Xususi Daimikecid 7778766 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
"Tərcüməçi" istifadəçi qrupunun yaradılması ilə bağlı
Salamlar. Təklif edirəm ki, maşın tərcüməsi ilə bağlı problemlərin istiqamətində bu addımı ata bilərik. Tərcümə aləti üçün xüsusi istifadəçi qrupu yaradılır və bu hüquq VP:İHM-də müraciət nəticəsində istifadəçilərə verilir. Qəbul edilərsə, bu alətdən sadəcə bu qrupa alınan istifadəçilər istifadə edə biləcək, bununla da məzmunla bağlı problemlər nisbətən azalacaq. Hörmətlə, Gadirmüzakirə 12:01, 16 iyun 2024 (UTC)
- Lehinə: Hörmətlə, Gadirmüzakirə 12:01, 16 iyun 2024 (UTC)
- Əleyhinə: Xüsusi:ContentTranslation aləti üçün deyirsinizsə ehtiyac yoxdur. Bizdə bu alətdən demək olar ki istifadə olunmur. Sadəcə Solavirum istifadə edir. Bunun xüsusi qrupa verilməsi heç nəyi dəyişdirməyəcək. Google Translate-dən kopyalanan mətnin qarşısını ala bilməz bu. Nemoralis (müzakirə) 14:02, 16 iyun 2024 (UTC)
- Əleyhinə: Məzmuna heç bir təsiri olmayacaq. Daha əvvəl həll olunmalı problemlər var.— Bikar müzakirə 14:05, 16 iyun 2024 (UTC)
- Əleyhinə: o problem ancaq həmin istifadəçiləri uzunmüddətli vikidən uzaqlaşdırmaqla həll oluna bilər. nə xəbərdarlıqlar işə yarayır, nə də digər şeylər. Atakhanli (müzakirə) 14:23, 16 iyun 2024 (UTC)
- Bitərəf: Bu cür qrup artıq mövcuddur, lakin ölü vəziyyətdədir. Əvəzinə həmin qrupu ciddi şəkildə dəyişib, onu canlandırmaq təkif edirəm. — Мурад 97 (müzakirə) 17:28, 17 iyun 2024 (UTC)
- Əleyhinə: Sözügedən istifadəçi qrupunun yaradılması iddia olunan problemin həllində heç bir rol oynamayacaq. Azviki kimi kiçik vikipediyalarda belə xüsusiyyətləri tətbiq etmək və faydalı bir nəticə əldə etmək sadəcə olaraq mümkün deyil. Əgər hər hansısa bir istifadəçi qrupu mövcuddursa, bunun bir əsas və mənası olmalıdır. Qrup yaratmaq xətrinə, istifadəçi qrupunun yaradılmasına qarşıyam. — Kholat Syakhl (müzakirə) 08:43, 19 iyun 2024 (UTC)
- Əleyhinə: - Dr.Wiki54 (müzakirə) 22:24, 29 iyun 2024 (UTC)
Şərhlər
Nemoralis, 3k məqalə yaradan istifadəçi bunun vasitəsilə o saya çatıb. Hörmətlə, Gadirmüzakirə 14:36, 16 iyun 2024 (UTC)
- və? Məqalələrində problem varsa bildirin də? Niyə kökündən vurursunuz baltanı? Anonimlər həmişə vandalizm edir deyə anonimlərə redaktəni bağlayaq? Nemoralis (müzakirə) 14:42, 16 iyun 2024 (UTC)
- Təəssüf ki, bu barədə nə müraciətlərə məhəl qoyurlar, nə də fəaliyyətlərində bu istiqamətdə ciddi düzəlişlər edirlər. Bu arada, bu alət kifayət qədər istifadə edilir, yeni gələn bir istifadəçi Google Translate-dən çox buna müraciət edir, qrup yaratmağımız pis olmaz, trvikidə də tətbiq ediblərmiş. Vaxtilə bizdə yeni məqalə yaratma icazəsinin minimum "avtotəsdiqlənmiş istifadəçi" olan istifadəçilərə verilməsi müzakirə olunurdu. Belə məhdudiyyətlər yeri gələndə vəziyyətə görə normaldır, "baltanı kökündən vurmaq"la əlaqəsi yoxdur, onda digər istifadəçi qrupları da boş yerədir? Hörmətlə, Gadirmüzakirə 14:47, 16 iyun 2024 (UTC)
- Hə, addəyişdirici, yükləyici kimi qruplar boş yerədir və ehtiyac yoxdur. Müraciətlərə məhəl qoymurlarsa, 2-ci, 3-cü dəfə yazın, yenə də məhəl qoymurlarsa blok. Könüllü layihə olduğunu unudursunuz bəzən. Nemoralis (müzakirə) 15:03, 16 iyun 2024 (UTC)
- Şəxsi fikrinizdir, amma gərək olub ki, o qruplar yaradılıb. O qədər lazımsız addəyişmələr olurdu ki. O qədər yanlış fayllar yüklənirdi ki, heç bunların təftişi də getmirdi. Addəyişmələr də gözdən itirdi, redaktələr, səhifələr kimi. Enviki və bir neçə vikidə IP-lər yeni səhifə aça bilmirlər, sizcə, onlar yanlış ediblər? Xeyr, sadəcə vikinin mövcud vəziyyətini hesablayıblar. Bizdə indi bunu edirik, sonra vəziyyət daha yaxşı olanda ehtiyac olmadığını görüb müzakirə ilə qaldırıra bilərik (uzun da çəksə). Yox, unutmuram, amma lütfən deyin mənə, hara qədər xəbərdarlıq? Xeyri yoxdu, yeni gələnlər məhəl qoyacaq? Birbaşa bloklasan olmayacaq. Vaxt gedir, məqalələrini gözləyib silməyə (üzərində də bilirsən ki, düzəliş edən deyillər, həmişəki kimi eləcə də tərk edilib). Elə də olur gözdən it-bat olur, onunla da getdi. Bu alətlə kifayət qədər məqalə yaradırılır (spamlar da daxil), sadəcə Solavirum deyil. Google Translate buna baxanda əziyyətlidir deyə əvvala seçim bu olur, bunu istifadə edirlər. Hüquq inzibatçılar və patrullarda (avtopatrullar da ola bilər) avtomatik olacaq. Fikir bildirənlərdən və bildirəcəklərdən diqqətlə müzakirəni oxuyub bunları nəzərə alıb fikir bildirməyi xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 21:39, 18 iyun 2024 (UTC)
- Mən uzun müddətdir ki, vikipediyadayam, deyə bilərəm ki, addəyişdirici hüququ yaranana qədər addəyişmə məsələsi AzViki üçün problemli məsələ olmayıb. Kim istəyirdi, ad dəyişə bilirdi. Arada vandalizm olanda qaytarırdıq. Mən şəxsən elə period xatırlamıram ki, məqalələrin adları vandallar tərəfindən tez-tez dəyişdirilsin. Hətta deyim ki, son 10 il ərzində ən böyük addəyişmə vandalizmini elə bu hüquqa malik "etibarlı" bir istifadəçi edib. Heç bu hüquq olmayan dövrdə belə kütləvi vandalizm halı olmamışdı. EnVikidə isə bütün məqalələrdə "ad dəyişə bilməmə" söhbəti yoxdur. O, ancaq vacib məqalələrə aiddir. 90% halda məqalələrin adınə dəyişə bilirsən. Kosmik Ozan utora! 00:24, 19 iyun 2024 (UTC)
- Mən TrVikidə demək olar ki, fəaliyyət göstərmirəm. Bir müddət əvvəl TrVikiyə girib bütün manqa məqalələrin adlarını təftiş edib türkcə yayımlanmış olanların adlarına uyğun formada addəyişmə icra etmişdim. İndi təsəvvür et ki, orada da belə tələb olsaydı, yalvara-yalavara qalacaqdım ki, götürün bu məqalələrin adlarını dəyişin. Gəl adam tap ki, kim mraciətinə tez cavab verəcək. Heç həvəs də olmazdı, başını buraxardım, məqalələrin adları da belə qalacaqdı. Kosmik Ozan utora! 00:28, 19 iyun 2024 (UTC)
- @White Demon, siz səhv etmirəmsə, hər iki hüququn (addəyişdirici və yükləyici) idxalını dəstəkləmişdiniz. Bu hüquqlar vikiləri nizamlayır, mən bunları sırf qrup naminə deyil, ehtiyac naminə təklif edirəm, mənim fikirlərimlə razılaşmaya bilərsiniz, normaldır. Amma, məncə, indiki halda ehtiyac var, əvvəllər vikidə aktivlik yuxarı olub, indi elə deyil. Bu alətlə necə gəldi məqalələr yaradılır və sonrasını bilirsiniz. Ən azından, bundan istifadəyi yeni gələnlərə məhdudlaşdıraq və etimad edib güvəndiyimiz, fəaliyyəti qənaətbəxş olan istifadəçilərimizə verək. Nemoralisin aşağıdakı şərhinə də elə yazmışkən burada cavab verirəm. Qrup idxal etməyək, nə edək? Niyə lazım deyil? Bikarla mənim yeni istifadəçi qruplarının idxalında marağımız var. Məsələn, ana səhifə ilə bağlı qrup, mümkün olarsa, əla olar. Bu məntiqlə onda "yoxlayıcı", "avtopatrul" və s. qrupları da ləğv edək getsin? Patrul sistemimiz ortadadır. 500 redaktədən sonra bütün redaktələr qaynayıb gedir. Sonra ləğv dedikdə, onu nəzərdə tuturam ki, indi ehtiyac var, daha sonra nə vaxt aktivlik yuxarı olar, istifadəçi sayımız çox olar, sistemimiz yaxşı olar, o vaxtı da görərik lazım deyil danışıb ləğv edərik. Hörmətlə, Gadirmüzakirə 16:48, 19 iyun 2024 (UTC)
- Əlavə olaraq onu da deyim ki, bu alətdən istifadə ilə yaradılan məqalələrə bir az müddət verib gözləməliyik ("iş gedir" şablonu olmasa da), amma bilirik ki, eləcə tərk olunub və üzərlərində dəyişikliklər olunan da deyil. Bu məqalələr gözlənilmədən daha tez bir zamanda silinir və bu, inzibatçıların inzibatçı alətlərindən istifadəyə hesablanır. Arzuolunan hal deyil, xeyli də istifadə var, hər dildən də adam məqalə yaradır, nəyinə xəbərdarlıq edəsən, necə edəsən, amma bütün bunlara baxmayaraq təklif qəbul olunmayacaq deyəsən. Hörmətlə, Gadirmüzakirə 19:51, 19 iyun 2024 (UTC)
- Mən TrVikidə demək olar ki, fəaliyyət göstərmirəm. Bir müddət əvvəl TrVikiyə girib bütün manqa məqalələrin adlarını təftiş edib türkcə yayımlanmış olanların adlarına uyğun formada addəyişmə icra etmişdim. İndi təsəvvür et ki, orada da belə tələb olsaydı, yalvara-yalavara qalacaqdım ki, götürün bu məqalələrin adlarını dəyişin. Gəl adam tap ki, kim mraciətinə tez cavab verəcək. Heç həvəs də olmazdı, başını buraxardım, məqalələrin adları da belə qalacaqdı. Kosmik Ozan utora! 00:28, 19 iyun 2024 (UTC)
- @Gadir, "indi əlavə edək, sonra silərik" nə deməkdir? Burda oyun oynamırıq axı. Həqiqətən lazımdırsa əlavə olunmalıdır. Bu alətlə məqalə yaradılma tempi o qədər də yüksək deyil: [1]. Əksəriyyəti elə Solavirumdur. Xəbərdarlıqsız bloklamaq doğru deyil, səhvini izah etmək lazımdır. İzah edəndən sonra özünü görməməzliyə vurursa hə, onda bloklamaq olar. Amma siz deyirsiniz ki, xəbərdarlıq vermək istəmirəm, gəlin bu aləti kökündən bağlayaq. Sizə bu "qrup fətişi"ndən əl çəkməyinizi tövsiyə edirəm, bu qədər qrup azvikiyə lazım deyil. Misal üçün: [1] Nemoralis (müzakirə) 03:11, 19 iyun 2024 (UTC)
- @Nemoralis qrup fetişi bu başlıq altında aparılan müzakirədə ən yerində işlənmiş sözdür. @Gadir elə zənn edir ki, bu tip şeylər Azvikiyə fayda verəcək. Ümumiyyətlə, Azvikidə dayanmadan hansısa səsvermə keçirmək, yeni nələrsə yaratmaq tempini bir az aşağı salmaq lazımdır. Gündə bir təklif, gündə bir idea çox mənasız görünür. Bir var ki, hansısa tədbir haqqında elan, məlumat və ya 2 istifadəçi arasındakı problemin müzakirəsi, birdə var ki, ayda 2-3 dəfə açılan gəlin belə bir şeyi yoxlayaq görək necə alınır məzmunlu başlıqlar. Kimsə belə şeylərin Azərbaycanca Vikipediyaya fayda verdiyini düşünürmü ? Şəxsən mən düşünmürəm. Kholat Syakhl (müzakirə) 10:27, 19 iyun 2024 (UTC)
- Azərbaycan dilini bilməyən istifadəçilərin məqalə xətrinə bu alətlə məqalələr açması iş yükümüzü artırmağa xidmət edir sadəcə. Hesab edirəm ki, onlara bu hüquqdan istifadəyi vaxtında məhdudlaşdırmaq lazımdır. Eləcə məqalə açıb gedirlər, açdıqları məqalələr də elə vaxt olur it-bat olub gedir, yararsız məqalə kimi vikidə qalır. Hörmətlə, Gadirmüzakirə 02:49, 27 iyun 2024 (UTC)
- @Nemoralis qrup fetişi bu başlıq altında aparılan müzakirədə ən yerində işlənmiş sözdür. @Gadir elə zənn edir ki, bu tip şeylər Azvikiyə fayda verəcək. Ümumiyyətlə, Azvikidə dayanmadan hansısa səsvermə keçirmək, yeni nələrsə yaratmaq tempini bir az aşağı salmaq lazımdır. Gündə bir təklif, gündə bir idea çox mənasız görünür. Bir var ki, hansısa tədbir haqqında elan, məlumat və ya 2 istifadəçi arasındakı problemin müzakirəsi, birdə var ki, ayda 2-3 dəfə açılan gəlin belə bir şeyi yoxlayaq görək necə alınır məzmunlu başlıqlar. Kimsə belə şeylərin Azərbaycanca Vikipediyaya fayda verdiyini düşünürmü ? Şəxsən mən düşünmürəm. Kholat Syakhl (müzakirə) 10:27, 19 iyun 2024 (UTC)
- Mən uzun müddətdir ki, vikipediyadayam, deyə bilərəm ki, addəyişdirici hüququ yaranana qədər addəyişmə məsələsi AzViki üçün problemli məsələ olmayıb. Kim istəyirdi, ad dəyişə bilirdi. Arada vandalizm olanda qaytarırdıq. Mən şəxsən elə period xatırlamıram ki, məqalələrin adları vandallar tərəfindən tez-tez dəyişdirilsin. Hətta deyim ki, son 10 il ərzində ən böyük addəyişmə vandalizmini elə bu hüquqa malik "etibarlı" bir istifadəçi edib. Heç bu hüquq olmayan dövrdə belə kütləvi vandalizm halı olmamışdı. EnVikidə isə bütün məqalələrdə "ad dəyişə bilməmə" söhbəti yoxdur. O, ancaq vacib məqalələrə aiddir. 90% halda məqalələrin adınə dəyişə bilirsən. Kosmik Ozan utora! 00:24, 19 iyun 2024 (UTC)
- Şəxsi fikrinizdir, amma gərək olub ki, o qruplar yaradılıb. O qədər lazımsız addəyişmələr olurdu ki. O qədər yanlış fayllar yüklənirdi ki, heç bunların təftişi də getmirdi. Addəyişmələr də gözdən itirdi, redaktələr, səhifələr kimi. Enviki və bir neçə vikidə IP-lər yeni səhifə aça bilmirlər, sizcə, onlar yanlış ediblər? Xeyr, sadəcə vikinin mövcud vəziyyətini hesablayıblar. Bizdə indi bunu edirik, sonra vəziyyət daha yaxşı olanda ehtiyac olmadığını görüb müzakirə ilə qaldırıra bilərik (uzun da çəksə). Yox, unutmuram, amma lütfən deyin mənə, hara qədər xəbərdarlıq? Xeyri yoxdu, yeni gələnlər məhəl qoyacaq? Birbaşa bloklasan olmayacaq. Vaxt gedir, məqalələrini gözləyib silməyə (üzərində də bilirsən ki, düzəliş edən deyillər, həmişəki kimi eləcə də tərk edilib). Elə də olur gözdən it-bat olur, onunla da getdi. Bu alətlə kifayət qədər məqalə yaradırılır (spamlar da daxil), sadəcə Solavirum deyil. Google Translate buna baxanda əziyyətlidir deyə əvvala seçim bu olur, bunu istifadə edirlər. Hüquq inzibatçılar və patrullarda (avtopatrullar da ola bilər) avtomatik olacaq. Fikir bildirənlərdən və bildirəcəklərdən diqqətlə müzakirəni oxuyub bunları nəzərə alıb fikir bildirməyi xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 21:39, 18 iyun 2024 (UTC)
- Hə, addəyişdirici, yükləyici kimi qruplar boş yerədir və ehtiyac yoxdur. Müraciətlərə məhəl qoymurlarsa, 2-ci, 3-cü dəfə yazın, yenə də məhəl qoymurlarsa blok. Könüllü layihə olduğunu unudursunuz bəzən. Nemoralis (müzakirə) 15:03, 16 iyun 2024 (UTC)
- Təəssüf ki, bu barədə nə müraciətlərə məhəl qoyurlar, nə də fəaliyyətlərində bu istiqamətdə ciddi düzəlişlər edirlər. Bu arada, bu alət kifayət qədər istifadə edilir, yeni gələn bir istifadəçi Google Translate-dən çox buna müraciət edir, qrup yaratmağımız pis olmaz, trvikidə də tətbiq ediblərmiş. Vaxtilə bizdə yeni məqalə yaratma icazəsinin minimum "avtotəsdiqlənmiş istifadəçi" olan istifadəçilərə verilməsi müzakirə olunurdu. Belə məhdudiyyətlər yeri gələndə vəziyyətə görə normaldır, "baltanı kökündən vurmaq"la əlaqəsi yoxdur, onda digər istifadəçi qrupları da boş yerədir? Hörmətlə, Gadirmüzakirə 14:47, 16 iyun 2024 (UTC)
Qəbul edilmədi. Hörmətlə, Gadirmüzakirə 15:26, 8 iyul 2024 (UTC)
UEFA Avro 2024
Salamlar, Avro 2024 həyəcanımız keçməmiş bir şey təklif etmək istəyirəm. Belə ki, Avro 2024 məqalələri azvikidə yox dərəcəsindədir. Halbuki aktual mövzu olduğu üçün oxucuların tez-tez internetdə müraciət etdiyi və axtardığı mövzudur və bu mövzuda azvikidə məqalələr yaradılsa fikrimcə çox oxunacaq və faydalı olacaq. Təklif edirəm ki, idmana marağı olanlar bu mövzuda məqalələr yaratsın. Hətta bu mövzuda töhfə verənlərə mükafat da vermək olar. Bu istiqamətdə aktivliyin yaradılması üçün başqa hansı təklifiniz var? Sura Shukurlu (müzakirə) 21:52, 19 iyun 2024 (UTC)
- Ermənicə vikipediya keçirir, özü də bir neçə mərhələdən ibarət olan mükafatlı müsabiqə. Kosmik Ozan utora! 22:32, 19 iyun 2024 (UTC)
- Yaxşı fikirdi, eləmək lazımdır. Moses :) 06:29, 20 iyun 2024 (UTC)
- @Sura Shukurlu önəmli mövzuların konkret siyahısın çıxarmaq lazımdır təcrübəli istifadəçilərin iştirakı ilə. sonra qoşulan hər təcrübəli marağı olan istifadəçi 2 məqalə yaratsa xeyli fayda vermiş olarıq. amma maşın tərcüməsi və 5-6 cümlə yazıb əl çəkmək yox. əməlli məqalə hazırlamaq. kontentli. sonda bütün ən aktiv iştirakçılara medal vermək olar. Atakhanli (müzakirə) 19:07, 20 iyun 2024 (UTC)
- Daimi yenilənən hadisələrlə bağlı məqalələri işləmək çətin olur. Amma dəqiqləşdirilmiş məlumatların əlavə edilməsinə çalışacam. Nəsə müsabiqə keçirmək üçün gecdir. Eminn (müzakirə) 07:50, 21 iyun 2024 (UTC)
Vikiverilənlər → Vikidata
Salam, dostlar. Bu layihənin adının dəyişdirilməli olduğunu düşünürəm. Haqqında danışdığımız "data" ifadəsi informatika elmindən bizə "verilən" kimi tanışdır. Son illərdə bu elmin inkişaf etməsi ilə dilimizə yeni sözlər, terminlər daxil edilib. Sevindiricidir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin 2021-ci il buraxılışında "data", "dataqram", "datakart" kimi terminlər öz əksini tapıb. Bununla yanaşı, "verilən" sözü də saxlanılıb (verilənlər bazası (database) mənasında). Bu baxımdan "verilən(lər)" sözünün "data" sözü ilə əvəz etməyin mümkün olduğunu düşünürəm. Bu həm də ümumişləkliyə dəstək verəcək. Fikirləriniz önəmlidir.
