Meiji Bulgaria Yogurt - Wikipedia
Meiji Bulgaria Yogurt (明治ブルガリアヨーグルト?, bolq. Кисело мляко Мейджи България[1]) – Yaponiyanın "Meiji" qida şirkəti tərəfindən istehsal olunan qatıq brendi. Yaponiyadakı qatıq bazarının 30%-ini bu brendin satışları təşkil edir. Qatığın istehsal prosesi Bolqarıstan hökuməti tərəfindən sertifikatlaşdırılmış və rəsmi şəkildə bolqar qatığı brendi kimi tanınmışdır.
Tarixi
redaktə1970-ci ildə Yaponiyanın Osaka şəhərində baş tutmuş Expo 1970 tədbiri zamanı "Meiji Dairies" şirkətinin nümayəndələri Bolqarıstan pavilyonunda sərgilənən bolqar qatığı ilə tanış olmuşdurlar. Qatıq plastik çantaya qoyulmuş və laboratoriyaya aparılmışdır. Şirkətin nümayəndələri qatığın nümunələrini əldə etmək üçün üçün bir neçə dəfə Bolqarıstana səfər etmişdirlər. 1971-ci ildə şirkət tərəfindən Yaponiyanın ilk sadə qatıq brendi olan "Meiji Plain Yogurt" təqdim olunmuşdur. Şirkət əvvəlcə qatığın adını "Meiji Bulgaria Yogurt" qoymaq istəsə də, Bolqarıstanın Yaponiyadakı səfirliyi bu ideyaya qarşı çıxmışdır. Məhsul satışa çıxdığı ilk il ərzində yaxşı satılmamışdır (gündə 300 ədəd).[2]
Bolqarıstan hökuməti ilə aparılan danışıqlardan sonra 1972-ci ilin mayında brendin adında ölkənin adından istifadə etməyə icazə verilmiş və 1973-cü ilin dekabrında qatıq "Meiji Bulgaria Yogurt" adı ilə istehsal olunmağa başlanmışdır.[2] 1981-ci ildə indiyə kimi də istifadə olunan göy qablaşdırmaya keçilmişdir. 1984-cü ildə qatığın hazırlanmasında LB81 bakteriyasından istifadə olunmağa başlanmışdır. 1996-cı ildə qatığa Yaponiya Sağlamlıq və Rifah Nazirliyi tərəfindən "xüsusi sağlamlıq istifadəsi üçün nəzərdə tutulmuş qida" statusu verilmişdir.[3]
Xüsusiyyətlər
redaktəLactobacillus bulgaricus bakteriyası Bolqarıstandan kənarda yetişdirilərkən spesifik xüsusiyyətlərini itirdiyi üçün "Meiji" şirkəti bakteriyanı Bolqarıstandan idxal etməli olur. Bundan əlavə, bolqar qatığının hazırlanmasında istifadə olunan bakteriya ştamlarının Bolqarıstandan kənara çıxarılması üçün Bolqarıstan hökumətinin icazəsi tələb olunur.[3]
Yaponiyada yaşayan bolqarlar bu qatığının dadının ənənəvi bolqar qatığının dadından daha az turş və daha şirin olduğunu bildirmişdirlər.[4]
Qalereya
redaktə-
1984-cü ilin məhsulu.
-
1996-cı ilin məhsulu.
-
Fukuokada reklam lövhəsi.
-
İstehsal olunduğu zavod.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "40 години на марката кисело мляко „Мейджи България" на японския пазар". Bolqarıstanın Yaponiyadakı səfirliyi (bolqarca). 19 dekabr 2013. 20 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2024.
- ↑ 1 2 "明治社員、本場のヨーグルトに驚く(古今東西万博考)". Nikkei (yaponca). 9 iyul 2019. 14 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2024.
- ↑ 1 2 "About Meiji Yogurt". Brendin rəsmi saytı (ingiliscə). 14 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2024.
- ↑ "衝撃】明治ブルガリアヨーグルトをブルガリア人が食べた感想「ウマすぎてヨーグルトが好きになった」". RocketNews (yaponca). 7 noyabr 2018. 14 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2024.
Xarici keçidlər
redaktə- meijibulgariayogurt.com — Rəsmi saytı