Vikipediya Ana Sehife Xeberler Noyabr 2019 - Wikipedia
Xəbərlər arxivi
2014: Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2019: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2020: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2021: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2022: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2023: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
Bu gün 13 dekabr 2024, Cümə (İlin 50. həftəsi); bu an saat 18:02 UTC
- 45. Həftə
- Britaniyanın Oksford Universitetində əl çalmaq qadağan edilib. Qərarın məqsədi isə psixoloji gərgin, autizmli və digər problemləri olan tələbələrin də seminar, görüş və müzakirələrdə iştirakını təmin etməkdir.
- Macarıstanın baş naziri Viktor Orban Türkiyənin Suriyanın şimalına müdaxiləsini dəstəkləyib.
- Böyük Britaniya polisi İngiltərənin cənub-şərqində nəqliyyat konteynerində 39 cəsəd aşkarlayıb. Onların Bolqarıstandan yük maşınında gəldiyi güman edilir.
- Çilinin paytaxtı Santyaqoda metro qiymətlərinin qalxmasına qarşı etiraz aksiyaları keçirilib.
- İspaniyanın sosialist hökuməti sabiq diktator Fransisko Frankonun (şəkildə) məzarının açılması və qalıqların köçürülməsinə icazə veriləcəyini bəyan edib.
Son ölümlər:
Mari Lafore, Vladimir Bukovski, Əbu Bəkr əl-Bağdadi, Vasim Məmmədəliyev, Aleksey Leonov, Aleksey Saprıkin
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
- Zimbabve Milli Ordusuna bağlı hərbiçilər ölkə paytaxtı Hararedə bir sıra strateji obyektləri ələ keçirməklə hərbi çeviriliş edib. Zimbabve prezidenti Robert Muqabe ev dustaqlığında saxlanılır.
- Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Borut Pahor qalib gəlib.
- İran İslam Respublikasının qərbində yerləşən Kirmanşah ostanında baş vermiş zəlzələ (şəkildə) nəticəsində 452 nəfər ölüb, 6.000 nəfər xəsarət alıb.
- AFFA İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanov Azərbaycan milli futbol komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
- Nyu-York şəhərinin Manhetten səmtində yük maşınının piyadaların üzərinə sürülməsi nəticəsində azı 6 nəfər həlak olub.
Son ölümlər:
Rafiq Hüseynov, Minarə Tahirova
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
- İsveç prokurorluğu Culian Assanjın işi üzrə təhqiqatı dayandırıb.
- Avstriya hakimiyyəti Üçüncü Reyxin lideri Adolf Hitlerin doğulduğu Braunau şəhərindəki evdə polis bölməsi yerləşdirmək barədə qərar qəbul edib.
- Yaponiyanın və Cənubi Koreyanın Müdafiə nazirləri iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin uzadılması barədə razılığa gələ bilməyiblər.
- Aktyor Antonio Banderas (şəkildə) İspaniyanın Malaqa şəhərində özünün teatrını açıb.
- İranda yanacaq qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub.
Son ölümlər:
Mari Lafore, Vladimir Bukovski, Əbu Bəkr əl-Bağdadi
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
- Rusiyanın Baş naziri Dmitri Medvedev qeyd edib ki, Rusiya dövləti Youtube saytına qarşı məhdudiyyət qoymaq fikrində deyil.
- Gürcüstan hökuməti Mestia rayonunda yerləşən keçmiş prezident iqamətgahını elektron hərraca çıxarıb.
- Maltada iş adamı Yorgen Fenex jurnalist Dafne Karuana Qalizianın (şəkildə) iki il əvvəl qətli ilə əlaqədar aparılan istintaq çərçivəsində həbs olunub.
- Napoleon Bonapartın Müqəddəs Yelena adasında sürgündə olduğu vaxt geydiyi çəkmələr Parisdə keçirilən hərracda 117 min avroya satılıb.
- İranda etiraz aksiyaları zamanı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə olan 8 nəfər saxlanılıb.
Son ölümlər:
Yevda Abramov, Mari Lafore
bax – müzakirə et – redaktə et – tarixçə