- Lehinə: təklifi irəli sürən olaraq — Toghrul R (m) 18:19, 20 iyun 2024 (UTC)
- Lehinə:— Bikar müzakirə 18:27, 20 iyun 2024 (UTC)
- Lehinə: — Xeyal (müzakirə) 18:31, 20 iyun 2024 (UTC)
- Lehinə:--Kosmik Ozan utora! 18:44, 20 iyun 2024 (UTC)
- Lehinə: — Vusalsuvarov1996 (müzakirə) 18:54, 20 iyun 2024 (UTC)
- Lehinə: Atakhanli (müzakirə) 19:04, 20 iyun 2024 (UTC)
- Lehinə: — C Mirəli2001 (müzakirə) 19:43, 20 iyun 2024 (UTC)
- Lehinə: Hörmətlə, Gadirmüzakirə 19:55, 20 iyun 2024 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 00:57, 21 iyun 2024 (UTC)
- Lehinə: Moses :) 05:21, 21 iyun 2024 (UTC)
- Lehinə: "data" ümumişlək sözə çevrilin. Dəyişdirilə bilər. Eminn (müzakirə) 07:51, 21 iyun 2024 (UTC)
- Əleyhinə: Data beynəlxalq söz ola bilər, bizdə də ümumişlək sözə çevrilə bilər. Amma bu sözün Azərbaycan dilində alternativi var. Ümumiyyətlə dilçilikdə bir məhfumu ifadə edəndə əgər onun Azərbaycan dilində ifadəsi yoxdursa, bu halda beynəlxalq sözlərə müraciət edilir. Yəni sözü dildə alternativ söz olmayanda işlədilməsinə üstünlük verilir. Viki verilənlər deyə ifadə varsa və bu layihənin mahiyyətini açırsa elə də qalmalıdır. --Tarixi Nadir (müzakirə) 08:21, 21 iyun 2024 (UTC)
- Lehinə: - Dr.Wiki54 (müzakirə) 09:40, 21 iyun 2024 (UTC)
- Əleyhinə: Mən Vikiverilənlərin də əleyhinəyəm. Nə üçün Vikiməlumat yox məhz Vikiverilənlər və ya gələcəkdə dəyişdirilməsi nəzərdə tutulan Vikidata? --Patriot (müzakirə) 15:43, 21 iyun 2024 (UTC)
- Lehinə: Azərbaycan dilinin orfoqrafiya lüğətində Data sözünün olmasına görə lehinə səs verirəm.--Kholat Syakhl (müzakirə) 16:29, 21 iyun 2024 (UTC)
- Lehinə: — Data sözünün lüğətə daxil edilmədiyi dillərdə Vikidata sözü də fərqli ifadə olunur. Lakin nəzərə alsaq ki, bu ifadə Vikimediya Fondunun layihəsi ilə əlaqədar ortaya çıxmışdır və bir layihənin adının müxtəlif dillərdə eyni cür yazılışına və tələffüzünə müvafiq dillərdəki qaydalar imkan verirsə, ümumişləkliyi təmin etmək və fikri daha sürətli çatdırmaq üçün niyə də eyni adlandırmadan istifadə olunmasın? Təklif edilən söz bizim lüğətdə mövcuddur və hər hansı maneə görmürəm. Lüğətdə olmasa idi, bu başqa məsələ.--Firuza (müzakirə) 17:49, 21 iyun 2024 (UTC)
- Lehinə: dəstəkləyirəm. Mən həmişə data və data bazası sözlərini işlətmişəm. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:26, 4 iyul 2024 (UTC)
Şərhlər
@En Merker Azərbaycan dilinin orfoqrafiya lüğətinin 2021-ci il buraxılışında "data" və ondan törəmə mürəkkəb sözlər var. Açıqlamada bu barədə izah vermişəm — Toghrul R (m) 09:38, 21 iyun 2024 (UTC)
- Açıqlamanız ilə tanış olmuşam. Data sözünün lüğətə salınmasını da bilirəm. Amma dilimizdə "Verilənlər" sözü var. Bu da hərfi tərcümədə elə "Data" deməkdir. Yəni "Data" sözünü "Verilənlər" ifadəsinin sinonimi hesab etmək olar. Bu halda onun dəyişdirilməsində zərurət görmürəm. Nəyə görə zərurət görmürəm deyə yuxarıda izahını vermişəm. Məs. "Mentalitet" və ya "mentallıq" sözləri alınmadır. Bununa yanaşı "Milli dəyərlər" ifadəsi var. Amma "Milli dəyərlər" ifadəsi nəzərdə tutulan fikri ifadə edə blmədiyi üçün "Mentalitet" və "mentallıq" sözləri ümümişlək sözlərə çevrilib. Bu halda isə "Data" sözü "Verilənlər" ifadəsinin sinonimidir. Ona görə də Azərbaycan dilində olan sözün saxlanılmasına üstünlük verilməsinin tərəfdarıyam. Tarixi Nadir (müzakirə) 10:28, 21 iyun 2024 (UTC)
- @En Merker təbii ki, milli sözlər üstünlük təşkil etməlidir, amma fikrimcə, informatika ən sürətlə inkişaf edən sahə olduğuna görə "data" həm ümumişlək sözdür, həm də daha rahat. Heç kim "verilənlərin analitikası" demir, "data analitikası" deyirlər. @Patriot Kor "məlumat" sözü uyğunsuzdur, çünki çox geniş anlayışdır, "informasiya" ilə sinonimdir. "Data" sözü statik rəqəmsal məlumatları özündə ehtiva edir, Vikidata həmin datalar üzərində qurulub — Toghrul R (m) 16:54, 21 iyun 2024 (UTC)
- Kiçik bir araşdırma apararaq bir neçə dildə bu məsələyə aid məlumatlarla tanış oldum. "Data" beynəlxalq sözdür. Demək olar əksər dillərdə lüğətə daxil edilib. Lakin türk dilində "Data" yox, "Vikiveri ögesi", Rus dilində "Элемент Викиданных", qazax dilində "Уикидерек элементі" kimi verilib. Halbuki hər üç dildə "Data" sözü lüğətə daxildir və ümumişlək sözdür. Dəyişikliyə lüzum olmadığını yuxarda əsaslandırmağa çalışmışam. --Tarixi Nadir (müzakirə) 20:21, 21 iyun 2024 (UTC)
- @En Merker açığı, mənim problemim sözün uzunluğundadır. "Verilənlər" sözü isə 10 hərflidir. Sadaladığınız dillərdə olan qarşılıqları 4-6 hərf aralığındadır. Yəni iki dəfə qısa.
- Bundan əlavə, ümumiyyətlə, bilmirəm, bu "verilənlər" sözünü informatikaya kim gətirib, amma görünür birbaşa rus dilindən tərcümə ediblər və mənasız səslənir. Gərək başa salasan ki nə verilir, niyə verilir və s. Çox uğursuz sözdür — Toghrul R (m) 04:06, 22 iyun 2024 (UTC)
Yekunlaşdırma Səs çoxluğu ilə dəyişdirilməsinə qərar verildi — Toghrul R (m) 07:38, 5 iyul 2024 (UTC)
20 iyunda Azərbaycanda baş verən təbii fəlakətlər
Salamlar. 20 iyunda Azərbaycanın Qərb bölgəsində baş verən təbii fəlakətlərlə bağlı əhəmiyyətli sayıb məqalə yazmaq olar? Yəni belə hadisələr ümumən çox olur, amma düşünürəm ki, maraqlı istifadəçilər varsa, tərtib edə bilərlər. Məzmuna görə qiymətləndirilə və müzakirə oluna bilər. Xəbər kimi Ana səhifəyə əlavə edirəm. Hörmətlə, Gadirmüzakirə 20:08, 21 iyun 2024 (UTC)
- Söhbət hansı fəlakətdən gedir ümumiyyətlə? link pls. — Bikar müzakirə 20:11, 21 iyun 2024 (UTC)
- [2] Hörmətlə, Gadirmüzakirə 20:27, 21 iyun 2024 (UTC)
- Sarı xəbərdarlıqdı, çox uzunmüddətli davam etsə və ya qırmızı xəbərdarlıq olsa ola bilər. İndiki halda ensiklopedik hesab etmirəm. — Bikar müzakirə 20:39, 21 iyun 2024 (UTC)
- [2] Hörmətlə, Gadirmüzakirə 20:27, 21 iyun 2024 (UTC)
- Bizdə belə təbii fəlakətlər və meşə yanğınları tez-tez olur, ensiklopedik hesab etmirəm. Kosmik Ozan utora! 22:18, 21 iyun 2024 (UTC)
- Bir az düşündüm, haqlısız, Ana səhifədən də çıxardım o zaman. Hörmətlə, Gadirmüzakirə 00:21, 22 iyun 2024 (UTC)
2024-cü ildə Azərbaycan məqaləsində qeyd etmək olar. --Мурад 97 (müzakirə) 19:12, 24 iyun 2024 (UTC)
- Xəbərlər bölməsi artıq bəzi istifadəçilər üçün xəbər saytı ya da telegram kanalı olub. Kim ürəyi hansı xəbəri istəyir əlavə edir, kim istəyir çıxarır. Konkret tələblər qoymaq lazımdır o bölmə üçün. Digər vikilərdə xəbərlər bölməsinə o xəbərləri yerləşdirirlər ki, xəbərlə əlaqəli məqalə olsun. Bizdə az qala bəzi telegram kanalları kimi hər dəqiqə yeni xəbər əlavə edilir. Mən ümumiyyətlə təklif edirəm ki, o bölməni ləğv edək, özümüzdən başqa heç kim oxumur. Nemoralis (müzakirə) 19:25, 24 iyun 2024 (UTC)
- Konkret tələblər də qoysaq, lap belə müzakirə ilə də təyin edib seçsək, lazımi nəticə - aktivlik olacağına inanmıram. Düzdü, razıyam ki, məqaləsi olmayanlar qoyulmasın, mən buna diqqət etməyə çalışıram, bəzən vaxt edəndə yaradıram, alınmırsa, qoymuram, bəlkə çox-çox vacibdirsə, qoyaram. Əlavə etdiyim xəbərlərə də diqqət edirəm, elə qoyuram. Bu hadisə də başa düşdüm ki, qeyri-ensiklopedikdir və dərhal çıxardım, sadəcə həm də başlıq az idi deyə əlavə etmişdim, o da ki, düz deyil. Ləğvi ilə isə razı deyiləm, təkmilləşdirmək üçün müzakirələr açmaq olar. Hörmətlə, Gadirmüzakirə 19:29, 24 iyun 2024 (UTC)
- Məsələn, @Atakhanli əlavə etdiyi son 2 xəbərdən birində məqalə yoxdur, digəri də sual yaranır ki, nə qədər əhəmiyyətlidir, orada olmalıdırmı? Hörmətlə, Gadirmüzakirə 19:30, 24 iyun 2024 (UTC)
- Nemoralis, razı deyiləm. AzVikini oxuyanlar, amma burda yazmayanlar saytın xəritəsi ilə bizimki dərəcədə tanış deyilər (məs. bu cür oxuyucu son dəyişiklər səhifədə yeni yaradılmış məqalələrin siyahısını necə açmaq olar bilməyə bilər). Həmin bölmə belə oxucular üçün AzVikinin ən yeni məqalələrlə tanış olmağa kömək edir. --Мурад 97 (müzakirə) 19:57, 24 iyun 2024 (UTC)
- Məsələ odur ki, məqaləsi olan xəbərləri əlavə etmək lazımdır. Məqaləsi olmayanları yox. Kosmik Ozan utora! 19:59, 24 iyun 2024 (UTC)
- Düzdür. Sadəcə, bölməni ümumiyyətlə yığıştırmaq təklif olunub. Ona reaksiya vermişdim. --Мурад 97 (müzakirə) 20:21, 24 iyun 2024 (UTC)
- Məsələ odur ki, məqaləsi olan xəbərləri əlavə etmək lazımdır. Məqaləsi olmayanları yox. Kosmik Ozan utora! 19:59, 24 iyun 2024 (UTC)
- @Nemoralis Xəbərlər bölməsinin ləğv edilməsi qətiyyən doğru qərar olmaz. Azvikinin ən maraqlı bölmələrindən biridir. Sadəcə orada sistemsizlik hökm sürür. Kim hansı xəbəri ürəyi istəyir əlavə edir və ya çıxardır. Hesab edirəm ki, sözügedən bölmə ilə bağlı konkret qaydalar olsa həmin bölmənin fəaliyyəti daha gözəl formada nizamlanmış olar. Ləğv etmək, çıxarmaq çıxış yolu deyil. Yuxarıda qeyd olunduğu kimi o xəbərləri əlavə etmək lazımdır ki, həmin xəbərlərlə bağlı Azvikidə məqalələr mövcuddur və ya yaradılacaq. Kholat Syakhl (müzakirə) 09:06, 29 iyun 2024 (UTC)
Kütləvi silinən fotolar
Salam. Mən bu günlərdə Həsən Seyidbəyli yaradıcılığı başda olmaqla sovet Azərbaycanı kinematoqrafiyasına dair məqalələrdə müəyyən kiçikhəcmli düzəlişlər edirəm, tanınmış və geniş yaradıcılığa malik kino xadimlərimizə dair şablonlar yaratmağa başlamışam. Diqqətimi bir məqam çəkdi. Əvvəllər də müəyyən dövrlərdə bəzi kateqoriyalar üzrə məqalələrdə vaxtaşırı qarşılaşırdım bu halla, indi də yenə təkrarlanır. Bu gün səhifələrə şablonlar əlavə edəndə gördüm ki, Həsən Seyidbəyli filmlərinin məqalələrindəki poster şəkillərinin adı var, özü görünmür. Vikimənbədə axtarışa verəndə də belə bir fayl qarşıma çıxmadı. Sonra daha bir neçə filmə baxdım, onların da şəkilləri silinmişdi. Sualım budur ki, bu prosesdən xəbərdarsınızmı, nəsə müəllif hüquqları və təftiş tipli məsələlərlə bağlıdır, yoxsa kim(lər)sə qəsdli surətdə edir(lər) bunu? Bir də ki, tək filmlərimizə aiddir, yoxsa digər mövzularda məqalələrdə də qarşınıza çıxıb? -- Rüfət Həsənli 20:11, 23 iyun 2024 (UTC)
- Qırmızı keçiddirsə çox güman ki, fayl silinib. Bu yaxınlarda qaydalara cavab verməyən faylların çoxsu silinmişdi. Nemoralis (müzakirə) 19:27, 24 iyun 2024 (UTC)
- Bəli, qırmızı keçiddir, silinmiş olduğu bilinir. Çox sağ olun məlumat üçün. Bir sualım var: Bəs bu qədər fayl silinibsə, onların işləndiyi yazılar necə olacaq? Çünki qarşılaşdıqca düzəliş edirəm/edirik, amma miqyas böyük olduqda konkret siyahını bilib elə müdaxilə etmək lazımdır deyə düşünürəm. Əks halda hələ neçə yazıda qırmızı fayl keçidi qalacaq. -- Rüfət Həsənli 20:44, 24 iyun 2024 (UTC)
- Silinmiş fayl keçidlərini təmizləmək üçün bot dəstəyi lazımdır. Diqqətimdədir, maraqlanacam bu məsələ ilə. Hörmətlə, Gadirmüzakirə 22:29, 24 iyun 2024 (UTC)
- Oldu, çox sağ olun. Fəaliyyətinizdə uğurlar arzulayıram. -- Rüfət Həsənli 17:59, 25 iyun 2024 (UTC)
- Silinmiş fayl keçidlərini təmizləmək üçün bot dəstəyi lazımdır. Diqqətimdədir, maraqlanacam bu məsələ ilə. Hörmətlə, Gadirmüzakirə 22:29, 24 iyun 2024 (UTC)
- Bəli, qırmızı keçiddir, silinmiş olduğu bilinir. Çox sağ olun məlumat üçün. Bir sualım var: Bəs bu qədər fayl silinibsə, onların işləndiyi yazılar necə olacaq? Çünki qarşılaşdıqca düzəliş edirəm/edirik, amma miqyas böyük olduqda konkret siyahını bilib elə müdaxilə etmək lazımdır deyə düşünürəm. Əks halda hələ neçə yazıda qırmızı fayl keçidi qalacaq. -- Rüfət Həsənli 20:44, 24 iyun 2024 (UTC)
Voting to ratify the Wikimedia Movement Charter is now open – cast your vote
- You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello everyone,
The voting to ratify the Wikimedia Movement Charter is now open. The Wikimedia Movement Charter is a document to define roles and responsibilities for all the members and entities of the Wikimedia movement, including the creation of a new body – the Global Council – for movement governance.
The final version of the Wikimedia Movement Charter is available on Meta in different languages and attached here in PDF format for your reading.
Voting commenced on SecurePoll on June 25, 2024 at 00:01 UTC and will conclude on July 9, 2024 at 23:59 UTC. Please read more on the voter information and eligibility details.
After reading the Charter, please vote here and share this note further.
If you have any questions about the ratification vote, please contact the Charter Electoral Commission at [email protected].
On behalf of the CEC,
Məqalənin bloklanması ilə əlaqədar
Salam, hörmətli həmkarlar. Lobotomiya adlı məqaləmi redaktə edə bilmədim.Məqalənin bloklandığını dedilər.Səbəbini öyrənmək istərdim. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin məqalə rus və ingilis dillərində də dərc olunub NarminSafarova94 (müzakirə) 21:13, 30 iyun 2024 (UTC)
- Belə bir məqalə dərc olunmayıb. Əgər Xüsusi:ContentTranslation aləti ilə yaratmağa çalışmısınızsa, üzərində əsaslı dəyişikliklər aparmadığınız üçün sistem yayımlanmasına icazə verməyib. Hörmətlə, Gadirmüzakirə 23:20, 30 iyun 2024 (UTC)
Digər wikilərdən Azwikiyə şəkil faylları köçürtmək
Salam. Bəzi hallarda digər wikilərdəki şəkillər, azwikidə məqaləyə əlavə edərkən yayımlanmır. Bu hal ilə daha çox film məqalələrində rast gəlmişəm. İngilis wikisində olsada Azwikiyə faylı yazarkən boşda qalır. Bu niyə belə baş verir? Yükləmə sehrbazı səhifəsi bir oqədərdə kömək etmir. Şəkillərin lisenziyası və s. tələb olunur. Onsuzda Vikipediyada o lizensiyalar əlavə olunub, yəni onlar ümumi Vikipediya bazasında olmur və hər dildə ayrı qaydalar tədbiq olunur ya necə? Zəhmət olmasa cavablandırardınız. Hörmətlə Innovative120 (müzakirə) 23:11, 30 iyun 2024 (UTC)
- Sadəcə Vikianbara yüklü şəkillər ümumi istifadə üçündür, digər hallarda ədalətli istifadə çərçivəsində müvafiq fayllar lokal vikilərə əlavə olunur, film posterləri də bura daxil. Hörmətlə, Gadirmüzakirə 23:13, 30 iyun 2024 (UTC)
- Qeyd etdiyiniz çərçivələr daxilində necə lokala yükləmək mümkündür? Innovative120 (müzakirə) 07:11, 4 iyul 2024 (UTC)
- Vikipediya:Yükləmə müraciətləri səhifəsindən istifadə edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 20:23, 4 iyul 2024 (UTC)
- Qeyd etdiyiniz çərçivələr daxilində necə lokala yükləmək mümkündür? Innovative120 (müzakirə) 07:11, 4 iyul 2024 (UTC)
- Bir var ki, fayl lokalda olsun, bir də var Vikianbarda. Fayl Vikianbardadırsa, bütün layihələrdə istifadə oluna bilir. Lokaldakı fayl isə ancaq müvafiq vikidə istifadə oluna bilir. Vikianbara isə ancaq azad fayllar yüklənə bilər. Film posterləri azad fayl deyil, müəllif hüquqları ilə qorunurlar. Ona görə də onları ancaq lokala yükləyə icazə var. Kosmik Ozan utora! 07:35, 1 iyul 2024 (UTC)
Bir hadisəyə görə məşhur olan şəxslər
Salam həmkarlar. Şəhidlərlə bağlı məqalələrin silinməsi ilə bağlı davamlı müzakirələr açılır. Amma mənim sualın artıq silinmiş məqalələrlə bağlıdır. Əgər hərbi təyyarənin iştirakı ilə aviaqəza baş veribsə, və həmin qəza ilə bağlı vikidə məqalə varsa, təyyarənin pilotu və ekipaj üzvləri (köməkçi pilot) (barədə məzmunu olan məqalə yazacaq qədər mənbələr də varsa) bu şəxlər VP:ŞEƏ-nin Bir hadisəyə görə məşhur olan şəxslər şərtini niyə ödəmir? — Bikar müzakirə 07:09, 4 iyul 2024 (UTC)
- Hadisənin ensiklopedik olması o demək deyil ki, bütün iştirakçıları ensiklopedikdir və ayrı-ayrı məqalələri olmalıdır. Adətən iştirakçıları elə hadisənin məqaləsində bəhs etmək kifayətdir. Ayrı məqalə yaradılması hadisənin böyüklüyündən, hadisədəki rolunun əhəmiyyətindən asılıdır, bu da mənbələr tərəfindən müəyyən olunur. Kosmik Ozan utora! 05:36, 5 iyul 2024 (UTC)
- Bütün iştirakçıları nəzərdə tutmuram. Pilotun qəzada rolu yoxdu deməyimiz yanlış olar. Mənbələr də hadisədən sonra ortaya çıxır və çox vaxt şəxsin bütün həyatını əhatə eliyir. Pilot olmaq asan deyil deyə məqalə təkcə copy-paste-dən ibarət olmur. + məzmunu əsas məqaləyə köçürmək əvəzinə silməyi tərcih etmisiz. Həmin addan da yönləndirilmə verilməli idi. — Bikar müzakirə 06:04, 5 iyul 2024 (UTC)
- Söhbət hansı məqalədən gedir? Kosmik Ozan utora! 07:47, 5 iyul 2024 (UTC)
- Dəqiq yadıma gəlmir, silinən məqalələrin məzmununu da görə bilmirəm. Əsas məqalə budur: MiQ-29 təyyarəsinin qəzası (2008) bu da şəxsin silinən məqaləsi Fəxrəddin Əsgərov. Ayrıca məqaləyə sahib olacaq qədər ensiklopedik olmadığını düşünə bilərsiz, qəza özü ensiklopedikdirsə əsas məqalədə pilot barədə məlumat verilməli idi. — Bikar müzakirə 08:11, 5 iyul 2024 (UTC)
- Sizi həmin məlumatı əlavə etməkdən nə dayandırır? Nemoralis (müzakirə) 12:18, 5 iyul 2024 (UTC)
- Məqalənin köçürülmüş yox silinmiş olması ola bilər? — Bikar müzakirə 12:27, 5 iyul 2024 (UTC)
- Mən əminən ki, inzibatçılardan birindən istəsəydiniz verəcəkdi. Buyrun Nemoralis (müzakirə) 12:48, 5 iyul 2024 (UTC)
- Mən məqalə silinməmişdən qabaq iradım olacağını bildirmişəm (silinib silinməyəcəyi dəqiq deyildi), heç baxan olmuyub. Digər məqalələr də (bir çoxu) köçürülüb, yönləndirmə verilməli idi. Sadəcə silməklə kifayətlənmisiz. — Bikar müzakirə 13:07, 5 iyul 2024 (UTC)
- Bikar düz deyir, məsələn, ensiklopedikliyi mübahisəli olan Dilarə Babayeva məqaləsi də silinmişdi, bərpa etmişəm. Belə başqa məqalələr də var, çox güman ki. Silinmələr səliqəsiz oldu, siyahı tərtib olunmalı idi. Hörmətlə, Gadirmüzakirə 13:24, 5 iyul 2024 (UTC)
- @Gadir, nəyə əsasən bərpa etmisiz? Dilarə Babayevanın ölüm səbəbini bilirsiniz? Nemoralis (müzakirə) 14:58, 5 iyul 2024 (UTC)
- Başa düşmədim, bəyəm ölüm səbəbinə görə ensiklopedik olub-olmadığına qərar veririk? Bu yanaşma da yeni çıxıb? Şəxs pilot olub, Azərbaycanda neçə hərbi qadın pilot olub? "Sərhədçilərin ilk və yeganə qadın pilotu" olduğu qeyd olunub.: [3], [4]. Az da olsa haqqında internetdə məlumat var. Əhəmiyyətsiz olduğunu düşünürsünüzsə, SNS edə bilərsiniz, sürətli silinməsinə etiraz edirəm, müzakirə açın elə qərar verilsin. Hörmətlə, Gadirmüzakirə 16:11, 5 iyul 2024 (UTC)
- Azərbaycanda neçə qadın pilot olmasının bura aidiyyatı yoxdur. Və ilk qadın pilot niyə qoşun növlərinə görə ayrılır anlamıram. İlk qadın pilotumuz Leyla Məmmədbəyova olub. Dilarə Babayevanı fərqləndirən tək şey DSX-da olmasıdır? Bu qayda ilə digər qoşunlardakı "ilklər" barəsində də məqalə yazaq? Bizim KİV meyllidir onsuz da belə hekayələrə. Nemoralis (müzakirə) 20:47, 5 iyul 2024 (UTC)
- Mən düşünürəm ki, müzakirə əsasında silinməli idi, birbaşa yox. Sərhəd xidmətində ilk qadın pilot olmasını bildirən mənbələr var. Kosmik Ozan utora! 17:07, 5 iyul 2024 (UTC)
- Başa düşmədim, bəyəm ölüm səbəbinə görə ensiklopedik olub-olmadığına qərar veririk? Bu yanaşma da yeni çıxıb? Şəxs pilot olub, Azərbaycanda neçə hərbi qadın pilot olub? "Sərhədçilərin ilk və yeganə qadın pilotu" olduğu qeyd olunub.: [3], [4]. Az da olsa haqqında internetdə məlumat var. Əhəmiyyətsiz olduğunu düşünürsünüzsə, SNS edə bilərsiniz, sürətli silinməsinə etiraz edirəm, müzakirə açın elə qərar verilsin. Hörmətlə, Gadirmüzakirə 16:11, 5 iyul 2024 (UTC)
- @Gadir, nəyə əsasən bərpa etmisiz? Dilarə Babayevanın ölüm səbəbini bilirsiniz? Nemoralis (müzakirə) 14:58, 5 iyul 2024 (UTC)
- Bikar düz deyir, məsələn, ensiklopedikliyi mübahisəli olan Dilarə Babayeva məqaləsi də silinmişdi, bərpa etmişəm. Belə başqa məqalələr də var, çox güman ki. Silinmələr səliqəsiz oldu, siyahı tərtib olunmalı idi. Hörmətlə, Gadirmüzakirə 13:24, 5 iyul 2024 (UTC)
- Mən məqalə silinməmişdən qabaq iradım olacağını bildirmişəm (silinib silinməyəcəyi dəqiq deyildi), heç baxan olmuyub. Digər məqalələr də (bir çoxu) köçürülüb, yönləndirmə verilməli idi. Sadəcə silməklə kifayətlənmisiz. — Bikar müzakirə 13:07, 5 iyul 2024 (UTC)
- Mən əminən ki, inzibatçılardan birindən istəsəydiniz verəcəkdi. Buyrun Nemoralis (müzakirə) 12:48, 5 iyul 2024 (UTC)
- Məqalənin köçürülmüş yox silinmiş olması ola bilər? — Bikar müzakirə 12:27, 5 iyul 2024 (UTC)
- Sizi həmin məlumatı əlavə etməkdən nə dayandırır? Nemoralis (müzakirə) 12:18, 5 iyul 2024 (UTC)
- Dəqiq yadıma gəlmir, silinən məqalələrin məzmununu da görə bilmirəm. Əsas məqalə budur: MiQ-29 təyyarəsinin qəzası (2008) bu da şəxsin silinən məqaləsi Fəxrəddin Əsgərov. Ayrıca məqaləyə sahib olacaq qədər ensiklopedik olmadığını düşünə bilərsiz, qəza özü ensiklopedikdirsə əsas məqalədə pilot barədə məlumat verilməli idi. — Bikar müzakirə 08:11, 5 iyul 2024 (UTC)
- Söhbət hansı məqalədən gedir? Kosmik Ozan utora! 07:47, 5 iyul 2024 (UTC)
- Bütün iştirakçıları nəzərdə tutmuram. Pilotun qəzada rolu yoxdu deməyimiz yanlış olar. Mənbələr də hadisədən sonra ortaya çıxır və çox vaxt şəxsin bütün həyatını əhatə eliyir. Pilot olmaq asan deyil deyə məqalə təkcə copy-paste-dən ibarət olmur. + məzmunu əsas məqaləyə köçürmək əvəzinə silməyi tərcih etmisiz. Həmin addan da yönləndirilmə verilməli idi. — Bikar müzakirə 06:04, 5 iyul 2024 (UTC)
Kitab üzlükləri
Dünən Yarımçıq insanın etirafları məqaləsini yaradarkən bu məsələ ağlıma gəldi. Roman, kitab kimi əsərlər üçün məqalələr yaradarkən hansı cür kitab üzlüklərindən istifadə etmək doğrudur ki? Bizdə belə bir ənənə var ki, məqalə üçün Azərbaycan dilindəki ən son nəşrin üzlüyü istifadə olunsun. Amma EnViki daxil olmaqla çox vikidə müşahidə etmişəm ki, kitabın orijinal dilindəki ilk nəşrinin üzlüyündən istifadə etməyə üstünlük verilir. Odur ki, indiki praktikanın doğruluğundan şübhəliyəm. Hətta mövzunu film posterlərinə də aid etmək olar. Yavaş-yavaş düşünməyə başlayıram ki, orijinal poster, üzlüklərdən istifadə etmək daha doğrudur. Kosmik Ozan utora! 13:38, 7 iyul 2024 (UTC)
- Razıyam. Çox vaxt bizim dildəki çap olunmuş kitab variantı qeyri-rəsmi olur. yəni icazəsiz çap. bir də hər mətbəənin öz variantı olur. Atakhanli (müzakirə) 13:41, 7 iyul 2024 (UTC)
- Orijinalını istifadə etmək doğru olar. Patriot (müzakirə) 15:57, 7 iyul 2024 (UTC)
- Orijinal versiya Dr.Wiki54 (müzakirə) 16:02, 7 iyul 2024 (UTC)
- Köhnə kitablarda lokal üzlük istifadə etmək olar amma yeni kitablar çox qəliz məsələdi. Bu gün texnologiya hərkəsə kitab üzlüyü hazırlamağa icazə verir, kitabları bir çoxu da qanunsuz deməyək, qeyri-rəsmidi. Bu hallarda orijinal üzlük istifadə olunmağı doğru olar. — Bikar müzakirə 16:10, 7 iyul 2024 (UTC)
- Orijinal versiya Dr.Wiki54 (müzakirə) 16:02, 7 iyul 2024 (UTC)
- Orijinalını istifadə etmək doğru olar. Patriot (müzakirə) 15:57, 7 iyul 2024 (UTC)
- Məncə, şablonda orijinal dildə ən köhnə nəşrinin qapağını işlətməliyik. Azərbaycan dilinə tərcüməsinin qapağını isə şablondan sonra, və ya tərcümələr haqqında bölməyə əlavə etmək daha düzgün olardı. Bundan əlavə, köhnə tərcümələrin qapağlarını tövsiyyə edirəm. Normalda hər bir neçə ildə eyni kitabın yeni nəşrləri çıxır. Məhz ən yenisini qoymaq mənasızdır. --Мурад 97 (müzakirə) 16:37, 7 iyul 2024 (UTC)
- Əgər hamı razıdırsa, onda bundan sonra elə edək, romanların, kitabların orijinal dildəki ilk nəşrinin üzlüyünə üstünlük verək. Kosmik Ozan utora! 16:05, 8 iyul 2024 (UTC)
- Bunu qayda şəkildə kodlaşdırmaq yaxşı olardı. --Мурад 97 (müzakirə) 18:43, 8 iyul 2024 (UTC)
- Əgər hamı razıdırsa, onda bundan sonra elə edək, romanların, kitabların orijinal dildəki ilk nəşrinin üzlüyünə üstünlük verək. Kosmik Ozan utora! 16:05, 8 iyul 2024 (UTC)
Yoxlayıcı istifadəçi qrupuna Vikipediya:Qiymətləndirmə səhifəsində yekunlaşdırma icazəsi verilməsi ilə bağlı təklif
Salamlar. Bildiyiniz kimi, bizdə bu layihədə yekunlaşdırma işlərini sadəcə inzibatçılar edə bilirdilər. 2 il əvvəl belə bir icazə yaratdıq və nəticədə prosedur üçün ilkin bölmə olan Vikipediya:Məqalə namizədləri səhifəsində bu qrupdakı istifadəçilərə səlahiyyət verildi. Təklif edirəm ki, ikinci prosedur üçün də bu qrupa icazə verək. Digər dil bölmələrində də sırf bu bölmə inzibatçıların məsuliyyətində deyil, təcrübəli digər qrupdakı istifadəçilər də bu layihə üzərində səlahiyyət daşıyırlar. Düşünürəm ki, bu, layihənin inkişafı üçün də zəruri addımdır.
