Azerbaycan Respublikasi Milli Tehlukesizlik Nazirliyi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.[1]
Milli Təhlükəsizlik Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 1 noyabr 1991 |
Əvvəlki qurum | Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi |
Ləğv edilib | 14 dekabr 2015 |
Sonrakı | |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Parlament Prospekti 2, AZ1006 |
Rəsmi saytı | mns.gov.az |
Haqqında
redaktəNazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ-hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər.
Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir.[2]
Milli təhlükəsizlik nazirləri
redaktə- İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992)
- Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993)
- Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994)
- Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004)
- Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015)
Vəzifəni icra edənlər
redaktə- Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995)
- Mədət Qəzənfər oğlu Quliyev (i. e. 20 oktyabr – 14 dekabr 2015)
İstinadlar
redaktə- ↑ "MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ LƏĞV OLUNDU, 2 YENİ QURUM YARADILDI. azpolitika.info". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
- ↑ "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi. azerbaijans.com". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.