Xarici Kesfiyyat Xidmeti Azerbaycan - Wikipedia
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır.[1]
Xarici Kəşfiyyat Xidməti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 14 dekabr 2015 |
Əvvəlki qurum | Milli Təhlükəsizlik Nazirliyi |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti |
Baş qərargah | Bakı |
Rəhbərlik | |
Rəis | Orxan Sultanov |
|
|
Rəsmi saytı | xkx.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəXarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.
Tarixi
redaktəİkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub.[2] Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-17.
- ↑ "Azərbaycan ilk dəfə olaraq Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsini göstərdi". pia.az. pia.az. İstifadə tarixi: 16 dekabr 2020.