Vladimir Bukovski - Wikipedia
Vladimir Konstantinoviç Bukovski (30 dekabr 1942[1][2], Bələbəy, Başqırd MSSR – 27 oktyabr 2019[3][2], Kembric[4]) — sovet və rus hüquq müdafiəçisi, yazıçı, publisist və ictimai xadim[7]. SSRİ-də disedent hərəkatının fəal yaradıcılarından və iştirakçılarından biri[7].
Vladimir Konstantinoviç Bukovski | |
---|---|
rus. Владимир Константинович Буковский rus. Владимир Буковский | |
Şəxsi məlumatlar | |
Doğum adı | Владимир Константинович Буковский |
Doğum tarixi | 30 dekabr 1942[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2019[3][2] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması[d][5] |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Böyük Britaniya (с 1976) Rusiya (1992—2014) |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, insan hüquqları fəalı, siyasətçi, dissident |
Atası | Bukovski Konstantin İvanoviç |
Elmi fəaliyyəti | |
Elm sahəsi | yazıçı, universitet müəllimi[d], Neyrofiziologiya[6], aktivizm[6], İnsan hüquqları[6] |
Elmi dərəcəsi | |
vladimirbukovsky.com | |
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ-də disedentlərə qarşı cəza kimi psixiatriya təcrübəsini ictimailəşdirməsi onu Qərbdə tanıtmışdı[8]. Ümumilikdə həyatının 12 ilini həbsxanalarda və məcburi müalicədə keçirmişdir. 1976-cı ildə Sovet hakimiyyəti Bukovskini Çili kommunistlərinin lideri Luis Corvalana dəyişdirdi. Bundan sonra Bukovski Kembricə köçdü.
Bir neçə kitabın, o cümlədən "Geri qayıdan külək", "Rus səyyahın məktubları", "Bir qala qurmaq" və bir çox məqalə ilə oçerklərin müəllifidir[7]. 2008-ci il prezident seçkilərində iştirak etmək istəsə də, namizədliyi qeydə alınmamışdır. 2008-ci ildə "Həmrəylik" siyasi hərəkatının yaradılmasında iştirak etmişdir. 2014-cü ildə Rusiya Xarici İşlər Nazirliyi Bukovskinin Rusiya vətəndaşlığı verilməsinə rədd cavabı vermişdir[9].
Bioqrafiya
redaktəUşaqlığı
redaktəBalabəy şəhərində (Başqırd Muxtar Sovet Sosialist Respublikası) müharibə illərində təxliyə (evakuasiya) zamanı anadan olub [10]. Məşhur sovet yazıçısı və jurnalisti Konstantin Bukovskinin oğludu[11]. Anası tərəfindən tərbiyə edilmişdir. Ailəsi evakuasiyadan qayıtdıqdan sonra Moskvada təhsil almışdır[10]. N. Xruşovun Stalinin cinayətləri ilə bağlı məruzəsini dinlədikdən sonra, on dörd yaşlı Bukovski kommunist ideologiyasına nifrət bəsləməyə başlamışdır. Onun hakimiyyətlə ilk qarşıdurması 1959-cu ildə baş vermişdir. Belə ki, əlyazma jurnalının nəşrində iştirak etdiyi üçün o, məktəbdən qovulmuşdur (N.V. Qoqolun adına 59 saylı məktəb). Təhsilini axşam məktəbində davam edirməli olmuşdur [12].
Mayakovka
redaktə1960-cı ildə Yuri Qalanskov, Eduard Kuznetsov və başqaları ilə birlikdə Moskvanın mərkəzindəki şair Mayakovskinin abidəsi önündə (Mayakovka və ya Mayak adlandırılırdı[10]) gənclərin müntəzəm görüşlərinin təşkilatçılarından biri olur. "Mayakovka" fəalları içərisində ən gənci o idi. Bir neçə "Mayakovka" fəalının həbsindən sonra Bukovskinin evində axtarış aparıldı və komsomolun demokratikləşməsinin zəruriliyi mövzusunda hazırladığı yazı tapılıb müsadirə edildi (sonradan bu sənəd istintaq işinə "Komsomolun dağılması ilə bağlı tezislər" şəklində daxil edildi). Moskva Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olan Bukovskiyə sessiya imtahanlarında iştirak etmək icazəsi verilmədi və 1961-ci ilin sonunda o, universitetdən qovuldu. 1962-ci ildə A. V. Snejnevski Bukovskiyə "ləng şizofreniya" diaqnozu qoyur(lakin sonradan Bukovski Qərb psixiatrları tərəfindən müayinə edilərkən diaqnoz təsdiqlənmir) 1962-ci ildə "Mayakovka" fəallarının məhkəməsi zamanı onun barəsində cinayət işinin açılması təhlükəsi yarandığından o, altı aylığına Sibirə geoloji ekspedisiyaya gedir.
1963 və 1965-ci illərdəki həbslər
redaktə1963-cü ildə, o, SSRİ-də qadağan edilmiş Yuqoslaviya yazıçısı Milovan Djilasın "Yeni sinif"[13] kitabının iki fotosürətini hazırladığına görə həbs edildi. Psixi xəstə sayılaraq, Leninqrad Xüsusi Psixiatriya Xəstəxanasında məcburi müalicəyə göndərildi [13]. Orada o, hakimiyyətin gözündən düşmüş general Pyotor Qriqorenko ilə tanış oldu və sonradan onu dissident hərəkatına cəlb etdi. Bukovski həbsdən 1965-ci ilin fevralında buraxıldı. 1965-ci ilin dekabr ayının əvvəlində Andrey Sinyavski və Julius Danielin müdafiəsi üçün "təbliğat mitinqi"nin təşkilatçılarından biri olduğundan yenidən həbs edildi və zorla Lyuberts Psixiatriya Xəstəxanasına yerləşdirildi. Bir neçə aydan sonra 8 ay yatdığı Serbski İnstitutuna göndərildi. Burada ekspert komissiyasının üzvləri onun ruhi vəziyyəti ilə bağlı yekdil bir fikrə gələ bilmədilər: iki komissiya üzvü Bukovskinin xəstə olduğunu, ikisi isə tamamilə sağlam olduğunu bildirdi. Qərbdə Bukovskiyə dəstək üçün geniş bir kampaniya təşkil edildi. 1966-cı ilin avqustunda Moskvaya gələn "Amnesty İnternational" beynəlxalq təşkilatının nümayəndəsi onun sərbəst buraxılmasına nail oldu [14].