- Lehinə: təklifi irəli sürən olaraq. Hörmətlə, Gadirmüzakirə 16:22, 5 iyul 2024 (UTC)
- Lehinə: Mən elə bilirdim icazələri var. Nemoralis (müzakirə) 16:30, 5 iyul 2024 (UTC)
- Lehinə: yoxlayıcını gələcəkdə qrup kimi yaratmaq da olar, daxilinə avtopatrul+patrul+genişləndirilmiş və inzibatçılar üçün mühafizə rejimlərində redaktə etmək icazələri ola bilər. Bu işi sürətləndirər və indiki halda inzibatçıların yükünü də azaldar. --Turkmen müzakirə 05:37, 6 iyul 2024 (UTC)
- Lehinə: olsun. --Araz Yaquboglu (müzakirə) 06:09, 6 iyul 2024 (UTC)
- Lehinə:--Kosmik Ozan utora! 13:32, 7 iyul 2024 (UTC)
- Lehinə: hüquq sahiblərinin fikirləri də maraqlıdı.— Bikar müzakirə 16:12, 7 iyul 2024 (UTC)
- Lehinə: samral müzakirə 19:15, 12 iyul 2024 (UTC)
- Lehinə: Azvikinin 2 yoxlayıcısından biri olaraq bu qərarı alqışlayıram. --Kholat Syakhl (müzakirə) 10:56, 14 iyul 2024 (UTC)
- Nəticə: Fikir birliyi ilə qəbul edildi.--Turkmen müzakirə 06:19, 15 iyul 2024 (UTC)
Faylla bağlı
Salam. Elə məqalələr olur ki, Əİ ilə məqalədə bir foto olur və məqalə status alanda ana səhifəyə çıxaranda onu qoymaq da olmur. Nə təklif edirsiniz? Hörmətlə, Gadirmüzakirə 18:53, 7 iyul 2024 (UTC)
- Əİ nəzərə alınaraq məqaləyə status verilmir və müəllifə düzəliş etməsi üçün məlumat verilir. (maraqlı olan digər şəxslər də(elə statusu verən) uyğun fayl yerləşdirə bilər).Məqalə müəllifi məqalənin ana səhifəyə çıxmağında maraqlıdırsa böyük ehtimal ki, faylı özü tapacaq(yəni inzibatçı axtarmalı olmayacaq). Məqalə keyfiyyətini üstün tuturuqsa bu formada olmalıdı. Mən bunun doğru olacağını düşünürəm. Sizin də fikirləriniz maraqlıdı. — Bikar müzakirə 19:06, 7 iyul 2024 (UTC)
- Elə şey yoxdur. Əİ çərçivəsində statuslu məqalələr üçün fayllar əlavə oluna bilər, bu halda SM yox, YM uyğundur, sadəcə şəxs ölübsə və azad fayl əldə etmək artıq çətindirsə, bu halda nə etməliyik? Məlumatı olan qeyd edər, yenə də digər vikilərdə necə, nə cür edirlər maraqlanmaq lazımdır. Hörmətlə, Gadirmüzakirə 19:13, 7 iyul 2024 (UTC)
- Məqalə şərtlərində fayllarla bağlı hissəyə baxmamışdım, onda YM və SM şərtlərinə dəyişiklik edirik ki, ən azı 1 azad fayl olsun, xüsusi hallarda azad olmayan fayllı məqalə qəbul olunsun. White Demon doğru qeyd edir, əlaqəli şəxs və ya məkan şəkli yerləşdirmək olar. — Bikar müzakirə 19:32, 7 iyul 2024 (UTC)
- Elə şey yoxdur. Əİ çərçivəsində statuslu məqalələr üçün fayllar əlavə oluna bilər, bu halda SM yox, YM uyğundur, sadəcə şəxs ölübsə və azad fayl əldə etmək artıq çətindirsə, bu halda nə etməliyik? Məlumatı olan qeyd edər, yenə də digər vikilərdə necə, nə cür edirlər maraqlanmaq lazımdır. Hörmətlə, Gadirmüzakirə 19:13, 7 iyul 2024 (UTC)
- EnVikidə necə edilir, elə. Film, roman və başqa əsərdən söhbət gedirsə, istehsalçının şəklini qoya bilərsən. Məsələn, filmin posterini qoymursan, rejissorun şəklini qoyursan. Kosmik Ozan utora! 19:26, 7 iyul 2024 (UTC)
- Bəs şəxsdən söhbət gedirsə və o ölmüşsə necə edirlər, məlumatınız var? Hörmətlə, Gadirmüzakirə 19:35, 7 iyul 2024 (UTC)
- Filmdə başlanğıcdakı adını, kitabda da ilk səhifədəki adının şəklini (ispanca viki kimi) qoymaq da olar. samral müzakirə 21:20, 7 iyul 2024 (UTC)
SNS → SNM
Salam. Təklif edirəm ki, bu səhifəni "Silinməyə namizəd məqalələr" olaraq dəyişdirək. Digər səhifə növləri üçün müvafiq səhifələrimiz var və bu səhifədə qeyd olunub. Nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 15:20, 8 iyul 2024 (UTC)
- Lehinə: — Düzdü bu fikirlə məndə razıyam əla fikirdi. Vusalsuvarov1996 (müzakirə) 18:48, 8 iyul 2024 (UTC)
- Lehinə: təklifi irəli sürən olaraq. Hörmətlə, Gadirmüzakirə 19:03, 8 iyul 2024 (UTC)
- Lehinə: Daha doğru variant olar məncə. --Patriot (müzakirə) 19:20, 8 iyul 2024 (UTC)
- Əleyhinə: ehtiyac yoxdur. SNS-də zorla fikir bildirən adam tapırıq, ayrı səhifələrə bölünsə nolacaq. Nemoralis (müzakirə) 19:55, 9 iyul 2024 (UTC)
- Əleyhinə: @Nemoralislə razıyam. AzViki elə də böyük icma deyil. Onsuz da aktivlik zəifdi. Heç ayrıca SNF-ə belə ehtiyac yox idi, məncə. samral müzakirə 13:01, 12 iyul 2024 (UTC)
- Əleyhinə: qeydlərlə razıyam. Aktivlik buna hələ ki, imkan vermir. Vaxtilə elə bu səbəbdən SNM SNS edilmişdi — Toghrul R (m) 14:49, 12 iyul 2024 (UTC)
Şərhlər
Şablon silinməli olsa nə olacaq? (bunu aşağıya müzakirəyə köçür) — Bikar müzakirə 18:59, 8 iyul 2024 (UTC)
- Vikipediya:Şablon müzakirələri səhifəsinin girişini oxu və ordakı müzakirələrə bax. Bu səhifəyə elə ən çox məqalələr çıxarılır, aradabir digərləri, onlara da müvafiq səhifələr var artıq, orada müzakirələr getməlidir. Hörmətlə, Gadirmüzakirə 19:03, 8 iyul 2024 (UTC)
- Bu səhifələri dəqiqləşdirmə edib istifadəçiləri düzgün istiqamətləndirməsi üçün bütün hamısını qeyd edə bilərik, bunun kimi: Vikipediya:Texniki müraciətlər. Hörmətlə, Gadirmüzakirə 19:06, 8 iyul 2024 (UTC)
- Twinkle ilə birbaşa şablonu orda müzakirəyə çıxarmaq olur? — Bikar müzakirə 19:07, 8 iyul 2024 (UTC)
- Twinkle qadcetini digər vikilər kimi bu səhifələr üçün quraşdırmaq lazımdır. Hörmətlə, Gadirmüzakirə 19:08, 8 iyul 2024 (UTC)
- Mənə maraqlıdır ki, {{Silinməyə namizəd fayl}} kimi bildiriş şablonları lazımdır? Hörmətlə, Gadirmüzakirə 19:16, 8 iyul 2024 (UTC)
- Qadceti həll elə sonra danışaq. — Bikar müzakirə 19:22, 8 iyul 2024 (UTC)
- Görüm neynirəm. Hörmətlə, Gadirmüzakirə 19:24, 8 iyul 2024 (UTC)
- SNS daha əzəmətli və vahiməli səslənir :D SNM amma nəsə o deyil. yəni, biri var TQDK, biri var DİM. :d (şaka) Atakhanli (müzakirə) 06:28, 9 iyul 2024 (UTC)
- Təəccüblənmədim, bu şərhi gözləyirdim açığı (əsassız olduğunu bilə-bilə öz iç səsim də elədi, yəqin bir çoxumuzun). Əsaslı başqa arqument varsa buyurun. Məntiqlə təklif edilən kimi olmalıdı. Nəzərə alsaq ki, əsas səhifə məqalə ad fəzasıni nəzərdə tutur, bu baxımdan köhnə ad da yönləndirmə kimi qala bilər, problem yoxdur. Hörmətlə, Gadirmüzakirə 09:49, 9 iyul 2024 (UTC)
- SNS daha əzəmətli və vahiməli səslənir :D SNM amma nəsə o deyil. yəni, biri var TQDK, biri var DİM. :d (şaka) Atakhanli (müzakirə) 06:28, 9 iyul 2024 (UTC)
- Görüm neynirəm. Hörmətlə, Gadirmüzakirə 19:24, 8 iyul 2024 (UTC)
- Qadceti həll elə sonra danışaq. — Bikar müzakirə 19:22, 8 iyul 2024 (UTC)
- Mənə maraqlıdır ki, {{Silinməyə namizəd fayl}} kimi bildiriş şablonları lazımdır? Hörmətlə, Gadirmüzakirə 19:16, 8 iyul 2024 (UTC)
- Twinkle qadcetini digər vikilər kimi bu səhifələr üçün quraşdırmaq lazımdır. Hörmətlə, Gadirmüzakirə 19:08, 8 iyul 2024 (UTC)
- Twinkle ilə birbaşa şablonu orda müzakirəyə çıxarmaq olur? — Bikar müzakirə 19:07, 8 iyul 2024 (UTC)
- Bu səhifələri dəqiqləşdirmə edib istifadəçiləri düzgün istiqamətləndirməsi üçün bütün hamısını qeyd edə bilərik, bunun kimi: Vikipediya:Texniki müraciətlər. Hörmətlə, Gadirmüzakirə 19:06, 8 iyul 2024 (UTC)
- Nemoralis, bölünüb onsuz da. Müzakirələr müvafiq səhifələrdə getməlidir, vikiyə təcrübəyə görə daha münasibdir, burada sadəcə prosesin "rəsmiləşməsi" təklif olunub və bunun müzakirəsi gedir. Adın dəyişməməsi bir şeyi dəyişdirmir, amma istifadəçilərə istiqamət verməyə yarayacaq, digər səhifələri də daha da aktiv hala gətirəcək, qarışıqlıqlar olmayacaq. Vikipediya günü-gündən inkişaf edir. Hörmətlə, Gadirmüzakirə 19:58, 9 iyul 2024 (UTC)
- Nəticə: konsensus yoxdur.--Turkmen müzakirə 06:25, 15 iyul 2024 (UTC)
U4C Special Election - Call for Candidates
- You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello all,
A special election has been called to fill additional vacancies on the U4C. The call for candidates phase is open from now through July 19, 2024.
The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members are invited to submit their applications in the special election for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.
In this special election, according to chapter 2 of the U4C charter, there are 9 seats available on the U4C: four community-at-large seats and five regional seats to ensure the U4C represents the diversity of the movement. No more than two members of the U4C can be elected from the same home wiki. Therefore, candidates must not have English Wikipedia, German Wikipedia, or Italian Wikipedia as their home wiki.
Read more and submit your application on Meta-wiki.
In cooperation with the U4C,
Səlahiyyət müddəti ilə bağlı qarışıqlıq
Salam hörmətli vikipediyaçılar! Bir mövzu ilə bağlı diskussiya aparmaq lazımdır. Maraqlı olanlar iştirak edə bilər, amma mən əlaqəli şəxslərdən bəzilərini işarələyirəm @Nemoralis, @Toghrul R, @Araz Yaquboglu, @Solavirum, @White Demon, @Grenzsoldat və digərləri. Hüquqla əlaqəli olduğu üçün xüsusilə @Firuza. Biz adətən Milli Məclis çağırışlarının səlahiyyət müddətini ilk iclasdan son iclasa qəbul edirdik və ya seçki tarixindən son iclasa. İndi qarışıqlıq çoxdur. Başlanğıc üçün əsas olan seçki tarixidir mi, yoxsa ilk iclas mı? Nəzərə almaq lazımdır ki, seçki nəticələri MSK sonra KM tərəfindən təsdiqlənməsə keçərli sayılmır və mandatlar deputatlara ilk iclasda verilir. Yaxşı, bəs son tarix? Məclis buraxıldığı tarix sondur mu? Xeyr, məsələn prezidentin sərəncamından sonra V və VI çağırış sonuncu iclaslarını keçirməyə davam etdi. Bəs son iclas mı? Məsələn, V çağırışın son iclası 2019-cu il dekabrnda oldu. Amma VI çağırışınki isə 28 iyun 2024-cü ildə. Bu yaxınlarda maraqlı bir hadisə baş verdi. MM sədr müavini Adil Əliyev icra başçısı təyin olundu. Qanunvericiliyə görə deputatlar icraedici orqanda vəzifə tuta bilməz. Burası da qəbul olunan. Son iclası 28 iyundadır, deputatların işi bitdi, amma MSK maraqlı bir addım atdı və 9 iyul tarixli iclasında Adil Əliyevin deputat statusuna xitam verdi. Sahibə Qafarova isə Rusiyaya MM sədri ünvanı ilə səfər etdi. Xarici ölkələrdə parlament buraxılanda səlahiyyət müddəti bitir və bütün statusların istifadəsi sonlanır. Bəs biz indi necə etməliyik, səlahiyyət başlanğıcı və sonu nəyə əsasən götürülməlidir? Hüquqi bir açıqlaması var mı bunun? Dr.Wiki54 (müzakirə) 19:41, 10 iyul 2024 (UTC)
- @Dr.Wiki54 salam. Azərbaycan Respublikası Konstitusiyasının 87-ci maddəsinin birinci bəndində qeyd edilir:
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
— Toghrul R (m) 19:46, 10 iyul 2024 (UTC) - Məncə burada məsələ sadədir. Yeni çağırış Milli Məclisin, yəni 7. çağırışın birinci iclasının olacağı gün səlahiyyət müddətinin başlanğıcı hesab olunmalıdır. Həmin gündə 6. çağırı deputatların səlahiyyət müddəti başa çatır. Yəni 5. çağırışın müddəti 10 martda başa çatıb, 6. çağırışın müddəti isə 10 martda başlayıb. Mövcud çağırışının üzvləri hələ də deputat statusunu daşıyır. Ona görə də məncə MSK qərarları istisna olmaqla deputatların səlahiyyət müddətinin başa çatması növbəti çağırışın birinci iclas tarixi olmalıdır. Grenzsoldat 19:54, 10 iyul 2024 (UTC)
- @Toghrul R, narahatlıq üçün üzrlü sayın. Təşəkkür edirəm, hüquqi biliyim az olduğu üçün bunu qarışıqlıq hesab etmişəm :) Dr.Wiki54 (müzakirə) 21:49, 10 iyul 2024 (UTC)
Qırmızı fayl keçidlərinin bot tərəfindən səhifələrdən avtomatik təmizlənməsi ilə bağlı
Salamlar. Səhifələrdəki qırmızı fayl keçidlərinin bot tərəfindən avtomatik təmizlənməsi ilə bağlı təklifi diqqətinizə çatdırıram. Silinmiş və mövcud olmayan fayllar müvafiq səhifələrdən avtomatik təmizlənəcəkdir, səhifələrdə qırmızı fayl keçidləri olmayacaq. Qeyd edim ki, bunu bot sahibi də istədi, həmin bot hazırda VP:RSGVS səhifəsini də avtomatik yeniləyir. Ona görə də bota əlavə olaraq bu funksiyanın verilməsi və bu işi də yerinə yetirə bilməsi üçün lütfən fikirlərinizi bildirin.
