Xoxanaberd - Wikipedia
Xanabert qalası və ya Xoxanabert — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır.[1]
Xanabert qalası | |
---|---|
40°03′27″ şm. e. 46°31′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Vəngli kəndi yaxınlığında |
Aidiyyatı | Xaçın knyazlığı |
Sifarişçi | Həsən Cəlal |
Tikilmə tarixi | XIII əsr |
Material | çay daşı |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 268 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXIII əsrdə Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır.[2] Keçaris monastırının bərpa edilməsi münasibətilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü "Xoxanabert qalasının hakimi" adlandırır.[3] Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular.[3] Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini "Xoxanabert hakimi" adlandırırdılar.[4]
Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, "… monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər."[5]
Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.[3]
Memarlıq xüsusiyyətləri
redaktəVaxtilə monqol ordusunu çəkindirmiş möhtəşəm istehkamlardan dövrümüzə yarıdağılmış vəziyyətdə müdafiə divarları və müxtəlif növlü binaların xarabalıqları qalmışdır.[3] Qala daxilində kvadrat formalı tikiliyə və 6 metr dərinlik və 3 metr enə malik üç su quyusu vardır.[3]
Qala divarları dağın zirvəsində kifayət qədər geniş bir ərazini əhatə edir. Qalanın xarabalıqları arasında pilləkən hissəsi yaxşı saxlanmış yarımdağılı vəziyyətdə olan tikili xüsusilə seçilir.[3] Qala divarlarından təxminən 30 metr aralıda böyük qayanın üstündə düzbucaqlı plana malik hündür tikilinin qalıqları dövrümüzə çatmışdır. Ehtimal ki, o, müşahidə qülləsinin qalıqlarıdır.[3]
İstinadlar
redaktə- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- ↑ Мкртчян, 1989. səh. 20
- ↑ 1 2 3 4 5 6 7 Мкртчян, 1989. səh. 21
- ↑ Улубабян, Б. Княжество Хачена в X—XVI веках. Ереван: Издательство Академии Наук Армянской ССР. 1975. 136.
- ↑ Гандзакеци, Киракос. История Армении. Москва. 1976. 171.
Ədəbiyyat
redaktə- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989