1967-ci ildəki həbs
redaktəÜçüncü dəfə həbs olunmasının səbəbi 1967-ci il 22 yanvarında Moskvanın Puşkin meydanında Aleksandır Qinzburq, Yuri Qalanskov və dostlarının saxlanılmasına etiraz nümayişini təşkil etməsi oldu. Bu dəfə o, tam sağlam (əqli cəhətdən) sayıldı. Moskva Şəhər Məhkəməsindəki məhkəmədə (30 avqust - 1 sentyabr 1967-ci ildə Bukovski ilə birlikdə nümayişin digər iştirakçıları da mühakimə olundu - Vadim Delone və Evqeni Kuşev) Bukovski nəinki günahını etiraf etdi, hətta sərt bir tənqidi çıxış etdi. Onun son sözü dissedent dairələrində geniş yayıldı. Məhkəmə RSFSR Cinayət Məcəlləsinin 190.3 maddəsinə əsasən onu üç il müddətinə düşərgədə olmaqla azadlıqdan məhrum etdi (ictimai qaydaları qrup şəklində pozmaq)[13]. 1970-ci ilin yanvarında həbs müddətini başa vurduqdan sonra, Bukovski Moskvaya qayıtdı və dərhal olmadığı illərdə yaranan gələn müxalif dissedent dairələrin liderlərindən biri oldu. Qısa müddətdə azadlıqda olduğu vaxt (bir ildən bir qədər çox) o, ədəbi katib kimi fəaliyyət göstərdi. Onu işəgötürənlər arasında yazıçı Vladimir Maksimov da var idi.
Cəza psixiatriyası
redaktəBukovski Qərb müxbirlərinə bir neçə müsahibə verərək, siyasi məhbusların psixiatrik repressiyalara məruz qaldığını açıqlamış və SSRİ-də tətbiq olunan cəza psixiatriyasını ictimailəşdirmişdir. O, SSRİ-də insan hüquqlarının pozulması barədə məlumatların Qərbə ötürülməsini dayandırmayacağı halda, cinayət məsuliyyətinə cəlb olunacağı barədə təhdid və rəsmi xəbərdarlıq alırdı. O, açıq şəkildə daim izlənirdi[15]. Bütün bunlara baxmayaraq, 1971-ci ildə o, xarici psixiatrlara açıq məktubla müraciət etmişdir. Məktuba SSRİ-də psixiatriyanın siyasi məqsədlər üçün sui-istifadəsini təsdiqləyən 150 sənəd də əlavə etmişdir [16].
Bukovskinin xaricə ötürdüyü sənədlərə altı tanınmış dissedentin, SSRİ-də ruhi xəstə kimi tanınan: Pyotr Qriqorenko, Natalia Qorbanevskaya, Valeria Novodvorskaya və s.məhkəmə-psixiatrik müayinələrinin nəticələrinin surətləri daxil idi. Nəticədə, Qərb psixiatrları ilk dəfə sovet psixiatrları tərəfindən qoyulmuş psixiatrik diaqnozların surətlərini öyrənmək fürsəti əldə etdilər. Onlar həmçinin sovet psixiatrlarının diaqnostik metodlarının xüsusiyyətlərini də tədiqiq imkanına malik oldular. Bu sənədlər əsasında bir qrup ingilis psixiatr bu altı şəxsin diaqnozunun yalnız siyasi səbəblərə görə edildiyi qənaətinə gəldi [16].
1971-ci ildəki həbs
redaktə1971-ci il martın 29-da Bukovski dördüncü dəfə həbs edildi [17]. Həbsdən əvvəl "Pravda" qəzetində hüquq müdafiəçisinin "sovet əleyhinə fəaliyyət göstərən zərərli xuliqan" kimi təsvir olunduğu məqalə dərc edilmişdi. On milyon nüsxə tirajı olan qəzetdəki bir məqalə Bukovskiyə ümumittifaq şöhrəti qazandırdı[18]. Статья в газете, тираж которой тогда исчислялся десятками миллионов экземпляров, принесла Буковскому всесоюзную известность[19].
Bukovski üzərində məhkəməsi 5 yanvar 1972-ci ildə Moskva Şəhər Məhkəməsində keçirildi. "Sovet höküməti əleyhinə təbliğat və təbliğata görə" ona 7 il iş kəsildi. O,7 ilin ilk 2 ilini həbsdə, qalan 5 ilini isə sürgündə keçirməli idi[20][21] — максимальный срок наказания по статье 70.1 УК РСФСР[20]. Qeyd edək ki, bu - RSFSR Cinayət Məcəlləsinin 70.1-ci maddəsində nəzərdə tutulmuş ən yüksək cəza idi.
Cəza müddətinin əvvəlini o, Vladimir həbsxanasında, qalanını isə Perm-36 koloniyasında keçirdi. Həbsdə olduğu müddətdə məhbus yoldaşı psixiatr Semyon Qluzman ilə birlikdə “Dissedentlər üçün psixiatriya haqqında vəsait” yazdı. Kitab təlimat şəklində idi və hakimiyyətin ruhi xəstə elan etməyə çalışdığı insanlara kömək üçün hazırlanmışdı.[22]. Bu kitab üzündən 1974-cü ildə Bukovski "rejimin zərərli pozucusu" olaraq, yenidən Vladimir həbsxanasına qaytarıldı.
