Xidir Mescidi - Wikipedia
Xıdır məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi.
Xıdır məscidi | |
---|---|
40°21′54″ şm. e. 49°50′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Maqomayev küçəsi, 24 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | 1301 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 84 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
redaktəXıdır məscidi 1301-ci ildə İçərişəhərdə indiki M.Maqomayev küçəsi 24 ünvanında tikilib.[1][2] İki mərtəbəlidir lakin mərtəbələr arasında əlaqə yoxdur.[3]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4] Xıdır məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.
1988-ci ildə dаş qübbənin аşаğı mərtəbəsində arxeoloji qazıntılar və pоrtаlda bərpа işləri aparılıb. Bundan sonra məlum olub ki, məscid atəşpərəst məbədi üzərində inşa olunub.[5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6][7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Леонид Семенович Бретаницкий. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока / Главная редакция восточной литературы. — Наука, 1966.. — С. 400. — 556 с.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. 48. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ Fərhadoğlu, Kamil. İçərişəhər (az.). Bakı: Ş-Q və Çinar-çap. 2006. 132. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ "Içərişəhər :: Ölkə Əhəmiyyətli Abidələr". web.archive.org. 2015-06-18. Archived from the original on 2015-06-18. İstifadə tarixi: 2024-01-30.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ İbrahimov, Ramid. "İçəri Şəhərdəki sirli Dördbucaqlı qala haqqında nə bilirik?". www.anl.az. 2014-02-22. səh. 13. 2014-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.