Zakir Bagirov Tarixci - Wikipedia
Zakir Nəriman oğlu Bağırov (27 noyabr 1929, Şuşa, DQMV – 30 mart 1989, Bakı) — Azərbaycanın mədəniyyət və elm xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1971–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı.
Zakir Bağırov | |
---|---|
19 fevral 1971 – 26 dekabr 1988 | |
Əvvəlki | Rauf Hacıyev |
Sonrakı | Polad Bülbüloğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 noyabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 30 mart 1989 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəZakir Bağırov Moskva Aviasiya İnstitutunda təhsil alan ilk azərbaycanlı gənclərdən biri olub. Lakin, idman zamanı ayağının sınması ona karyerasını pilot kimi davam etdirməyə mane olur. Moskvadan Bakıya qayıtdıqdan sonra səhhəti ilə bağlı uzun müddətli müalicələrdən sonra yenidən təhsilini davam etdirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinə qəbul olur. 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Nəhayət, Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb. Azərbaycan Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Professor Gülrux Əlibəyli Zakir Bağırov haqqında yazıb:
Xoşbəxtlikdən cəmiyyətimizdə elə parlayan şəxsiyyətlər mövcuddur ki, onların qəlbində həmişə inkişafa can atmaq istəyi alovlanır... Zakir Bağırov belə nadir şəxsiyyətlərdən idi. Təbiət ona ağıl, intellekt, mənəvi saflıq, yüksəklərə, əlçatmazlığa can atmaq bacarığı bəxş etmişdir. |
Zakir Bağırov göstərdiyi fəaliyyətlər nəticəsində 42 yaşında Azərbaycanın mədəniyyət naziri vəzifəsinə layiq görülür. Məşhur bəstəkar Tofiq Quliyev onun haqqında bildirirdi:
18 il ərzində respublikamızın Mədəniyyət Nazirliyinə, cəmiyyətimizin həyat fəaliyyətinin ən çətin sahəsinə rəhbərlik etdi. Gözəl təşkilatçılıq qabiliyyəti, qeyri-adi insanlığı, dərin erudisiyası, böyük səmimiyyəti, incə ziyalılığı və başqalarından fərqlənən mənəvi keyfiyyətləri ilə yaradıcı insanlar arasında olduğu kimi, dövlət və partiya dairələrində də böyük hörmət və nüfuz qazandı.[1] |
Politoloq İlqar Vəlizadənin söyləyirdi:
Onun bacısı - mənim anam Bağırzadə Yaqut Zülfüqar qızı neft sahəsinin görkəmli şəxslərdən idi ömrünün 22 ilini Azərbaycan SSRi Nazirlər Sovetinin məhsul işçisi olub. Orden və medallarla təltif olunub."[2] |
Fəaliyyəti
redaktəZakir Bağırov Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyi dövrdə mədəniyyətimizin inkişafı üçün həqiqətən çox işlər gördü. Onun haqqında tədqiqat aparanlar yazırlar ki, Zakir Bağırovun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Bakı Xoreoqrafiya Məktəbi tikildi. Bir sıra mədəniyyət ocaqları təmir edildi, yeni orkestrlər yarandı. Gözəl memarlıq binasında yerləşən Mahnı Teatrı təşkil olundu. Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, Cəfər Cabbarlının ev-muzeyləri məhz onun nazir olduğu dövrdə açıldı. Azərbaycan sirk kollektivi də Zakir Bağırovun təşəbbüsü ilə yaradıldı. Zakir Bağırovu yaxından tanıyanlar onun çox səmimi və həssas ziyalı olduğundan söz açırlar. Xasiyyətindəki səxavətlilik, sözübütövlük, dəqiqlik, mərdlik, alicənablıq, yüksək nəzakətə malik olması ona mədəniyyət işçiləri arasında rəğbət qazandırmışdı. Zakir Bağırov Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Fikrət Əmirov, Toğrul Nərimanbəyov, Rəşid Behbudov kimi şəxsiyyətlərlə dostluq etməyi çox sevərdi. Hətta o zaman gənc bəstəkar olan Polad Bülbüloğluna da çox diqqət və qayğı ilə yanaşardı: "Mən inanıram ki, sən gələcəkdə Azərbaycanın mədəniyyət naziri olacaqsan. Ona görə də mədəniyyət aləminin ən kiçik detalından nəhəng abidəsinə kimi hər bir şeyi dəqiq bilməli və öyrənməlisən". Sonralar bu fikri dilə gətirən Polad Bülbüloğlu Zakir Bağırovu tez-tez xatırlayardı.
1989-cu ildə Bakıda vəfat edən Zakir Bağırov Azərbaycan mədəniyyətinə rəhbərlik edən beşinci nazir olub.[3]
Xarici səfərləri
redaktəZakir Bağırov 1987-ci ildə SSRİ və Türkiyə münasibətlərinin genişləndirilməsi məqsədilə Türkiyəyə getmiş və orada Mədəniyyət və Turizm Naziri Məsud Yılmazla görüşmüşdür.
Ailəsi
redaktəZakir Bağırov məşhur Bağırovlar nəslinin nümayəndəsidir. Bu ailədə göz açmış çox məşhur simalar olub: tarixçi-filosof Əhəd Bağırzadə, tarixçi Nüsrət Bağırov, polkovnik Adil Bağırov, filoloq Nuridə Bağırova və nəhayət, mədəniyyət xadimi, filosof-alim Zakir Bağırov. Bu ailənin nəsil şəcərəsindən olan Faiq Bağırov Azərbaycanın Türkiyədəki səlahiyyətli və fövqəladə səfiri olmuşdur.
Qalereya
redaktə-
Zakir Bağırovun Müslüm Maqomayev ilə görüşündən xatirə
-
Zakir Bağırovun iştirak etdiyi tədbirlərin birindən xatirə
-
Zakir Bağırovun xatirə fotoşəkillərindən biri
İstinadlar
redaktə- ↑ "Zakirlər". Milli.az. 7 İyun 2012. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
- ↑ https://ru.sputnik.az/life/20131010/299492803.html[ölü keçid]
- ↑ Flora Xəlilzadə, "Azərbaycan" qəzeti