Yazıçı V. Nabokov "Observer" qəzetinə göndərdiyi məktubda yazırdı: "Bukovskinin məhkəmə prosesində azadlığın müdafiəsi üçün etdiyi qəhrəman nitqi və iyrənc psixiatrik həbsxanada çəkdiyi beş il əzab, ona bu cəzanı verənlər yox olduqdan sonra da xatırlanacaqdır" [8][23]. Bu dövrdə S. V. Kallistratova V.Bukovskinin dəstəyinə açıq məktub yazaraq onu "Vətənə sədaqətli, ruhi və kəskin vicdanlı bir insan" olaraq xarakterizə etmişdir [24]. Bir qrup hüquq müdafiəçisi isə "Literaturnaya qazeta" nın səhifələrində böhtana qarşı üçün açıq məktub ünvanlamışdır [25][26].
Siyasi məhbusların dəyişdirilməsi və mühacirət həyatı
redaktə1976-cı ilin 18 dekabrında Bukovski məşhur Çili siyasi məhbusu - Çili Kommunist Partiyasının lideri Luis Corvalanla dəyişdirildi. Bu münasibətlə Vadim Delonun dediyi məşhur meyxana da populyar idi: “Xuliqanı Luis Corvalana dəyişdik. Bəs Brejnevlə dəyişəcək birisini hardan tapaq?! ”[27].
Siyasi məhbusların dəyişdirilməsi İsveçrədə Sürix hava limanında baş tutdu. Bukovski ora xüsusi təyinatlı “Alfa” qrupunun ilk komandiri Vitali Bubenin rəhbərliyi altında xüsusi müşayəti və mühafizəsi ilə qandallanmış vəziyyətdə gətirildi [28][29][30][31][32][33].
SSRİ-dən qovulduqdan az sonra, Bukovski Ağ Evdə ABŞ prezidenti J. Carter tərəfindən qəbul edildi.
O, İngiltərədə məskunlaşdı və Kembric Universitetindən “neyrofiziologiya” ixtisası ilə məzun oldu. Bir çox dildə nəşr edilən [10] "Geri qayıdan külək" (1978) adlı bir xatirə və Qərbdəki həyat təəssüratlarına və Sovet rejimi ilə müqayisəsinə həsr olunmuş "Rusiyalı bir səyyahın məktubları" (1980) kitabını yazdı.
Bukovski fəal şəkildə siyasi fəaliyyətlə məşğul olmağa davam etdi, o Moskva Olimpiadası-80-nin boykot kampaniyanın təşkilatçılarından biri oldu. 1983-cü ildə Bukovski yazıçı Vladimir Maksimov, keçmiş siyasi məhbus Eduard Kuznetsov və kubalı dissident Armando Valladares ilə birlikdə prezidenri seçildiyi “İnternatsionala müqavimət” beynəlxalq anti-kommunist təşkilatının yaradılmasında iştirak etmişdir (İdarə Heyətinin sədri isə amerikalı sahibkar və keçmiş Strateji Xidmətlər İdarəsinin əməkdaşı Albert Joli (Jolis) idi.). 1979-cu ilin dekabrında Sovet qoşunlarının Əfqanıstana daxil olmasına qarşı etirazların təşkilində iştirak etmişdir [34].
1991-ci ilin aprelində RSFSR Ali Şurasının Sədri B.N.Yeltsinin dəvəti ilə Bukovski deportasiyadan sonra ilk dəfə Moskvaya gəldi. 1991-ci ilin sentyabrında yenidən SSRİ-yə səfər etdi və DTK-nin sədri V. Bakatin tərəfindən qəbul edildi və özünün etirafına görə o, keçmiş Kommunist Partiyası Mərkəzi Komitəsinin binasından 3000-dən artıq səfifəsi olan gizli sənədlər çıxartdı. 1991-ci ilin 11 sentyabrında o, R. G. Pixoy ilə "SSRİ Partiya təşkilatlarının və dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin öyrənilməsi üzrə beynəlxalq komissiya haqqında" saziş imzaladılar. Sazişə əsassən komissiyanın tərkibinə “Hoover İnstitutu”, “Amerika Müəssisələr İnstitutu”, Azadlıq Radiosunun Tədqiqat Şöbəsi , Rusiya Dövlət Humanitar Universiteti və “Memorial” mərkəzi daxil olmalı idi.
SSRİ dağıldıqdan sonra
redaktəRusiyanın yeni hakimiyyətinin dəvəti ilə Vladimir Bukovski Konstitusiya Məhkəməsinin rəsmi eksperti kimi Rusiya Federasiyasının Konstitusiya Məhkəməsində (İyul - Oktyabr 1992) Sov.İKP Yeltsinə qarşı məhkəmə prosesində iştirak etmişdir[35]. Məhkəmə iclaslarına hazırlıq zamanı Bukovski, Rusiya Federasiyası Prezidentinin Arxivindən (xüsusi qovluq) Sov.İKP MK, DTK və digərlər təşkilatların gizli sənədlərinə giriş əldə etmişdi. Bukovski bu sənədlərin bəzilərinin sürətini çıxardaraq kompüterinə köçürmüş, sonradan yayımlamışdır[36]; hazırda Bukovskinin tərtib etdiyi arxivin yalnız bir nüsxəsi məlumdur[37][38]. Toplanmış arxiv materialları Bukovskinin "Moskva Prosesi" (1996) kitabına daxil edilmişdir.
1992-ci ilin yayında Bukovski Moskva Sovetinin bir qrup deputatı tərəfindən Moskva merinə namizəd kimi irəli sürülsədə, sonradan namizədliyini geri götürmüşdür.
1992-ci ildə, Yeltsin tərəfindən ona və bir çox dissidentlərə qaytarılmış Rusiya vətəndaşlığından imtina etməyə cəhd etdi. Bukovski bunu Yeltsinin siyasətinə, xüsusən də həddən artıq avtoritar gördüyü Rusiyanın yeni konstitusiya layihəsinə etiraz olaraq etməyə çalışdı. Vətəndaşlıqdan imtina qəbul edilmədi, Bukovski imtinanın həyata keçirilməsi üçün əlavə qanuni addımlar atmadı. 1996-cı ildə Bukovski açıq şəkildə İngiltərə pasportu ilə Rusiya ərazisinə girməyə cəhd etdi, lakin bunun üçün ona Rusiya vizası verilmədi [19][39].
