Xoca Film 2012 - Wikipedia
Xoca — 2012-ci ildə çəkilmiş film.[2]
Xoca | |
---|---|
ing. Xoca | |
Janr | müharibə |
Rejissor | Vahid Mustafayev |
Prodüser | Mir Şahin |
Əsərin müəllifi | Vahid Mustafayev |
Ssenari müəllifi | Vahid Mustafayev |
Baş rollarda |
İlqar Musayev — Ələkbər |
Operator | Afşin Əlizadə |
Bəstəkar | Yaşar Baxış |
Rəssam | Məcid Əlisalam |
İstehsalçılar | ANS TV, Bakıfilm |
İlk baxış tarixi | 2012 |
Filmin növü | bədii |
Müddət | |
Ölkə | Azərbaycan |
Dil | azərbaycan dili |
İl | 2012 |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Ağdam |
IMDb | ID3654624 |
“Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir. Baş prodüser Mir Şahin, prodüser Eyyub Danişvər, bəstəkar Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operator Afşin Əlizadə, montaj edən isə Elşad Rəhimovdur.
Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir[3].
Plagiat iddiası
redaktə2013-cü ildə musavat.com və minval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış "Brest qalası" filmindəki bir neçə epizodun eynilə təkrarlandığı iddia edib və bu barədə araşdırma videomaterial yayımlayıb.[4]
Filmin baş prodüseri Mirşahin Ağayev isə bu iddiaları təkzib edib.[5] Təkzibdən sonra musavat.com və minval.az saytları yeni bir açıqlama yayaraq iddialarını yenidən təkrar ediblər.[6]
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mais Məmmədov mövzu ilə bağlı açıqlamasında həm “Brest qalası”, həm də “Xoca” filmini dəfələrlə izlədiyini, “Xoca” filminin çəkilişlərində iştirak etdiyini söyləyərək, ortada heç bir plagiatlığın olmadığını bildirib.[7][8][9]
Daha sonra filmin rejissoru Vahid Mustafayev də plagiat iddiası ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.[10]
28 mart 2013-cü ildə “Brest qalası” filminin müəllifi Aleksandr Kott öz kinoəsəri ilə “Xoca” fimi arasındakı “oxşarlıq” iddialarını şərh edərkən “Xoca” filminin yaradıcılarına qarşı məhkəmə iddiası ilə çıxış etməyəcəyini açıqlayıb.[11] Həmin gün Mais Məmmədov isə rus rejissorun "Xoca" ilə bağlı səsləndirdiyi fikirlər haqda danışmaq istəmədiyini bildirib.[12] Sabahsı gün, 29 mart 2013-cü ildə rus rejissorun "Xoca" filmi barədə heç vaxt heç bir açıqlama vermədiyi iddia olunsa da[13] elə həmin gün rus rejissorun açıqlamasını yayan sayt isə rejissorun həqiqətən də "Xoca" filmi ilə bağlı açıqlama verdiyi iddiasını bir daha təkrar edib və bununla bağlı "skrinşot" foto təqdim edib.[14][15]
2018-ci ildə isə Minval.İnfo saytı film barədə oxşar plagiat iddiası irəli sürüb.[16]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Nigar Bahadırqızı: ““Xoca” filmi sənətimdə çevriliş oldu”
- ↑ Aygün. Qafqaz Universitetində “Xoca” filmi nümayiş olunub: //Üç nöqtə. — 2013.- 9 may.- S. 13.
- ↑ ""Xoca" filmi nümayiş etdirildi". 2012-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-26.
- ↑ ""XOCA" FİLMİNDƏ KOBUD PLAGİATLAR VAR". 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
- ↑ Mirşahindən “Xoca“nı bəyənməyənlərə sərt təpki – Müsahibə
- ↑ ""Xoca" qalmaqalı böyüyür — cavab". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
- ↑ "ANS: "Brest qalası" nə böyük filmdir ki, biz ondan oğurluq edək (Video)". 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
- ↑ "ANS-dən "plagiat" iddiasına orijinal cavab gəldi". 2013-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.
- ↑ Mais Məmmədov: ““Xoca”nın plagiat olması bu fikri səsləndirənlərin sayıqlamasıdır”[ölü keçid]
- ↑ Vahid Mustafayevdən plagiat ittihamına cavab: "Onda Şekspiri də suçlayaq"
- ↑ "Rusiyalı rejissor "Brest qalası" filmi ilə "Xoca"nın oxşarlığına reaksiya verdi: "Maraqlıdır, amma..."". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
- ↑ ""Xoca" filminin plagiat olması təsdiqləndi". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
- ↑ ""Brest qalası"nın rejissoru "Xoca" haqqında adından yayılan məlumatları uydurma adlandırdı". 2014-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
- ↑ ""Brest qalası"nın rejissoru adından Modern.az-ın xəbərini yalanlama cəhdi — SÜBUT+FOTO". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
- ↑ ""Brest qalası"nın rejissoru: "Xoca" filminin təqdimatında olmamışam, çünki…"". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
- ↑ "Azərbaycanın plagiat film və serialları – SİYAHI". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
Mənbə
redaktə- Mustafayev, V. Vahid Mustafayev: “Xırda adamlar böyük kinodan danışmasınlar”: [“Xoca” filminin rejissoru Vahid Mustafayevlə müsahibə] /müsahibəni apardı Sevinc Mürvətqızı //525-ci qəzet.- 2013.- 2 mart.- S.8-9.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- YouTubeda izlə
- TVSeansda filmi izlə (az.)
- Khoja: Xoca — Internet Movie Database saytında
- Bakı Filmin rəsmi saytında — Xoca
- Xoca — KinoTap səhifəsi (az.)
- Xoca — Facebook səhifəsi
- Xoca — Trailer
- Vahid Mustafayev "Pen klub"un canlı efirində! "Xoca" filmi necə alınıb?
- «Xoca» ilə özümüzü tanıtmaq(mı?) (REAKSİYA) Arxivləşdirilib 2015-04-01 at the Wayback Machine
- “ANS əsəblərimizlə oynamasın!” — Milli Qəhrəman övladından sərt təpki