Vikipediya Ana Sehife Xeberler 41 Hefte 2023 - Wikipedia
Vikipediya:Ana_səhifə:Xəbərlər/41._Həftə_2023 - Haqqında Məlumat
- İqtisadiyyat üzrə Nobel mükafatı amerikalı alim Klaudiya Qoldinə verilib. O, qadınların əmək bazarının nəticələrinə dair anlayışlarını təkmilləşdirdiyinə görə sözügedən mükafata layiq görülüb.
- HƏMAS-ın Qəzzə zolağı üzərindən İsrailə qarşı təşkil etdiyi hücumlar nəticəsində azı 710 fələstinli və 900-dən çox İsrail vətəndaşı həlak olub, 6 minə yaxın şəxs yaralanıb. 137 minə yaxın fələstinli yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
- Həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi (şəkildə) qadın hüquqları və demokratiya uğrunda, eləcə də ölüm cəzasına qarşı yorulmaz mübarizəsinə görə cümə günü Nobel Sülh Mükafatına layıq görülüb.
- Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı icra olunmağa başlayıb.
- Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin Qranadada (İspaniya) keçirilən sammitində Aİ, Almaniya və Fransa ilə görüşdə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü (86,6 kv.km) tanıyan bəyannaməni imzalayıb.
- Cümə axşamı günü Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan və "parlament sədri olmuş" Davit İşxanyan saxlanılaraq Bakıya gətiriliblər.