- Lehinə: təklifi irəli sürən olaraq. Hörmətlə, Gadirmüzakirə 15:08, 9 iyul 2024 (UTC)
- Lehinə: çox əla olardı həm də məqalənəin görnüşündə də fərq yaradardı-- ☞QRAF☜ (✉ → ♕) 15:35, 9 iyul 2024 (UTC)
- Lehinə:--Turkmen müzakirə 19:19, 9 iyul 2024 (UTC)
- Lehinə: Əgər deyilən kimdirsə və vikinin altını üstünə gətirməyəcəksə — Bikar müzakirə 20:10, 9 iyul 2024 (UTC)
- Lehinə: Atakhanli (müzakirə) 20:15, 10 iyul 2024 (UTC)
- Lehinə: samral müzakirə 12:59, 12 iyul 2024 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 13:43, 13 iyul 2024 (UTC)
- Lehinə: --Patriot (müzakirə) 22:52, 13 iyul 2024 (UTC)
Şərhlər
Salam, bu prosesi həyata keçirəcək bot varmı? --Turkmen müzakirə 18:24, 9 iyul 2024 (UTC)
- Var :) Sadəcə konsensus lazımdır, gerisini bot həll edəcək. Operatoru ilə danışmışam. Hörmətlə, Gadirmüzakirə 18:49, 9 iyul 2024 (UTC)
- Əla, amma bunu üçün məncə müzakirəyə ehtiyac yoxdur, normal prosesdir. Məndən olsa vaxt itirməyin. Turkmen müzakirə 19:12, 9 iyul 2024 (UTC)
- Mən də belə düşünürdüm, amma botun sahibi bildirdi mənə, bir tərəfdən yaxşıdır əslində, amma tezcə konsensus alınsa əla olar (1 həftəyə yekunlaşdıra bilək). Hörmətlə, Gadirmüzakirə 19:14, 9 iyul 2024 (UTC)
- Səhv etmirəmsə, trvikidə bot statusu icma müzakirəsi ilə verilir və bəzi hallarda geri alınır deyə belə deyib. Yəni bənd-bənd qeyd edirlər, bot hansı işləri görəcək. Hörmətlə, Gadirmüzakirə 19:15, 9 iyul 2024 (UTC)
- Əla, amma bunu üçün məncə müzakirəyə ehtiyac yoxdur, normal prosesdir. Məndən olsa vaxt itirməyin. Turkmen müzakirə 19:12, 9 iyul 2024 (UTC)
Bikar, narahat olmağa dəyməz, detalına kimi danışılacaq. Hörmətlə, Gadirmüzakirə 06:48, 14 iyul 2024 (UTC)
Nəticə: Qəbul edildi --Turkmen müzakirə 10:30, 16 iyul 2024 (UTC)
Bürokrat —> İcraçı
Salam. Vaxtikən AzVikidə “idarəçi” statusunun adının dəyişdirilməsi necə mühüm və labüd idisə (yaxşı ki, də dəyişdik), düşünürəm ki, “bürokrat” statusunun da adı dəyişdirilməlidir. Xatırlayırsızsa, axırıncı bürokrat müzakirəsi də bir daha göstərmişdi ki, bu statusla, çox təəssüf ki, özünü sanki həqiqətən bürokrat kimi görənlər var. Xülasə bu statusun adının çox münasib və müvafiq olduğunu düşündüyüm İcraçı adı ilə dəyişdirilməsini təklif edirəm. Zatən bilirik ki, bürokratın inzibatçıdan fərqi 2-3 əlavə iş icra etməsidir: İnzibatçı-bot statusu vermək, ad dəyişdirmək və s. Bu baxımdan, məncə, “icraçı” çox düzgün seçim olar. samral müzakirə 22:16, 28 iyun 2024 (UTC)
- Samralın təklifi ilə razıyam. Belə bir arqument ola bilər ki, çox vikidə onsuz "Bürokrat" kimi gedir, amma məsələn, TrVikidə öz tapdıqları sözdən istifadə edirlər. Kosmik Ozan utora! 02:05, 29 iyun 2024 (UTC)
- White Demon, Türkçə vikipediyada bürokratlar yazılıb. Təkcə Türkçə vikidə yox, digər 111 dildə də bürokrat formasında ifadə edilib. İnanmayan şəxslər bürokatlar səhifəsindəki digər dil keçidlərini bir-bir yoxlaya bilərlər. Ümumiyyətlə idarəçi adının dəyişdirilməsi belə gərəksiz bir addım idi. Mən bu tip addımları odu söndürüb, külüyü ilə oynamağa bənzədirəm. Özümüzə sərf edəndə, global vikipediyalardan nümunələr çəkirik, sərf etməyəndə isə deyirik ki, bura Azvikidir və heç bir vikipediya bizim üçün qayda rolunda çıxış edə bilməz. Mənim sualım başqadır və cənab White Demona ünvanlanıb. Sizcə bu qədər dil bölməsində olan vikipediyaçılardan birinin ağlına gəlmədi ki, bürokrat sözünü öz dilindəki hər hansısa bir sözlə əvəz etsin ? Tutaq ki, Azvikidə özünü çox pis aparan, qaydaları pozan X adlı bir bürokrat var. Həmin X adlı həmkar bürokrat sözünün icraçı ilə əvəz edildiyini gördükdən sonra əməllərinə son verəcək ? --Kholat Syakhl (müzakirə) 08:32, 29 iyun 2024 (UTC)
- Özbəklər "Rəsmiyyətçilər" adından istifadə edirlər. Onlara olar, bizə olmaz? Bir şeylə razıyam ki, bürokrat adını icraçı olaraq dəyişsək, yenə istifadəçilər sırf titul üçün bu statusu istəyəcəklər. Necə ki, idarəçi-inzibatçı dəyişikliyi etdik, amma yenə də istifadəçilər sırf status xətrinə inzibatçı olmaq istəyirlər, elə. Ona görə də "dəstəkləyirəm" fikrimi geri götürüb "mövzuda neytralam" deməyim daha yaxşıdır. Amma idarəçi sözünün inzibatçı ilə əvəz olunmasını gərəksiz hesab olunması ilə bağlı fikirlə qəti razı deyiləm. Fakt odur ki, həmin söz məna cəhətdən heç uyğun gəlmirdi və çaşqınlıq yaradırdı. Vikipediyaçı olmayan adama "idarəçiyəm" deyəndə ya elə bilirdilər ki, bütün vikipediyanı mən idarə edirəm, ya da ümumiyyətlə funksiyamı başa düşmürdülər. Çox iddialı söz idi. Ona görə həmin ad dəyişdirilməli idi. Kosmik Ozan utora! 10:21, 29 iyun 2024 (UTC)
- @White Demon özbəklərdən başqa nümunə varmı ? Ciddi-ciddi düşünürsüz ki, özbəkcə vikidə belədirsə deməli bizdə də belə olmalıdır ? Tutarlı, əsaslandırılmış şərhlər axtarıram. Təəssüf ki, yoxdur. Kholat Syakhl (müzakirə) 11:39, 29 iyun 2024 (UTC)
- Mən elə bir şey deməmişəm ki, sırf özbəklərdə elədir deyə biz də dəyişək. Sadəcə nümunə kimi göstərdim ki, bürokrat adından imtina edən viki də var, mühafizəkar olmağa dəyməz. Arqument ondan ibarətdir ki, "bürokrat" sözü iddialı sözdür, lap "zadəgan" sözünə oxşayır, bəzi yoldaşlar sırf "mən bürokratam" deyib öyünə bilmək üçün bu statusu əldə etmək fikrindədirlər. "Mən icraçıyam", nə bilim, "Mən rəsmiyyətçiyəm" demək eyni effekti verməyəcək. Faktiki olaraq bu arqumenti ilk dəfə səsləndirən də mən deyiləm, həm onlayn, həm oflayn mühitdə belə düşünən istifadəçilər olub. Kosmik Ozan utora! 12:06, 29 iyun 2024 (UTC)
- @White Demon özbəklərdən başqa nümunə varmı ? Ciddi-ciddi düşünürsüz ki, özbəkcə vikidə belədirsə deməli bizdə də belə olmalıdır ? Tutarlı, əsaslandırılmış şərhlər axtarıram. Təəssüf ki, yoxdur. Kholat Syakhl (müzakirə) 11:39, 29 iyun 2024 (UTC)
- Özbəklər "Rəsmiyyətçilər" adından istifadə edirlər. Onlara olar, bizə olmaz? Bir şeylə razıyam ki, bürokrat adını icraçı olaraq dəyişsək, yenə istifadəçilər sırf titul üçün bu statusu istəyəcəklər. Necə ki, idarəçi-inzibatçı dəyişikliyi etdik, amma yenə də istifadəçilər sırf status xətrinə inzibatçı olmaq istəyirlər, elə. Ona görə də "dəstəkləyirəm" fikrimi geri götürüb "mövzuda neytralam" deməyim daha yaxşıdır. Amma idarəçi sözünün inzibatçı ilə əvəz olunmasını gərəksiz hesab olunması ilə bağlı fikirlə qəti razı deyiləm. Fakt odur ki, həmin söz məna cəhətdən heç uyğun gəlmirdi və çaşqınlıq yaradırdı. Vikipediyaçı olmayan adama "idarəçiyəm" deyəndə ya elə bilirdilər ki, bütün vikipediyanı mən idarə edirəm, ya da ümumiyyətlə funksiyamı başa düşmürdülər. Çox iddialı söz idi. Ona görə həmin ad dəyişdirilməli idi. Kosmik Ozan utora! 10:21, 29 iyun 2024 (UTC)
- White Demon, Türkçə vikipediyada bürokratlar yazılıb. Təkcə Türkçə vikidə yox, digər 111 dildə də bürokrat formasında ifadə edilib. İnanmayan şəxslər bürokatlar səhifəsindəki digər dil keçidlərini bir-bir yoxlaya bilərlər. Ümumiyyətlə idarəçi adının dəyişdirilməsi belə gərəksiz bir addım idi. Mən bu tip addımları odu söndürüb, külüyü ilə oynamağa bənzədirəm. Özümüzə sərf edəndə, global vikipediyalardan nümunələr çəkirik, sərf etməyəndə isə deyirik ki, bura Azvikidir və heç bir vikipediya bizim üçün qayda rolunda çıxış edə bilməz. Mənim sualım başqadır və cənab White Demona ünvanlanıb. Sizcə bu qədər dil bölməsində olan vikipediyaçılardan birinin ağlına gəlmədi ki, bürokrat sözünü öz dilindəki hər hansısa bir sözlə əvəz etsin ? Tutaq ki, Azvikidə özünü çox pis aparan, qaydaları pozan X adlı bir bürokrat var. Həmin X adlı həmkar bürokrat sözünün icraçı ilə əvəz edildiyini gördükdən sonra əməllərinə son verəcək ? --Kholat Syakhl (müzakirə) 08:32, 29 iyun 2024 (UTC)
- Təklifi alqışlayıram, hesab edirəm ən doğru adlandırma olardı. Araz Yaquboglu (müzakirə) 08:42, 29 iyun 2024 (UTC)
- @Araz Yaquboglu nəyə görə ən doğru addımlardan biri olacağını zənn edirsiz ? 111-dən çox dil bölməsində bürokrat olaraq tərcümə edilib. Biz hansı səbəbdən bunu dəyişdirməliyik ? Kholat Syakhl (müzakirə) 09:04, 29 iyun 2024 (UTC)
- Bizim dilimizdə hazırkı ad yaxşı, daha doğrusu dəqiq anlaşılmır. Bürokrat ifadəsini insanlar heç də xoş qarşılamır. İcraçı isə bu hüququ tam anlamı ilə təsvir edir. Araz Yaquboglu (müzakirə) 09:19, 29 iyun 2024 (UTC)
- @Samralın qeyd etdiyi fikirlə məndə razıyam. İcraçı daha doğru başa düşmək olur. Dəyişdirilsin icraçı sözü ilə qeyd olunsun. Vusalsuvarov1996 (müzakirə) 19:44, 29 iyun 2024 (UTC)
- Bizim dilimizdə hazırkı ad yaxşı, daha doğrusu dəqiq anlaşılmır. Bürokrat ifadəsini insanlar heç də xoş qarşılamır. İcraçı isə bu hüququ tam anlamı ilə təsvir edir. Araz Yaquboglu (müzakirə) 09:19, 29 iyun 2024 (UTC)
- @Araz Yaquboglu nəyə görə ən doğru addımlardan biri olacağını zənn edirsiz ? 111-dən çox dil bölməsində bürokrat olaraq tərcümə edilib. Biz hansı səbəbdən bunu dəyişdirməliyik ? Kholat Syakhl (müzakirə) 09:04, 29 iyun 2024 (UTC)
- Samralın arqumenti ilə razıyam. Bir halda əgər "idarəçi" adı dəyişibsə bunun da dəyişməsinə ehtiyac var. Həm də "İcraçı" sözü daha uyğun olacaq deyə düşünürəm. Grenzsoldat 21:25, 29 iyun 2024 (UTC)
- Səhv xatırlamıramsa, "İnzibatçı" olaraq dəyişdirilməsi təklifini mən vermişdim. Bir zamanlar "idarəçi" adından sui-istifadə halları çox idi. Bugün də bu sui-istifadənin qarşısının alındığını görürük. Heç kim burada problemlərimizi həll edəcək yeganə çıxış yolu olaraq ad dəyişməni görmür. Təəssüf ki, bəzi istifadəçilər belə qarşılayır təklifi. Xülasə, icraçı adı daha uyğundur. Dr.Wiki54 (müzakirə) 22:15, 29 iyun 2024 (UTC)
- @Dr.Wiki54 idarəçi adı inzibatçı ilə əvəzləndildən sonra sui-istifadə halları baş vermədi ? Yəni doğurdan hesab edirsiz ki, hər şey bir adın üzərindən baş verir ? Kholat Syakhl (müzakirə) 07:39, 30 iyun 2024 (UTC)
- @Kholat Syakhl, bu mövzu xüsusunda bəli, çünki orada-burada mən vikipediya idarəçisiyəm deyə "car çəkənlər" inzibatçıyam deyəndə eyni reaksiya ilə qarşılaşmadılar. - Dr.Wiki54 (müzakirə) 07:42, 30 iyun 2024 (UTC)
- @Dr.Wiki54 həmin car çəkən şəxslər kimlər idi ? Kholat Syakhl (müzakirə) 08:52, 30 iyun 2024 (UTC)
- Hərkəsə məlum olanı vurğulamağa ehtiyac yoxdur. İntriqa üçün burada deyilik. :) Dr.Wiki54 (müzakirə) 10:50, 30 iyun 2024 (UTC)
- @White Demon, xahiş edirəm təkliflə razı olanların sorğulanmasına, onlara az qala təzyiq edilməsinə imkan verməyin. Diqqət edirsizsə, kim bu dəyişiklik fikri ilə razıdırsa az qala müttəhim kimi sorğulanır. Mən qarşılıqlı əlaqə blokuna görə bunu edə bilmirəm. Ona görə sizdən xahiş edirəm. samral müzakirə 11:54, 30 iyun 2024 (UTC)
- @Dr.Wiki54 kimə məlumdur ? Şəxsən mənə məlum deyil. Burada söz oyunu oynamırıq. Belə başa düşürəm ki, yenə hansısa planlar üzərində iş gedir. Konkret sual ünvanlamışam, hər dəfə sualdan qaçma halları müşahidə olunur. Həmin şəxsin adını çəkin. Birinci mən qınayım ki, sən hansı ağılla orada-burada bürokratam deyib öyünmüsən. Yoxsa sən vurmadın, mən yıxılmadım, heç kim də görmədi prinsipi ilə nə qədər yol qət etmək olar. Kholat Syakhl (müzakirə) 21:41, 30 iyun 2024 (UTC)
- Hə, deməli gözləyirsiniz ki, burada intriqa yaransın, amma məni heç vaxt belə bir halda görə bilməyəcəksiniz. Görünür siz müzakirə naminə burada deyilsiniz :) Xülasə, mən problemləri həll etməsə də, ad dəyişikliyini lüzumlu hesab edirəm. Dr.Wiki54 (müzakirə) 04:35, 1 iyul 2024 (UTC)
- @Dr.Wiki54 mən heç bir gözləntim yoxdur. Sadəcə hansısa xəyali bir bürokratın hərəkətinə görə 15 ildir eyni olaraq qalan adın dəyişdirilməsi təklifi absurddur. Ya həmin şəxs yerli dibli mövcud deyil, yada ki, ad çəkməkdən çəkinirsiz. Hal-hazırda Azvikidə 4 bürokrat var. Belə çıxır ki, bu 4 bürokratdan biri sağda-solda "car çəkib" ki, bəs mən filan lahiyədə bürokratam. Belə bir şey edibsə səhv edib. Mən daha çox belə bir adamın mövcud olmaması versiyası üzərində dayanıram. Kholat Syakhl (müzakirə) 05:17, 1 iyul 2024 (UTC)
- Hə, deməli gözləyirsiniz ki, burada intriqa yaransın, amma məni heç vaxt belə bir halda görə bilməyəcəksiniz. Görünür siz müzakirə naminə burada deyilsiniz :) Xülasə, mən problemləri həll etməsə də, ad dəyişikliyini lüzumlu hesab edirəm. Dr.Wiki54 (müzakirə) 04:35, 1 iyul 2024 (UTC)
- Hərkəsə məlum olanı vurğulamağa ehtiyac yoxdur. İntriqa üçün burada deyilik. :) Dr.Wiki54 (müzakirə) 10:50, 30 iyun 2024 (UTC)
- @Dr.Wiki54 həmin car çəkən şəxslər kimlər idi ? Kholat Syakhl (müzakirə) 08:52, 30 iyun 2024 (UTC)
- @Kholat Syakhl, bu mövzu xüsusunda bəli, çünki orada-burada mən vikipediya idarəçisiyəm deyə "car çəkənlər" inzibatçıyam deyəndə eyni reaksiya ilə qarşılaşmadılar. - Dr.Wiki54 (müzakirə) 07:42, 30 iyun 2024 (UTC)
- @Dr.Wiki54 idarəçi adı inzibatçı ilə əvəzləndildən sonra sui-istifadə halları baş vermədi ? Yəni doğurdan hesab edirsiz ki, hər şey bir adın üzərindən baş verir ? Kholat Syakhl (müzakirə) 07:39, 30 iyun 2024 (UTC)
- Səhv xatırlamıramsa, "İnzibatçı" olaraq dəyişdirilməsi təklifini mən vermişdim. Bir zamanlar "idarəçi" adından sui-istifadə halları çox idi. Bugün də bu sui-istifadənin qarşısının alındığını görürük. Heç kim burada problemlərimizi həll edəcək yeganə çıxış yolu olaraq ad dəyişməni görmür. Təəssüf ki, bəzi istifadəçilər belə qarşılayır təklifi. Xülasə, icraçı adı daha uyğundur. Dr.Wiki54 (müzakirə) 22:15, 29 iyun 2024 (UTC)
- Salamlar. Hesab edirəm ki, "idarəçi → inzibatçı" lüzumlu dəyişiklik idi və yaxşı ki də, etdik. Eynisini trviki də etmişdi, əvvəllər "yönetici" idi, indi olub "hizmetli". "Bürokrat" isə sabit qalır. Buna baxmayaraq, "idarəçi" yerinə "adminstrator" da istifadə oluna bilərdi. Bu təkliflə isə razı deyiləm, nəyə görə? "Mən bəyənmədim" söhbəti yoxdur, amma çox kobud səslənir və mənə görə, yersiz dəyişiklik olacaq. Qısacası, istifadəçilərimizdən birinin də dediyi kimi, bürokratlar o qədər istifadəçi arasından seçilirlərsə də, onların fəaliyyəti təkcə texniki imkanlarla məhdudlaşdırılmamalı, daha geniş olmalıdır. Samral qeyd etdiyi məsələdə, məncə, müvafiq statusu daşıyan istifadəçilərdən yol verdiyi qayda pozuntularına görə statusun alınmasını səsverməyə çıxarmaq olar. Hörmətlə, Gadirmüzakirə 10:53, 30 iyun 2024 (UTC)
- Əslində, "bürokrat" adı Azərbaycan dilinin konseptosferində mənfi çalara sahibdir. Səbəbi sovet dövründən gəlir, sovetlər bürokratiyanı kapitalist cəmiyyətinin təzahürü hesab edirdilər və "bürokrat" sözü "maneə çıxardan", "əngəlləyən", "işin icrasını yubadan" mənalarına sahib idi. Dəyişdirilməsində heç bir problem görmürəm. Amma "icraçı" da sanki bu statusun tam mahiyyətini açmır. Bir neçə variant olsaydı ən uyğununu seçə bilərdik.--Sortilegus (müzakirə) 12:26, 30 iyun 2024 (UTC)
- İdarəçi->inzibatçı dəyişikliyi konkret olaraq yerində dəyişiklik idi. Lakin bürokrat->icraçı uyğun deyil axı. Belə baxanda inzibatçılar da əslində icraçıdırlar, addəyişdiricilər də bir yerdə icraçı sayılırlar və bunun kimi d. hüquqlar. Turkmen müzakirə 13:50, 30 iyun 2024 (UTC)
- Bəli, o da var. Hörmətlə, Gadirmüzakirə 14:04, 30 iyun 2024 (UTC)
- Mən rəsmiyyətçi variantını çox bəyənirəm. Özbəklər də işlədir. Bu söz bizim lüğətlərdə də var. "İcraçı" sözü məna cəhətdən statusu açıqlamır. Bütün hüquqlar elə bir şeyi icra etməyə yarayır. Kosmik Ozan utora! 14:15, 30 iyun 2024 (UTC)
- Nisbətən daha yaxşı da olsa, sözdən başqa nə dəyişəcək ki? İndi o demək olacaq ki, sadəcə hüquq verib rəsmiləşdirəcək? Yuxarıda da qeyd edilib, onsuz da ad nə olursa olsun, hər hüquq üçün olduğu kimi, bunun üçün də sırf ad üçün müraciətlər yenə olacaq. Məntiqi mənə çatmır. Buradan və buradan da görə bilərsiniz ki, bu iki söz sinonimdir. Yəni sadəcə söz dəyişikliyi olmuş olacaq. Bir də təkrarlayıram, bürokrat olmaq hüquq verib-almaqdan ibarət deyil və olmamalıdır da. Elə olsa, bunu bir çoxumuz edə bilərik zatən. Məhz buna görə o qədər istifadəçinin içindən seçilirlər. Görünür, İİ kimi, bürokrat üçün də qayda tərtib edib qəbul eləmək lazımdır. O zaman bəlkə bütün bu yanlış yanaşmaların da qarşısını ala bilərik. Hörmətlə, Gadirmüzakirə 16:17, 30 iyun 2024 (UTC)
- Rəsmiyyətçi yerinə rəsmi ola bilər. Amma onda da deyəcəklər fondun ölkə nümayəndəsiyəm)) Atakhanli (müzakirə) 19:32, 4 iyul 2024 (UTC)
- Başımıza "ekspert" az idi, indi bir də Vikipediya "rəsmisi" çıxar) Hörmətlə, Gadirmüzakirə 19:51, 4 iyul 2024 (UTC)
- İdarəçi->inzibatçı dəyişikliyi konkret olaraq yerində dəyişiklik idi. Lakin bürokrat->icraçı uyğun deyil axı. Belə baxanda inzibatçılar da əslində icraçıdırlar, addəyişdiricilər də bir yerdə icraçı sayılırlar və bunun kimi d. hüquqlar. Turkmen müzakirə 13:50, 30 iyun 2024 (UTC)
- Əslində, "bürokrat" adı Azərbaycan dilinin konseptosferində mənfi çalara sahibdir. Səbəbi sovet dövründən gəlir, sovetlər bürokratiyanı kapitalist cəmiyyətinin təzahürü hesab edirdilər və "bürokrat" sözü "maneə çıxardan", "əngəlləyən", "işin icrasını yubadan" mənalarına sahib idi. Dəyişdirilməsində heç bir problem görmürəm. Amma "icraçı" da sanki bu statusun tam mahiyyətini açmır. Bir neçə variant olsaydı ən uyğununu seçə bilərdik.--Sortilegus (müzakirə) 12:26, 30 iyun 2024 (UTC)
- Bizim bürokratlar bürokrat olmadıqları üçün ad dəyişdirilməlidir. Onsuz da bürokratların inzibatçılardan tək fərqi sadəcə bir neçə əlavə status verə bilmələridir. İnterfeys inzibatçılarının daha geniş hüquqları var. Digər vikilərin nə istifadə etməsinin bizə aidiyyatı yoxdur. Hər viki özü-özünü idarə edir. Nemoralis (müzakirə) 02:59, 1 iyul 2024 (UTC)
- Dəyişdirilməsini dəstəkləyirəm. Sofia (müzakirə) 20:07, 4 iyul 2024 (UTC)
- Səlahiyyətli, səlahiyyətli redaktor, tənzimləyici adlarını təklif edirəm. Patriot (müzakirə) 20:13, 4 iyul 2024 (UTC)
- Bunların heç biri bürokratın hazırkı hüquqlarına uyğun gəlmir. Bürokratdan daha səlahiyyətli istifadəçi qrupları var. Nemoralis (müzakirə) 20:16, 4 iyul 2024 (UTC)
- Düzgün və uyğun variant yoxdur, bu halda qalacaq. Konsensus yoxdur. Hörmətlə, Gadirmüzakirə 20:21, 4 iyul 2024 (UTC)
- @Araz Yaquboglu, @Atakhanli, @Dr.Wiki54, @Gadir, @Grenzsoldat, @Nemoralis, @Patriot Kor, @Sortilegus, @White Demon, @Sofia, @Turkmen və b. xahiş edirəm bu rəyimdən aşağıda öz mövqeyimizi icraçı sözünün “lehinə”, “əleyhinə”, “bitərəf” (neytral) və ya “icraçı”dan başqa söz təklif edənlər “şərh” şablonları ilə bildirək ki, müzakirəni aydın və dəqiq bir şəkildə yekunlaşdıra bilək. samral müzakirə 13:12, 12 iyul 2024 (UTC)
- Uğursuz adlandırma hesab edirəm, uyğun variant da qeyd edilməyib, mənim də ağlıma gəlmir. İndiki halda nə gərək var ki. Gələcəkdə müzakirə edilib bir seçim edə bilərik, onsuz "bürokrat" statusu "inzibatçı" qədər aktual deyil. Hörmətlə, Gadirmüzakirə 13:19, 12 iyul 2024 (UTC)
- @Turkmen, bunu da yekunlaşdıraq? Hörmətlə, Gadirmüzakirə 11:29, 18 iyul 2024 (UTC)
- @Gadir, 1 həftənin tamam olmasını gözləyirəm. Turkmen müzakirə 11:40, 18 iyul 2024 (UTC)

- Lehinə: —samral müzakirə 13:14, 12 iyul 2024 (UTC)
- Nəticə: İmtina edildi.--Turkmen müzakirə 08:43, 19 iyul 2024 (UTC)
Erməni Vikipediyasında Azərbaycana aid olan məqalələrlə bağlı Metaya müraciət
Salam əziz həmkarlar.
