Viruslar - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Virus (lat. virus — "zəhər") — ən sadə canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur.
Viruslar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Ranqsız: Viruslar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ensefalit, qızılca, quduzluq, tütün mozaikası və s. RNT tərkibli viruslardır.
Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır.
Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.
Viruslar həm prokariot, həm də eukariot mikroorqanizmlərdən bir sıra əlamətlərinə görə fərqlənirlər ki, bunlar aşağıdakı əlamətlərdir:
- 1. Viruslar ancaq bir tipli nuklein turşusuna (DNT ya da RNT) sahibdirlər.
- 2.Hüceyrə quruluşu yoxdur.
- 3. Böyümə və ikiyə bölünmə qabiliyyətinə malik deyillər.
- 4. Xüsusi metabolik sistem yoxdur.
- 5. Öz tərkib hissəsinin hesabına deyil, sahib hüceyrənin hesabına çoxalır.
- 6. Xüsusi zülalını sintez etmək üçün sahib hüceyrənin ribosomundan istifadə edir.
- 7. Genetik parazitdir. Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Virusları mikrobiologiyanın bir bölməsi olan virusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar forması virionlar kimi adlanır. Virus hissəcikləri adətən 2, yaxud 3 hissədən ibarət olur:
- 1. Genetik informasiyanı daşıyan DNT, yaxud RNT-dən təşkil olunmuş genetik material
- 2. Bəzi hallarda genləri əhatə edən protein qatı
- 3. Proteinləri əhatə edən lipid təbəqəsi. Bütün viruslar Vira aləmi altında birləşdirilir. Tərkibində olan nuklein turşusunun tipinə görə 2 yarım aləmə ayrılır: DNT tərkibli viruslar və RNT tərkibli viruslar. RNT tərkibli viruslar riboviruslar, DNT tərkibli viruslar isə dezaksiriboviruslar kimi tanınırlar.
RNT tərkibli viruslara aşağıdakı qrupları misal göstərmək olar: Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, A hepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərləri.
DNT tərkibli viruslar qrupuna isə Poxviridae (məs: təbii çiçək virusu, çiçək vaksini virusu və b.), Herpesviridae qrupu (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadnoviridae (insanın B hepatit virusu), Adenoviridae (insanın adenovirusları), Parvoviridae (adenoassosiyalaşmış viruslar) və digər qruplar daxildir.
Virusları spiralvari və sferik formalardan başlamış müxtəlif mürəkkəb quruluşlara qədər geniş miqyasda dəyişirlər. Ümumiyyətlə, virusların orta ölçüsü bakteriyaların orta ölçüsünün təxminən yüzdə birinə bərabərdir.