirəm Qrossheym 1927-1929-cu illərdə Bakı Dövlət Universitetinin dosenti, 1929-cu ildə professoru, 1930-1934-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri, 1934-1947-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Ali bitkilərin sistematikası və morfologiyası kafedrasının müdiri olmuşdur.
Aleksandr Qrossheym 1936-cı ildə Bakıda Botanika Bağının, 1936-1947-ci illərdə isə Botanika İnstitutunun ilk direktoru olmuşdur. O, 1946-1948-ci illərdə SSRİ EA V.L.Komarov adına Botanika İstitutunun Qafqaz herbarisi sektoruna, 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetinin Bitki sistematikası və morfologiyası kafedrasına rəhbərlik etmişdir.
Akademik fəaliyyəti
redaktəA.A. Qrossheym Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır. Onun təşəbbüsü ilə Respublikada qoruqlar, xüsusilə də Lənkəran və Muğan qoruqları, həmçinin Herbari fondu yaradılmış və herbari kolleksiyasının saxlanma metodikası və strukturu işlənib hazırlanmışdır. Əsas tədqiqatı Qafqazın florası, bitki örtüyü və bitki ehtiyatlarınin öyrənilməsinə həsr olunmuşdur. A. A. Qrossheymin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri arasında floristik-sistematika mühüm yer tutur.[4] 300-dək yeni növ təsvir etmişdir. Akademikin çoxsaylı monoqrafiya və kitabları, həmçinin 200-dən çox elmi əsərinin yarısı Azərbaycanda işlədiyi dövrdə çap olunmuşdur. Qrossheym örtülütoxumluların orijinal filogenetik sistemini irəli sürmüşdür.[5]
Kitabları
redaktə- "Qafqaz florası" (1928–1967, VIII cildli)
- "Azərbaycan florası" (1934–1936, III cildli)
- "Qafqaz florasının analizi" (1936)
- "Qafqazın bitki ehtiyatları" (1946)
- "Qafqazın bitki örtüyü" (1948)
- "Qafqaz bitkilərinin təyinedicisi" (1949)
Mükafatları
redaktə- "Qafqazın müdafiəsi" medalı
- "Qırmızı əmək bayrağı" ordeni
- Rusiya Coğrafiya Cəmiyyətinin qızıl medalı (1932)
- "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İstinadlar
redaktə- ↑ 1 2 Гроссгейм Александр Альфонсович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Aleksandr Aljfonsovič Grossgeim // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ "Qrossheym Aleksandr Alfonsoviç" (Azərbaycan). science.gov.az. 2023-01-16 tarixində arxivləşdirilib.
- ↑ "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
- ↑ Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh. 246–247