1993-cü ilin oktyabrında Xalq Deputatları Qurultayının və Rusiya Ali Sovetinin qovulmasını dəstəkləyərək, bildirmişdir ki, - "onun (Yeltsinin) qərarı tamamilə haqlı və məcbiridir və bu heç bir şübhə doğurmur. Çünki, onun siyasi rəqibləri heç bir siyasi səhv etməmişdilər – onlar cinayət törətmişdilər" [40][41]. 2007-ci ildə Bukovskiyə yenilənmiş Rusiya pasportu təqdim edildi [42][43].
2000-ci illər
redaktə2002-ci ildə Dövlət Dumasındakı Sağçı Qüvvələrin İttifaqı fraksiyasının lideri Boris Nemtsov Bukovski ilə görüşmək və Rusiya müxalifətinin gələcək planlarını müzakirə etmək üçün Kembricə gəldi. Mətbuatda yayılan məlumatlara görə, Bukovski Nemtsova Vladimir Putinə qarşı radikal mövqe sərgiləməyi təklif etdi. Boris Nemtsovla görüşdə Bukovski belə demişdir [44]:
“Bu gün Rusiyanı yeni yaranan totalitar rejimdən qurtarmaq və yeni bir nəslin normal həyat sürməsinə imkan yaratmaq üçün yeganə şans mövcud rejimə qarşı güclü bir demokratik müxalifət yaratmaqdır. Bu olmadan mən tamamilə əminəm ki, Rusiyanın sadəcə gələcək perspektivi mövcud deyil. Həqiqətən, ümid edirəm ki, Sağçı Qüvvələrin İttifaqı Putinə qarşı belə bir müxalifətə çevrilə bilər, çünki əks halda Rusiya sadəcə məhvə məhkumdur. Əgər buna hazırsınızsa, sizə uğurlar və qələbə arzulayıram. Vladimir Bukovski
|
2004-cü ildə Vladimir Bukovski, “Komitet-2008:Azad seçki” adlı ictimai-siyasi hərəkatın həmtəsisçisi oldu: bura Hari Kasparov, Boris Nemtsov, Vladimir Kara-Murza (kiçik), Yevgeni Kiselev və Rusiyadakı digər müxalif siyasi xadimlər də daxil.
2005-ci ildə Bukovski, RTVi televiziya şirkətinin "Azadlığı seçirlər" sənədli filmindəki personajlardan biri oldu.
Prezidentliyə namizəd
redaktə2007-ci il mayın 28-də Bukovski, 2008-ci il seçkilərində demokratik müxalifətdən Rusiya Federasiyasının prezidentliyə namizədi olaraq irəli sürüldü və eyni gündə o, namizəd olmağa hazır olduğunu buldirdi[45][46].
Bukovskinin prezidentliyə namizəd kimi irəli sürülməsi üçün təşəbbüs qrupuna Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri, o cümlədən akademik Yuri Rıjov, jurnalist Vladimir Qara-Murza (kiçik), publisist Andrey Piontkovski, politoloq Vladimir Pribylovski, hüquq müdafiəçisi Aleksandr Podrabinek, yazıçı Viktor Şenderoviç və başqaları daxil idi [47][48][49].
2007-ci il dekabrın 16-da Bukovskinin namizədliyini dəstəkləyən təşəbbüs qrupunun iclası keçirildi və bu müddətdə namizədin Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınması üçün lazım olan 500 ilə 823 imza toplandı [50]. Dekabrın 18-də Bukovski sənədlərini MSK-ya təqdim etdi [51][52].
Mərkəzi Seçki Komissiyası Bukovskinin iddia ərizəsini rədd etdi. Səbəb kimi isə son 10 ildə Bukovskinin Rusiya Federasiyasından kənarda yaşamasını və nə işlə məşğul olması haqda sənədlərin olmamasını əsas götürdü [53][54]. Ali Məhkəmə Bukovskinin şikayətindən sonra imtinanın qanuniliyini təsdiqlədi [55][56].
2010-cu illər
redaktə2010-cu il martın 10-da Bukovski, Rusiya müxalifətinin Rusiya vətəndaşlarına "Putin tərk etməlidir" müraciətinə imza atdı.
2011-ci ilin yazında Bukovski, London məhkəməsində Mixail Qorbaçovun İngiltərədən getməsinin qadağan edilməsini tələb edərək, onun Bakıda, Tiflisdə və Vilnüsdə Sov.İKP-nin baş katibi vəzifəsində işlədiyi zaman edilən cinayətlərə görə mühakimə olunması ilə əlaqədar iddia qaldırdı. Lakin bu səylər uğursuz oldu [57][58][59].
2014-cü ilin mart ayında Rusiyanın Londondakı səfirliyinin konsulluq şöbəsi Bukovskinin xarici pasportunu dəyişdirmək istədiyi zamanı (vaxtı 2012-ci ildə bitmişdi) onun həqiqi Rusiya Federasiyası vətəndaşı olması faktını yoxlamağa başladı. Bununla əlaqədar Dövlət Dumasının deputatı Dmitri Qudkov Rusiya Xarici İşlər Naziri Sergey Lavrova sorğu göndərdi[60]. Rusiyanın Londondakı səfirliyi Bukovskinin vətəndaşlığını təsdiq edə bilmədi və ona Britaniya pasportu ilə Rusiya vizasını almağı tövsiyə etdi [61]. 2014-cü ilin noyabrında Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, Londondakı Rusiya səfirliyinin Bukovskiyə yeni pasport verməkdən imtinasını əsaslı saydı və onun Rusiya vətəndaşı hesab edilməsinin mümkün olmadığını bildirdi[9].
