Xezri Kulek - Wikipedia
Xəzri_(külək) - Haqqında Məlumat
Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi.[1]
Xarakteristikası
redaktəXəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır.
Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.[2]