Baxmayaraq ki, qondarma Dağlıq Qarabağ Respublikası artıq de-fakto da mövcud deyil, Erməni Vikipediyasında Dağlıq Qarabağda və hətta ətraf rayonlarda yerləşən bütün yaşayış məntəqələri və obyektlər hələ də "Artsax"-ın tərkibindəki kimi göstərilib. Hətta Azərbaycanın xəritəsini belə dəyişmirlər. Bu isə təmiz saxtakarlıqdı. Müvafiq düzəlişlər geri qaytarılır, administratorlar isə bu barədə heç nə etmir.
Buna görə də bu məsələ ilə bağlı Metaya müraciət etdim[5]. Bilirəm ki, çox aktiv istifadəçinin bu problemdən xəbəri var və çoxları Vikipediyadakı Azərbaycana aid olan informasiyaya biganə deyil. Fikirlərinizi həmin müraciətdə yaza bilərsiz. Interfase (müzakirə) 05:57, 14 iyul 2024 (UTC)
- Meta heç nə edən deyil. Ermənicə Vikipediyada isə bildiyim qədərilə o mövzuda icmanın konsensusu var. Nemoralis (müzakirə) 09:12, 14 iyul 2024 (UTC)
- @Nemoralis, bəs nə yaxşı "Erməni soyqırımı" məsələsinə müdaxilə etmişdilər? Hörmətlə, Gadirmüzakirə 09:16, 14 iyul 2024 (UTC)
- Metanın qərarı ilə nəsə dəyişilmədi axı. Meta ümumiyyətlə məhkəmə deyil ki nəyəsə qərar versin. Stüardlardan biri özbaşına addəyişmə etmişdi bir dəfə. O da sonra geri qaytarıldı və lokal müzakirə açıldı. Sonda da müzakirəyə əsasən dəyişildi. Nemoralis (müzakirə) 10:30, 14 iyul 2024 (UTC)
- @Nemoralis, bəs nə yaxşı "Erməni soyqırımı" məsələsinə müdaxilə etmişdilər? Hörmətlə, Gadirmüzakirə 09:16, 14 iyul 2024 (UTC)
- @Interfase bu məsələdə göstərmiş olduğunuz təşəbbüslərə görə sizə təşəkkür edirəm. Ermənilər 44 günlük müharibə haqqındakı məqaləni öz vikilərində elə yazıblar ki, sanki Azərbaycan tərəfdən Azərbaycandan başqa hamı döyüşüb. Xankəndi məqaləsi ingiliscədən başqa artıq bir çox aparıcı dildə Xankəndi olaraq yazılıb. Rus, fransız və ispan buna misal ola bilər. Qondarma rejim təzə dağılıb və bəzi şeylərə zaman lazımdır. Ermənicə vikipediyada yeni nəsillər gəlib, bu biyabırçılığa son verməliyik deməyənə qədər onları öz balaca dünyalarında tək buraxmaq lazımdır. Envikidə Xankəndi məqaləsindəki ghost town ifadəsi də zamanla silinəcək. Görəcəklər ki, 10-15 min (məsələn) adamın yaşadığı yerdən ghost town olmaz. Zaman bu məsələlərin ən böyük dərmanıdır. Yenə də, bir vikipediyaçı kimi üzərimizə düşən nə varsa məmuniyyətlə kömək etməyə hazıram. Kholat Syakhl (müzakirə) 10:47, 14 iyul 2024 (UTC)
- Hər nə olsa Metaya mürəciət öz faydasını verdi artıq. Heç bir gün keçmədi "Azərbaycan" sözünü başladılar daxil etməyə bəzi məqalələrə[6][7]. Ancaq "Artsax" sözü də yığışdırılmalıdır. Belə bir qurum artıq mövcud deyil. Azərbaycanın xəritəsini də dəyişməlidilər. Görək də. Interfase (müzakirə) 21:24, 14 iyul 2024 (UTC)
"Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələri
Hörmətli İnzibatçı(lar),
Salamlar!
Mən bu gün bir neçə mövzu haqqında yeni bir məqalələr yaratdım. Məqalənin məzmununu genişləndirmək və daha ətraflı məlumat vermək üçün "Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələrinin əlavə olunmasını yardım edilməsini xahiş edirəm. "Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələrinin məlumatları əlimdə olduğu halda daxil edə bilmirəm.
Hörmətlə, Yunus Imanov (müzakirə) 14:14, 15 iyul 2024 (UTC)
- Salam həmkar. Yazdığınız məlumatları özündə əks etdirən istinadları bu şablondan istifadə edərək məqaləyə yerləşdirin. Nümunə kimi digər məqalələrə baxa bilərsiniz. Bu linkin də sizə kömək edəcəyinə inanıram. Patriot (müzakirə) 14:23, 15 iyul 2024 (UTC)
- Çətin məsələ deyil. Məsələn, Meiji Bulgaria Yogurt məqaləsinə baxa bilərsiz. Orada Həmçinin bax, İstinadlar və Xarici keçidlər bölmələrinin necə yerləşdirildiyi göstərilib. Kosmik Ozan utora! 14:41, 15 iyul 2024 (UTC)
- Bu fəaliyyət avtomatik olaraq zərərli fəaliyyət kimi təyin olunmuş və buna görə də qəbul edilməmişdir. Əgər siz öz düzəlişinizin konstruktiv olduğuna əminsinizsə, zəhmət olmasa, nə etmək istədiyinizi inzibatçılardan birinə izah edin. Fəaliyyətinizə müvafiq olan qaydaların qısa təsviri: Ümumi "vandalizm" süzgəci
- Belə bir xəta verir. Yunus Imanov (müzakirə) 14:54, 15 iyul 2024 (UTC)
- Süzgəclər istifadəçinin fəaliyyətinə imkan vermir, istifadəçiyə təsdiqlənmiş istifadəçi statusu verilsə də, hələ də süzgəclərə ilişir niyəsə, yəqin hesabı yeni olduğundandır, düzələr. @Turkmen, @Nemoralis, @Toghrul R. Hörmətlə, Gadirmüzakirə 14:56, 15 iyul 2024 (UTC)
- İstisna əlavə edə bilmirəm buna görə Yunus Imanov (müzakirə) 15:02, 15 iyul 2024 (UTC)
- Bu, sizin böyük həcmdə məzmun əlavə etməyinizə, çıxarmağınıza, dəyişdirməyinizə, xarici keçidlər əlavə etməyinizə görə olur. Yeni qeydiyyatdan keçməyinizdən qaynaqlıdır, yəni narahat olmayın, bir müddət nisbətən daha kiçik düzəlişlərlə davam edin, düzələcək. Həmçinin əlavə etdiyiniz xarici keçidlər mövzusunda diqqətli davranın, ora təsadüfi keçidlər əlavə etmək olmaz. Alınırsa müvafiq məlumatın mənbəsi kimi istinad olaraq verin, xarici keçid kimi xüsusi əhəmiyyəti olduğu halda vermək olar ancaq. Hörmətlə, Gadirmüzakirə 16:39, 15 iyul 2024 (UTC)
- Başa düşdüm, Qədir bəy. Təşəkkür edirəm məsləhətiniz üçün. Narahat olmayın, gələcəkdə məzmunla daha kiçik dəyişikliklər edəcəyəm və xarici keçidlərin əlavə edilməsində daha diqqətli olacağam. Yalnız zəruri hallarda və mənbə kimi istifadə edəcəyəm. Yunus Imanov (müzakirə) 17:03, 15 iyul 2024 (UTC)
- Bu, sizin böyük həcmdə məzmun əlavə etməyinizə, çıxarmağınıza, dəyişdirməyinizə, xarici keçidlər əlavə etməyinizə görə olur. Yeni qeydiyyatdan keçməyinizdən qaynaqlıdır, yəni narahat olmayın, bir müddət nisbətən daha kiçik düzəlişlərlə davam edin, düzələcək. Həmçinin əlavə etdiyiniz xarici keçidlər mövzusunda diqqətli davranın, ora təsadüfi keçidlər əlavə etmək olmaz. Alınırsa müvafiq məlumatın mənbəsi kimi istinad olaraq verin, xarici keçid kimi xüsusi əhəmiyyəti olduğu halda vermək olar ancaq. Hörmətlə, Gadirmüzakirə 16:39, 15 iyul 2024 (UTC)
- Təsdiqlənmiş (avtotəsdiqlənmiş ayrıdır) statusu süzgəclərdə istisna edilməyib. @Snellmeister, 4 gün və 10 redaktədən sonra avtomatik təsdiqlənmiş statusu alırsınız, ondan sonra rahat redaktə edə biləcəksiniz. İndi tətbiq edilən məhdudiyyətlər yeni istifadəçilərin etdiyi vandalizmin qarşısını almaqdır. Nemoralis (müzakirə) 22:10, 15 iyul 2024 (UTC)
- @Gadir, @Yunus Imanov salam, "təsdiqlənmiş istifadəçilər" üçün problem olmayacaq artıq, redaktələrinizi edə bilərsiniz. Turkmen müzakirə 10:51, 16 iyul 2024 (UTC)
- Təsdiqlənmiş istifadəçini istisnaya əlavə etdim, belə vaxtlarda işimizə yaraya bilər o hüquq. Turkmen müzakirə 10:53, 16 iyul 2024 (UTC)
- @Gadir, @Yunus Imanov salam, "təsdiqlənmiş istifadəçilər" üçün problem olmayacaq artıq, redaktələrinizi edə bilərsiniz. Turkmen müzakirə 10:51, 16 iyul 2024 (UTC)
- İstisna əlavə edə bilmirəm buna görə Yunus Imanov (müzakirə) 15:02, 15 iyul 2024 (UTC)
- Süzgəclər istifadəçinin fəaliyyətinə imkan vermir, istifadəçiyə təsdiqlənmiş istifadəçi statusu verilsə də, hələ də süzgəclərə ilişir niyəsə, yəqin hesabı yeni olduğundandır, düzələr. @Turkmen, @Nemoralis, @Toghrul R. Hörmətlə, Gadirmüzakirə 14:56, 15 iyul 2024 (UTC)
İstifadəçi şablonu
Hər vaxtınız xeyir,
İstifadəçinin maraqları, bildiyi dillər və s. məlumatlar olan xanaları səliqəli şəkildə necə yerləşdirmək olar? Snellmeister (müzakirə) 11:35, 17 iyul 2024 (UTC)
- Digər aktiv istifadəçilərin istifadəçi səhifələrinə baxa bilərsiz. Mən də yeni fəaliyyətə başlayanda başqalarının səhifələrinə baxıb yaradırdım. Çoxu başlayanda elə edir. Kosmik Ozan utora! 12:13, 17 iyul 2024 (UTC)
- {{İstifadəçiqutusuyuxarı}}, {{İstifadəçiqutusuaşağı}} Nemoralis (müzakirə) 12:40, 17 iyul 2024 (UTC)
- Təşəkkürlər, ~~~~ Snellmeister (müzakirə) 15:07, 17 iyul 2024 (UTC)
- Məndə yeni istifadəçi olanda heç bir şey bilmirdim. Youtube da baxdım ətraflı şəkildə izahlar olunurdu https://youtube.com/playlist?list=PL0k_QXjZbX97CtOg8HlXkiUiDO4A6dcbt&si=DMzRn5CNglwcvRcw bəzilərini məndəndə əvvəllər vikipediyada olan istifadəçilərdən soruşurdum. Vusalsuvarov1996 (müzakirə) 19:28, 17 iyul 2024 (UTC)
- Təşəkkürlər, ~~~~ Snellmeister (müzakirə) 15:07, 17 iyul 2024 (UTC)
A09 istifadəçi kimdir?
Salam həmkarlar A09 istifadəçi kimdir? Bəzi istifadəçilərin ad dəyişmələri ilə məşğuldu. Əvvəllər mənimdə ilk qeydiyyatdan keçdiyim Vusalfeteliyev1996 istifadəçi səhifəmində adını dəyişib. Düzdü o səhifəni istifadə etməsəmdə mənə maraqlı gəldi. Vusalfeteliyev1996 istifadəçi səhifənin parolunu bilirdim. Hazırda o, səhifənin parolunu yığıram girmir. Bu A09 istifadəçi səhifə haqqında məlumatı olan varsa yazsın bura. Vusalsuvarov1996 (müzakirə) 04:32, 18 iyul 2024 (UTC)
- @Vusalsuvarov1996, salam. Azviki ilə bağlı bir şey deyil, uzun müddət istifadəsiz və fəaliyyətsiz qalmış hesablara tətbiq olunur: istifadəçinin müvafiq fəaliyyəti ilə bağlı müzakirə və phabricator-dakı başlıq. Ətraflı buradan oxuya bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 12:23, 18 iyul 2024 (UTC)
- @Gadir Ətraflı izah üçün təşəkkür edirəm sizə. Vusalsuvarov1996 (müzakirə) 14:07, 18 iyul 2024 (UTC)
- Xoşdur, mən də sizə təşəkkür edirəm! :) Aşağıda özü də eyni açıqlamanı verdi. Hörmətlə, Gadirmüzakirə 14:21, 18 iyul 2024 (UTC)
- @Gadir Ətraflı izah üçün təşəkkür edirəm sizə. Vusalsuvarov1996 (müzakirə) 14:07, 18 iyul 2024 (UTC)
- https://simple.wikipedia.org/wiki/?axtar=User:A09 Səhifəsi budur.
- Hörmətlə, Snellmeister (müzakirə) 12:46, 18 iyul 2024 (UTC)
- This message honestly sounds like I'm being wanted :) I am not. I was renaming accounts that asked for vanishing as the VRT queue for vanishment renaming got redirect into the normal onwiki renaming queue. I am investigating on whether accounts get locked while doing a vanishing rename (that's why these people now cannot log into these accounts). Best, A09 (müzakirə) 13:52, 18 iyul 2024 (UTC)
- Thanks for explanation! Best, Gadirmüzakirə 14:21, 18 iyul 2024 (UTC)
- (Re., as promised): Accounts get locked when vanished as these are requests made from mobile Wikipedia app and owners of the accounts get asked twice before confirmation. Users cannot log into locked accounts. Best, A09 (müzakirə) 14:48, 18 iyul 2024 (UTC)
Şəkli məqaləyə yerləşdirmək üçün icazəni necə alım?
Mənə kömək edin. Ceyhun Midiyalı (müzakirə) 13:00, 18 iyul 2024 (UTC)
- @Ceyhun Midiyalı, salam. Yükləmək istəyirsiniz? Cavabınız müsbətdirsə, bir neçə məqamı dəqiqləşdirək. Şəkil sizə məxsusdur? Yəni müəllif sizsiniz? Və hansı məqaləyə əlavə etmək istədiyinizi də qeyd edin. Hörmətlə, Gadirmüzakirə 13:32, 18 iyul 2024 (UTC)
- Mən şəkilləri internetdən götürürəm. Məsələn Yandex-dən yükləyirəm. Urmu teorimi adlı yeni hazırladığım məqaləyə şəkil əlavə etmək istəyirəm. Ceyhun Midiyalı (müzakirə) 14:52, 18 iyul 2024 (UTC)
- @Ceyhun Midiyalı, Vikianbardan (ing. Wikimedia Commons) azad fayllar üzrə axtarış edə bilərsiniz, ancaq internetdəki təsadüfi şəkilləri bura əlavə edə bilməzsiniz. Ya gərək müəllifi özünüz olasınız, ya da ki, gərək faylın sahibindən yazılı icazəniz ola. Hörmətlə, Gadirmüzakirə 14:57, 18 iyul 2024 (UTC)
- Mən dediyiniz yerə daxil ola bilmirəm. Deyəsən parolu unutmuşam. Ceyhun Midiyalı (müzakirə) 15:28, 18 iyul 2024 (UTC)
- @Ceyhun Midiyalı, fayl axtarışı üçün daxil olmaq tələb olunmur. Şifrənizi əgər qeydiyyatdan keçdiyiniz vaxt etibarlı bir e-poçt ünvanı təqdim etmisinizsə, yeniləyə bilərsiniz. Bu hesabdan çıxıldığında, çıxış etdiyinizdə təkrar ehtiyacınız olacaq. Həmçinin digər Vikimedia layihələrində fəaliyyət göstərən zamanda. Hörmətlə, Gadirmüzakirə 16:49, 18 iyul 2024 (UTC)
- Qardaşım çox sağ olun. Problemimi həll etdim. İşiniz avand olsun. Ceyhun Midiyalı (müzakirə) 18:13, 18 iyul 2024 (UTC)
- @Ceyhun Midiyalı, fayl axtarışı üçün daxil olmaq tələb olunmur. Şifrənizi əgər qeydiyyatdan keçdiyiniz vaxt etibarlı bir e-poçt ünvanı təqdim etmisinizsə, yeniləyə bilərsiniz. Bu hesabdan çıxıldığında, çıxış etdiyinizdə təkrar ehtiyacınız olacaq. Həmçinin digər Vikimedia layihələrində fəaliyyət göstərən zamanda. Hörmətlə, Gadirmüzakirə 16:49, 18 iyul 2024 (UTC)
- Mən dediyiniz yerə daxil ola bilmirəm. Deyəsən parolu unutmuşam. Ceyhun Midiyalı (müzakirə) 15:28, 18 iyul 2024 (UTC)
- @Ceyhun Midiyalı, Vikianbardan (ing. Wikimedia Commons) azad fayllar üzrə axtarış edə bilərsiniz, ancaq internetdəki təsadüfi şəkilləri bura əlavə edə bilməzsiniz. Ya gərək müəllifi özünüz olasınız, ya da ki, gərək faylın sahibindən yazılı icazəniz ola. Hörmətlə, Gadirmüzakirə 14:57, 18 iyul 2024 (UTC)
- Mən şəkilləri internetdən götürürəm. Məsələn Yandex-dən yükləyirəm. Urmu teorimi adlı yeni hazırladığım məqaləyə şəkil əlavə etmək istəyirəm. Ceyhun Midiyalı (müzakirə) 14:52, 18 iyul 2024 (UTC)
Vandallıq
Salam, Mir Əli Təbrizi səhifədə kimsə vandallıq edib aşağı "Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she." yazıb, bir də xəttatlıq şablonu niyəsə bu səhifəyə yönləndirir Şablon:Xəttatlıq arzusuna düşənlər və adı N ilə başlayan bir qız
bunu anlamadım, düzəldərdiniz zəhmət olmasa, sağolun Sebirkhan (müzakirə) 16:41, 18 iyul 2024 (UTC)
- Bildirdiyiniz üçün təşəkkürlər. Hörmətlə, Gadirmüzakirə 16:45, 18 iyul 2024 (UTC)
Vikimedia Hərəkat Mənfəəti təsdiq səsvermə nəticələri
- Bu mesajın Meta-vikidə başqa dillərdə mətnini tapa bilərsiniz. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Salam hamınıza,
Həm fərdi, həm də ortaq səsləri diqqətlə hesabladıqdan sonra Nizamnamə Seçki Komissiyası Vikimedia Hərəkatının Nizamnaməsi üzrə səsvermənin yekun nəticələrini məmnuniyyətlə elan edir.
Nizamnamə Seçki Komissiyasının məlumat verdiyi kimi, 9 iyul, 23:59 UTC tarixində səsvermə başa çatana qədər həm Tərəfdaş, həm də fərdi səslər üçün kvoruma çatdıq. Ratifikasiya prosesində səs verən bütün 2451 şəxsə və 129 Affiliasiya nümayəndəsinə təşəkkür edirik. Səsləriniz və şərhləriniz Hərəkat Strategiyasında gələcək addımlar üçün əvəzsizdir.
25 iyun - 9 iyul 2024-cü il tarixləri arasında keçirilən Vikimedia Hərəkatı Nizamnaməsi ratifikasiya səsverməsinin yekun nəticələri aşağıdakı kimidir:
Fərdi səs
İyulun 9-u saat 23:59-a (UTC) səs verən 2451 nəfərdən 2446-sı etibarlı səs hesab edilib. Bunlardan 1.710 "bəli"; 623 “yox” səs verdi; və 113 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından 73,30% Nizamnamənin təsdiqinə (1710/2333), 26,70% isə Xartiyanın rədd edilməsinə (623/2333) səs verib.
Filifikasiyalar səs verir:
9 iyul 23:59 (UTC) tarixinə səs verən 129 Affiliated seçicidən 129 səs etibarlı səs kimi təsdiqləndi. Bunlardan 93 "bəli"; 18 “yox” səs verdi; və 18 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından, 83,78% Nizamnamənin təsdiqinə (93/111), 16,22% isə Nizamnamənin rədd edilməsinə (18/111) səs verib.
Vikimedia Fondunun Qəyyumlar Şurası
Vikimedia Fondunun Qəyyumlar Şurası 8 iyul 2024-cü il tarixdə Şuranın növbədənkənar iclası zamanı təklif olunan Nizamnaməni ratifikasiya etməmək'yə səs verdi. Vikimedia Fondunun Qəyyumlar Şurasının sədri Nataliya Tımkiv nəticəni paylaşdı. səsvermə, qətnamə, iclas protokolları və təklif olunan növbəti addımlar.
Bununla da, Vikimedia Hərəkatının Nizamnaməsi hazırkı redaksiyada ratifikasiya olunmayıb.
Hərəkatımızın idarə olunmasında bu mühüm məqamda iştirakınıza görə sizə təşəkkür edirik.
Nizamnamə Seçki Komissiyası,
Abhinav619, Borschts, Iwuala Lucy, Tochiprecious, Der-Wir-Ing
MediaWiki message delivery (müzakirə) 17:52, 18 iyul 2024 (UTC)
- P.S Yuxarıdakı mətn tərcümə xətaları ilə doludur. Baxdım, azərbaycan dilini bilməyən bir ərəb istifadəçi tərcümə edib. Metada düzəltmişəm amma burda da düzəltmək lazımdır. Nemoralis (müzakirə) 21:30, 18 iyul 2024 (UTC)
- Niyə maşın tərcüməsi ilə edib anlamıram, elə ondansa orijinal mətni əlavə etmək yaxşıdır. Hörmətlə, Gadirmüzakirə 06:43, 19 iyul 2024 (UTC)
- Özünə xəbərdarlıq etmək lazımdır. Yəqin kiçik icmalı vikilərə də edib öz redaktə sayın artırır Atakhanli (müzakirə) 11:17, 19 iyul 2024 (UTC)
Yeni məqaləni necə gözəgörünən etmək olar?
Dəyərli Vikipediyaçılar mən iki gündür yeni məqalə hazırlamışam. İndi də redaktə edirəm. Sadəcə məqaləmə baxış olmayıb. Necə edim ki, hamıya gözəgörünən olsun? Ceyhun Midiyalı (müzakirə) 10:42, 19 iyul 2024 (UTC)
- Əsas ad fazada dərc olunmuş bütün məqalələr hamıya görünəndir. --► Hörmətlə: SolaVirum 12:36, 19 iyul 2024 (UTC)
- Mənim məqaləmi yoxlayıblar? Yazılıb ki, ilkin yoxlamadan keçməyib. Ceyhun Midiyalı (müzakirə) 15:44, 19 iyul 2024 (UTC)
- Harada yazılıb? Atakhanli (müzakirə) 13:57, 20 iyul 2024 (UTC)
- Siçanın oxunu məqalə adının üstündə tutanda elə yazılıb. Ceyhun Midiyalı (müzakirə) 14:26, 20 iyul 2024 (UTC)
- Harada yazılıb? Atakhanli (müzakirə) 13:57, 20 iyul 2024 (UTC)
- Mənim məqaləmi yoxlayıblar? Yazılıb ki, ilkin yoxlamadan keçməyib. Ceyhun Midiyalı (müzakirə) 15:44, 19 iyul 2024 (UTC)
Kateqoriyalardakı ad-soyad siyahıları haqqında
Bu başlıq Vikipediya:Kateqoriya müzakirələri səhifəsinə köçürülüb.