BBC-yə görə, Bukovski Birləşmiş Krallıq İstiqlal Partiyasının (UKIP, Birləşmiş Krallıq) ideoloqlarından biri idi [62]. İngiltərədəki Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrindən sonra ikinci yerdə qərarlaşan UKIP, ölkənin Avropa Birliyindən çıxmasının əsas tərəfdarlarından olmuşdur. 2014-cü il mayın 22-də olan seçkilərdə bu partiya sensasiyalı şəkildə 27.49% səs toplayaraq Avropa Parlamentində 24 yer qazanmışdı. Bukovski UKİP-in "AB və Sovet İttifaqı - oxşarlıqlar" adlı videoçarxda da iştirak etmişdir[63].
Uşaq pornoqrafiyasının əldə etməsi və yayması ittihamı
redaktə2014-cü ilin oktyabrında Britaniya polisi uşaq pornoqrafiyası olan saytların evdəki kompüterdən daxil olunması səbəbi ilə Bukovskinin Kembricdəki evinə basqın etdi. Bukovskinin evindəki elektron cihazlarda yetkinlik yaşına çatmayanların iyirmi minə yaxın foto və videosu tapıldı [64][65]. 2015-ci il aprelin 25-də İngiltərə Kral Prokurorluğu Bukovskiyə qarşı uşaq pornoqrafiyasını saxlamaq və "yaymaq" (saytlardan yükləmək) ittihamı irəli sürdü [66][67]. Elə bu zaman Bukovski ciddi bir xəstəliyi olduğunu elan etdi [68] və 2015-ci il may ayının 7-də ağır ürək əməliyyatı keçirdi. Onun ürəyinin iki klapanı dəyişdirildi[69][70].
2015-ci ilin avqustunda Bukovski, Britaniya Prokurorluğunu böhtan atmaqda ittiham edərək məhkəməyə verdi [71]. 2016-cı il aprelin 20-də Bukovski, İngilis hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən ittihamların götürülməsini tələb edərək aclıq aksiyasına başladı [72]. 2016-cı il iyulun 28-də London Ali Məhkəməsi Bukovskinin Kral Prokurorluğuna qarşı ittihamını əvvəllər, məhkəmənin təsbit etdiyi kimi, onun birbaşa uşaqlara münasibətdə cinsi hərəkətlərdə iştirak etdiyini elan etmədiyindən, həmçinin bu cür hərəkətlərin olduğu yerdə və ya bu hərəkətlərin fotoşəkillərini çəkmədiyi səbəbindən rədd etdi. Prokurorluğun nümayəndəsi məhkəmədə izah etdi ki, Bukovski "bu cinayətlərin elementlərini törətməkdə" ittiham olunur [73].
Bukovskinin özü Ali Məhkəmənin qərarını qəbuledilməz adlandırdı: “Bu sadəcə olaraq, saxtakarlıqdır. Prokurorun mənə qarşı ittihamları mediada dəfələrlə tirajlandı, bütün dünyanı şoka saldı, nüfuzumu korladı - və indi mənə deyirlər ki, bəs belə etməyiblər! [...] indi də səhflərinin düzəltməyə çalışmırlar, yenə də tam olaraq eyni şeylər saytlarında yerləşdirilib. Məhkəmə iclasında onların istehsalında iştirak etmədiyim müəyyən olunsa da, yenə də məni bu görüntüləri "yaratmaq" və yaymaqda ittiham edirlər"[73][74].
2016-cı il dekabrın 12-də Kembricdə bu iş üzrə məhkəmə başladı. Elə birinci məhkəmə iclasında, uşaq pornoqrafiyasını ehtiva edən və Bukovskinin kompüterində olan sənədlərin əksəriyyətinin heç vaxt video pleyerlərdə baxılmadığı və ya foto izləyən tətbiqlərdə açılmadığı məlum oldu. Prokuror bildirdi ki, Bukovski polisə 1990-cı illərin sonlarında İnternetdəki nəzarət və senzura problemi, o cümlədən uşaq pornoqrafiyasının yayılması ilə əlaqəli maraqlandığını və bu məsələnin araşdırılması çərçivəsində uşaq pornosu olan saytların mövcudluğu və məzmununu araşdırdığını söyləyib. Zaman keçdikcə isə bu maraq onun üçün hobbiyə çevrilmişdi və "marka toplamağa" bənzəyirdi [64][65].
Bukovskinin məhkəməsi onun səhhəti ilə əlaqədar bir neçə dəfə təxirə düşdü. Məhkəmə 2017-ci ilin iyul ayından 2018-ci ilin fevral ayına qədər təxirə salındı. 2018-ci il fevral ayının 12-də isə Bukovskinin səhhəti ilə əlaqədar məhkəmə prosesi dayandırıldı [75].
Ölümü və dəfni
redaktə2019-cu il oktyabrın 27-də Vladimir Bukovski İngiltərənin Kembric şəhərində, saat 09.30-da Adenbruks Xəstəxanasında ürək çatışmazlığından vəfat etmişdir[76][77]. Noyabrın 19-da Londondakı "Highgate" qəbiristanlığında dəfn edilmişdir [78].
Siyasi baxışları və ifadələri
redaktəLiberal iqtisadi və siyasi baxışlara malik idi [79]. İngilis Mühafizəkar-Liberal Analitik Mərkəzinin - Azadlıq Dərnəyinin fəxri vitse-prezidenti idi [80]. 2007-ci ildə bir müsahibəsində "sosializm dərin böhrandadı və gələcəkdə təmamilə yox olacaqdır” fikrini ifadə etmişdir [81].
SSRİ DTK-sı haqqında
redaktəBukovskinin sözlərinə görə, SSRİ DTK-sının nümayəndələri ilə heç bir güzəştə getmək mümkün deyil:
“DTK - xüsusi bir cinsdi [...]. "Xeyr" kəlməsini başa düşmürlər, onlarla razılaşmaq olmur, özləri də güzəştə getmirlər və rəqibin güzəştini zəiflik kimi qəbul edirlər. Əgər sən DTK-nı başından etməmisənsə, deməli özünə böyük bir problem yaratmısan. Bu o deməkdir ki, səni əməkdaşlığa cəlb edənə qədər təzyiq göstərəcəklər. DTX-nin yalnız iki tərəfi var: ya sən onların düşmənisən, ya da sən onların agentisən. Bu iki arasında daha heç nə yoxdur. -“Vladimir Bukovski:“ Gəlib Poroşenkoya Putini başından etmək üçün təlim verməyə hazıram. Yaxşı təcrübəm var "" Vladimir Bukovski
|
Bukovskinin fikrincə, Rusiya regional parçalanma dövrünü yaşamalıdır [82]:
Rusiya parçalanma dövrünü yaşamalıdır, Putinin qarşısını aldığı regional özünüidarəetmə tətbiq olunmalıdır. Bunsuz bu nəhəng ölkənin mövcudluğu şübhə altındadır. Ya həmişə mərkəzləşdirilmiş bir diktatura və ya hər şeyin yuxarıda göstərilən qaydada deyil, razılaşdırılmış şəkildə qarşılıqlı qərarların qəbul edildiyi bir növ federasiya olacaqdır. [...]. Federasiyanın ayrı-ayrı subyektləri öz hökumətlərini yenidən qura bildikdə, o zaman konfederasiya barədə razılığa gələ biləcəklər. Bu baş verməyincə, iyerarxik sərt bir idarəetmə əbədi bir cazibə olacaqdır. Bu sistem demokratiyaya dözümlü deyil. [...] Parçalanma və federallaşma prosesi xeyli vaxt aparacaqdır. Vladimir Bukovski
|
SSRİ dissedentləri haqqında
redaktəBukovskinin fikrincə, SSRİ-də dissident hərəkətinin siyasi yox, mənəvi səbəbləri var idi[82].
Biz hamımız, bütün dissedentlər deyirdik ki, siyasət əxlaqlı olmalıdır. Biz siyasi bir hərəkat olaraq meydana çıxmadıq. Mənəvi bir hərəkat idik. Əsas impulsumuz Rusiyanı yeniləmək deyil, sadəcə cinayətin iştirakçısı olmamaq idi. İstəyimiz rejimin bir hissəsi kimi tanınmamaq olmuşdu. Bizim üçün bundan güclü motiv mövcud deyildi. SSRİ də bu cür fikir ayrılığına dözümlü olmadığı üçün, bizimlə döyüşməyə qərar verdi. Vladimir Bukovski
|
Biz hamımız, bütün dissedentlər deyirdik ki, siyasət əxlaqlı olmalıdır. Biz siyasi bir hərəkat olaraq meydana çıxmadıq. Mənəvi bir hərəkat idik. Əsas impulsumuz Rusiyanı yeniləmək deyil, sadəcə cinayətin iştirakçısı olmamaq idi. İstəyimiz rejimin bir hissəsi kimi tanınmamaq olmuşdu. Bizim üçün bundan güclü motiv mövcud deyildi. SSRİ də bu cür fikir ayrılığına dözümlü olmadığı üçün, bizimlə döyüşməyə qərar verdi.
Biblioqrafiya
redaktə- Буковский В., Геращенко И, Ледин М., Ратушинская И. Золотой эшелон. — М.: Гудьял-Пресс, 2001. — 256 с. — (Собрание). — 4000 экз. — ISBN 5-8026-0082-9.
- Буковский В. К. И возвращается ветер. — М.: Новое изд-во, 2007. — 348 с. — (Свободный человек). — 1000 экз. — ISBN 978-5-98379-090-2.
- Буковский В. К. Московский процесс. — М. ; Париж: МИК : Рус. мысль, 1996. — 525 с. — ISBN 5-87902-071-1.
- Буковский В. К. На краю. Тяжелый выбор России. — М.: Алгоритм, 2015. — 224 с. — (Третий путь). — 1500 экз. — ISBN 978-5-906798-82-4.
- Буковский В. К. Наследники Лаврентия Берия. Путин и его команда. — М.: Алгоритм, 2013. — 240 с. — (Власть в тротиловом эквиваленте). — 6000 экз. — ISBN 978-5-4438-0337-1.
- Буковский В. К. Письма русского путешественника / Вступ. ст. В. Штепы. — СПб.: Нестор-История, 2008. — 232 с. — 1000 экз. — ISBN 978-5-98187-242-6.
- Буковский В. К. Тайная империя Путина. Будет ли «дворцовый переворот»?. — М.: Алгоритм, 2014. — 224 с. — (Проект «Путин»). — 4000 экз. — ISBN 978-5-4438-0880-2.
Xarici dillərdə
redaktə- Rapport från en rysk resenär // Vladimir Bukovskij; Övers. av Katarina Wahlgren Stockholm Norstedt, Cop. 1982—1983. — ISBN 91-1-823102-0
İstinadlar
redaktə- ↑ 1 2 Vladimir Konstantinovič Bukovskij // AlKindi.
- ↑ 1 2 3 4 Vladimir Boukovsky // Babelio (fr.). 2007.
- ↑ 1 2 https://www.vladimirbukovsky.com/.
- ↑ 1 2 https://tass.com/society/1085546.
- ↑ https://www.latimes.com/world-nation/story/2019-10-28/soviet-era-dissident-vladimir-bukovsky-dies.
- ↑ 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 "Владимир Буковский: "Не быть участником преступления и частью режима"". 2019-10-28. 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ 1 2 Vladimir Bukovsky: Soviet-era dissident dies in UK Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine, BBC, 28.10.2019
- ↑ 1 2 "МИД не подтвердило гражданство диссидента Владимира Буковского". 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
- ↑ 1 2 3 4 Буковский В. И возвращается ветер…. Биографии и мемуары. М.: Захаров. 2007. səh. 400. ISBN 978-5-8159-0749-2.
- ↑ Константин Буковский Arxivləşdirilib 2009-11-05 at the Wayback Machine в КЛЭ. Т. 9. М., 1978. С. 158.
- ↑ Deutsche Welle (www.dw.com). "Справка: Владимир Буковский | DW | 17.12.2007" (rus). DW.COM. 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- ↑ 1 2 3 Подрабинек А.П. Карательная медицина. Нью-Йорк: Хроника. 1979. ISBN 0897200225. "Arxivlənmiş surət" (PDF). 2016-06-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-01.