Əməkdaşlıq həftələri
Salam. Düşünürəm ki, fərdi təşəbbüslə "Əməkdaşlıq həftələri" keçirmək olar. Məsələn, tutaq ki, mən "Ulduz müharibələri" mövzusunda məqalələrin çox olmağını istəyirəm, amma tək işləməyin uzun çəkəcəyini düşünürəm, buna görə də belə bir müsabiqə başladıram və sonunda ulduz filan veririk nəticələrə görə. Necədir? --► Hörmətlə: SolaVirum 12:44, 19 iyul 2024 (UTC)
- Liqası? — Bikar müzakirə 12:56, 19 iyul 2024 (UTC)
- vikidə hansısa səhifə var idi, indi tapa bilmədim. istifadəçi bir növ tapşırıq verirdi, misal üçün bu istiqamətdə və ya konkret bir məqalə yaratmağı istəyirdi. qarşılığında da bir ulduz vəd edirdi. sonda nəticəyə görə vəd edən istifadəçi həmin tapşırığı icra edən istifadəçiyə həmin ulduzu verirdi. Atakhanli (müzakirə) 13:49, 19 iyul 2024 (UTC)
- Mən də xatırladım. @White Demon bilə bilər, orda onun cavabsız elanı var idi) Hörmətlə, Gadirmüzakirə 14:48, 19 iyul 2024 (UTC)
- Əla təklifdir. Konkret məqalə siyahısı tərtib edilsin. Maraqlı olan iştirakçılar da adlarını qeyd etsin. maraqları üst-üstə düşməsin deyə, hərə öz məqalələrini seçsin və iş başlasın.--Tarixi Nadir (müzakirə) 14:55, 19 iyul 2024 (UTC)
- Vikipediya:Mükafat lövhəsi — Bikar müzakirə 15:21, 19 iyul 2024 (UTC)
- Kimin yadına gələr Kənd meydanında buna bənzər bir şey təklif etmişdim. Ay ərzində redaktəsi 1000 olana ulduz verilsin. Əksəriyyəti başladı. Bir-birləriynən zarafata biri dedi kukla verirəm. Biri dedi kuklamı gözlüyərəm. Vusalsuvarov1996 (müzakirə) 19:37, 19 iyul 2024 (UTC)
- Liqası?(2) — Bikar müzakirə 20:34, 19 iyul 2024 (UTC)
- Portal və Vikilayihələrin yaradılmasını dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 21:00, 19 iyul 2024 (UTC)
- Əla təklifdir. Həmişə dəstəkləmişən yenə də mən razıyam bu təkliflə. Vusalsuvarov1996 (müzakirə) 15:01, 20 iyul 2024 (UTC)
- Portal və Vikilayihələrin yaradılmasını dəstəkləyirəm. Hörmətlə, Gadirmüzakirə 21:00, 19 iyul 2024 (UTC)
- Liqası?(2) — Bikar müzakirə 20:34, 19 iyul 2024 (UTC)
- Kimin yadına gələr Kənd meydanında buna bənzər bir şey təklif etmişdim. Ay ərzində redaktəsi 1000 olana ulduz verilsin. Əksəriyyəti başladı. Bir-birləriynən zarafata biri dedi kukla verirəm. Biri dedi kuklamı gözlüyərəm. Vusalsuvarov1996 (müzakirə) 19:37, 19 iyul 2024 (UTC)
- Mən də xatırladım. @White Demon bilə bilər, orda onun cavabsız elanı var idi) Hörmətlə, Gadirmüzakirə 14:48, 19 iyul 2024 (UTC)
"VP:SS" qaydalarında müzakirələrə qoyulan 28 günlük məhdudiyyət haqqında
Vikipediya: Səhifə Silmə "VP:SS" qaydalarına görə silinməyə namizəd çıxarılmış səhifələrin müzakirəsi belə yekunlaşdırılmalıdır:
Müzakirələrin sonlandırılması
Müzakirələrə səs saymaqla son qoyulmur. Unutmayın ki, bu müzakirələr səsvermə deyil. Buna görə də şərh verən hər bir istifadəçiyə fikirlərini izah etmələri və qaydalara, təlimatlara istinad etmələri tövsiyə olunur. Müzakirə ən azı yeddi tam gün davam edir. Daha sonra razılıq varsa səhifələr inzibatçılar tərəfindən silinir. Müzakirə müddəti bitdikdən sonra az şərh verilmiş namizədliklərin müddəti inzibatçılar tərəfindən daha bir 7 gün müddətinə uzadıla bilər. Bir müzakirə maksimum 28 gün çəkə bilər.
Göründüyü kimi qaydalarda yazılır ki, bir müzakirə maksimum 28 gün çəkə bilər. Amma reallıqda bu qaydaya məhəl qoyulmur və bir çox hallarda müzakirələr aylarla çəkir. Burada müzakirəyə çıxarmaq istədiyim suallarım belədir:
1) Sizcə bu qaydaya niyə əməl edilmir? Bilirəm, bəziləri deyəcək ki, konsensus əldə edilməyib, ona görə, konsensus əsasdır və o əldə edilmədən müzakirəyə son qoymaq olmaz. Onda avtomatik belə bir sual çıxır. Bəlkə konsensus 10 il əldə edilməyəcək? Onda necə olsun?
Qeyd: Axı həm də bir çox hallarda konsensusun olub-olmaması nisbi məsələdir (buna çoxlu misallar gətirmək olar).
2) Əgər bu qaydaya əməl etmək mümkün deyilsə, niyə o qəbul olunub? Bilirəm, bəziləri deyəcək ki, bu şərti qaydadır. Onda gəlin müəyyən edək görək şərti qayda nə deməkdir? Və əgər şərtidirsə, bu qayda məhz bu şəkildə konkretmi yazılmalıydı?
3) Sizcə ümumiyyətlə müzakirələrə məhdudiyyət olmalıdırmı? Bəziləri deyə bilər yox. Amma məhdudiyyət olmadıqda sizə elə gəlmirmi ki, müzakirələr aylarla davam edə bilər və bundan müxtəlif məqsədlər üçün istifadə edərlər? Asel007 (müzakirə) 12:16, 20 iyul 2024 (UTC)
- Hörmətli həmkar @Asel007 hesab edirəm ki, müəyyən qədər haqlısınız. Bu qaydaya yenidən baxılmalıdır. Bir müzakirənin 28 gün çəkməsi ilə bağlı da ciddi tədbir görməliyik. Ümumiyyətlə hesab edirəm ki, müzakirələrə qoyulan müddəti götürməliyik. Çünki müzakirələr nəticə əldə olunana qədər davam etməlidir. Hörmətlə, Patriot (müzakirə) 19:02, 21 iyul 2024 (UTC)
- Hörmətli həmkar @Patriot, onda belə bir vəziyyəti təsəvvür edin: yaşayan insan haqqında bioqrafik məqalə silinməyə namizəd göstərilib, müzakirələrdə biri onu yıxıb sürüyür, biri tərifləyir və s. (amma bunun doğruluğunu, səhvliyini heç kim yoxlamır). Məsələn biri deyir, heç bir töhfə verməmiş şəxsdir, yaradıcılığı çox zəifdir, mükafatları saxtadır və s. O biri də yoxlamamış deyir, hə razıyam. Biri də deyir, yox siz səhvsiniz şəxsin görkəmli işləri var. Bunlar müzakirənin ilk 5-10 günündə baş verir. Sonra aylarla heç kim heç nə yazmır. Beləliklə nəticə əldə edilmir, vaxt məhdudiyyəti olmadığı üçün müzakirə bağlanılmır və aylarla gözlənilir ki, kimsə bəlkə nəsə yaza. İnternetdə həmin şəxsin adı yazılanda da bu müzakirə çıxır ortaya. Sizcə bu düzgündür? Sizə elə gəlmirmi ki, bundan həmin şəxsə qarşı piyar məqsədilə istifadə edilə bilər? Məncə belə müzakirələr yalnız müəyyən vaxt çərçivəsində internetdə açıq qala bilər, həmin müddət bitdikdən sonra müzakirələrə son qoyulmalıdır. Ya səhifə saxlanılmalı, ya da silinməlidir.
- Məhdudiyyətin olmaması digər neqativ hallarla da nəticələnə bilər. Məsələn, silinməyə namizəd çıxarılmış səhifələrin sayı vaxt məhdudiyyəti olmama səbəbindən kəskin arta bilər, onlara nəzarət etmək heç mümkün də olmaz. Təsəvvür edin, 1000-lərlə səhifə silinməyə namizəd çıxarılıb və heç bir müzakirə konsensus olmadığı üçün bağlanılmır, əksinə yeniləri əlavə olunur.
- Sual edə bilərsiniz ki, bəs razılıq əldə edilməyibsə necə etmək olar? Cavabım belədir:
- Mənim fikrimcə 28 gün, 1 ay, 2 ay, amma mütləq bir vaxt məhdudiyyəti olmalıdır. Əgər səhifəni müzakirəyə çıxardıqdan sonra, həmin müddət ərzində silinməsi üçün əsaslı razılıq əldə edilməyibsə, səhifə saxlanılmalı, yox əgər əldə edilibsə, silinməlidir. Asel007 (müzakirə) 04:16, 22 iyul 2024 (UTC)
Şablon:Kimyəvi Element
Bu başlıq Vikipediya:Şablon müzakirələri səhifəsinə köçürülüb.
Seçilmiş şəkil bölməsinin ləğvi barədə başlıq
Salam. Sizləri Ana səhifə ilə bağlı bu müzakirədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Gadirmüzakirə 09:35, 22 iyul 2024 (UTC)
Müzakirə nəticəsində silinmiş səhifələrin yenidən yaradılması
Salam. Son vaxtlar (elə əvvələr də) bu istiqamətdə fəaliyyətlər müşahidə edirəm, aktivlik çox aşağı olduğu üçün gözdən qaçdığı hallar olur, təkcə son vaxtlar hardasa on-onbeş məqalə aşkarlayıb silmişəm, baxmışam ki, öncədən də dəfələrlə yaradılıb və siliniblər, mühafizəyə almışam məcbur. Bu istiqamətdə təklifləriniz nədir? Mən düşünürəm ki, teq yarada bilsək, bu səhifələri izləmə şansımız daha rahat olar, normal səhifə 1 ay sonra patrullanıb gözdən itir yoxsa. Hansı ki, birimizin qarşısınıza təkrar çıxana qədər. Düzdü, həmin başlıqlarda eyniadlı başqa məqalələr də yaradıla bilər, amma ehtimal azdır, yoxlayıb elə tədbir görərik. Bir də əsas adı mühafizə edəndə başqa üsullarla (məsələn, soyadın ilk hərfini kiçiklə vermə kimi) yaradılmağa çalışır, nə edə bilərik? Buna görə mühafizə də çıxış yolu deyil. Hörmətlə, Gadirmüzakirə 14:43, 22 iyul 2024 (UTC)
- Mən özüm də bilmədən Urmu nəzəriyyəsini axtarışa verdim. Yazıldı ki, yeni məqalə yaradın. Belə halla qarşılaşmamaq üçün nə etmək lazımdır.? Ceyhun Midiyalı (müzakirə) 14:58, 22 iyul 2024 (UTC)
- Mən dediyim başqa məsələdir Ceyhun Midiyalı. Müzakirə nəticəsində silinən məqalələrdən danışıram mən. Hörmətlə, Gadirmüzakirə 15:01, 22 iyul 2024 (UTC)
- Qədir qardaşım mən necə kömək edə bilərəm? Ceyhun Midiyalı (müzakirə) 15:07, 22 iyul 2024 (UTC)
- Fəaliyyətinizə davam edib töhfələr verməyə davam edərək :) Hörmətlə, Gadirmüzakirə 15:13, 22 iyul 2024 (UTC)
- Qədir qardaşım mən necə kömək edə bilərəm? Ceyhun Midiyalı (müzakirə) 15:07, 22 iyul 2024 (UTC)
- Mən dediyim başqa məsələdir Ceyhun Midiyalı. Müzakirə nəticəsində silinən məqalələrdən danışıram mən. Hörmətlə, Gadirmüzakirə 15:01, 22 iyul 2024 (UTC)
İstifadəçi Kholat Syakhlın qərəzli mövqeyi
Bu başlıq Vikipediya:Şikayət#İstifadəçi Kholat Syakhlın qərəzli mövqeyi səhifəsinə köçürülüb.
- Gadir məzmunu səhifənin redaktə qeydlərindən ayırıb birbaşa başqa səhifəyə köçürmək düzgün deyil. Ümumiyyətlə belə həssas məsələlərdə belə düzəlişlərin anlamı yoxdur.--Turkmen müzakirə 07:01, 24 iyul 2024 (UTC)
- @Gadir, zəhmət olmasa mənim şərhimi heç yerə köçürməyin. Ümumiyyətlə redaktələrini yerini dəyişmək vandalizmdir. Bu hərəkətlərin mənası nədir?! Turkmen müzakirə 07:14, 24 iyul 2024 (UTC)
- Vandalizm olduğu harada yazılıb? Bunu tək mən etmirəm, tək bizim vikiyə xas deyil. Müzakirələrin uyğun səhifələrə köçürülməsi tam normal prosedurdur. Mənasını, yəni səbəbini müzakirə səhifəmdə qeyd etmişəm. Hörmətlə, Gadirmüzakirə 07:16, 24 iyul 2024 (UTC)
- İstifadəçilər harada istəyirlərsə orada müzakirə aparmaq müstəqilliyinə sahibdirlər. Heç kimin başqasının şərhini götürüb başqa yerə köçürməyə haqqı yoxdur. Bu vandalizmdir və blok səbəbidir. Zorla hansısa səhifəni aktivləşdirməyə ehtiyac yoxdur. Turkmen müzakirə 07:16, 24 iyul 2024 (UTC)
- Qəribədir, sizdən başqa heç kim etiraz etmir. Dediyim kimi, bunu tək mən etmirəm və burada hansısa qayda pozuntusundan söhbət gedə bilməz. Zorla səhifə aktivləşdirmək üçün yox, sadəcə müvafiq səhifələrdə müzakirə aparılması lazımdır, hər müzakirə burada açılsa burası dolub daşar ki. Hörmətlə, Gadirmüzakirə 07:18, 24 iyul 2024 (UTC)
- @Gadir, bəs bu "lazım"a kim qərar verir? Ümumiyyətlə icmanın VP:MÜZAKİRƏ qaydaları haqqında yekun qərarı varmı, yaxud belə qayda varmı? Başqa yerdə var deyə sizin haqqınız varmı istifadəçilərin şərhini burdan götürüb harasa köçürəsiz? Turkmen müzakirə 07:21, 24 iyul 2024 (UTC)
- Zəhmət olmasa özümə deməmiş mənim şərhlərim arasında yerdəyişmə etməyin. Turkmen müzakirə 07:24, 24 iyul 2024 (UTC)
- Qayda boşluğu mənim problemim deyil, amma mən səhv etməmişəm. Qayda boşluğuna qalsa azvikidə nizam-intizam olmaz. Mən də digər həmkarlar kimi ümumi təcrübəyə əsaslanmışam. Nəyə görə tək mənə irad bildirirsiniz anlamıram. Axı bunu tək mən etmirəm. Digər istifadəçilərin də mövzu ilə bağlı fikirləri maraqlıdır, əgər deyirsinizsə konsensus alaq elə edək hamımız, mənim üçün problem yoxdur, alaq edək. Hörmətlə, Gadirmüzakirə 07:24, 24 iyul 2024 (UTC)
- @Gadir, mən şərh yazıram, girirəm ki, cavaba baxam şərh yoxdur. Götürüb köçürmüsüz öz müzakirə səhifənizə, orda da məni teq etmədən mənə cavab vermisiz. Niyə edirsiz ki bunları? Turkmen müzakirə 07:28, 24 iyul 2024 (UTC)
- @Turkmen, mənə müraciət etmisiniz deyə və müzakirəyə orada davam edək deyə. Sizi teq etmişəm, bəy, ola bilsin bildiriş getməyib texniki səbəbdən. Hörmətlə, Gadirmüzakirə 07:30, 24 iyul 2024 (UTC)
- @Gadir, sizə olunan bütün müraciətləri öz müzakirə səhifənizə niyə köçürürsüz ki? Bunun mənası nədirki? Turkmen müzakirə 07:35, 24 iyul 2024 (UTC)
- Bu başlıq artıq köçürülüb, müraciətiniz mənə aiddir və birbaşa mənə irad bildirmisiniz deyə etdim ki, daha rahat müzakirə edə bilək, istəyən də qoşula bilər, səhifələri taraz saxlamağa çalışırıq. Belə köçürmələr normaldır yəni, qeyri-adi nəsə yoxdur. Nəyisə silmirik axı vandalizm olsun. İndi dediyiniz üzrə müzakirə başladırsınız? Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)
- @Gadir, fərqi yoxdur. Bütün hallarda zəhmət olmasa mənim şərhlərimin yerini dəyişməyin. Turkmen müzakirə 08:12, 24 iyul 2024 (UTC)
- Əgər bir müzakirəni köçürürüksə və orada sizin də şərhləriniz varsa onda da yox? Qayda və konsensus olsa belə? Hörmətlə, Gadirmüzakirə 08:14, 24 iyul 2024 (UTC)
- @Gadir, qayda və konsensus yoxdurki deyirəm. Əgər şərhlərin yerini dəyişmək sizin üçün bu qədər önəmlidirsə, konsensus üçün müraciət edə bilərsiniz. Əgər etiraz varsa deməli siz istədiyiniz kimi yerdəyişmə edə bilməzsiniz. "Başqa yerdə belədir" demək əsas deyil. Bir daha təkrar edirəm, qayda və konsensus yoxdursa, mənim şərhlərimin yerini dəyişməyin. Turkmen müzakirə 08:30, 24 iyul 2024 (UTC)
- Tamam, amma müxtəlif vaxtlarda @Nemoralis, @Solavirum kimi istifadəçilər də bu fəaliyyətlə məşğul olurlar. Sadəcə mən aktiv olub müzakirələri də izlədiyim üçün qaydasına qoyuram. Etiraz da gəlməyib indiyə kimi. @White Demon, @Bikar, @Toghrul R, @Atakhanli, @En Merker, @Araz Yaquboglu, @Samral, yeni başlıq açmadan burada fikirləriniz maraqlıdır. Bunu etmənin əsaslı səbəbləri var və qeyd edilib. Ortada qaydalarla ziddiyət təşkil edən vəziyyət yoxdur, sadəcə "mən bəyənmirəm, istəmirəm" durumu var. Mən və digər həmkarlar isə istəyib bəyəndiyi üçün belə etmir. Hörmətlə, Gadirmüzakirə 08:44, 24 iyul 2024 (UTC)
- @Gadir, belə hərəkətlərin "əsaslı" səbəbi olmur. Çünki ortada qayda və konsensus yoxdur. Bunlar hamsı töhfə verməkdə çətinlik çəkməkdən irəli gəlir. "Etiraz gəlməyibsə" bu o demək deyil ki, nə istəyirik edə bilərik. Və həmçinin bu özü bir etirazdır zatən. Turkmen müzakirə 08:52, 24 iyul 2024 (UTC)
- Xeyr, heç bir çətinlik çəkmirəm. Bu özü də bir töhfədir elə. Hörmətlə, Gadirmüzakirə 08:54, 24 iyul 2024 (UTC)
- Bu, yeni təcrübə deyil. Həmçinin bir çox öncədən tətbiq etdiyimiz təcrübələrlə bağlı da ortada qəbul olunmuş qaydalarımız yoxdur, amma bilirik ki, doğru edirik. Elə məsələn, keçid tövsiyələri funksiyası ilə bağlı. Hörmətlə, Gadirmüzakirə 09:00, 24 iyul 2024 (UTC)
- Bu istiqamətdə müzakirəni yekunlaşdırıram. Həmkarları dəvət etmişəm, fikir bildirərlər ümid edirəm. Amma onu qeyd edim ki, qayda boşluqları vikiyə töhfə verməyə əngəl verməməlidir (baxmayaraq ki, verir). Hörmətlə, Gadirmüzakirə 09:03, 24 iyul 2024 (UTC)
- @Gadir, belə hərəkətlərin "əsaslı" səbəbi olmur. Çünki ortada qayda və konsensus yoxdur. Bunlar hamsı töhfə verməkdə çətinlik çəkməkdən irəli gəlir. "Etiraz gəlməyibsə" bu o demək deyil ki, nə istəyirik edə bilərik. Və həmçinin bu özü bir etirazdır zatən. Turkmen müzakirə 08:52, 24 iyul 2024 (UTC)
- Tamam, amma müxtəlif vaxtlarda @Nemoralis, @Solavirum kimi istifadəçilər də bu fəaliyyətlə məşğul olurlar. Sadəcə mən aktiv olub müzakirələri də izlədiyim üçün qaydasına qoyuram. Etiraz da gəlməyib indiyə kimi. @White Demon, @Bikar, @Toghrul R, @Atakhanli, @En Merker, @Araz Yaquboglu, @Samral, yeni başlıq açmadan burada fikirləriniz maraqlıdır. Bunu etmənin əsaslı səbəbləri var və qeyd edilib. Ortada qaydalarla ziddiyət təşkil edən vəziyyət yoxdur, sadəcə "mən bəyənmirəm, istəmirəm" durumu var. Mən və digər həmkarlar isə istəyib bəyəndiyi üçün belə etmir. Hörmətlə, Gadirmüzakirə 08:44, 24 iyul 2024 (UTC)
- @Gadir, qayda və konsensus yoxdurki deyirəm. Əgər şərhlərin yerini dəyişmək sizin üçün bu qədər önəmlidirsə, konsensus üçün müraciət edə bilərsiniz. Əgər etiraz varsa deməli siz istədiyiniz kimi yerdəyişmə edə bilməzsiniz. "Başqa yerdə belədir" demək əsas deyil. Bir daha təkrar edirəm, qayda və konsensus yoxdursa, mənim şərhlərimin yerini dəyişməyin. Turkmen müzakirə 08:30, 24 iyul 2024 (UTC)
- Əgər bir müzakirəni köçürürüksə və orada sizin də şərhləriniz varsa onda da yox? Qayda və konsensus olsa belə? Hörmətlə, Gadirmüzakirə 08:14, 24 iyul 2024 (UTC)
- @Gadir, fərqi yoxdur. Bütün hallarda zəhmət olmasa mənim şərhlərimin yerini dəyişməyin. Turkmen müzakirə 08:12, 24 iyul 2024 (UTC)
- Bu başlıq artıq köçürülüb, müraciətiniz mənə aiddir və birbaşa mənə irad bildirmisiniz deyə etdim ki, daha rahat müzakirə edə bilək, istəyən də qoşula bilər, səhifələri taraz saxlamağa çalışırıq. Belə köçürmələr normaldır yəni, qeyri-adi nəsə yoxdur. Nəyisə silmirik axı vandalizm olsun. İndi dediyiniz üzrə müzakirə başladırsınız? Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)
- @Gadir, sizə olunan bütün müraciətləri öz müzakirə səhifənizə niyə köçürürsüz ki? Bunun mənası nədirki? Turkmen müzakirə 07:35, 24 iyul 2024 (UTC)
- @Turkmen, mənə müraciət etmisiniz deyə və müzakirəyə orada davam edək deyə. Sizi teq etmişəm, bəy, ola bilsin bildiriş getməyib texniki səbəbdən. Hörmətlə, Gadirmüzakirə 07:30, 24 iyul 2024 (UTC)
- @Gadir, mən şərh yazıram, girirəm ki, cavaba baxam şərh yoxdur. Götürüb köçürmüsüz öz müzakirə səhifənizə, orda da məni teq etmədən mənə cavab vermisiz. Niyə edirsiz ki bunları? Turkmen müzakirə 07:28, 24 iyul 2024 (UTC)
- @Gadir, bəs bu "lazım"a kim qərar verir? Ümumiyyətlə icmanın VP:MÜZAKİRƏ qaydaları haqqında yekun qərarı varmı, yaxud belə qayda varmı? Başqa yerdə var deyə sizin haqqınız varmı istifadəçilərin şərhini burdan götürüb harasa köçürəsiz? Turkmen müzakirə 07:21, 24 iyul 2024 (UTC)
- Qəribədir, sizdən başqa heç kim etiraz etmir. Dediyim kimi, bunu tək mən etmirəm və burada hansısa qayda pozuntusundan söhbət gedə bilməz. Zorla səhifə aktivləşdirmək üçün yox, sadəcə müvafiq səhifələrdə müzakirə aparılması lazımdır, hər müzakirə burada açılsa burası dolub daşar ki. Hörmətlə, Gadirmüzakirə 07:18, 24 iyul 2024 (UTC)
- Bütün bunların səbəbi aydındır, Gadir öz yaratdığı səhifəni heç kimin istifadə etmədiyini görür, zorla istifadə etdirməyə çalışır. Bunu hələ müzakirə gedən vaxtı bildirmişdim. Nemoralis (müzakirə) 10:03, 24 iyul 2024 (UTC)
- Nə əlaqəsi var? Mənim yaratdığım deyəndəki o səhifə mənim deyil ki, müzakirələr üçün nəzərdə tutulub. Boş yerə yaradılır onda? Hörmətlə, Gadirmüzakirə 10:06, 24 iyul 2024 (UTC)