- ↑ Казнимые сумасшествием: Сборник документальных материалов о психиатрических преследованиях инакомыслящих в СССР (PDF). Франкфурт-на-Майне: Посев. Редакторы: А. Артемова, Л. Рар, М. Славинский. 1971.
- ↑ Хроника текущих событий Arxivləşdirilib 2017-03-15 at the Wayback Machine. Выпуск 23 Arxivləşdirilib 2011-01-31 at the Wayback Machine 5 января 1972
- ↑ 1 2 Ван Ворен Р. От политических злоупотреблений психиатрией до реформы психиатрической службы (Вестник Ассоциации психиатров Украины). 2013.
- ↑ Макаров, А. А.. No 3. 18.06.1971. Записка No 1572-Ч заместителя председателя КГБ при СМ СССР В. М. Чебрикова в ЦК КПСС об аресте В. К. Буковского и ходе следствия // Власть и диссиденты. Из документов КГБ и ЦК КПСС (PDF). М.: Московская Хельсинкская группа. Подготовка текста и комментарии: А. А. Макаров, Н. В. Костенко, Г. В. Кузовкин. 2006. 24. ISBN 5-98440-034-0. "Arxivlənmiş surət" (PDF). Archived from the original on 2013-03-06. İstifadə tarixi: 2019-11-05.
- ↑ Тутина, Юлия. "Владимир Буковский. Ворчание последнего диссидента". Аргументы и факты № 02 (1211). 2004-01-14. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-30.
Четвертый и последний арест — в марте 1971-го. Ему предшествовала обличительная статья в газете „Правда“, в которой он был назван злостным хулиганом, занимающимся антисоветской деятельностью. Приговорен к 7 годам заключения и 5 годам ссылки
- ↑ 1 2 "Владимир Буковский. Биография". 2014-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ 1 2 Зубарев Д., Кузовкин Г. "Буковский Владимир Константинович". Антология самиздата. 2005-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ "70-летие Владимира Буковского". Грани.Ру. 2012-12-30. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ Буковский В., Глузман С. Пособие по психиатрии для инакомыслящих (PDF) // Хроника защиты прав в СССР. № 13. январь-февраль 1975.
- ↑ Борис Носик. Мир и дар Набокова. М.: Пенаты. 1995. 532. ISBN 5-7480-0012-1.
- ↑ Отрывок из открытого письма Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine С. В. Каллистратовой в поддержку В. Буковского
- ↑ Интервью А. Я. Суларева. Литературная газета № 43, 27 октября 1976
- ↑ Т. Великанова, Т. Ходорович-Алексеева, А. Гинзбург, П. Григоренко, Ю. Орлов, М. Ланда, В. Слепак, А. Щаранский. Заявление по поводу интервью в «Литературной газете» Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
- ↑ Гусейнов, Гасан. "Хулиган и балаклава". RFI. 2012-11-01. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-30.
Но и 5 лет спустя, снова объявив известным и никому не нужным „хулиганом“, Буковского обменяли на лидера компартии Чили Луиса Корвалана. Тогда-то в народ и пошла частушка: „Обменяли хулигана на Луиса Корвалана. Где б найти такую б…, чтоб на Брежнева сменять“
- ↑ "30 лет назад советского диссидента Владимира Буковского обменяли на лидера чилийской компартии Луиса Корвалана". NEWSru.com. 2006-12-18. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-30.
Обмен произошёл в Швейцарии, куда Буковский был привезён. По словам командира группы „А“ („Альфа“) Героя Советского Союза генерал-майора Виталия Бубенина, обмен выглядел так: „Мы обеспечивали боевое прикрытие спецоперации по обмену Генерального секретаря ЦК КП Чили Луиса Корвалана на советского диссидента Владимира Буковского. В СССР даже пели частушку с задорным припевом: „Обменяли Корвалана на простого хулигана…“
- ↑ Интервью с В. Буковским; впервые опубликовано в «Газете выборчей» («Gazeta wyborcza»), март 1998, Варшава. Пер. с пол. Ю. Середы.
- ↑ Буковский В. В Нью-Йорке с Виктором Топаллером Arxivləşdirilib 2007-05-07 at the Wayback Machine
- ↑ Сварцевич В. Никто, кроме «Альфы» (Aргументы и факты). 28 июля 2004. (rus.)
- ↑ Владимир Буковский Arxivləşdirilib 2007-02-25 at the Wayback Machine.
- ↑ Глазов Ю. Так где же мы ошиблись? Arxivləşdirilib 2013-10-14 at the Wayback Machine // Новый мир : журнал. — 1998. — № 1.
- ↑ Интернационал сопротивления. Интервью с Владимиром Буковским (Панорама). декабрь 1991(30).
- ↑ Я вооружился копиями. Правящие партии всегда скрывают свои документы Arxivləşdirilib 2006-09-21 at the Wayback Machine, интервью Владимира Буковского Новой газете, Дмитрий Хмельницкий, № 93, 20 декабря 2004
- ↑ "V.Bukovsky, Soviet Archive". psi.ece.jhu.edu. 2019-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.
- ↑ The KGB File of Andrei Sakharov / Ed. J. Rubenstein, A. Gribanov. New Haven: Yale University Press, 2005. ISBN 0-300-10681-5
- ↑ The KGB File of Andrei Sakharov Arxiv surəti 21 may 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-05-21 at the Wayback Machine (ing.) (rus.)
- ↑ Интервью с Буковским Human Rights
- ↑ "Вести (РТР, 06.10.1993) — YouTube". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ "«Расстрел парламента»: мифы и факты октября 93-го | Солидарность". Archived from the original on 2014-05-04. İstifadə tarixi: 2019-11-05.