- Özü də burada söhbət köçürmədən gedir, mənim yaratdığım səhifələr nə əlaqə? Siz də köçürmələr edirsiniz və söhbət bundan gedir indi. Hörmətlə, Gadirmüzakirə 10:06, 24 iyul 2024 (UTC)
- Salam həmkarlar, bu hal qaydalarla tənzimlənmir, ona görə nə yazsam altı boş olacaq. Ümumi götürsək Gadirin "könüllü" olaraq müzakirələri "kateqoriyalaşdırması" arxivlərdə nələrisə tapmağı daha asanlaşdırmalıdı. Səhifəni zorla istifadə etdirir demək bir sərt oldu, hamı öyrəşənə kimi özü yönləndirir deyək. — Bikar müzakirə 10:10, 24 iyul 2024 (UTC)
- Onu da deyim ki, mən yeni istifadəçiləri də müvafiq səhifələrə yönləndirirəm. Misal, gəlib bir istifadəçinin müzakirəsində yaxud burada məqalə addəyişmə tələbi yaxud müzakirəsi açır, mən də yönləndirirəm müvafiq səhifələrə. Hörmətlə, Gadirmüzakirə 11:03, 24 iyul 2024 (UTC)
Qaralama məqalə
Salamlar, mənim bir sualım var. Məqalə yazılıb bütün istinadlar və.s hər şey qaydalara uyğundur lakin məqaləyə qaralamaya düşür. Həmin məqaləni qaralamadan çıxartmaq üçün nə etmək lazımdır? Kromvell 1968 (müzakirə) 17:57, 24 iyul 2024 (UTC)
- Salam. Hansı məqalədir? Grenzsoldat 18:22, 24 iyul 2024 (UTC)
- Salam. Nərgiz Absalamova məqaləsi. Kromvell 1968 (müzakirə) 18:26, 24 iyul 2024 (UTC)
- Kromvell 1968, linki qeyd edin, əlavə edim. Bu mövzuda məqaləni işləməyiniz gözəl təşəbbüsdür. Mən daha öncə Sevinc Vaqifqızı barədə məqaləni yaratmışdım, Ələsgər Məmmədli barədə olan məqaləni isə sıfırdan yazmışdım. Nərgiz Absalamova üçün də məqalə yazmaq istəyirdim. Sadəcə barəsində ətraflı bio məlumatlar tapa bilməmişdim. Çox sağolun əməyinizə görə. Grenzsoldat 18:32, 24 iyul 2024 (UTC)
- @Kromvell 1968, məqaləni hazır etdim - Nərgiz Absalamova. Hansısa əlavələriniz, düzəlişləriniz və ya sualınız varsa buyurun. Grenzsoldat 21:08, 24 iyul 2024 (UTC)
- tesekkur edirəm. Bu yəqin ki, bizim dostumuzun qaralamada olan məqaləsi ilə eynidir. İngilis dilində birinci vermişdik və qəbul edilmişdi. Kromvell 1968 (müzakirə) 21:10, 24 iyul 2024 (UTC)
- Bəli. Mən səhər gördüm. Düşündüm yəqin bu gun Az versiyada verilər. Gördüm xəbər olmadı. Nəsə bir texniki problem olsa və ya sualınız mənə verin. Bu arada Ələsgər Məmmədli məqaləsini Az versiyada hazır etmişəm. Əgər marağlı olsa onu En versiyada yarada bilərsiz? Grenzsoldat 21:15, 24 iyul 2024 (UTC)
- Əlbəttə, Akif Qurbanovun məqaləsini yazıram hazırda . Son crackdownla bağlı əlaqəli bütün şəxsləri sırası ilə edəcəm. Kromvell 1968 (müzakirə) 21:16, 24 iyul 2024 (UTC)
- əla. uğurlar. yardım lazım olsa deyin. Grenzsoldat 21:20, 24 iyul 2024 (UTC)
- Əlbəttə, Akif Qurbanovun məqaləsini yazıram hazırda . Son crackdownla bağlı əlaqəli bütün şəxsləri sırası ilə edəcəm. Kromvell 1968 (müzakirə) 21:16, 24 iyul 2024 (UTC)
- Sizi bəlkə də vətəndaş cəmiyyətindən tanıyıram. sadəcə adınız anonimdir deyə tanımadım. Hər halda məqaləyə görə çox sağolun. Grenzsoldat 21:15, 24 iyul 2024 (UTC)
- 100% tanıyırsız)) Kromvell 1968 (müzakirə) 21:17, 24 iyul 2024 (UTC)
- yəqin hə. əgər fb hesabımı bilirsinizsə oradan yaza bilərsiz. ya da hansısa mail vasitəsilə çerez-çerez əlaqəyə çıxmaq :d Grenzsoldat 21:18, 24 iyul 2024 (UTC)
- sizin adinizi gore bilmirem gorsem bilecem) Kromvell 1968 (müzakirə) 21:22, 24 iyul 2024 (UTC)
- Kromvell 1968, VC-dan birinin Vikipediyaya töhfə verməsi xoşdur. --► Hörmətlə: SolaVirum 23:25, 24 iyul 2024 (UTC)
- sizin adinizi gore bilmirem gorsem bilecem) Kromvell 1968 (müzakirə) 21:22, 24 iyul 2024 (UTC)
- yəqin hə. əgər fb hesabımı bilirsinizsə oradan yaza bilərsiz. ya da hansısa mail vasitəsilə çerez-çerez əlaqəyə çıxmaq :d Grenzsoldat 21:18, 24 iyul 2024 (UTC)
- 100% tanıyırsız)) Kromvell 1968 (müzakirə) 21:17, 24 iyul 2024 (UTC)
- Bəli. Mən səhər gördüm. Düşündüm yəqin bu gun Az versiyada verilər. Gördüm xəbər olmadı. Nəsə bir texniki problem olsa və ya sualınız mənə verin. Bu arada Ələsgər Məmmədli məqaləsini Az versiyada hazır etmişəm. Əgər marağlı olsa onu En versiyada yarada bilərsiz? Grenzsoldat 21:15, 24 iyul 2024 (UTC)
- tesekkur edirəm. Bu yəqin ki, bizim dostumuzun qaralamada olan məqaləsi ilə eynidir. İngilis dilində birinci vermişdik və qəbul edilmişdi. Kromvell 1968 (müzakirə) 21:10, 24 iyul 2024 (UTC)
- @Kromvell 1968, məqaləni hazır etdim - Nərgiz Absalamova. Hansısa əlavələriniz, düzəlişləriniz və ya sualınız varsa buyurun. Grenzsoldat 21:08, 24 iyul 2024 (UTC)
- Kromvell 1968, linki qeyd edin, əlavə edim. Bu mövzuda məqaləni işləməyiniz gözəl təşəbbüsdür. Mən daha öncə Sevinc Vaqifqızı barədə məqaləni yaratmışdım, Ələsgər Məmmədli barədə olan məqaləni isə sıfırdan yazmışdım. Nərgiz Absalamova üçün də məqalə yazmaq istəyirdim. Sadəcə barəsində ətraflı bio məlumatlar tapa bilməmişdim. Çox sağolun əməyinizə görə. Grenzsoldat 18:32, 24 iyul 2024 (UTC)
- Salam. Nərgiz Absalamova məqaləsi. Kromvell 1968 (müzakirə) 18:26, 24 iyul 2024 (UTC)
Vikipediya layihəsində axtar → Vikipediyada axtar
Müzakirəyə ehtiyac varmı bilmirəm, amma təklifim odur ki, lakonik formada dəyişdirilsin. Hörmətlə, Gadirmüzakirə 15:28, 22 iyul 2024 (UTC)
- Dəstəkləyirəm. Hörmətlə, Patriot (müzakirə) 09:36, 23 iyul 2024 (UTC)
- Digər layihələrlə uzlaşsın deyə belə tərcümə etmişdim. Lokalda dəyişmək olar. Nemoralis (müzakirə) 10:47, 27 iyul 2024 (UTC)
- Yekunlaşdırma: Əlavə edildi. Hörmətlə, Gadirmüzakirə 08:00, 31 iyul 2024 (UTC)
Salam. Məlum olduğu kimi Azərbaycanca Vikipediyanın Ana səhifəsinin "yetim qalmış" bölmələrindən biri Bilirsinizmi bölməsidir. Bu bölməyə hər həftə ən az 5 maraqlı fakt əlavə olunmalı olduğu halda bölməyə maraq azdır. Demək olar ki, məndən və bəzən Gadir-dən başqa heç kim bu bölməyə maraqlı fakt təqdim etməyə elə də maraqlı deyil. Ona görə də həm istifadəçiləri həvəsləndirmək, həm faktların təqdim olunmasını sistemləşdirmək üçün Bilirsinizmi namizədləri səhifəsini yaratmışam, EnViki və TrViki əsasında bəzi kriteriyalar müəyyənləşdirmişəm. İstifadəçiləri həvəsləndirmək üçün medallar nəzərdə tutulub, istifadəçi qutuları da yaradılıb. İstifadəçiləri Bilirsinizmi namizədləri səhifəsinə daxil olaraq yaratdıqları məqalələrdən və ya başqa bir məqalədən maraqlı faktlar təqdim etməyə dəvət edirəm.
Bundan əlavə, Bilirsinizmi bölməsi ilə bağlı iki təklifim var:
- Bilirsinizmi bölməsinin Ana səhifədə Tarixdə bugün bölməsindən daha yuxarıda yerləşdirilməsini təklif edirəm. Həm EnViki, həm RuVikidə Bilirsinizmi bölməsi Tarixdə bugün bölməsindən öncə gəlir. Düşünürəm ki, bu bölmə çox aşağıda qalıb və Ana səhifədə "itib". Düşünürəm ki, bölməni bir az ön plana çıxarsaq daha çox maraq olacaq, oxucular da bölmə ilə daha rahat tanış olacaqlar.
- İnterfeysin sol menyusunda "Mövzulu ay" başlığının "Bilirsinizmi namizədləri" ilə əvəz olunmasını təklif edirəm. Onsuz da "Mövzulu ay" layihəsi neçə vaxtdır ki, aktiv deyil və keçirilmir. Ondansa Bilirsinizmi bölməsinə keçid verərək layihəyə marağı artıra bilərik.--Kosmik Ozan utora! 13:25, 23 iyul 2024 (UTC)
- Birinci təklif yaxşıdır. Ana səhifə daha oxunaqlı olar. Araz Yaquboglu (müzakirə) 14:10, 23 iyul 2024 (UTC)
- Azərbaycan Vikipediyası ingilis, rus və türk vikipediyasından geri qalır. Ceyhun Midiyalı (müzakirə) 14:56, 23 iyul 2024 (UTC)
- @Ceyhun Midiyalı ingilis və rus dilində necə kitab çap edilib. Bu barədə məlumatınız varmı ? Kholat Syakhl (müzakirə) 18:02, 23 iyul 2024 (UTC)
- White Demon hər iki təklifinizi qəbul edirəm və doğru sayıram. Yaratmış olduğunuz səhifəyə görə də təşəkkür edirəm, ancaq istifadəsi bir az qəliz göründü mənə. Digər tərəfdən yuxarıda tərəfinizdən işlədilmiş yetim qalmış ifadəsi ilə razı deyiləm. Şəxsən mən ötən il ərzində ölkələr üzrə mövzular əlavə edirdim. 2023-cü ilin may ayından etibarən təqribən 20-dən çox ölkə üzrə məzmunlar yaratmışam. Əgər etiraz edən olmasa 52 ölkə üzrə bu məlumatları yaratmağa hazıram və beləliklə hər həftədə bir ölkə ön plana çıxar. Diqqətdən kənarda qalmış bölmənin inkişafı üçün pis fikir deyil məncə.--Kholat Syakhl (müzakirə) 18:01, 23 iyul 2024 (UTC)
- Menyuda yox, amma bölmənin alt sağında namizədlik səhifəsinə keçid vermək olar, birinci təklif pis deyil amma. Hörmətlə, Gadirmüzakirə 18:19, 23 iyul 2024 (UTC)
- @White Demon, səhifəni təşkil etdiyiniz üçün təşəkkür edirəm. Digər təkliflərlə razıyam. Məqalə yaratmaq üçün yaxşı motivasiyadır. Turkmen müzakirə 11:03, 24 iyul 2024 (UTC)
- Düymələr əlavə etdim, indi birbaşa oxucuların və həmçinin istifadəçilərin də diqqətini çəkəcək və həmin səhifəyə yönləndirəcək. Hörmətlə, Gadirmüzakirə 08:23, 25 iyul 2024 (UTC)
- Yekunlaşdırma: Qəbul edildi. Hörmətlə, Gadirmüzakirə 08:00, 31 iyul 2024 (UTC)
Avtomatik mühafizə indikatorlarının aktivləşdirilməsi
Hərkəsə salam. Bu yaxınlarda MediaWiki proqram təminatına yeni funksiya, mühafizə edilmiş səhifələrdə avtomatik kilid işarəsinin göstərilməsi əlavə olunub. İşləmə prinsipi envikidəki en:Template:Pp-vandalism şablonları ilə eynidir, sadəcə bunda şablonu əlavə edib silməyə ehtiyac qalmır. Defolt olaraq buradakı cdxIconLock işarəsi əlavə olunur, ancaq bizə özəl svg faylları hazırlanarsa bunu lokal olaraq dəyişdirə bilərik. Ətraflı: mw:User:Sohom Datta/protection indicators.
Təklifim odur ki, bu funksiyanı azvikidə aktivləşdirək (beləliklə bunu aktivləşdirən ilk viki azviki olacaq). Bizdə tez-tez şablonlar əlavə edildiyini görürəm, bəzən əlavə etmək və silmək yaddan çıxır. Artıq ehtiyac qalmayacaq. Nemoralis (müzakirə) 19:52, 24 iyul 2024 (UTC)
- Lehinə: düşünürəm ki bütün vikilərə standart olaraq gəlməli idi. — Bikar müzakirə 19:55, 24 iyul 2024 (UTC)
- Lehinə: qəşəng. Yəqin kateqoriyalara da avtomatik düşər? Hörmətlə, Gadirmüzakirə 19:59, 24 iyul 2024 (UTC)
- Lehinə: Atakhanli (müzakirə) 21:41, 24 iyul 2024 (UTC)
- Lehinə: --Turkmen müzakirə 06:06, 25 iyul 2024 (UTC)
- Lehinə: --Araz Yaquboglu (müzakirə) 03:32, 26 iyul 2024 (UTC)
- Lehinə: — Toghrul R (m) 10:16, 26 iyul 2024 (UTC)
- Lehinə: --Tarixi Nadir (müzakirə) 10:23, 26 iyul 2024 (UTC)
- Lehinə: --Sura Shukurlu (müzakirə) 17:40, 26 iyul 2024 (UTC)
- Lehinə: --Kosmik Ozan utora! 16:10, 27 iyul 2024 (UTC)
Şərhlər
Kilid işarəsi envikidə var axı çoxdan. Bir də şablonların əlavə edilib çıxarılmasını necə edəcəyik. --Araz Yaquboglu (müzakirə) 03:32, 26 iyul 2024 (UTC)
- @Araz Yaquboglu, envikidə şablon qoyurlar səhifəyə. Bu qəbul edilsə mühafizədə olan səhifələrdə avtomatik müvafiq ikonalar görünəcək. @Nemoralis, mənim sualıma cavab verə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 08:48, 26 iyul 2024 (UTC)
- Trekinq kateqoriyaları dəstəkləmir, kodu yazana demişəm, əlavə edəcək. Nemoralis (müzakirə) 09:08, 26 iyul 2024 (UTC)
- Onda mühafizə ikonu şablonunun mövcud olmasına ehtiyac qalmayacaq, düzdü? Sistemdən özü düşəcək. Hörmətlə, Gadirmüzakirə 13:33, 29 iyul 2024 (UTC)
- Trekinq kateqoriyaları dəstəkləmir, kodu yazana demişəm, əlavə edəcək. Nemoralis (müzakirə) 09:08, 26 iyul 2024 (UTC)
- Nəticə: Yekdilliklə qəbul edildi.--Turkmen müzakirə 21:12, 30 iyul 2024 (UTC)
İnzibatçılıq statusundan imtina
Salam dəyərli yoldaşlar. Vikipediyada inzibatçılıq statusundan imtina etməklə bağlı metaya müraciət etmişəm. Şəxsi işlərimlə bağlı Vikipediyaya vaxt ayıra bilmirəm və qarşıdakı uzun müddətdə də ayıra bilməyəcəyimi müəyyənləşdirəndən sonra bu addımı atdım. Vikipediyadan tam uzaqlaşmıram, sadəcə əlavə məsuliyyət daşımaq istəmirəm. İnzibatçı heyətində son 1 ildə kifayət qədər dəyişiklik olunub. Ümumiyyətlə, bu statusu ömürlük daşımaq mümkün deyil. Zaman olsa, gələcəkdə təkrar bu statusu əldə etmək üçün müraciət edə bilərəm. Hər birinizə uğurlar arzulayıram. Eminn (müzakirə) 07:17, 29 iyul 2024 (UTC)
- @Eminn, salam, uğurlar işlərinizdə. Turkmen müzakirə 07:22, 29 iyul 2024 (UTC)
- Salam. Uğurlar! — Bikar müzakirə 07:24, 29 iyul 2024 (UTC)
- Uğurlar Emin! Nemoralis (müzakirə) 08:33, 29 iyul 2024 (UTC)
- uğurlar, bəy Atakhanli (müzakirə) 09:12, 29 iyul 2024 (UTC)
- Etimad səsverməsində yazdığım kimi Emin bəy, nə zaman getmək lazım olduğunu bilir. Uğurlar! --Tarixi Nadir (müzakirə) 10:17, 29 iyul 2024 (UTC)
- Uğurlar ola, Emin bəy! Hörmətlə, Gadirmüzakirə 11:05, 29 iyul 2024 (UTC)
- Uğurlar !.--Nicat49 ⋠müzakirə⋡ 18:03, 29 iyul 2024 (UTC)
- @Eminn, sizi həm təbrik edirəm, həm də sizə təşəkkür edirəm. Bu məsuliyyəti dərk edərək etdiyiniz müraciət örnək olmalıdır. Gələcək fəaliyyətinizdə və həyatınızda uğurlar! - Dr.Wiki54 (müzakirə) 18:04, 29 iyul 2024 (UTC)
- Uğurlar Emin bəy Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 19:26, 29 iyul 2024 (UTC)
- Salam. İnzibatçı hüququnun məsuliyyətlərini bu cür önəmsəməyiniz təqdirəlayiqdir, işlərinizdə uğurlar! --Sura Shukurlu (müzakirə) 20:10, 29 iyul 2024 (UTC)
- Uğur olsun. --► Hörmətlə: SolaVirum 20:21, 29 iyul 2024 (UTC)
- İşlərində uğurlar sənlə olsun. --Araz Yaquboglu (müzakirə) 04:58, 30 iyul 2024 (UTC)
- Uğurlar !--NKO zi 05:57, 30 iyul 2024 (UTC)
- Xoş sözləriniz üçün təşəkkür edirəm. @En Merker, əslində elə etimad səsverməsi vaxtı bu addımı atmaq niyyətində idim. Sadəcə o ərəfə mənə müəyyən təzyiq cəhdləri var idi, ona görə həmin vaxt statusu itirmək istəmədim. @Dr.Wiki54, sizin inzibatçılarla bağlı mövqeyinizi bilirəm, ən azı 2 dəfə mənim inzibatçı alətimin alınmasını dəstəkləmisiz və ya təşəbbüs göstərmisiz. Sadəcə həmin vaxtlar Vikipediyada ab-hava indikindən yaxşı deyildi. Ona görə imtina etmək istəmirdim statusdan. İnzibatçılarla bağlı vəziyyət indi əvvəlkindən daha yaxşıdır. Bir neçə il əvvəl istifadəçilər idarəçilərdən çəkinirdilər. İndi rahatlıqla hesabat tələb edirlər, yeni inzibatçılar seçilir, müsbətə doğru böyük dəyişiklik var. İnzibatçı olanda da inzibatçıların üstün hüquqlarının olmasını dəstəkləmirdim. Mən yenə də vikipediyadayam. Burdan uzaqlaşmıram. Müzakirələrdə yenə də hamıyla qarşı-qarşıya gələ bilərik :) Hamıya uğurlar arzulayıram. Eminn (müzakirə) 06:37, 30 iyul 2024 (UTC)
- @Eminn, ümid edirəm ki, bu cəhdlərimi şəxsi qəbul etməmisiniz. Status kvonun dəyişməsinə təkan vermişəmsə, nə xoş mənə :) Aramızda olmağa davam edəcəyinizi bilmək sevindiricidir :) - Dr.Wiki54 (müzakirə) 10:17, 30 iyul 2024 (UTC)
- Xoş sözləriniz üçün təşəkkür edirəm. @En Merker, əslində elə etimad səsverməsi vaxtı bu addımı atmaq niyyətində idim. Sadəcə o ərəfə mənə müəyyən təzyiq cəhdləri var idi, ona görə həmin vaxt statusu itirmək istəmədim. @Dr.Wiki54, sizin inzibatçılarla bağlı mövqeyinizi bilirəm, ən azı 2 dəfə mənim inzibatçı alətimin alınmasını dəstəkləmisiz və ya təşəbbüs göstərmisiz. Sadəcə həmin vaxtlar Vikipediyada ab-hava indikindən yaxşı deyildi. Ona görə imtina etmək istəmirdim statusdan. İnzibatçılarla bağlı vəziyyət indi əvvəlkindən daha yaxşıdır. Bir neçə il əvvəl istifadəçilər idarəçilərdən çəkinirdilər. İndi rahatlıqla hesabat tələb edirlər, yeni inzibatçılar seçilir, müsbətə doğru böyük dəyişiklik var. İnzibatçı olanda da inzibatçıların üstün hüquqlarının olmasını dəstəkləmirdim. Mən yenə də vikipediyadayam. Burdan uzaqlaşmıram. Müzakirələrdə yenə də hamıyla qarşı-qarşıya gələ bilərik :) Hamıya uğurlar arzulayıram. Eminn (müzakirə) 06:37, 30 iyul 2024 (UTC)
- Admin rights removed on request at Meta, thank you for your service. EPIC (müzakirə) 06:58, 30 iyul 2024 (UTC)
Vote now to fill vacancies of the first U4C
- You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Dear all,
I am writing to you to let you know the voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is open now through August 10, 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility.
The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members were invited to submit their applications for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.
Please share this message with members of your community so they can participate as well.
In cooperation with the U4C,
Avtotəsdiqlənmiş qrupunun verilməsi üçün redaktə sayı tələbi
Hərkəsə salam. Məncə özüm də daxil olmaqla çox istifadəçi azvikidə avtotəsdiqlənmiş hüququ almaq üçün tələblərin 4 gün və 10 redaktə olduğunu düşünürdü. Amma bu belə deyilmiş. Defolt rəqəm 0-dır və bəzi vikilər bunu özləri üçün artırıb. Təklif edirəm ki, biz də bu rəqəmi artırıb 10 edək. Sadəcə hesab açıb heç nə etməyən bir istifadəçiyə avtotəsdiqlənmiş verilməsi doğru deyil. Nemoralis (müzakirə) 08:51, 28 iyul 2024 (UTC)
- Necə? 4 gün və 10 redaktə deyil ki? Həm də nəyə görə "təsdiqlənmiş istifadəçi" hüququnu təkcə bürokrat verə bilir? Bunu da inzibatçılara vermək olar. Hörmətlə, Gadirmüzakirə 10:39, 28 iyul 2024 (UTC)
- Deyil, misal üçün mənim əlavə hesabımın 10 redaktəsi yoxdur ancaq hüququ var: @Nem0ralis. Digər məsələ isə bizlik deyil, defoltdur. Ehtiyac olduğunu da düşünmürəm. Nemoralis (müzakirə) 17:52, 28 iyul 2024 (UTC)
- @Nemoralis redaktəni 10 etməyi təklif edirsiz ya günü? Hörmətlə, Patriot (müzakirə) 08:08, 9 avqust 2024 (UTC)
- Deyil, misal üçün mənim əlavə hesabımın 10 redaktəsi yoxdur ancaq hüququ var: @Nem0ralis. Digər məsələ isə bizlik deyil, defoltdur. Ehtiyac olduğunu da düşünmürəm. Nemoralis (müzakirə) 17:52, 28 iyul 2024 (UTC)
- Lehinə: nə əcəb indiyə qədər fikir verən olmuyub— Bikar müzakirə 10:49, 28 iyul 2024 (UTC)
- Lehinə: --Araz Yaquboglu (müzakirə) 14:59, 28 iyul 2024 (UTC)
- Lehinə: --Turkmen müzakirə 20:13, 28 iyul 2024 (UTC)
- Lehinə: --Rəcəb Yaxşı (müzakirə) 08:04, 9 avqust 2024 (UTC)
- Lehinə: Lehinə fikirlər ilə həmfikirəm. Redivy (müzakirə) 12:06, 10 avqust 2024 (UTC)
- Lehinə: — Sofia (müzakirə) 19:45, 10 avqust 2024 (UTC)
Yekunlaşdırma: tələbi artıq 10-dur. Nemoralis (müzakirə) 20:12, 12 avqust 2024 (UTC)
100+ (uzunömürlülük, uzunömürlülər)
Bu başlıq Müzakirə:Azərbaycan uzunömürlülərinin siyahısı#100+ səhifəsindən köçürülüb.