- ↑ Владимир Буковский получил новый российский паспорт Arxivləşdirilib 2007-11-13 at the Wayback Machine Коммерсантъ, 3 сентября 2007
- ↑ Владимир Буковский готов к президентской кампании Arxivləşdirilib 2007-08-08 at the Wayback Machine Коммерсантъ, 4 сентября 2007
- ↑ Не забывая о наших корнях… Arxivləşdirilib 2003-09-17 at the Wayback Machine СПС
- ↑ Советский диссидент Владимир Буковский согласен баллотироваться на пост президента России Arxivləşdirilib 2019-11-05 at the Wayback Machine // NEWSru, 28 мая 2007
- ↑ Хроника выдвижения Владимира Буковского кандидатом в президенты России на выборах 2008 г. Arxivləşdirilib 2007-06-25 at the Wayback Machine Прима-News, июнь-июль 2007
- ↑ Заявление Инициативной группы по выдвижению В. К. Буковского кандидатом в президенты РФ Arxivləşdirilib 2007-07-03 at the Wayback Machine Прима-News, 28 мая 2007
- ↑ Виктор Шендерович и Юрий Шмидт поддержали кандидатуру Владимира Буковского Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine // Прима-News, 8 июня 2007
- ↑ Интервью В. Буковского Arxivləşdirilib 2007-12-08 at the Wayback Machine для Эхо Москвы
- ↑ Кандидатура советского диссидента Владимира Буковского выдвинута на пост президента Arxivləşdirilib 2021-04-23 at the Wayback Machine Эхо Москвы, 16 декабря 2007
- ↑ Буковский успел сдать документы в ЦИК для регистрации кандидатом в президенты России Arxivləşdirilib 2007-12-20 at the Wayback Machine Новости России, 18 декабря 2007
- ↑ ЦИК принял документы у Владимира Буковского Arxivləşdirilib 2007-12-21 at the Wayback Machine // Русская служба Би-би-си, 18 декабря 2007
- ↑ ЦИК не пустил Буковского на выборы Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine // Газета.ру, 22 декабря 2007
- ↑ ЦИК отказал самовыдвиженцам в регистрации кандидатами в президенты Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine NEWSru, 22 декабря 2007
- ↑ Верховный Суд отказал Буковскому в удовлетворении жалобы на постановление ЦИК. Заявление адвоката Вадима Прохорова Arxivləşdirilib 2008-06-03 at the Wayback Machine Инициативная группа, 28 декабря 2007
- ↑ Верховный суд окончательно отказал Буковскому в регистрации Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine // Инициативная группа (на ucoz.ru), 15 января 2008
- ↑ Суд Лондона не стал запрещать Михаилу Горбачеву выезд из Великобритании Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine // «Эхо Москвы», 01.04.2011
- ↑ Владимир Буковский, писатель, политический деятель / Горбачев Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine // «Эхо Москвы» :: Блоги, 1.04.2011
- ↑ "Arxivlənmiş surət" (PDF). 2014-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-05.
- ↑ Таисия Бекбулатова. В российское гражданство вкрались ошибки 90-х Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine Газета «Коммерсантъ» № 199 от 05.11.2014
- ↑ Известному диссиденту Владимиру Буковскому отказались выдать российский паспорт Arxivləşdirilib 2021-04-11 at the Wayback Machine «Эхо Москвы», 05.11.2014
- ↑ "Владимир Буковский о вреде Евросоюза". 2019-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ Kasey Vonebersberg. "Буковский о распаде СССР и Евросоюзе". 2013-08-20. 2018-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-28.
- ↑ 1 2 Вендик Ю. В Кембридже начался суд над Владимиром Буковским Arxivləşdirilib 2019-12-06 at the Wayback Machine // Русская служба BBC, 12.12.2016
- ↑ 1 2 Буковский рассказал, зачем собирал непристойные фото детей — события в России и мире: темы дня Arxivləşdirilib 2016-12-13 at the Wayback Machine // РИА Новости, 13.12.2016
- ↑ Вендик Ю. "Владимир Буковский госпитализирован, суд над ним отложен". Русская служба Би-би-си. 2016-12-14. 2016-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-14.
- ↑ Vladimir Bukovsky to be prosecuted over indecent images of children Arxivləşdirilib 2016-11-18 at the Wayback Machine // 27 апреля 2015 (ing.)
- ↑ Заявление Буковского: «Шансы на выздоровление у меня совершенно неопределённые» Arxivləşdirilib 2015-04-29 at the Wayback Machine // newsru.com, 27 апреля 2015
- ↑ Диссидент Буковский перенес операцию на сердце Arxivləşdirilib 2019-11-04 at the Wayback Machine // Росбалт, 07.05.2015 (#empty_citation)
- ↑ "Владимир Буковский: «Я объявил голодовку не для России»". tvrain.ru. 20 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2016.
- ↑ Владимир Буковский: «Меня намеренно лишают возможности защищаться» Arxivləşdirilib 2016-04-26 at the Wayback Machine // RFI
- ↑ Я объявляю голодовку Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine // «Эхо Москвы» :: Блоги
- ↑ 1 2 Лондонский суд отклонил жалобу Буковского на королевскую прокуратуру Arxivləşdirilib 2016-07-28 at the Wayback Machine // РБК, 28 июля 2016 года.
- ↑ "Буковский проиграл суд прокурорской службе Британии по делу о клевете". Новая газета. 2016-07-28. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-28.
- ↑ "Британский суд прекратил процесс по делу Буковского". ТАСС. 2018-02-12. 2018-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ "Arxivlənmiş surət". 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
- ↑ Кислов А. Скончался легендарный советский диссидент, выдвигавшийся в президенты России Arxivləşdirilib 2019-10-28 at the Wayback Machine // Ura.ru, 27.10.2019
- ↑ "Vladimir Bukovsky 1942—2019". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ "Выступление Владимира Буковского 4 сентября 2008". 2009-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
- ↑ "Council & Management Comittee". The Freedom Association. 2013-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.
- ↑ "Владимир Буковский: Большинство может быть не право". Фонтанка.ру. 2013-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.
- ↑ 1 2 "«Владимир Буковский: „Я готов приехать и обучить Порошенко посылать Путина. У меня хороший опыт"»". 2014-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-12.