Salam Həmkarlar. Bu ilki məlumata görə yaşı 100-dən çox olan 270 nəfər var.(Yaşı 100dən çox olub təqaüd almayan adam olmaz da yəqin) İndi yaşı 100-dən çox olan şəxsləri uzunömürlü kimi ensiklopedik qəbul edirikmi, ayrıca məqalə olaraq ya siyahı şəklində? @White Demon, @Sura Shukurlu, @En Merker, @Dr.Wiki54 və digərləri. — Bikar müzakirə 12:18, 30 iyul 2024 (UTC)
- @Bikar, salam. Məncə "yaşı 100+=ensiklopedik" prinsipi doğru yanaşma deyil. Şirəli Müslümov kimi şəxslər istisna. Dr.Wiki54 (müzakirə) 12:30, 30 iyul 2024 (UTC)
- Razıyam, amma media-mətbuat işləsə o başqa məsələ. Kiminsə, nəyinsə sırf nəyəsə görə ensiklopedik hesab edilməsi yanlışdır, həmin nüansa görə və ümumi mövzu haqda mənbələr olmalı, mövzu həmin mənbələrin diqqətində olmalıdır, ensiklopedik sayıla bilməsi üçün. Hörmətlə, Gadirmüzakirə 12:38, 30 iyul 2024 (UTC)
- yaşı 100+ olmaq və ya uzun ömürlü olduğuna görə ensiklopedik hesab etmək doğru deyil. Əgər başqa sahədə ensiklopedikliyi varsa və uzunömürüdüsə by zaman başqa məsələ. Doğrudur yaşı 100-dən çox keçibsə, məs. 110, 120 yaş. Bu artıq rekord sayılır. Bu zaman ensiklopedik saymaq olar. --Tarixi Nadir (müzakirə) 13:09, 30 iyul 2024 (UTC)
- @En Merker, haqlıdır. Ancaq hər ölkədə belə insanlar var amma ümumdünya səviyyəsində bu təsdiqini tapmır. Gərək elə olsun ki, beynəlxalq olaraq rekord qırdığı tanınsın və=və ya haqqında mənbələr olsun. Dr.Wiki54 (müzakirə) 13:13, 30 iyul 2024 (UTC)
- Bu müzakirəni daha geniş formada KM-da davam etdirmənin daha yararlı olacağı qənaətindəyəm. Hörmətlə, Gadirmüzakirə 13:19, 30 iyul 2024 (UTC)
- Fikrimcə yaşın 100-dən çox olması şəxsi ensiklopedik edə bilməz. Cədvəl şəklində bu siyahı geniş işlənilsə əla olar. Araz Yaquboglu (müzakirə) 14:44, 30 iyul 2024 (UTC)
- @Gadir müzakirəni daşı zəhmət olmasa — Bikar müzakirə 15:00, 30 iyul 2024 (UTC)
- Hər 100+ əlavə edilsin? (təsdiqini tapanları əlavə etmək olar). Hörmətlə, Gadirmüzakirə 15:00, 30 iyul 2024 (UTC)
- Belə bir şey də var ki, onların çoxunun hələ SSSR dövründən qalan ordenləri, medalları var hansı ki, ayrılıqda ensiklopedikliyi ödəmir di gəl ki, uzunömürlüyü də nəzərə almaq lazımdı. Uyğun olaraq yaşı 90+ olanların sayı daha çoxdu, onları da nəzərə alsaq artıq siyahıya yerləşməzlər. — Bikar müzakirə 15:27, 30 iyul 2024 (UTC)
- Veterandı çoxusu. Hörmətlə, Gadirmüzakirə 15:35, 30 iyul 2024 (UTC)
- Ensiklopediklik daim mənbələrə əsaslanır. Haqqında mənbə varsa kifayət qədər, ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 16:06, 30 iyul 2024 (UTC)
- Müəyyən mənbələrdə əhatəsi varsa da, siyahı üçün kifayətdir, müstəqil məqalə açmağa gərək yoxdur hamısına, ki, qaralama vəziyyətində olacaq uzağı. Əhəmiyyətli şəkildə mənbələrdən istifadə olunub genişləndirilərsə başqa. Hörmətlə, Gadirmüzakirə 16:13, 30 iyul 2024 (UTC)
- Mən hesab edirəm ki, şəxsin 100 il yaşaması onu ensiklopedik etmir. Başqa xüsusiyyətlərə görə ensiklopedikdirsə, məqalədə uzunömürlü olması da qeyd edilə bilər, yoxsa sırf 100 il yaşayıb deyə ensiklopedik ola bilməz, əgər olursa bu çox gülməlidir. Sizlərə maraqlı bir şey deyim. Həmin şəxslərin əksəriyyətinim heç 100 yaşı yoxdur. 100 il yaşamaq hələm-hələm mümkün olan şey deyil. Həmim insanların doğum haqqında sənədləri də olmur və bəziləri bundan istifadə edərək iddia edirlər ki, 100 il yaşayıb. 91 yaşlı birini də 100 il yaşamış kimi göstərmək çox asandır. Mən belə düşünürəm. Crepusculum (müzakirə) 16:26, 30 iyul 2024 (UTC)
- Müəyyən mənbələrdə əhatəsi varsa da, siyahı üçün kifayətdir, müstəqil məqalə açmağa gərək yoxdur hamısına, ki, qaralama vəziyyətində olacaq uzağı. Əhəmiyyətli şəkildə mənbələrdən istifadə olunub genişləndirilərsə başqa. Hörmətlə, Gadirmüzakirə 16:13, 30 iyul 2024 (UTC)
- Ensiklopediklik daim mənbələrə əsaslanır. Haqqında mənbə varsa kifayət qədər, ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 16:06, 30 iyul 2024 (UTC)
- Veterandı çoxusu. Hörmətlə, Gadirmüzakirə 15:35, 30 iyul 2024 (UTC)
- Belə bir şey də var ki, onların çoxunun hələ SSSR dövründən qalan ordenləri, medalları var hansı ki, ayrılıqda ensiklopedikliyi ödəmir di gəl ki, uzunömürlüyü də nəzərə almaq lazımdı. Uyğun olaraq yaşı 90+ olanların sayı daha çoxdu, onları da nəzərə alsaq artıq siyahıya yerləşməzlər. — Bikar müzakirə 15:27, 30 iyul 2024 (UTC)
- Fikrimcə yaşın 100-dən çox olması şəxsi ensiklopedik edə bilməz. Cədvəl şəklində bu siyahı geniş işlənilsə əla olar. Araz Yaquboglu (müzakirə) 14:44, 30 iyul 2024 (UTC)
- Bu müzakirəni daha geniş formada KM-da davam etdirmənin daha yararlı olacağı qənaətindəyəm. Hörmətlə, Gadirmüzakirə 13:19, 30 iyul 2024 (UTC)
- @En Merker, haqlıdır. Ancaq hər ölkədə belə insanlar var amma ümumdünya səviyyəsində bu təsdiqini tapmır. Gərək elə olsun ki, beynəlxalq olaraq rekord qırdığı tanınsın və=və ya haqqında mənbələr olsun. Dr.Wiki54 (müzakirə) 13:13, 30 iyul 2024 (UTC)
- 100+ yaşanda birbaşa ensiklopedik olmurlar. Mənbələrdən, nə dərəcədə işıqlandırılmasından asılıdır. Kosmik Ozan utora! 17:51, 30 iyul 2024 (UTC)
- Babam 101 yaş yaşayıb. Sənədləri də var. Özüdə neftçi olub. Məqalə düşür? :d Grenzsoldat 17:55, 30 iyul 2024 (UTC)
- sırf uzunömürlü olmasına görə ensiklopedik hesab edilməsinə qarşıyam. (istisnalar ola bilər). mənbələrlə siyahının tərtib olunmasının lehinəyəm Atakhanli (müzakirə) 19:39, 30 iyul 2024 (UTC)
- Sırf uzunömürlü olmaları, müəyyən bir yaşı keçmələri şəxsləri təkbaşına ensiklopedik edə bilmir. O zaman bunu şəxsləri birbaşa ensiklopedik edən bir fakt kimi qəbul edə bilərdik ki, bütün 100+ yaşı olan şəxslər sırf bu fakta görə mənbələrin diqqətində olardı, bir standart olaraq ikincidərəcəli mənbələrdə əhatə edilərdi. Amma göründüyü üzrə, sadəcə müəyyən sayda şəxsin həyat və fəaliyyəti sırf bu xüsusiyyətə görə mənbələrin diqqətində olub və əhatə edilib. Yəni, uzunömürlü olmaq şəxsin mənbələrin diqqətində olması və həyat və fəaliyyətinin araşdırılması üçün yetərli deyil. Nəticədə VP:EƏ-ni də ödəyə bilmirlər. Yaşı 100-ü keçməyən, amma uzunömürlü şəxs kimi əhəmiyyətli mənbələrin diqqətində olmuş, əhatə edilmiş, həyat və fəaliyyəti araşdırılmış şəxs ensiklopedik ola bilər bu arada. Biz mənbələrin nəyi niyə, nəyə əsasən yazdığını araşdırmırıq. Həmçinin başqa səbəbdən ensiklopedik olan şəxsin uzunömürlü kimi qəbul edilməsi də məqalədə qeyd edilə bilər. Siyahının hazırlanmasının tərəfdarıyam, siyahı olaraq bu mövzu tam ensiklopedikdir, çünki Azərbaycanca mənbələrdə "Azərbaycanın uzunömürlüləri" tez-tez diqqətdə olmuş, xüsusi ilə əhatə edilmiş bir mövzudur. Amma etibarlı mənbələrə əsaslanmaq mütləqdir. Sura Shukurlu (müzakirə) 10:14, 31 iyul 2024 (UTC)
- @Atakhanli, məncə uzunömürlülərin siyahısını tərtib etmək lazımdır axı. Minimum yaş 120 yaş götürülsə, çox az adam bu tələbi ödəyər. Mənə elə gəlir insanlara da çox maraqlı gələr ki, kimlər 120 yaşdan çox yaşayıb. Qazanxan (müzakirə) 13:27, 1 avqust 2024 (UTC)
- olar Atakhanli (müzakirə) 18:38, 1 avqust 2024 (UTC)
- Mənbə olanları (yaşının təsdiqini tapanları) əlavə edərək yaratmaq olar, yoxsa hər "bu, 100 yaş yaşayıb" deyiləni yox. Hörmətlə, Gadirmüzakirə 23:24, 1 avqust 2024 (UTC)
- olar Atakhanli (müzakirə) 18:38, 1 avqust 2024 (UTC)
- sırf uzunömürlü olmasına görə ensiklopedik hesab edilməsinə qarşıyam. (istisnalar ola bilər). mənbələrlə siyahının tərtib olunmasının lehinəyəm Atakhanli (müzakirə) 19:39, 30 iyul 2024 (UTC)
- Babam 101 yaş yaşayıb. Sənədləri də var. Özüdə neftçi olub. Məqalə düşür? :d Grenzsoldat 17:55, 30 iyul 2024 (UTC)
Şablona olan keçidləri silmə
Salam. Kimsə bu mövzuda kömək edə bilər? Bu şablona və yönləndirməsinə olan keçidləri səhifələrdən təmizləmək lazımdır. Şablonu bu müzakirəni də nəzərə almaqla sildim, həm də silmə səbəbində də qeyd etdiyim kimi, digər məqalələrdə düzəlişlər zamanı şablondan olan keçidlərə görə problemlər çıxır, səhv yönləndirir, digər əllə daxil edilmiş keçidləri təmizləmək çətinləşir, şablondan adı silsən də keçidlərin təmizləndiyi bir müddət sonra görünür. Kim kömək edə bilər? Hörmətlə, Gadirmüzakirə 17:02, 30 iyul 2024 (UTC)
- @Gadir bot işlədənlərə yazmısan? — Bikar müzakirə 15:07, 31 iyul 2024 (UTC)
- Fikrim var idi, gözdən iraq qalar deyə bura yazmağı daha münasib bildim. Hörmətlə, Gadirmüzakirə 15:08, 31 iyul 2024 (UTC)
- @Patriot Kor, salam, bəy. Siz bu mövzuda yardımçı ola bilərsiz? Hörmətlə, Qədir (müzakirə) 17:30, 12 avqust 2024 (UTC)
- Fikrim var idi, gözdən iraq qalar deyə bura yazmağı daha münasib bildim. Hörmətlə, Gadirmüzakirə 15:08, 31 iyul 2024 (UTC)
"Vəzifəli şəxs" şablonundan bayraqların çıxarılması
Salam. Təklif edirəm ki, {{Vəzifəli şəxs}} şablonundan bayraq parametrlərini çıxaraq və məqalələrdən bunu təmizləyək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)
- Bu məsələ xatırladığım qədəri ilə bir neçə dəfə müzakirə olunub. Məncə, qalsın. Ruvikidə də belədir. Atakhanli (müzakirə) 09:20, 24 iyul 2024 (UTC)
- O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)
- Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. — Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)
- Onu başqa başlıqda müzakirə edə bilərik, bu başlıq niyə açılıb bəllidir. Hörmətlə, Gadirmüzakirə 12:06, 24 iyul 2024 (UTC)
- Əksinə, məncə, daha yaxşı görünür vizual cəhətdən. Sadəcə vəzifəli şəxslərdə az qala şöbə müdirin də şablonda parametrdə yazırlar. bu olmasın gərək Atakhanli (müzakirə) 12:18, 24 iyul 2024 (UTC)
- Qalmasında problem görmürəm. Vizual olaraq da pis görüntüsü yoxdur. Hörmətlə, Patriot (müzakirə) 20:01, 24 iyul 2024 (UTC)
- Çıxarıla da bilər, çıxarılmaya da. Standart olaraq gerb və bayraq qoyuruq, amma bunun da əsası yoxdur. Amma fikrimcə, dövlət vəzifələri rəsmi adları ilə verilməlidir. — Toghrul R (m) 11:39, 24 iyul 2024 (UTC)
- O müzakirələrdə də çıxarılması ilə bağlı fikirlər gəlmişdi. Nümunə kimi götürsək, en və tr vikidə belə şey yoxdur, düzdü, bizə ruvikidən keçib vaxtilə, bir çox təcrübə kimi. Amma bəzəkli fayllara nə gərək var? Nə vəzifənini rəsmi adına, nə də bu piktoqramlara ehtiyac yoxdur, vizuallıq pozulur. Hörmətlə, Gadirmüzakirə 09:28, 24 iyul 2024 (UTC)
- Lehinə: ++++ çoxdandır lazım idi. vizual olaraq heç gözəl görünmür. sadə və ciddi olmalıdır şablonlar. bayraq, gerb, dövlət orqanının loqosu çox "şit" edir şablonu. Grenzsoldat 20:06, 24 iyul 2024 (UTC)
- Lehinə: — Bayraq və gerb olmasına ehtiyac yoxdur. Vusalsuvarov1996 (müzakirə) 07:07, 25 iyul 2024 (UTC)
- Lehinə: Düşünülənin əksinə, heç də hər vəzifəli şəxsin məqaləsindəki şablonda bayraq və gerbdən istifadə olunmayıb. Məsələn, Putin, Ərdoğan kimi (bunlar hələ Azərbaycan dilli oxuyucunun marağını daha çox cəlb edən vəzifəli şəxslərdəndir). Daha çox azərbaycanlıların məqaləsində buna rast gəlmək olar. Ya bütün məqalələrdə bu tətbiq edilməlidir, ya da heç birində. Başlıqdan şəxsin hansı dövləti və qurumu təmsil etdiyi açıq-aşkar görünür, bu səbəbdən parametrin silinməsinin informativlik və əlçatanlıq baxımdan hansısa problem yaradacağını düşünmürəm. Bir halda ki, bu parametrlər ancaq azərbaycanlılara münasibətdə tətbiq olunur, problem olacağını heç düşünmürəm; onsuz da şəxsin məqaləsinə daxil olan kimi Azərbaycan vəzifəli şəxsi olduğu məlum olur və bayrağın olub-olmaması nəyisə dəyişmir, sadəcə vizuallığa xidmət edir. --Firuza (müzakirə) 16:10, 12 avqust 2024 (UTC)
- @Toghrul R bəylə əvvəl bunu müzakirə etmişdik. Vizuallığı pozan və istifadəçilər tərəfindən düzgün istifadə olunmayan parametrdir. Məsələn: AzSSR dəfələrlə bayraq gerb dəyişib, amma çox istifadəçi buna diqqət yetirməyərək son versiyanı istifadə edir. Eləcə də, Azərbaycan Respublikasının bayrağının rəngləri 2018-ci ildə dəyişib. Lazımsızdır. Ləğv olunmalı, məqalələrdən botlarla təmizlənməlidir. Dr.Wiki54 (müzakirə) 07:35, 25 iyul 2024 (UTC)
- Bir az da fikir gəlsə çıxara bilərik, çünki saxlanılması yönündəki şərhlər sadəcə "mən bəyənirəm" prizmasındandır, "qalsın problem deyil" deyə qeyd olunub. Sadəcə vizuallıq söhbəti deyil. Çıxarılması üçün bildirilən arqumentlər daha tutarlıdır. Hörmətlə, Gadirmüzakirə 07:56, 31 iyul 2024 (UTC)
- Əleyhinə: Oxucunun məqaləyə daxil olduqda ilk baxışdan məqalənin mövzusu haqqında fikir sahibi olması üçün şablonların mövzuya uyğun kiçik fərqləndirici xüsusiyyətlərinin olmasının tərəfdarıyam. Təbii ki, söhbət hər şablonun bir rəng olmasından, bəzəkli ornamentlərdən filan getmir. Nümunə üçün, Alim şablonunda fərqli elm sahələri üçün şablonun başlığında ona uyğun piktoqram təsvir var. Fikrimcə "vəzifəli şəxs" şablonundakı bayraq və gerb də bu şablonun vizual olaraq fərqləndirici xüsusiyyətinə çevrilib. Məqaləyə daxil olduqda və şablondakı bu vizual xüsusiyyəti gördükdə məqalənin məzmunu haqqında oxucuda müəyyən fikir formalaşır. Şablonun uzun müddətdir belə olması və daimi oxucuların buna öyrəşməsi bir yana, bu, elə bir xüsusiyyətdir ki, vikiyə ilk dəfə daxil olan şəxs belə şablonun dizaynından rahatlıqla bioqrafiyanın kimliyi və məqalənin mövzusu haqqında ilkin fikir sahibi ola bilər. Yanlış istifadə ehtimalının şablonun parametrinin ləğvi üçün səbəb ola biləcəyini düşünmürəm. Bu cür düşünsək yanlış istifadə olunan N qədər şablon və parametr var. Ya da baş açmağın çətin olduğu şablonlar var, hansı ki, yeni istifadəçilər yanlış istifadə edirlər. Dediyim kimi, vizual olaraq informativdir, estetika olaraq isə xeyr, heç də pis görünmür. Kiçik piqtoqramdan gedir söhbət, şablonun başlığında böyük bayraq və gerb şəkli yerləşdirilməyib ki. --Sura Shukurlu (müzakirə) 11:33, 31 iyul 2024 (UTC)
- Əleyhinə: qalmasında problem görmürəm. — Xeyal (müzakirə) 12:00, 3 avqust 2024 (UTC)
- Əleyhinə:@Sura Shukurlu xanımın fikrləri ilə tam raıyam şablonda qalması daha uyğundur - Rosh060 (müzakirə) 14:24, 5 avqust 2024 (UTC)
- Əleyhinə: şablonların əsas funksiyasına ziddir.-Rəcəb Yaxşı (müzakirə) 08:03, 9 avqust 2024 (UTC)
- Əleyhinə: Qalması daha uyğundur. Redivy (müzakirə) 12:02, 10 avqust 2024 (UTC)
- Əleyhinə: Bayraqların çıxarılmasına qarşıyam.
Vikipediyada "Vəzifəli şəxs" şablonunda bayraqların saxlanılması vacibdir, çünki onlar məlumatın vizual təmsilini zənginləşdirir və oxucuların həmin şəxsin mənsub olduğu ölkəni dərhal tanımasına kömək edir. Bayraqlar coğrafi və milli konteksti vurğulayır, bu da xüsusilə dövlət adamları, diplomatlar və beynəlxalq səviyyədə tanınmış şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Bayraqların olması məqalələri daha informativ və istifadəçi dostu edir. Bununla yanaşı, oxucuların Vikipediyadan əldə etmək istədiyi məlumatları tez və effektiv şəkildə almasını təmin edir. Bayraqların çıxarılması oxucu təcrübəsini zənginləşdirən vizual elementləri azaltmaq deməkdir, bu isə məncə, məqbul deyil. --A.Aida88 (müzakirə) 08:35, 3 sentyabr 2024 (UTC)
Kukla siyasətinin qəbul edilməsi
Salam hərkəsə. Azviki üçün önəmli olan siyasətlərdən biri olan Vikipediya:Kuklalar siyasətini tam hazırlamışam. Qəbul səsverməsindən öncə həmişə etdiyim kimi burada müzakirəyə çıxarıram. Düzəlişləri burada müzakirə edə bilərik. Nemoralis (müzakirə) 22:29, 25 iyul 2024 (UTC)
- əslində xırda bir şeydir, amma əgər uyğundursa mətndə istifadə olunan “cəmiyyət” sözünü “icma” sözü ilə əvəz etsək vikiyə məncə, daha yaxın olar. qaydaları tam oxuyub fikirlərimi bildirəcəm. təşəkkürlər, əlinizə sağlıq 😁 Atakhanli (müzakirə) 04:46, 26 iyul 2024 (UTC)
- Dəyişə bilərsiniz, problem deyil. Nemoralis (müzakirə) 07:45, 26 iyul 2024 (UTC)
- Salam. Çıxış edib redaktə etmək bölməsində, anonimə xəbərdarlıq etməklə bağlı hissə var. Bizdə IP-lər statik deyil, xəbərdarlıq məsələsi necə olacaq, IP-lərin müzakirə səhifələrini silirik onsuz. — Bikar müzakirə 07:54, 26 iyul 2024 (UTC)
- Bəlkə adı dəyişib "Kuklaçılıq" qoyaq? Hörmətlə, Gadirmüzakirə 08:46, 26 iyul 2024 (UTC)
- yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)
- bu məsələdə @Sura Shukurlu xanimin fikirlərini alaq. İstifadəçilərin kukla olmasıyla bağlı araşdırmalar o daha çox edir. SE213193 (müzakirə) 21:24, 9 avqust 2024 (UTC)
- yönləndirmə vermək olar Atakhanli (müzakirə) 15:43, 27 iyul 2024 (UTC)
- @Nemoralis Əllərinə sağlıq tam oxuyacam boş zamanda. Redivy (müzakirə) 12:04, 10 avqust 2024 (UTC)
- Oxudum və müəyyən müvafiq düzəlişləri etdim, maşın tərcüməsi hiss olunur, təkrar nəzər yetirilib bir qədər də üzərindən keçilməsi lazımdır. Hörmətlə, Qədir (müzakirə) 12:18, 17 avqust 2024 (UTC)
- Qayda səsverməsi başladı: Vikipediya:Səsvermə/Kuklalar Nemoralis (müzakirə) 18:47, 31 avqust 2024 (UTC)
- @Atakhanli, @Bikar, @Gadir, @Redivy, zəhmət olmasa səsvermədə də iştirak edin. Nemoralis (müzakirə) 22:36, 11 sentyabr 2024 (UTC)